MOLTANI
MONARXİST
OBASTAN VİKİ
Monarx
Monarx (yun. μόναρχος — yun. μόνος, "tək" və yun. αρχός, "hökmdar" — mütləq hökmdar) — monarxiya quruluşu mövcud olan dövlətlərdə vərasət, yaxud seçki (nadir hallarda) yolu ilə seçilən dövlət başçısı (çar, imperator, kral, sezar, kayzer, firon, knyaz, şahzadə, hersoq, taqavor, ekzarx, nequs, şah, sultan, əmir, xəlifə, xan, malik, bəy, vəzir, puştun və s.). Monarxın əlində ali hakimiyyət, hərbi və məhkəmə hakimiyyəti (mütləq Monarxiya, hazırda yalnız Asiya ölkələrində mövcuddur. Vatikan teokratik monarxiya hesab olunur) cəmləşə bilər. Dövrümüzdə monarxın hakimiyyəti ölkənin ali qanunverici orqanı ilə məhdudlaşdırılır (Parlamentli və ya Konstitusiyalı Monarxiya).
Danaid-monarx
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Monarx kəpənək
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Monarx kəpənəkləri
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Monarx layihəsi
MKUltra layihəsi (ing. Project MKULTRA) və ya Monarx layihəsi (ing. Project Monarch) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi.Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi. Təcrübəni Allan Memorial İnstitutuna çox da böyük olmayan nasazlıqlarla, məsələn nevroz, ya da doğuşdan sonrakı depressiya kimi şikayəti olanlar üzərində qoyulurdu.Məsələnin ictimailəşməsindən sonra yaranmış skandal parlament tədqiqatı aparmağa və sonunda insan üzərində aparılan hər hansı təcrübənin yazılı razılıq ilə alınmasına dair qanun qəbul edilməsinə təkan verdi.
Kral: Əbədi monarx
The King: Eternal Monarch (kor. 더 킹: 영원의 군주) — Li Min-ho, Kim Qo-un, Vu Dohvan, Kim Kyon-nam, Cun Un-çe və Li Cunçin-nin baş rollarda oynadığı 2020-ci il romantik-fantastik Cənubi Koreya televiziya serialıdır. Kim Un-suk tərəfindən yazılmış, Hwa&Dam Pictures və onun əsas şirkəti Studio Dragon tərəfindən hazırlanmış serialın premyerası 17 aprel 2020-ci ildə SBS TV və Netflix-də qlobal tamaşaçı üçün yayımlanmışdır. İki paralel dünyada qurulan serial, krallığın əvəzinə Koreya Respublikasının mövcud olduğu ögey əmisi Li Limin açdığı mifik qapını keçdikdən sonra alternativ reallığa çıxışı kəşf edən Koreya Krallığının İmperatoru Li Qon haqqındadır. O, Li Limin vəhşiliklərinə son qoymaq və iki dünya arasında portal kimi istifadə edilən Manpasikcokun digər yarısını geri götürmək üçün yola çıxır. Serialın heyəti, ssenari müəllifi, geniş reklamı və istehsal büdcəsi ilə 2020-ci ilin ilk yarısında ən çox gözlənilən seriallardan biri kimi qarşılanan serial, SBS-in 2020-ci ilin cümə-şənbə dram premyeralarının ən yüksək reytinqlərinə görə rekord vurdu. O, həmçinin səkkiz həftə ardıcıl olaraq həftəlik "Wavve" dram cədvəlində 1-ci yeri qorudu və Hindistan, Malayziya, Filippin və Sinqapurda Netflix-də ən populyar Koreya dram serialı və ABŞ-da ilk iki serialdan biri kimi siyahıya alındı. Sonrakı epizodlarda qarışıq rəylər və gözləniləndən aşağı yerli televiziya tamaşaçı reytinqi aldı, xəbər mediası bunu axın platformalarından gələn rəqabətlə əlaqələndirdi və onun ssenarisi, istehsalı və müxtəlif mübahisələri tənqid etdi. == Süjet == Koreya Krallığının müasir imperatoru Li Qon səddi keçərək Krallığın əvəzinə Koreya Respublikasının mövcud olduğu alternativ reallığı tapır. O, uşaqlığının dönüş nöqtəsi olan atasına sui-qəsd zamanı aldığı şəxsiyyət vəsiqəsindən tanıdığı detektiv Con Te-ul ilə qarşılaşır.
Portuqaliyanın monarx konsortlarının siyahısı
== Burqoniya sülaləsi ==
İspaniyanın monarx konsortlarının siyahısı
== Həmçinin baxın ==
Belçika monarxlarının siyahısı
== Belçikanın krallarının siyahısı ==
Britaniya monarxlarının siyahısı
Britaniya monarxlarının siyahısı — burada İngiltərə, Şotlandiya, İrlandiya, Böyük Britaniya və Birləşmiş Krallığın və həmçinin Britaniya adalarında mövcud olan dövlətlərin monarxlarının siyahısı verilmişdir: İngiltərə krallığı (871–1707, Uelsin birləşdirilməsi sonrakı dövr də daxil olmaqla); Şotlandiya krallığı (843–1707); İrlandiya feodal dövləti (1177–1541); İrlandiya krallığı (1541–1801); Böyük Britaniya Krallığı (1707–1801, İngiltərə və Şotlandiyanın uniyasından sonra); Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı (1801–1927, Böyük Britaniya və İrlandiyanın uniyasından sonra); Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və ya Birləşmiş Krallıq (1927-ci ildən, İrlandiyanın öz dövlət müstəqilliyini elan etməsindən sonra) == Britaniya monarxları zaman cədvəlində == == Monarxların siyahısı == === Böyük Britaniya === == Ədəbiyyat == === İngilis dilində === Abels, Richard. Alfred the Great: War, Kingship and Culture in Anglo-Saxon England. Harlow, UK: Longman. 1998. ISBN 978-0-582-04047-2. Asser. Life of King Alfred // Giles, J.A. (redaktor). Memorials of King Alfred: being essays on the history and antiquities of England during the ninth century, the age of King Alfred, by various authors. Burt Franklin research & source works series. New York: Burt Franklin.
Böyük Britaniya monarxı
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı - Böyük Britaniyanın dövlət başçısı. Monarx dövlət başçısı olaraq icra hakimiyyətinə malik deyildir. Hökumət Britaniyanın 2 partiyalı sistemi hesabina parlamentə də xeyli dərəcədə təsir edir. Monarx millətin birliyinin və dövlətin varisliyinin simvoludur. O, cəmiyyətdə sabitliyin təminatçısıdır. Monarxın ənənə və konstitusiya adətləri ilə müəyyən olunmuş, bəzən məhkəmə presedentləri ilə müəyyən olunmuş, bəzən presedentləri ilə təsbit edilmiş və parlamentin iradəsindən asılı olaraq olmayan müstəsna hüquqları var. O, qanunları imzalayır və veto hüquqlarına malikdir (1707-ci ildən istifadə etmir). O, paralament iclaslarına xüsusi dəvətlə gələ bilər. O, parlamentin illik sessiyasını nitq söyləyərək açır. Monarx baş nazirin hazırladığı nitqi oxuduğundan heç nə dəyişə bilməz.
Fransa monarxlarının siyahısı
Aşağıdakı Fransa monarxlarının siyahısı frank kralları ilə başlayan və müxtəlif sülalələrin müasir təmsilçiləri ilə başa çatan, özlərini Fransa prezidenti elan edənə qədər davam edən siyahıdır.
Habsburq monarxiyası
Habsburq monarxiyası — Habsburqlar sülaləsinin Avstriya budağının hakimiyyəti altında olan konqlomerat dövlətlərin qeyri-rəsmi adı. Adətən Avstriya ersherosqu I Ferdinandın 1526-cı ildə Çexiya və Macarıstan taxtlarını ələ keçirməsindən 1804-cü ildə Avstriya imperiyasının yaranmasına qədər olan dövrlə əlaqəli olaraq istifadə olunur. "Habsburq monarxiyası" termini də 1276-cı ildən (Avstriyada Habsburg hakimiyyətinin başlanğıcı) 1918-ci ilə qədər (Avstriya-Macarıstanın süqutu) qədər geniş mənada istifadə edilə bilər. 1804-cü ilə qədər Habsburqların hakimiyyəti altındakı ərazilər vahid rəsmi ada malik deyildi. Habsburg imperatorluğu, İspaniya, İspaniya Hollandiyası, Franş-Konte, Lombardiya, Neapol krallığı, Siciliya, Sardiniya və İspaniyanın Amerikan mülkləri də daxil olmaqla Müqəddəs Roma İmperatoru V Karl hakimiyyəti altındakı dövlət qurumlarının məcmusuna istinad etmək üçün geniş istifadə olunur. Habsburq sülaləsindən olan monarxlar da 1439–1806-cı illərdə Müqəddəs Roma İmperatoru idilər. (1740–1745-ci illər istisna olmaqla). == Ədəbiyyat == Steed, Henry Wickham et al. A short history of Austria-Hungary and Poland ( (ing.)). — 1914.
Konstitusiyalı Monarxiya
Konstitusiyalı monarxiya — monarxın hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırılmış hakimiyyət quruluşu. Konstitusiyalı monarxiyada real qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsusdur. Monarxiya iki növə ayrılır: nümayəndəli (və ya dualist) və parlamentli. Dualist monarxiyaya misal olaraq İordaniya, Mərakeş, Küveyti göstərmək olar. (Küveyti bəzən mütləq monarxiyaya aid edirlər). == Mütləq monarxiya quruluşlu dövlətlər == Monarxiya hakimiyyətin sülalə daxilində irsilik əsasında bir şəxsdən digər şəxsə keçdiyi idarəetmə formasıdır. Monarxlar qeyri-məhdud hakimiyyətə, konstitusiya ilə məhdudlaşmış səlahiyyətələr yaxud da sırf formal funksiyalar malik ola bilərlər. Monarx səlahiyyətlərinin qanunla məhdudlaşdırılmadığı 5 belə ölkə var: BƏƏ Bruney Oman Səudiyyə Ərəbistanı Esvatini. == Konstitusiyalı monarxiya quruluşlu dövlətlər == Monarxın hakimiyyətinin konstitusiya və qanunlarla məhdudlaşdırılmış idarəetmə formasıdır. Konstitusiyalı monarxiyada real qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsusdur.
Monarxiya
Monarxiya (lat. monarchia q.yun. μοναρχία — təkhakimiyyətlilik) — Ali hakimiyyətin vətəndaşların iradəsindən asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının (imperator, kral, sultan, padşah, şah, xan və s.) əlində cəmləşdiyi idarəetmə forması. Adətən, monarxın hakimiyyəti ömürlükdür və nəsildən-nəsilə ötürülür. Lakin Malaziya və Birləşmiş Ərəb Əmirliklərində monarx 5 il müddətində seçilir. 2011-ci ildə dünya siyasi xəritəsində 44 monarxiya var idi: 14-ü Asiyada, 12-si Avropada, 3-ü Afrikada, 1-i Okeaniyada. Onların arasında bir imperiya, krallıqlar, knyazlıqlar, hersoqluqlar, sultanlıqlar, əmirliklər, papa şəhər-dövləti olan Vatikan var. == Monarxiyanın xüsusiyyətləri == Hakimiyyət vərasət yolu ilə ötürülür; Müddətsiz olaraq həyata keçirilir; Əhalinin iradəsindən asılı deyil.Monarxiya çox uzun müddət yer üzündə hakim olan idarəçilik forması olmuşdur. Mütləq monarxiyalar da hələ ki var — Səudiyyə Ərəbistanı, Bruney və s. Burada xalqın azad iradəsi nəticəsində formalaşmış qurumlar mövcud deyil və dövlət suverenliyinin yeganə daşıyıcısı monarxdır.
Mütləq Monarxiya
Mütləq monarxiya — monarxiyanın əzəli və qəti forması; fеodal dövlətin son siyasi forması. Mütləq monarxiya fеodal münasibətlərinin dağıldığı və kapitalist münasibətlərin yarandığı dövrdə mеydana gəlmiş, mövcud olmuşdur, hərçənd müasir dövrdə də mütləq monarxiya mövcuddur. Mütləqiyyət üçün monarxın (kralın, şahın, sultanın, çarın, impеratorun və s.) qеyri-məhdud, (xalq tərəfindən) nəzarətsiz, hərtərəfli və dərin hakimiyyətinin olması və hətta onu (monarxı), ilahiləşdirilməsi (müqəddəsləşdirilməsi), dövlətin və dövlət hakimiyyətinin təmərküzləşdirilməsi və gеniş bürokratik aparatın mövcudluğu, funksional dövlət mеxanizminin və daimi ordusunun olması və s. səciyyəvidir.
Səfəvi monarxlarının siyahısı
== Həmçinin bax ==
Türkiyədə monarxiyanın ləğvi
Osmanlı sultanlığının ləğvi — Türkiyə Böyük Millət Məclisinin 1 noyabr 1922-ci ildə qəbul etdiyi 308 saylı "Türkiyə Böyük Millət Məclisinin hüquqi hakimiyyət və hökmranlığının müməssili həqiqisi olduğuna dair" adlı qərarı qəbul etməsinə verilən ad. Monarxiyanın və ya səltənətin ləğvi ilə Osmanlı imperiyası rəsmən süqut etmişdir. == Proses == Səltənətin ləğv edilməsinə yol açan hadisə İstiqlaliyyət müharibəsinin uğurla nəticələnməsindən sonra toplanması düşünülən konfransa Ankara və İstanbul hökumətlərinin birlikdə dəvət edilmələridir. 1922 17 oktyabr tarixli teleqrafda sərdəzəm Tevfiq paşa sülh konfransında ortaq mövqe nümayiş etdirmək üçün Mustafa Kamala müraciət etmişdir. 20 oktyabr tarixli TBMM rəhbərliyinə ünvanlanmış ikinci teleqrafda Tevfiq paşa Babiali ilə TBMM arasında məqsəd baxımından tam birlik olduğunu, Sevr müqaviləsini ləğv etdirmək və işğalın nəticələrini ortadan qaldırmaq üçün bərabər şəkildə mübarizə aparıldığını bildirərək milli birliyin önəmini vurğulamış, vətən uğruna şəxsi ambisiyalardan əl çəkilməsinin lazım olduğunu bildirmişdir.28 oktyabrda İsveçrənin Lozanna şəhərində keçiriləcək olan konfransa İstanbul və Ankara hökumətləri rəsmən dəvət edilmişdir. Bundan iki gün sonra toplanan TBMM İstanbul hökumətinin ləğvinə dair 82 imzalı qərarı müzakirə etmiş, lakin bir nəticəyə gələ bilməmişdir. 1 noyabrda Mustafa Kamalın müdaxilə etməsindən sonra səltənətin ləğvi barədə qərar qəbul edilmişdir. Eyni gündə alınan bir başqa qərarlarla 1 və 2 noyabr günləri milli bayram elan edilmişdir. Mustafa Kamalın yazdıqlarına görə millət vəkillərinin bir çoxu səltənətin ləğvinə qarşı çıxmışdılar. Nazirlər kabinetinin rəhbəri Rauf Orbay əvvəldə buna qarşı çıxmış, lakin 20 oktyabrda Mustafa Kamalla görüşdükdən sonra fikrini dəyişdirmişdir.
İrsi monarxiya
İrsi monarxiya – irsi monarxiya və ya sülalə sistemi monarxiya idarəetmə sisteminin ən geniş yayılmış üsuludur və indiki monarxiyaların əksəriyyəti tərəfindən istifadə olunur. İrsi monarxiyada bütün monarxlar eyni ailədən gəlir və monarxiya ailənin bir üzvündən digərinə miras qalır. Sülalə sisteminin üstünlükləri sabitlik, davamlılıq və proqnozlaşdırıla bilənlik, həmçinin məişət məhəbbəti və sədaqətini sabitləşdirən elementdir. Məsələn, irsi monarxiyanın başında duran kral və ya kraliça ölürsə və ya taxtdan imtina edərsə, tac adətən sonrakı nəslə, padşahın və ya kraliçanın övladına müəyyən qaydada keçir. əgər o uşaq da ölürsə, bu dəfə tac öz övladına, övladı yoxdursa, qardaşına, bacısı oğluna, əmisi oğluna və ya başqa qohumuna keçir. İrsi monarxiyalarda varislik adətən müəyyən qaydalarla müəyyən edilir ki, kimin taxta çıxacağı çoxdan məlum olsun. Cari varislik adətən ən böyük uşaqla olur, lakin keçmişdə daha çox istifadə edilən başqa üsullar var, məsələn, ata nəslini, başqa seçilmiş vərəsə və ya yenidən seçilmiş vərəsə miras almaq kimi. Tarixən taxta çıxma sistemlərində, xüsusən də bu hüququn yalnız oğlanlara aid olub-olmaması və ya qızların da bu hüquqa malik olub-olmaması sualına diqqət yetirilməklə, fərqliliklər olmuşdur. Paternalist taxt-tac sistemində qadınlara nə taxta çıxmağa, nə də taxt-tacı öz nəsillərinə buraxmağa icazə verilmir. Ata qohumu ata nəslindən birbaşa ortaq əcdadı olan kimsədir.
İyul monarxiyası
İyul monarxiyası (fr. monarchie de Juillet) — Fransa tarixində Burbon restavrasiyasına son qoyan 1830-cu il İyul inqilabı ilə başlamış və İkinci Respublikanın qurulması ilə nəticələnən 1848-ci il Fevral inqilabına qədər davam etmiş dövr. 1830-cu il inqilabı liberal xarakter daşıyırdı: o, hakimiyyətin mürtəce tendensiyasından narazı olan burjuaziya tərəfindən həyata keçirilmişdir. Burada iştirak edən fəhlələr demokratik respublika üçün səy göstərirdilər. İnqilabın nəticəsi burjuaziyanın xeyrinə oldu. Belə ki, Burbonlar devrildilər və Orlean hersoqu Lui-Filipp taxta çıxdı. 14 avqust 1830-cu ildə, parlamentin səlahiyyətlərini bir qədər daha da genişləndirən və üstünlüklərini daha yaxşı dəstəkləyən Yenilənmiş Xartiya nəşr olundu. == Ədəbiyyat == Edward Berenson, Populist Religion and Left-wing Politics in France, 1830–1852, Princeton University Press, 1984, 308 p. (ing.) Adèle d'Osmond, comtesse de Boigne, Mémoires de la comtesse de Boigne née d’Osmond, publiés pour la première fois en 1907 : chronique irremplaçable de la vie publique sous la Restauration et la monarchie de Juillet. Hugh Collongham, The July Monarchy : a Political History of France (1830–1848), London, Longman, 468 p.
Parlamenli monarxiya
Navarra monarxlarının siyahısı
Navarra monarxlarının siyahısı, 824-1620-ci illərdə səltənət illərinə görə sıralanmış Navarra krallarının siyahısıdır.
"İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı
"İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı — 1971-ci ildə sonuncu İran şahı, Məhəmməd Rza Pəhləvinin əmrinə əsasən təsis edilmiş mükafat. Mükafat əsasən Persepolis şəhəri yaxınlığında, 1971-ci ildə təşkil edilmiş İran monarxiyasının 2500 illiyi ziyafətinin xarici dövlət rəsmiləri üçün nəzərdə tutulmuşdur.
İran monarxiyasının 2500 illiyi ziyafəti
İran monarxiyasının 2500 illiyi ziyafəti (fars. جشن‌های ۲۵۰۰ سالهٔ شاهنشاهی ایران‎‎) - İran imperatorluğu dövlətinin və Əhəmənilər İmperatorluğunun quruluş münasibəti ilə 1971-ci ilin 12 oktyabr və 16 oktyabr tarixləri aralığında İranın müxtəlif şəhərlərində təşkil olunmuş kompleks dövlət tədbirləri və şənlikləri.Bayramın məqsədi İranın qədim sivilizasiyasını və tarixini işıqlandırmaq, eləcə də Şah Məhəmməd Rza Pəhləvi dövründə onun müasir nailiyyətlərini nümayiş etdirmək idi. Şənliklərdə ölkənin islamaqədərki tarixinə önəm verilir və Böyük Kirin İran tarixi üçün olan əhəmiyyətinin üzərində dayanılırdı.Bəzi müasir tarixçilər sözügedən ziyafətin 1979-cu ildə baş vermiş İran İslam İnqilabının başlanmasının əsas kulimnasiya nöqtələlərindən biri hesab edirlər. == Arxa plan == İdeyanın 1958-ci ildə, millətçi İran alimi və intellektualı Şücaəddin Şəfanın şah ailəsinə İran monarxiyasının 2500 illiyi münasibətilə təntənələr keçirməyi təklif etməsilə başladığı güman edilir. Bu rəqəm eramızdan əvvəl 559-cu ildə Böyük Kirin (Kuruş) taxta çıxaraq Əhəmənilər sülaləsinin əsasını qoymasından hesablanırdı. Bayram tədbirlərilə yanaşı İranın bəşər sivilizasiyasının inkişafına təsirini öyrənən elmi konfransın keçirilməsi nəzərdə tutulurdu. Təklif şahın xoşuna gəldi və 1960-cı ildə müvafiq təşkilat komitəsi yaradıldı. Əvvəlcə böyük təmtəraq nəzərdə tutulmurdu və ayrılan büdcə 3,5 milyon dollara bərabər idi. Yubiley 1961-ci ildə qeyd olunmalı idi. Bu zaman İran tarixi haqqında kitabların, İran mədəniyyəti nümunələrinin və arxeoloji tapıntıların sərgisi keçiriləcəkdi.

Digər lüğətlərdə

-ат- изобличи́тель исса́ливание копьеобра́зно обжива́ться погрубе́ть польщённый прото́ргнуться проэкзамено́вывать венцено́сный гидроизоля́ция ёкать клопомо́р мецена́тство надво́дный по́дрезь Clifton go-getter habituation Jane Doe quiver survivability сдёргивать сегрегация чирок