MÜFİD
MÜFLİS
OBASTAN VİKİ
Müflih əl-Saci
Müflih əl-Saci — Vasif əl-Şirvanini əvəz etmiş Abbasilərin Azərbaycan canişini. == Hakimiyyəti == Yusif ibn Divdadın ordusunda qulam idi. Haqqında çox məlumat yoxdur. 929-cu ildə Bizans sərkərdəsi İoann Kurkuası məğlub etmişdi. 931-ci ildə Vaspurakan knyazı I Qagikin torpaqlarını Bizansa meylli olduğu üçün işğal etmiş, böyük bir orduyla hücum edərək 100.000-ə yaxın erməni öldürmüşdü. 935-ci ildə Deysəm ibn İbrahimin hücumuna məruz qalmış, Şirvanşah Əbu Tahir Yezidə sığınmışdır. Lakin sonuncu tərəfindən Deysəmə təhvil verilmişdir.