MÜFTİ

hüquq məsələləri üzrə fitva verməyə ixtiyarı olan, yüksək vəzifəli ruhani; sünnilərin dini işlərinə rəhbərlik edən ruhani.
MÜFİDƏ
MÜĞABİL
OBASTAN VİKİ
Müfti
Müfti (ərəbcə مفتى) - dini məhkəmə sistemində vəzifəli şəxsdir; qazilərin iş təcrübəsindəki oxşar hadisələrdən istifadə edərək müxtəlif dini-hüquqi məsələlər barəsində qərarlar çıxarır (fətva verir). Hazırda hər bir müsəlman dövlətində ölkənin baş müftisi vardır. Əslində o, icmanın başçısıdır, çox böyük nüfuza malikdir və istər dövlət proqramlarına dair (onların dini cəhətlərinə dair), istərsə də sırf dini məsələlərə dair (məsələn, dini bayramların və orucluğun başlanması vaxtı haqqında) qərarlar qəbul edir. Yeni və ən yeni dövrlərdə dünyəvi hakimiyyət orqanlarının və müsəlman ölkələrinin geniş əhali kütlələrinin bir çox məişət yeniliklərinə, iqtisadi və siyasi yeniliklərə münasibəti müftilərin qərarından asılı olmuş və asılıdır.
Müfti Cami
Müfti Cami — Feodosiya (Krım) şəhərində yerləşən cümə məscidi. Şəhər və onun ətrafında saxlanmış yeganə tarixi dini müsəlman binası. 18-ci əsrin sonundan 20-ci əsrin əvvəllərinə qədər Erməni Katolik Kilsəsi idi. == Tarixi == Binanın inşası 1623-1630-cu illərdə Feodosiya türkləri tərəfindən İstanbul orta əsr məscidləri üslubunda aparılmışdır. Binanın qarşısında dövrümüzə qədər çatmayan türbə var idi. Krımın Rusiya İmperiyasına birləşdirilməsindən sonra bina katolik ermənilərin ixtiyarına verildi. 1975-ci ildə bərpa işləri aparıldı, bu müddət ərzində görməli yerlər ilkin görünüşünə qaytarıldı (minarənin itirilmiş hissəsi bərpa edildi, çatlar düzəldildi, pəncərələr, qapılar, döşəmə, dam örtüyü və daxili suvaq dəyişdirildi). Sovet dövrünün sonu ilə məscid müsəlman icmasına verildi və 1998-ci ildən bəri orada cümə namazı qılınmağa başlandı. == Arxitekturası == Məscidin əsas hissəsi kötürdaş və kərpic hörgüsündən ibarət kub formasındadır. Binanın başında on iki tərəfli günbəz yerləşir.
Müfti məscidi
Müfti məscidi — Krımın Kefe şəhərində yerləşən məsciddir. == Haqqında == Kefenin Çarşı məhəlləsində yer alan məscid Musa adında bir əfər tərəfindən 1623-cü ildə inşa edilmişdir. Krımın rus işğalına uğramasından sonra məscid öncə ortodokslar tərəfindən, sonra da erməni katoliklər tərəfindən istifadə edilmək üçün kilsə halına salınmışdır. Məscid 1975-ci ildə restavasiya edilmişdir. Kəsmə daşlı kərpiçdən hazılanan səkkiz güşəli minarə məscidə bitişikdir. Giriş tərəfinin sağ küncündə olan minarəsi uçurulmuş və 1976-cı ildə yenidən inşa edilmişdir. Minarənin girişi məscidin içindədir. Övliya Çələbi Səyahətnamə əsərində Müfti məscidindən qurğuşunla əhatəli məscid olaraq bəhs etmişdir. Mehrabının genişliyi 7 metrə, dərinliyi 3 metrdir. Məsciddə çox sayda iti kəmərli pəncərə vardır.
Baş Müfti
Baş Müfti — bir dövlətin bölgə müftilərinin başçısıdır. Məqam erkən müasir dövrdə Osmanlı İmperiyasında meydana gəlib və sonralar bir sıra müasir ölkələrdə qəbul edilib. Baş Müfti adətən dövlət tərəfindən təyin olunan şəxsdir. Baxmayaraq ki, bəzi müasir ölkələrdə o, kollektiv və ya seçkili vəzifə tutur. Müftilər İslam hüququna (şəriətə) dair məcburi olmayan rəy (fətva) vermək səlahiyyətinə malik olan İslam hüquqşünaslarıdır. Osmanlı İmperiyasında 15-ci əsrdə əvvəllər müstəqil alim kimi fəaliyyət göstərən müftilər dini qurumların və alimlərin ierarxik bürokratiyasına inteqrasiya etməyə başlamışlar. XVI əsrin sonlarında hökumətin təyin etdiyi İstanbul müftisi şeyxülislam titulu ilə bu iyerarxiyaya cavabdeh olan baş müfti kimi tanınırdı. Şeyxülislam dini məsələlərdə sultana məsləhət vermək, dövlət siyasətini qanuniləşdirmək, hakimlər təyin etmək kimi bir sıra funksiyaları yerinə yetirirdi. Osmanlı İmperatorluğunun dağılmasından sonra müsəlman dünyasının bir çox ölkəsində baş müftilik vəzifəsi qəbul edilmiş və əksər hallarda hökumət siyasətlərinə dini dəstək vermək rolunu oynayır.
İsmayıl Əhmədov (müfti)
İsmayıl Əhmədov (27 noyabr 1907, Nuxa – 18 fevral 1986) — Qafqaz müsəlmanlarının X Müftisi. Müfti Hacı İsmayıl Əhmədov 1907-ci ildə Şəkidə anadan olub. 1916–18-ci illərdə Şəki ibtidai məktəbində, sonra şəhər məktəbində oxuyub. 1923–30-cu illərdə mədrəsə təhsili alıb. 1941–45-ci illərdə Vətən müharibəsinin iştirakçısı olub, bir çox orden və medallarla təltif olunub. 1945–67-ci illərdə Şəki şəhər məişət kombinatında işləyən Hacı İsmayıl sonralar Bakıya köçüb və iki ilə yaxın "Hacı Əcdərbəy" məscidində (Göy məscid) mollalıq edib. 1969-cu ilin mayında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Hacı İsmayıl Əhmədov sədr müavini – müfti seçilir. Yüksək dini savadı omayan yeni müfti öz mülayimliyi, dövlətə sadiqliyi ilə tanınırdı. Moizə etməyə o qədər də həvəsi omayıb, lakin xoş rəftarına görə, sünni dindarların rəğbətini qazana bilib. Müfti Hacı İsmayıl Əhmədov 1970 və 1973-cü illərdə Məkkəyə gedərək, Kəbəni ziyarət edib.
Müfti Osman Əfəndi Vəlizadə
Osman Əfəndi Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. Müfti Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Qolovinin təklifi ilə görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin oğlu Osman Əfəndi Vəlizadə Qafqazın (Zaqafqaziyanın) 2-ci müftisi təyin edilir. O, 1847-ci ildə vəfat edib.
Məhəmməd Müfti-şiə Musəvi
Seyid Məhəmməd Müfti-şiə Musəvi (23 dekabr 1928, Ərdəbil – 19 may 2010) — İslam alimi, müctəhid. == Həyatı == === Ailəsi və əsil-nəsəbi === Bu nəcabətli ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xalxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və mənəviyyatda öncül olub, müvəffəqiyyətlə ədəb və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır. === Təvəllüdü və adı === Onun adı Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyndir. O böyük şəxsiyyət Musəvi seyyidlərindəndir. Onun nəsli Musa ibn Cəfərin (ə) övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır.
Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili
Seyid Məhəmməd Müfti-şiə Musəvi (23 dekabr 1928, Ərdəbil – 19 may 2010) — İslam alimi, müctəhid. == Həyatı == === Ailəsi və əsil-nəsəbi === Bu nəcabətli ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xalxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və mənəviyyatda öncül olub, müvəffəqiyyətlə ədəb və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır. === Təvəllüdü və adı === Onun adı Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyndir. O böyük şəxsiyyət Musəvi seyyidlərindəndir. Onun nəsli Musa ibn Cəfərin (ə) övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır.
Məhəmməd Müftizadə
Məhəmməd Əfəndi Müftizadə — Qafqaz müsəlmanlarının III Müftisi. Osman Əfəndi Vəlizadə vəfat etdikdən sonra onun yerinə oğlu Məhəmməd Əfəndi Müftizadə təyin edilir. Məhəmməd Əfəndi dövrünün ən nüfuzlu ilahiyyatçılarından biri olub. 1867-68-ci illərdə Şamaxıya gedib və orada Seyyid Əzim Şirvani ilə görüşüb. Məhəmməd Əfəndi Müftizadə 1847-ci ildən ömrünün axırınadək, yəni 1880-ci ilə kimi Tiflisdə Ruhani İdarəsində Qafqaz (Zaqafqaziya) sünni müsəlmanlarının müftisi vəzifəsini icra edib.
Səadəddin Əfəndi Müftizadə
Müftizadə Qazi Səadəddin Əfəndi Müfti Osman Əfəndi oğlu (1837-1916) - Osman Vəlizadənin oğlu. == Həyatı == Səadəddin Əfəndi Molla Vəli Vidadinin nəvəsi, M.P.Vaqifin qız nəvəsidir. Atası Osman Əfəndi Qafqazın müftisi olmuşdur. Dini təhsilini Şamaxı mədrəsəsində almışdır. 1868-ci ildə Şuşa qəzasında sünnü qazi vəzifəsinə təyin olunmuşdur. 1878-ci ildə Qazax əhalisi cəyirtikə ilə mübarizəyə cəlb edə bildiyinə görə 1882-ci ildə lentli “Müqəddəs ana” gümüş medalı ilə təltif edilmişdir. 1894-cü ildən ömrünün sonuna kimi Qazağın qazisi olmuşdur. Səadəddin Əfəndi varlı adamlardan sayılmış I Şıxlı və Kəmərli kəndlərində mülkləri, torpaq sahələri, naxırı, sürüsü olmuşdur. 1916-cı ildə vəfat etmiş II Şıxlı qəbiristanlığında dəfn edilmiş, qəbri Müftü Osman əfəndinin oğlu Məhəmməd əfəndinin qəbrinin yanındadır. == Ailəsi == Qızı Güləndam xanım Alay bəy Şıxlinski ailə qurmuşdu.
Müftizadə Əhməd Əfəndi
Müftizadə Əhməd Əfəndi (v. 10 noyabr 1791, İstanbul, Osmanlı imperiyası) — Osmanlı şeyxülislamı və alimi. == Həyatı == Gelibolu müftüsü olan atasına nisbətlə bir çox mənbədə Müftizadə ləqəbiylə anılır. Mədrəsə təhsilini tamamladıqdan sonra müxtəlif vəzifələrdə xidmət etdi. 1772-ci ildə davam edən Rusiya-Osmanlı müharibəsinə ordu qazısı olaraq qatıldı. 1782-ci ildə İstanbul qazısı, 1785-ci ildə isə Anadolu qazəsgəri təyin edildi. 10 fevral 1786-cı ildə şeyxülislamlığa yüksəldi. 1787-ci ildə Rusiyaya yeni bir səfər tərtib edilməsi üzrə aparılan müzakirələrdə sədrəzəm Qoca Yusif Paşayla birlikdə Sultan Əbdülhəmidi müharibəyə razı saldı. Ancaq müharibənin gedişatında Avstriyanın da qarşı cəbhəyə qatılması ilə müharibə Osmanlının əleyhinə çevrildi. Bu vəziyyətdə müharibə tərəfdarı olan Əhməd Əfəndi səhvini anlayaraq öz istəyilə vəzifədən ayrıldı (24 noyabr 1787).

Digər lüğətlərdə