Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müfti
Müfti (ərəbcə مفتى) - dini məhkəmə sistemində vəzifəli şəxsdir; qazilərin iş təcrübəsindəki oxşar hadisələrdən istifadə edərək müxtəlif dini-hüquqi məsələlər barəsində qərarlar çıxarır (fətva verir). Hazırda hər bir müsəlman dövlətində ölkənin baş müftisi vardır. Əslində o, icmanın başçısıdır, çox böyük nüfuza malikdir və istər dövlət proqramlarına dair (onların dini cəhətlərinə dair), istərsə də sırf dini məsələlərə dair (məsələn, dini bayramların və orucluğun başlanması vaxtı haqqında) qərarlar qəbul edir. Yeni və ən yeni dövrlərdə dünyəvi hakimiyyət orqanlarının və müsəlman ölkələrinin geniş əhali kütlələrinin bir çox məişət yeniliklərinə, iqtisadi və siyasi yeniliklərə münasibəti müftilərin qərarından asılı olmuş və asılıdır.
Müfti Cami
Müfti Cami — Feodosiya (Krım) şəhərində yerləşən cümə məscidi. Şəhər və onun ətrafında saxlanmış yeganə tarixi dini müsəlman binası. 18-ci əsrin sonundan 20-ci əsrin əvvəllərinə qədər Erməni Katolik Kilsəsi idi. == Tarixi == Binanın inşası 1623-1630-cu illərdə Feodosiya türkləri tərəfindən İstanbul orta əsr məscidləri üslubunda aparılmışdır. Binanın qarşısında dövrümüzə qədər çatmayan türbə var idi. Krımın Rusiya İmperiyasına birləşdirilməsindən sonra bina katolik ermənilərin ixtiyarına verildi. 1975-ci ildə bərpa işləri aparıldı, bu müddət ərzində görməli yerlər ilkin görünüşünə qaytarıldı (minarənin itirilmiş hissəsi bərpa edildi, çatlar düzəldildi, pəncərələr, qapılar, döşəmə, dam örtüyü və daxili suvaq dəyişdirildi). Sovet dövrünün sonu ilə məscid müsəlman icmasına verildi və 1998-ci ildən bəri orada cümə namazı qılınmağa başlandı. == Arxitekturası == Məscidin əsas hissəsi kötürdaş və kərpic hörgüsündən ibarət kub formasındadır. Binanın başında on iki tərəfli günbəz yerləşir.
Müfti məscidi
Müfti məscidi — Krımın Kefe şəhərində yerləşən məsciddir. == Haqqında == Kefenin Çarşı məhəlləsində yer alan məscid Musa adında bir əfər tərəfindən 1623-cü ildə inşa edilmişdir. Krımın rus işğalına uğramasından sonra məscid öncə ortodokslar tərəfindən, sonra da erməni katoliklər tərəfindən istifadə edilmək üçün kilsə halına salınmışdır. Məscid 1975-ci ildə restavasiya edilmişdir. Kəsmə daşlı kərpiçdən hazılanan səkkiz güşəli minarə məscidə bitişikdir. Giriş tərəfinin sağ küncündə olan minarəsi uçurulmuş və 1976-cı ildə yenidən inşa edilmişdir. Minarənin girişi məscidin içindədir. Övliya Çələbi Səyahətnamə əsərində Müfti məscidindən qurğuşunla əhatəli məscid olaraq bəhs etmişdir. Mehrabının genişliyi 7 metrə, dərinliyi 3 metrdir. Məsciddə çox sayda iti kəmərli pəncərə vardır.
Baş Müfti
Baş Müfti — bir dövlətin bölgə müftilərinin başçısıdır. Məqam erkən müasir dövrdə Osmanlı İmperiyasında meydana gəlib və sonralar bir sıra müasir ölkələrdə qəbul edilib. Baş Müfti adətən dövlət tərəfindən təyin olunan şəxsdir. Baxmayaraq ki, bəzi müasir ölkələrdə o, kollektiv və ya seçkili vəzifə tutur. Müftilər İslam hüququna (şəriətə) dair məcburi olmayan rəy (fətva) vermək səlahiyyətinə malik olan İslam hüquqşünaslarıdır. Osmanlı İmperiyasında 15-ci əsrdə əvvəllər müstəqil alim kimi fəaliyyət göstərən müftilər dini qurumların və alimlərin ierarxik bürokratiyasına inteqrasiya etməyə başlamışlar. XVI əsrin sonlarında hökumətin təyin etdiyi İstanbul müftisi şeyxülislam titulu ilə bu iyerarxiyaya cavabdeh olan baş müfti kimi tanınırdı. Şeyxülislam dini məsələlərdə sultana məsləhət vermək, dövlət siyasətini qanuniləşdirmək, hakimlər təyin etmək kimi bir sıra funksiyaları yerinə yetirirdi. Osmanlı İmperatorluğunun dağılmasından sonra müsəlman dünyasının bir çox ölkəsində baş müftilik vəzifəsi qəbul edilmiş və əksər hallarda hökumət siyasətlərinə dini dəstək vermək rolunu oynayır.
İsmayıl Əhmədov (müfti)
İsmayıl Əhmədov — Qafqaz müsəlmanlarının X Müftisi. Müfti Hacı İsmayıl Əhmədov 1907-ci ildə Şəkidə anadan olub. 1916-18-ci illərdə Şəki ibtidai məktəbində, sonra şəhər məktəbində oxuyub. 1923-30-cu illərdə mədrəsə təhsili alıb. 1941-45-ci illərdə Vətən müharibəsinin iştirakçısı olub, bir çox orden və medallarla təltif olunub. 1945-67-ci illərdə Şəki şəhər məişət kombinatında işləyən Hacı İsmayıl sonralar Bakıya köçüb və iki ilə yaxın "Hacı Əcdərbəy" məscidində (Göy məscid) mollalıq edib. 1969-cu ilin mayında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Hacı İsmayıl Əhmədov sədr müavini – müfti seçilir. Yüksək dini savadı omayan yeni müfti öz mülayimliyi, dövlətə sadiqliyi ilə tanınırdı. Moizə etməyə o qədər də həvəsi omayıb, lakin xoş rəftarına görə, sünni dindarların rəğbətini qazana bilib. Müfti Hacı İsmayıl Əhmədov 1970 və 1973-cü illərdə Məkkəyə gedərək, Kəbəni ziyarət edib.
Müfti Osman Əfəndi Vəlizadə
Osman Əfəndi Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. Müfti Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Qolovinin təklifi ilə görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin oğlu Osman Əfəndi Vəlizadə Qafqazın (Zaqafqaziyanın) 2-ci müftisi təyin edilir. O, 1847-ci ildə vəfat edib.
Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili
Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili (tam adı: Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyn; 10 Rəcəb 1347—26 Cəmadiyəl-əvvəl 1431) — Azərbaycanlı ilahiyyatçı, seyid, ayətullah əl-üzma. == Ailəsi və əsl-nəsəbi == Ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xəlxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır. == Həyatı == Musəvi seyyidlərindəndir. Nəsli Musa ibn Cəfərin övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır. O hicri qəməri tarixi ilə 1347-ci ilin rəcəb ayının 10-da (miladi 1928-ci il) o zamanlar "Darül-irşad" kimi məşhur olan Ərdəbil şəhərində dünyaya göz açmışdır.
Müflis
Müflisləşmə — iflas, bankrotluq. var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq; məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.
Məftil
Məftil adətən nazik, uzun və əyiləbilən, en kəsiyi dairəvi olaraq hazırlanmış metal və ya süni materialdır. Digər en kəsik formaları dördbücaqlı,altıbucaqlı,və ya oval şəklində ola bilir. Uzun olduğundan məftillər dolağa yığılır və dəst şəklində saxlanır. Məftillərin hazırlanması üçün tətbiq olunan materiallar polad, mis, bürünc, alüminium, gümüş, qızıl və paslanmayan poladdır. Son vaxtlar kiçik miqdarda avtomobil və aviasiya sənayesində maqnezium məftillərdən də istfadə olunur. == Hazırlanması == Məftil hazırlama texnologiyası çəkmə üsuluna əsaslanr. Emal zamanı dartma-sıxma prosesində yonqar ayrımadığndan metalda baş verən deformasiya istiliyin ayrılması ilə müşqaiyət olunur. Proses zamani soyuq və isti çəkmə, yayma və elektrolit emalı fərqləndirilir. Məftilin çəkilməsində öncə ştamplama və ya yayama yolu ilə hazırlanmış pəstah çəkmə daşının deşiyindən keçirilir və çəkilir. Çəkmə zamanı pəstah material itkisi olmadan uzanır və nazilir.
Müfsid
Müfsid (ərəb. مفسد‎) — İslam dini terminidir. Əfəl-i mükəlləfindəndir. Ərəbcə "fsd" kökündən olub müfsid "fəsad törədən" mənasındadır. Lüğətdə "pozan", "fəsad törədən" deməkdir. Müfsid sözü İslam kəlamında imanı (etiqadı) batil edən vəziyyətlər və İslam fiqhində başlanmış ibadəti məhv etməklə işlənən bir termindir. Başqa sözlə desək, müfsidlər İslamda qanuni bir inancı və ya başlanmış ibadəti pozan şeylərdir. Misal üçün; İman və namazı pozmaq, nikah və həcc, zəkat, alqı-satqı kimi. Məsələn, Allahı və Quranı lənətləmək küfrdür və imanı yox edər. Namaz əsnasında gülmək dəstəmazı və namazı batil edir.
Mufta
Mufta — bir-birinə nisbətən oxboyu fırlanan vallar, çarxlar və ya başqa fırlanan hissələr arasında daimi və ya müvəqqəti ötürmə yaratmaq və bununla bir tərəfdən digər tərəfə qüvvə ötürmək üçün birləşmə qurğusudur. Muftaların sinifləşdirilməsi üçün birləşmənin işə salınması növü əsas götürülür. Birinci halda ayrılmayan muftalardan istifadə edilir. Fırlanan hissələri tez-tez birləşdirmək və ya ayırmaq üçün ayrılıb-qoşulabilən muftaların tətbiqi əlverişlidir. Ayrılabilməyənlər sərt və elastiki olaraq iki qrupa bölünürlər. Sərt muftalar bir-birinə nisbətən dəqiq fırlanan vallarda tətbiq olunur. Bunlar kinematik və sürtünmə ilişməsinə ayrılırlar. Elastiki muftalarla birləşmiş valların fırlanma dəqiqliyi aşağı olur. İlişmə yaranan xətalardan asılı olaraq eninə, uzununa, bucaq və dönmə istiqamətlərində elastiki olanlara bölünür. Həm də müxtəlif elastikli muftaları kombinasiya etmək olar.
Müfid
Şeyx Müfid (ərəb. الشيخ المفيد‎) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim. == Həyatı == Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir. Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır. == Təhsili == İlk təhsilini öz ailəsində almışdır.
Maltiy dili
Malta dili (Malti) — Maltada istifadə edilən rəsmi dil.
Mustay Kərim
Mustay Kərim (1919-2005) — Başqırdıstanın xalq şairi. == Həyatı == == Yaradıcılığı == "Gənclik" nəşriyyatının çap etdiyi "Dağlar da insan kimidir" (redaktoru İ.Tapdıq) şerlər kitabı ilə Başqırdıstanın xalq şairi Mustay Kərim bizə daha da doğmalaşdı, poeziya süfrəmizin çox hörmətli qonağı oldu. İstedadlı şair Eyvaz Borçalı Mustaya məxsus rəngləri, boyaları, poetik dil duruluğunu çox yaxşı mənimsəyib tərcümə edə bilmişdir. Mustay Kərimin qələm dostu, şöhrət qonşusu, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri kitaba çox səmimi giriş sözü yazmışdır. Giriş sözündə deyilir: "Mən hər dəfə Mustay Kərimi düşünəndə o qənaətə gəlirəm ki, sənətkarın əsl böyüklüyünü təyin etmək üçün gərək onun doğma torpağına gedəsən, onu öz xalqı ilə təmasda görəsən". Doğrudan da Ufa, Dem, Ağ çay boyunca hərəkət edib, şairin öz dili ilə desək, xatirədə ağcaqayın yarpağına bənzəyən bərəkətli, məhsuldar başqırd torpağını gəzən adama elə gəlir ki, belə bir yerdə şair olmamaq mümkün deyil. Belə əlvan təbiətli, qonaqpərvər bir yerin şairi ancaq Mustay Kərim kimi geniş ürəkli, humanist və səxavətli olmalıdır. Onun şirin söhbətlərini dinlədikcə ölkənin fəqərə sütunu sayılan Ural dağlarının əzəməti ilə qarşılaşırsan; hiss edirsən ki, sənətkar da öz qələmi ilə neft çıxaranın qoluna qüvvət verir; Başqırdıstanın inkişaf eləmiş sənaye və kənd təsərrüfatı rayonuna çevrilməsində şeirin də payı var. Bu torpağın qüdrətini şer qədər duya və tanıda bilən ikinci bir qüvvə tapmaq çətindir. Şer başqırd torpağının elə təmiz, elə büllur, elə baş alıb gedən ağ çayıdır ki, heç bir relyef-sədd bu güc-qüvvənin qarşısında dura bilməz.
Məftil modeli
Məftil modeli (eyni zamanda məftil qəfəs modeli də adlanır) — hissələrin 3D modellərini vizuallaşdırmaq və 3D qrafiklərin modelləşdirilməsinə xidmət edir. Məftil modelinə kompyüter qrafikasında həm də til modeli deyilir, çünki verilmiş modelin tilləri məftil və xətlər vasitəsilə əlaqələndirilir. Məftil modeli kompyüter qrafikasında tətbiq olunan köməkçi alət rolunu oynayır. O, hissə haqqında məlumatı transparent şəkildə təsvir edir və digər modellərə nisbətən çox az hesablama vaxtı tələb edir. Məftil model 3D təsvirin ən sadə formasıdır. Sərhəd xəttləri bu modeldə bir-biri ilə bir başa əlaqədə olmadığından hissənin məftil modelinin yanlış intrepretasiya oluna bilmək təhlükəsi vardır. Buna baxmayaraq məftil modelindən hissələrin cizgilərinin hazırlanmasında, hissənin fəzada vəziyyətinin təyini, transformasiyaların təsviri və proyeksiyalar üçün istifadə olunur. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Tikanlı məftil
Tikanlı məftil - Hər hansısa bir ərazinin sərhədlərini müəyyənləşdirmək üçün istifadə olunan vasitə. Tikanlı məftillər, iki mis dəmir parcasının bir-birinə burulması yolu ilə möhkəmləndirilir və əsasən hasarların üzərinə yerləşdirilir. Tikanlı məftillərdən həbsxana, getto və hərbi hissələrin sərhədlərinin müəyyənləşdirilməsi zamanı daha çox istifadə edilir.
Mutay Ulbaşov
Mutay Ulbaşov ( qaraç.-balk. Улбашланы Исмаилны жашы Мутай; 1 yanvar 1923-cü il Şaurdat, Çerek rayonu, KBMSSR - 9 dekabr 2005, Nalçik, Kabarda-Balkariya ) — rəqqas, baletmeyster, xoreoqraf. Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti, RSFSR xalq artisti, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, "Kabardinka və "Assa" rəqs ansambllarının rəhbəri. == Həyatı == Ulbaşov Mutay İsmayıl oğlu 1 yanvar 1923-cü ildə Şaurdat kəndində anadan olub. Milliyyətcə balkardır. 1933-cü ildə orta məktəbi bitirdikdən sonra Nalçikdə yerləşən Kabardino-Balkariya ansamblında rəqqas kimi fəaliyyətə başlayır. 1942-ci ilin iyul ayında 1943-cü ilin iyul ayına qədər Sovet ordusundan xidmət edib. Xidmətdən geri döndükdən sonra ansamblda fəaliyyətini bərpa edir. 1944-cü ilin mart ayında Qırğızıstan Sovet Sosialist Respublikasının Bişkek (o dövrdə Frunze) şəhərinə sürgün edilib. Bura gəldikdən sonra Qırğız filarmoniyasının rəqqas solisti olur.
Şeyx Müfid
Şeyx Müfid (ərəb. الشيخ المفيد‎) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim. == Həyatı == Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir. Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır. == Təhsili == İlk təhsilini öz ailəsində almışdır.
Müflih əl-Saci
Müflih əl-Saci — Vasif əl-Şirvanini əvəz etmiş Abbasilərin Azərbaycan canişini. == Hakimiyyəti == Yusif ibn Divdadın ordusunda qulam idi. Haqqında çox məlumat yoxdur. 929-cu ildə Bizans sərkərdəsi İoann Kurkuası məğlub etmişdi. 931-ci ildə Vaspurakan knyazı I Qagikin torpaqlarını Bizansa meylli olduğu üçün işğal etmiş, böyük bir orduyla hücum edərək 100.000-ə yaxın erməni öldürmüşdü. 935-ci ildə Deysəm ibn İbrahimin hücumuna məruz qalmış, Şirvanşah Əbu Tahir Yezidə sığınmışdır. Lakin sonuncu tərəfindən Deysəmə təhvil verilmişdir.
Adaptive Multi-Rate
AMR (Adaptive multi rate) — dəyişən sürətli kodlaşdırma. Danışıq diapazonundakı tezliklərin xüsusi olaraq nəzərdə tutulmuş siqnal səs fayllarının kodlaşdırılma standartı. ETSI (European Telecommunications Standards Institute) standartı. AMR - böyük həcmli şəbəkələrdə nitqin ötürülməsini təmin edir. AMR nitq kodlaşdırma/dekodlaşdırması müxtəlif tezlik sürət dəstlərinə malikdir. Şəraitdən və ya şəbəkənin yükləməsindən asılı olaraq müxtəlif rejimlərə keçməyə imkan verir. İstənilən şəraitdə səsin təmiz ötürülməsini təmin edir. Aşağıda AMR kodekinin 14 rejimi göstərilmişdir, onlardan 8-ində tam sürət tam mümkündür (full rate, FR) və 6-sında tam sürətli kanal mövcuddur (half rate, HR): == AMR-NB == AMR-NB (Adaptive multi rate narrow band) — AMR-in ensiz zolaqlı variantı olan səsli kodek. 4,5-12,2 kbit/san-ə qədər məlumat axınının sürət dəyişkənliyinə imkan verir. == AMR-WB == AMR-WB (Adaptive multi rate wide band) — AMR-ın genişzolaqlı variantı.
Ornella Muti
Ornella Muti (it. Ornella Muti; 9 mart 1955, Roma) — İtalyan aktrisa. Əsl adı Françeska Romana Rivellidir. Atası Neapol doğumlu italyan, anası isə estondur. Bacısı Claudia Mutidir. Muti iki dəfə ailəli olmuşdur. Birinci əri Alessio Orano (1975-1981), ikinci əri isə Federico Facchinettidir (1988-1996). Üç uşağı vardır: Naike Rivelli (1974), anasına oxşarlığı ilə tanınan və İspaniya film rejissoru José Luis Bermúdez de Castro Acasodan olan qızıdır. Andrea və ikinci qızı Carolina isə ikinci əri olan Facchinettidəndir. 1998-ci ildən bəri plastik cərrah Stefano Piccolo ile birlikdə yaşamaqdadır.
Multi-kod idarəli xətti prediktor
Multi-kod idarəli xətti prediktor, (ing. Code Excited Linear Prediction), rus. Линейное предсказание с мультикодовым управлением) – nitq siqnallarının kodlaşdırılması alqoritmi 1985-ci ildə Manfred Şröder və Bişnu Atal tərəfindən təklif edilmişdir. Həmin dövrdə bu alqoritm RELP və LPC audiokodekləri (məsələn, FS-1015) kimi aşağı bit sürətli alqoritmlərlə müqayisədə daha yaxşı keyfiyyət təmin edirdi. ACELP, RCELP, LD-CELP və VSELP kimi variantları ilə birlikdə hazırda ən geniş istifadə edilən nitq kodlaşdırma alqoritmidir. Hazırda CELP konkret kodek üçün deyil, alqoritmlər sinfi üçün ümumi termin kimi istifadə edilir. == Ədəbiyyat == İmamverdiyev Y. N., Suxostat L. V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı, 111 səh.