Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monarx
Monarx (yun. μόναρχος — yun. μόνος, "tək" və yun. αρχός, "hökmdar" — mütləq hökmdar) — monarxiya quruluşu mövcud olan dövlətlərdə vərasət, yaxud seçki (nadir hallarda) yolu ilə seçilən dövlət başçısı (çar, imperator, kral, sezar, kayzer, firon, knyaz, şahzadə, hersoq, taqavor, ekzarx, nequs, şah, sultan, əmir, xəlifə, xan, malik, bəy, vəzir, puştun və s.). Monarxın əlində ali hakimiyyət, hərbi və məhkəmə hakimiyyəti (mütləq Monarxiya, hazırda yalnız Asiya ölkələrində mövcuddur. Vatikan teokratik monarxiya hesab olunur) cəmləşə bilər. Dövrümüzdə monarxın hakimiyyəti ölkənin ali qanunverici orqanı ilə məhdudlaşdırılır (Parlamentli və ya Konstitusiyalı Monarxiya).
Danaid-monarx
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Monarx kəpənək
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Monarx kəpənəkləri
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Monarx layihəsi
MKUltra layihəsi (ing. Project MKULTRA) və ya Monarx layihəsi (ing. Project Monarch) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi.Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi. Təcrübəni Allan Memorial İnstitutuna çox da böyük olmayan nasazlıqlarla, məsələn nevroz, ya da doğuşdan sonrakı depressiya kimi şikayəti olanlar üzərində qoyulurdu.Məsələnin ictimailəşməsindən sonra yaranmış skandal parlament tədqiqatı aparmağa və sonunda insan üzərində aparılan hər hansı təcrübənin yazılı razılıq ilə alınmasına dair qanun qəbul edilməsinə təkan verdi.
Kral: Əbədi monarx
The King: Eternal Monarch (kor. 더 킹: 영원의 군주) — Li Min-ho, Kim Qo-un, Vu Dohvan, Kim Kyon-nam, Cun Un-çe və Li Cunçin-nin baş rollarda oynadığı 2020-ci il romantik-fantastik Cənubi Koreya televiziya serialıdır. Kim Un-suk tərəfindən yazılmış, Hwa&Dam Pictures və onun əsas şirkəti Studio Dragon tərəfindən hazırlanmış serialın premyerası 17 aprel 2020-ci ildə SBS TV və Netflix-də qlobal tamaşaçı üçün yayımlanmışdır. İki paralel dünyada qurulan serial, krallığın əvəzinə Koreya Respublikasının mövcud olduğu ögey əmisi Li Limin açdığı mifik qapını keçdikdən sonra alternativ reallığa çıxışı kəşf edən Koreya Krallığının İmperatoru Li Qon haqqındadır. O, Li Limin vəhşiliklərinə son qoymaq və iki dünya arasında portal kimi istifadə edilən Manpasikcokun digər yarısını geri götürmək üçün yola çıxır. Serialın heyəti, ssenari müəllifi, geniş reklamı və istehsal büdcəsi ilə 2020-ci ilin ilk yarısında ən çox gözlənilən seriallardan biri kimi qarşılanan serial, SBS-in 2020-ci ilin cümə-şənbə dram premyeralarının ən yüksək reytinqlərinə görə rekord vurdu. O, həmçinin səkkiz həftə ardıcıl olaraq həftəlik "Wavve" dram cədvəlində 1-ci yeri qorudu və Hindistan, Malayziya, Filippin və Sinqapurda Netflix-də ən populyar Koreya dram serialı və ABŞ-da ilk iki serialdan biri kimi siyahıya alındı. Sonrakı epizodlarda qarışıq rəylər və gözləniləndən aşağı yerli televiziya tamaşaçı reytinqi aldı, xəbər mediası bunu axın platformalarından gələn rəqabətlə əlaqələndirdi və onun ssenarisi, istehsalı və müxtəlif mübahisələri tənqid etdi. == Süjet == Koreya Krallığının müasir imperatoru Li Qon səddi keçərək Krallığın əvəzinə Koreya Respublikasının mövcud olduğu alternativ reallığı tapır. O, uşaqlığının dönüş nöqtəsi olan atasına sui-qəsd zamanı aldığı şəxsiyyət vəsiqəsindən tanıdığı detektiv Con Te-ul ilə qarşılaşır.
Portuqaliyanın monarx konsortlarının siyahısı
== Burqoniya sülaləsi ==
İspaniyanın monarx konsortlarının siyahısı
== Həmçinin baxın ==
Minarə
Minarə (ərəb. منارة‎) vəya Güldəstə (fars. گلدسته‎) — Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə.
Monada
Monada (yun. μονάς; mənası – vahid) — ən sadə, bölünməz vəhdəti bildirən fəlsəfi termin. Pifaqorun, Kuzanlı Nikolayın, C. Brunonun və başqalarının əsərlərində rast gəlinir. Qotfrid Leybnitsin idealist fəlsəfəsində, aləmin əsasını təşkil edən müstəqil mənəvi mahiyyətləri bildirən əsas anlayışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Hemenway, Priya. Divine Proportion: Phi In Art, Nature, and Science. Sterling Publishing Company Inc., 2005, p. 56. ISBN 1-4027-3522-7 Sandywell, Barry. Presocratic Reflexivity: The Construction of Philosophical Discourse C. 600-450 BC. Routledge, 1996.
Monako
Monako (fr. Monaco) və ya rəsmi adı ilə Monako knyazlığı (fr. Principauté de Monaco) — Cənubi Avropada şəhər-dövlət. Monako Aralıq dənizi sahilində yerləşən mikrodövlətdir. Monako adı Münhen şəhərinin italyanca deyilmə şəklidir. Ölkə yalnız Fransa ilə həmsərhəddir. Paytaxtı Monako-Vill, ən böyük rayonu Monte-Karlo, ümumi sahəsi 2.02 kvadrat kilometrdir. Monako dünyada ən kiçik fransızdilli ərazi sayılır. 1911-ci il konstitusiyasına görə Monte-Karlo — Monakonun şərq və şimal-şərqini əhatə edir, kurort və kazino ərazisi kimi məşhurdur. Monte-Karlonun 20 otelində dünyanın müxtəlif dillərində danışan qonaqlara rast gəlmək mümkündür.
Monarda
Monarda (lat. Monarda) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi və yayılması == Monarda (Monarda) dekorativ-ədviyyalı aromatik bitki olub acı nanə və melissa (ballı nanə, limonotu, bad-rənc) bitkilərinə qohum bitki hesab edilir. Vətəni Şimali Amerikadır. Burada o yabanı halda bitir. Avropa ölkələrində bu bitki haqqında məlumatı ispan həkimi Nikolas Monardesin kitabından əldə etmişlər. XIX əsrin əvvəllərində monarda bitkisini sitrus bitkisi olan berqamotun ətrinə oxşar ətir verdiyinə görə efiryağlı bitki kimi becərməyə başlamışlar. == Müalicəvi xüsusiyyətləri == Tədqiqatlar göstərmişdir ki, monardanın tərkibində müalicəvi təsirə malik olan, çox mürəkkəb tərkibli çoxlu (yüksək faizli) efir yağı vardır. Bu bitkinin yarpaqlarında, çiçəklərində həmçinin gövdəsində də efiryağları tapılmışdır. Bu yağlar kəskin limon, sedra və başqa təravətli çalarlara malik ətir verir.
Monasa
Monasa (lat. Monasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinə aid heyvan cinsi.
Monero
Monero — kriptovalyutalardan biri. == Tarixi == Monero 2014-cü ildə yaranmışdır. Həmin il o CryptoNote protokolunun yaratmış olduğu ilk rəqəmsal valyuta olan Bitcoinin forku olaraq meydana çıxmışdır.Moneronu əsas məqsədi qarşılıqlı mübadilə idi. == Mayning == Monero, əməliyyatları yoxlamaq üçün RandomX performans test alqoritmindən istifadə edir. RandomX, ASIC-dən qorunan bir mayning alqoritmidir. Üsul 2019-cu ilin noyabr ayında əvvəlki CryptoNightR alqoritmini əvəz etmək üçün təqdim edildi. Hər iki alqoritmlər, ASIC mayninginə davamlı olmaq üçün ümumiyyətlə Bitcoin kimi digər kriptovalyutalardan istifadə olunur. Monero, X86, X86-64, qol və qrafik prosessorları, Asic Mining tərəfindən yaradılan Monero Mərkəzləşdirmə Layihəsinin sayğacına əsaslanan bir dizayn həlli kimi, istehlakçı sinifinin avadanlıqları üzərində kifayət qədər səmərəli şəkildə əldə edilə bilər, Lakin bu, həm də pis proqramlardan istifadə edərək Monero mayningçilərinin populyarlığına razılıq verdi. == Gizliliyi == Monero Bitcoinlə müqayisədə fərqli kriptoqrafik alətlərdən istifadə edir. Buna görə də o izlənməsi mümkün olmayan təhlükəsiz, gizli valyuta hesab edilir.
Monlar
Monlar (talayn, မွန်လူမျိုး; mùn lùmjóʊ) — Myanmanın cənubunda, əsasən Mon ştatı və ona qonşu vilayətlərdə, eləcə də Tailandın cənub-qərbində yaşayan xalq. Avstroasiya dil ailəsinin mon-kxmer qoluna daxil olan mon dilində danışırlar. VI əsrdə yaranmış əlifbaları var. Buddizmə sitayiş edirlər.[mənbə göstərin]Eramızın I minilliyində monların erkən dövlətlər olmuşdur (Dvaravati və s.). I minilliyin sonlarında başlayaraq Mon ölkəsinə şimaldan birmanlılar soxulmağa başlamış və XVIII əsrin ortalarında mon dövləti Dvaravatini süquta uğratmışar. Monların birmanlılara böyük mədəni təsiri olmuşdur.
Mosart
Volfqanq Amadey Motsart (alm. Wolfgang Amadeus Mozart‎; 27 yanvar 1756[…], Zalsburq, Zalsburq arxiyepiskopluğu[d], Müqəddəs Roma imperiyası[…] – 5 dekabr 1791[…], Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası[…]) — dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri. Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, orqan ifaçısı və dirijor da olmuşdur. Müəllifin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur. Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert repertuarlarının ayrılmaz parçasını təşkil edir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Volfqanq Amadey Motsart o dövrlər Müqəddəs Roma imperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Motsartların ailəsində dünyaya göz açmışdır. Motsartın özündən savayı sağ qalmış "Nanerl" Mariya Anna adlı bacısı da olmuşdur. Motsart doğumundan bir gün sonra Müqəddəs Rupert kilsəsində xaç suyuna salınmışdır.
Motaro
Motaro (ing. Motaro) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Yerdən kənar Qaranlıq dünyasının ən güclü döyüşçülərindən biridir.
Sonar
Sonar (Sound Navigation and Ranging (az: Səs naviqasiyası və dəyişmə)) səs dalğalarından istifadə edərək obyektin ölçüsünü, məsafəsini və digər məlumatlarını görməyə imkan verən cihazdır. Səsin su altında yayılması xüsusiyyətindən istifadə edərək sualtı/suüstü səyahət, xəbərləşmə və digər cisimlərin aşkarlanmasına imkan verən bir texnikadır. Sonar, İngilis dilindəki “Sound Navigation and Ranging” ifadəsinin qısaltmasıdır və səs dalğaları olan bir obyektin məsafəsi, ölçüsü və digər məlumatları haqqında məlumat almaq üçün istifadə olunan alətin adıdır. Sonar sistem əvvəlcə sualtı qayıqlar üçün istehsal edilmişdir. Suyun altında dalğaların yayılmasından istifadə edərək su altında/ üstündə gəzməyi, məsafələr aralığını hesablamağı, xəbərləşməyi və digər cisimlər haqqında məlumat əldə etməyi təmin edən bir texnikadır. Sonarı delfinlər ünsiyyət üçün, yarasalar isə istiqamətlərini tapmaq üçün istifadə edirlər. Sistem aktiv və passiv olaraq ikiyə bölünür. Passiv sonar gəmilərin səsini eşitməkdir; Aktiv sonar atış səsləri yayır və əks-sədaları dinləyir. == Tarixi == Bəzi heyvanlar (delfinlər və yarasalar) milyonlarla ildir ünsiyyət və cismin aşkarlanması üçün səslərdən istifadə etsələr də, insanın sudan istifadəsi ilk dəfə 1490-cı ildə Leonardo da Vinçi tərəfindən qeydə alınmışdır. XIX əsrdə mayakları təhlükə barədə xəbərdar etmək üçün bir köməkçi sualtı zəng istifadə edilmişdir.
Alnıqara monasa
Alnıqara monasa (lat. Monasa nigrifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü. Bu quşlara Boliviya, Braziliya, Kolumbiya, Ekvador və Perunun amazon meşələrində, eləcə də Braziliyanın cənub-şərqində rast gəlinir. Onların təbii şəkildə yaşadıqları yerlər subtropik və tropik rütubətli düzənlik meşələri, subtropik və tropik bataqlıqlar və nəzərə çarpacaq dərəcədə qırılmış meşələrdir.
Ağalın monasa
Ağalın monasa (lat. Monasa morphoeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü.
Fausto Zonaro
Fausta Zonaro — (d. 18 sentyabr 1854, Padua — ö. 19 iyul, 1929 San-Remo), italyan rəssam. II Əbdülhəmidin dövründə saray rəssamı olaraq Osmanlı sarayında çalışmış orientalist bir rəssamdır. Tarix, müharibə, dəniz, mənzərə və portretlə yanaşı xüsusilə "türk rəssamı" olaraq tanınır. == Həyatı == 1895-cü ildə Avstrya imperiyasının bir hissəsi olan Padova şəhərinin Masi bölgəsində dünyaya gəlmişdir. Atası, hörgü ustası olub.Gəncliyində atasının yanında divar və bina qurulması işlərində çalışmış və məşhurlaşmışdır. 1879-ci ildən etibarən Masi yaxınlarındakı Lendinarada bir texniki məktəbdə 3 il rəsm dərsi aldı. Bu məktəbi bitirdikdən sonra dövrün irəlidə gedən rəsm akademiyalarından olan Akkademia Cignaroliyə qəbul olmuş, məşhur rəssam Napaleon Naninin şagirdi olmuşdur. Hərbi xidmətə görə yarımcıq qoyduğu təhsilini sonra Roma İncəsənət Universitetində bitirdi.
Ferens Molnar
Ferens Molnar (d. 12.01.1878 - ö. 01.04.1952) - macar yazıçı. == Həyatı == Ferens Molnar 12 yanvar 1878-ci ildə Macarıstanın Budapeşt şəhərində doğulmuşdur. 1896-cı ildə ədəbi fəaliyyətə başlayıb. "Ac şəhər" hekayələr toplusu 1901-ci ildə çap olunub. 1930-cu illərdə ABŞ-yə mühacirət edib. Ferens Molnar 1 aprel 1952-ci ildə ABŞ-nin Nyu-York ştatında vəfat etmişdir. "Pal küçəsinin oğlanları" povestini Ramil Səfərov Azərbaycan dilinə tərcümə etmişdir. == Kitabları == "Ac şəhər" (hekayələr).
Fonvey (Monako)
Fonvey ( fr. Fontvieille)-Monako Krallığının tərkibində yaranan 10-cu şəhərdir. Şəhərin cənub-qərbində yerləşir. Sahəsi-334 970 m²-dir. 2008-ci ilin məlumatlarına əsasən əhalisinin sayı-3602 nəfərdir. == Tarixi == Monakonun 12-ci kralı Monako Rene III tərəfindən şəhər 1970-ci illərdə qurulmuşdur. Burada bir çox tikililər məşhurdur ki, onlardan şəhərin mərkəzində yerləşən Lui II-nin şərəfinə adlandırılmış stadionu göstərə bilərik. Bu şəhərdə Monako kutbol klubunun ofisləri, Monako Universiteti də yerləşir. Burada vertolyot dayanacağı da var ki, Monako Krallığı ilə Fransanı bura əlaqələndirir. Yüngül gimnastika yarışlarıda bu şəhərdə keçirilib.
Melaleuca monatha
Melaleuca monatha (lat. Melaleuca monatha) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq.Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. == Həyatı == Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir: Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb. 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Onunla vida mərasimi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilib.
Minarə məscidi
Minarə məscidi (az.-əbcəd میناره مسجیدی‎) — Qacarlar dönəmində Urmiyada Hacı Əliyarxan sifarişi ilə tikilmiş tarixi məscid. == Haqqında == Minarə məscidi Qacarlar dönəmində və 19-cu əsrin sonlarında tikilib. Minarə məscidində 1908-ci ildə quruculuq işləri aparılaraq, restavrasiya edilmişdir. Bu məscid Urmunun başqa məscidləri ilə fərqli olaraq, bir uca minarəyə malik olmasına görə belə adlandırılmışdır. İndilikdə məscid Urmunun mərkəzi hissəsi olan İmam xiyabanında yerləşir. == Memarlıq xüsusiyyətləri == Minarə məscidi kiçik bir məscid olaraq, həyət, eyvan və hovuzu yoxdur. Bu məscid bir uca minarəsi olmaqla, günbəzsizdir. Amma damının qabarıq olmasına görə ilk baxanda günbəzli bir məscidə bənzəyir. Məscidin tikintisində işlədilən əsas materiallar kərpic, daş və ağacdır. Məscid minarəsinin hündürlüyü 22,5 metr olmaqla eni aşağıdan yuxarıya azalır.
Monako-Vill
Monako Vill (fr. Monaco-Ville) — Monako paytaxtı. Şəhər ölkənin sentrin cənubda, Aralıq dənizin sahilində yerləşir.