MİNAVƏR
MİNAZ
OBASTAN VİKİ
Minayə Azaflı
Minayə Azaflı (Zeynaova Minayə Mikayıl qızı; d. 1952, Azaflı kəndi, Tovuz rayonu, Azərbaycan) — Azərbaycan aşığı. == Həyatı == Zeynalova Minayə Mikayıl qızı (Dilarə Azaflı) 1952-ci ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 2000-ci ildə isə Yenidən Hazırlanma Bakı Baş İnstitutunda təhsilini davam etdirmiş, psixoloq ixtisasına yiyələnmışdir. Hazırda filoloq-psixoloq kimi fəaliyyət göstərir. Ailəlidir, dörd övladı var. == Yaradıcılığı == İlk şeirləri dördüncü sinifdə oxuyanda "Azərbaycan pioneri" qəzetində çap olunub. "Aşıq Pəri" şeirlər kitabında şeirləri nəşr olunub. Bir çox televiziya verilişlərində çıxışları olub.
Minayə Əkbərova
Minayə Əkbərova (19 iyul 2001, Ağcabədi) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Minayə Tapdıq qızı Əkbərova 2001-ci il iyulun 19-da Ağcabədi şəhərində anadan olub. == Karyerası == === 2014–2015-ci illər: Yeniyetmələrin Dünya Çempionatında gümüş medal === Minayə Əkbərova beynəlxalq səviyyə birinci uğuruna 2014-cü ildə Lommel şəhərində baş tutan yeniyetmələr arasında "Belgian Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsidə Çexiya nümayəndəsi Sara Xattibovanı 8:4, final görüşündə isə Xorvatiya təmsilçisi Lara Peteni 5:4 hesabı ilə məğlub edən Minayə Əkbərova, "Belgian Open" beynəlxalq turnirinin qalibi oldu. Daha sonra o, Avstriyada baş tutan "Austrian Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsidə İtaliya nümayəndəsi Sofiya Zampettiyə 11:10 hesabı ilə qalib gələn Minayə Əkbərova, final görüşündə Çexiya təmsilçisi Sara Xattibovaya 0:4 hesabı ilə məğlub oldu və "Austrian Open" beynəlxalq turnirinin gümüş medalına oldu. 2014-cü ilin əsas turniri iyulda Azərbaycanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində ABŞ nümayəndəsi Ashleigh Rose Oganı 4:2, 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Şayanne Sarsozanı 5:2, 1/2 final mərhələsində isə Rusiya nümayəndəsi Yelizaveta Rojinanı 5:2 hesabları ilə məğlub edən Minayə Əkbərova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, İran təmsilçisi Mahla Momenzadəyə 1:6 hesabı ilə məğlub oldu və yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.Minayə Əkbərova 2014-cü ilin noyabrda Antalya şəhərində baş tutan yeniyetmələr arasında Klublararası Avropa Çempionatında çıxış elədi. "Gilan" TK üzvü olan Minayə Əkbərova, turnirin bürünc medalına sahib oldu.
Minayə Əliyeva
Minayə Əlisahib qızı Əliyeva (14 noyabr 1943, Sabirabad rayonu) — azərbaycanlı dövlət və siyasi xadim Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Minayə Əliyeva 1943-cü il noyabrın 14-də Sabirabad rayonunda anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Minayə Əliyeva ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində 82 nömrəli Sabirabad dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Minayə Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Minayə Əliyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
морга́лик морда́шка недовы́работка ни аза́ пристре́лочный самоду́рка терми́т гидрофи́зика гранитиза́ция легково́й извозчик обману́ть разле́чься эзельгофт amorous bantam-weight couldn't decathlete enthymematical hit back probit railroad освещаться парабола сдельный стилистика