Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kirovka
Yaşayış məntəqələri Azərbaycanda Kirovka (Ağstafa) — Ağstafa rayonunun Həsənsu kəndinin 29 dekabr 1992-ci ilə qədərki adı. Kirovka (Biləsuvar) — Biləsuvar rayonunun Günəşli kəndinin 1 sentyabr 2005-ci ilə qədərki adı. Kirovka (Saatlı) — Saatlı rayonunun Mircəlal kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Kirovka (Şamaxı) — Şamaxı rayonunun Nağaraxana kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Aidə Əmirova
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Həsənsu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kirovka (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. == Tarixi == Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Kirovka bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Samirə Əmirova
Samirə Əmirova (d. 2 aprel 1998) — Özbəkistanı təmsil edən bədii gimnast. Samirə Əmirova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Samirə Əmirova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Valeriya Davidova, Luiza Qəniyeva, Zarina Qurbanova və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Sevil Əmirova
Sevil Fikrət qızı Əmirova (4 noyabr 1953, Bakı) — Fikrət Əmirov Beynəlxalq Assosiasiyasının (Belçika) həmtəsisçisi, İctimai xadim, musiqiçi. 1953-cü il noyabrın 4-də Bakı şəhərində görkəmli bəstəkar Fikrət Əmirovun ailəsində anadan olub. Adı atası Fikrət Əmirovun 1953-cü ildə yaratdığı "Sevil" operasının qəhrəmanı ilə bağlıdır. 1961–1972-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alib. 1978-ci-ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Zöhrab Adıgözəlzadənin sinfində fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1978–1995-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 1995-ci ildən həyat yoldaşının fəaliyyəti ilə bağlı bir sıra Avropa ölkələrində yaşayıb. 1995–2004-cü illərdə Brüsseldə fəaliyyət göstərən Avropa Qadınlar Assosiasiyasının (Association FEMMES D’EUROPE a.i.s.b.l.) üzvü, "Belçika-Azərbaycan Alyansı" mədəniyyət mərkəzinin təsisçisi və prezidenti olub. 2004–2009-cu illərdə Yunanıstanın Afina şəhərində "Beynəlxalq Qadınlar Klubu"nun (Women’s International Club) üzvü olaraq fəaliyyət göstərib. 2012–2016-cı illərdə Hollandiyanın Haaqa şəhərində "Ambassadors Spouses Association" qadınlar cəmiyyətinin üzvü seçilib.
Tatyana Xmırova
Tatyana Xmırova (6 fevral 1990, Volqoqrad) — Rusiyanı təmsil edən həndbolçu. Tatyana Xmırova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Şatonyof-Miravay
Şatonöf-Miravay (fr. Châteauneuf-Miravail, oks. Chastèunòu-Miravalh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-sür-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04051. 2008-ci ildə əhalinin sayı 75 nəfər təşkil edirdi. 2007-ci ildə 45 yaşda (15-64 yaş arasında) 33 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 65.3%). Fəal olan 33 nəfərdən 28 nəfər (17 kişi və 11 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi.
Şatonöf-Miravay
Şatonöf-Miravay (fr. Châteauneuf-Miravail, oks. Chastèunòu-Miravalh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-sür-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04051. 2008-ci ildə əhalinin sayı 75 nəfər təşkil edirdi. 2007-ci ildə 45 yaşda (15-64 yaş arasında) 33 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 65.3%). Fəal olan 33 nəfərdən 28 nəfər (17 kişi və 11 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi.
Yelena Əmirova
Yelena Əmirova (1 may 1976) — Azərbaycanı təmsil edən qılıncoynadan. Yelena Əmirova 1976-cı il mayın 1-də anadan olub. Yelena Əmirova 2002-ci ildə Lissabon şəhərində (Portuqaliya) və 2003-cü ildə Havana şəhərində (Kuba) baş tutan Dünya Çempionatlarının, həmçinin 2002-ci ildə St. Peterburq şəhərində (Rusiya) və 2003-cü ildə Burj şəhərində (Fransa) baş tutan Avropa Çempionatlarının bürünc medallarına sahib olub.
Thari Mirvah
Thari Mirvah (Sind dilində: ٺري ميرواهه‎) və ya Thari (Sind dilində: ٺري‎) — Pakistanın Sind əyalətində Xayrpur dairəsində Mirvah talukasının paytaxt şəhər. Thari Mirwah adı iki sözdən, dükançı qadının adı olan Thari sözündən və Mirvah, Sukkur barajında Hind çayından çıxarılan və şimaldan axan Sukkur barajının şərq tərəfindəki kanaldır. cənubdan Thari tehsil. Thari şəhəri Jogi icması tərəfindən quruldu və ofislər, məktəblər, xəstəxanalar yaratmaq üçün torpaqlarını hökumətə bağışladı. Wadero Pirano Jogi, Thari-də Kənd Sağlamlıq Mərkəzi yaratmaq üçün torpaqlarını hökumətə bağışladı. Thari Mirwah şəhəri Mirvah bölməsinin paytaxtıdır, adı Xeyrpur əyalətinin ikinci hökmdarı və Mirva qolunun nəslindən olan Mir Əli Murad Xan Talpurun şərəfinə verilmişdir. Bu şəhərin əhalisi 1.5 milyon nəfərdən çoxdur. Ərazisi 15910 kvadrat kilometrdir. Xayrpur dairəsinin 8 talukasından biridir. Thari Mirvahın havası qarışıqdır.
Yoşinobu Minova
Yoşinobu Minova (d. 2 iyun 1976) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Bahirə Bediş Morova Aydilək
Bahirə Bediş Morova Aydilek (1897, Bosniya vilayəti – 10 noyabr 1965 və ya 10 noyabr 1938, Türkiyə) ― türk rəssam və siyasətçi,Türkiyə Böyük Millət Məclisinə seçilən ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Konya seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Erkən həyatı == Bahirə Bediş Aydilək 1897-ci ildə Osmanlı imperiyasında, Bosniya vilayətində anadan olub. Atası Salonikidən Bosniyaya köçüb gəlmiş yəhudi əsilli Hasbi əfəndi, anası isə Əsma xanımdır. Lozanna müqaviləsindən sonra Aydilək və ailəsi İstanbula köçmüş və çətin günlərdən keçmişdir. Onun atası ticarətlə məşğul olur, Aydilək də çəkdiyi rəsmləri İstanbulun zənginlərinə sataraq evə kömək edirdi. Aydilək Boluda ibtidai və orta məktəbi bitirmiş və bundan sonra oradakı rəssamlıq məktəbində rəsm müəllimi kimi işləmişdir. O 1927-ci ildə görmə problemləri səbəbi ilə işini tərk etmiş, Cümhuriyyət Xalq Partiyası (CHP) və Bolu halkevində işləmişdir. 1930-cu ildə Bolu Bələdiyyə Məclisinə üzv seçilmişdir. == Siyasi fəaliyyəti == 1934-cü ildə Aydilək, Mustafa Kamal Atatürk ilə tanış olmuş və Atatürk ona "rəssam" mənasını verən "Bediz" (sonralar "Bediş" kimi yazılmağa başlamışdır) adını vermişdir.
S. M. Kirova abidə özülünün qoyulması (film, 1937)
Film vaxtilə Azərbaycanda kommunist partiyasına rəhbərlik etmiş və Leninqradda (indiki Sankt-Peterburq) işləyərkən Smolnıda sui-qəsd nəticəsində qətlə yetirilmiş Sergey Kirovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakının Dağüstü parkında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidənin təməlinin qoyulması mərasiminə həsr edilmişdir.