Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirik
Mirik — Azərbaycan Respublikasının Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsində kənd.18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad edilmişdir. == Tarixi == Mirik kəndi Qarabağ yaylasındadır. Kənd qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Keçmiş adı Mirik Hasanalı olmuşdur. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Hasanalı tayfasına mənsub ailələr salıb. Ehtimal olunur ki, mirik sözü türk dillərindəki marak/maraq sözündən olub, “muşahidə məntəqəsi” mənasındadır.Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklon xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır. Qədim dövrlərə aid daş əmək alətləri, daşdan yonulmuş istehsal vasitələri və Azərbaycanın qiymətli Mədəniyyət nümunələrindən sayılan bədii daşlar, qabartmalar, oymalar, ornamentlər və digər dekorativ tətbiqi sənətə aid olan əvəzsiz nümunələr Mirik kəndinin ərazilərində hələ də qalmaqdadır. == Tarixi abidələri == Məbəd, XVI-XVIII əsr Mirik kəndi Qala, Antik dövr Mirik kəndi Sovmə, XVI əsr Mirik kəndi Bulaq (Behbudalı bulağı), XVIII əsr Mirik kəndi Dəyirman, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Qara dam, Orta əsr Qara dam, Orta əsr Mirik kəndi Qara dam, Orta əsr Mirik kəndi Körpü, 1970 Mirik kəndi 45 Mağara (Qaranlıq kaha) Mirik kəndi Kurqanlar (Təpələr) Mirik kəndi Kalafalıq (yaşayış yeri), daş dövrü Mirik kəndi Süjet xarakterli oyma Mirik dərəsi Süjetli daş fiqur Mirik dərəsi === Məbəd (XVI-XVIII əsr) === Mirik kəndinin qərb hissəsində (Bozlu kəndi istiqamətində) çılpaq sal daşlar üzərində inşa edilmiş və divar daşı üzərində tikilmə tarixi 1655-ci il yazılan Qafqaz Albaniyası dövrünün çox nadir memarlıq nümunələrindən biri olan üçnefli Bazilika hal–hazırda istifadəyə yararlı vəziyyətdə qalmaqdadır.
Misir
Misir (ərəb. مصر‎‎ [misˤr]; Misir dialektinin tələffüzü: [masˤr]) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریّة مصر العربیّة‎‎) — əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkə. Misirin şimal-şərq hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşir. Sərhədin şərq hissəsini Fələstin, İsrail və Qəzza zolağı ilə Misir, cənubda Sudan və qərbdə Liviya ilə əhatə edir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Akaba körfəzinə və Qırmızı dənizə çıxışı var. Aqaba körfəzi şimal-şərqdə Misiri İordaniya və Səudiyyə Ərəbistanından ayırır. Qahirə ölkənin paytaxtı və ən böyük şəhəri, ikinci ən böyük şəhəri olan İsgəndəriyyə isə Aralıq dənizi sahilində iri sənaye və turizm mərkəzidir. Təxminən 100 milyon əhalisi olan Misir dünyanın ən çox əhalisi olan 14-cü ölkəsidir. E.ə.
Pişik
Pişik (lat. Felis) — pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Felis bieti — Çin pişiyi Felis chaus — Qamışlıq pişiyi və ya Xaus Felis manul — Manul Felis margarita — Barxan pişiyi Felis nigripes — Qaraayaq pişik Felis silvestris — Çöl pişiyi Felis silvestris catus — Ev pişiyi (Çöl pişiyinin yarımnövü)Pişik yırtıcı məməlilərin evdə saxlanılan növüdür. Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Yerli pişiklər insanlar tərəfindən yoldaşlığı və gəmiricilər ovlamaq qabiliyyətinə görə qiymətləndirilir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir.
Axill (Misir)
Axill (q.yun. Ἀχιλλᾶς; e. ə. I minillik – e.ə. 48, İsgəndəriyyə) — Qədim Misir hərbi xadimi. O, Misir fironu XIII Ptolemey Teos Filopatorun qəyyumlarından biri olmuşdur. Axill e.ə. 48-ci ildə Pompey Misirə qaçdığı zaman fironun qoşunlarının komandanı olmuşdur. Yuli Sezar Axilli qeyri-adi cəsarətə malik bir insan adlandırmışdır. O, xədim Potin və Xioslu Teodatın təklifi əsasında Lusi Septimi ilə Pompeyi öldürmüşdür.
Aşağı Misir
Aşağı Misir(ərəb. الدلتا‎ al-Diltā) Misirin ən şimalında yerləşən regiondur: münbit Nil vadisi, Yuxarı Misirin və Aralıq dənizi arasında. == Tarixi == Aşağı Misir Ta-Mehu kimi tanınırdı ki papirus torpağı deməkdir.Aşağı Misirin paytaxtı Memfis şəhəri idi.
Balıqtutan pişik
Balıqtutan pişik (lat. Prionailurus viverrinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü.
Cessi Misak
Marağa (Misir)
Marağa və ya Əl-Marağa- Yuxarı Misirin Sövhac mühafəzəsində şəhər. Nil çayının qərb sahilində yerləşir.
Maru (pişik)
Maru (yap. まる [mä.ɾɯ́] — hərfi. "yumru", d. 24 may 2007-ci il) — şotland sallaqqulaq pişiyi növünə aid olan Yaponiyada yaşayan, YouTubeda məşhur videoların qəhrəmanı olan pişik. 2017-ci ilin mart ayında Maru YouTube-da ən çox izlənilmiş heyvan oldu. 3 iyun 2017-ci il tarixinə görə, Maru ilə olan videolar 341,840,777 baxış əldə etmişdir. Pişik tez-tez KİV-lərdə yada salınır. Videolarda heç vaxt üzünü göstərməyən və danışmayan onun sahibi YouTube-da mugumogu niki ilə qeydiyyatdan keçmişdir. 2011-ci ildə Marunun sahibəsinin müəllifi olduğu "I Am Maru" kitabı işıq üzü gördü (ISBN 978-0-06-208841-3).
Memfis (Misir)
Memfis (yun. Μεμφις, lat. Memphis, q.misir jnbw-HD, mn-nfr, Hwt-kA-ptH, mexAt-tA-wj, anx-tA-wj) — Aşağı Misirin paytaxtının adı, eyni zamanda Aşağı Misirin I nomu İnbu-hecin mərkəzi şəhəri. Memfis indiki Qahirədən cənubda yerləşmişdir.
Meşik (Urmiya)
Meşik (fars. مشيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (33 ailə).
Minik avtomobili
Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi. Minik avtomobillərini yerinə yetirdiyi funksiyalara görə Fərdi minik avtomobilləri, Taksi minik avtomobili ləri, İdarə, müəssisə və Təşkilatlara məxsus olan minik avtomobilləri və qeyri müntəzəm sərnişin daşımalarını yerinə yerirmək üçün istifadə edilən minik avtomobilləri kimi təsnifata ayırmaq olar. Minik avtomobillərinin təsnifatı Kuzasının növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabrolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar. Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir.
Misir lotusu
Suzanbağı və ya Misir lotus gülü(lat. Nymphaea) - suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi.Su zanbağı və ya Nymphaeum (lat. Nymphaéa) , su zanbağı fəsiləsinin (Nymphaeaceae) su bitkiləri cinsinə aiddir və 50-yə yaxın növü var.. Su zanbağının böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür. == Etimologiyası == Bitkinin hazırki Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır. == İqtisadi əhəmiyyəti və tətbiqi == Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir. Bu rizomlardan un istehsalı və nişasta istehsalı üçün xammal kimi istifadə oluna bilir.
Misir manqustu
Misir Manqustu və ya Fironsıçanı (lat. Herpestes ichneumon) qədim Misirlilərin müqəddəs heyvanı kimi tanınır. Misirdə, çaylar sahillərində və tarlaları əhatə edən sıx yığınlarda yaşayır.Afrika xaricində olan Sina yarımadasında, həmçinin İsrail, Livanda da yaşayır. == İstinadlar == == Xarici keçidlər == Жизнь животных / Под ред. В. Е. Соколова. — М.: Просвещение, 1989. — Т. 7. Млекопитающие. — С. 312. — 558 с.
Misir mifologiyası
Qədim Misir mifologiyası — Qədim Misirdə Xristianlığa qədərki dövrdə etiqad edilən dini baxışların məcmusu. Misir mifologiyasında əsas elementlər doğum, ölüm, yenidən canlanma, və bərəkət idi. İnsanlar tayfaların hamisi hesab olunan heyvana - totemə sitayiş edirdilər. Ona görə də tanrılar təsvir olunarkən heyvan bədənlərinin hissələrindən (baş, bütöv bədən, ayaqlar və s.) istifadə olunurdu. Bir çox tanrının boyundan aşağısı insan, başı isə müxtəlif heyvan başı (çaqqal, meymun, timsah, aslan və s.) şəklində təsvir olunurdu. Tanrılar insanlar kimi təsəvvür edilirdi. Onlar yeyir, içir, müharibə edir, ovçuluqla məşğul olurdular. Tanrılar arasında kəskin ierarxiya mövcud deyildi və daha çox hakimiyyətdə olan firona görə dəyişirdi. Misir mifologiyasında adlar çox mühüm idi. Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir.
Misir mətbəxi
Misir mətbəxi — ənənəvi Misir mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Misirin müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Misir mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Misir mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. == Tarixi == Tarixçilərin qənaətinə görə soba, xəmir mayası, çörək və oladye məhz qədim Nil sahillərini ölməz ölkəsi Misirdən gəlib. Misirlilər 5 min il əvvəl soğan becərməyə başlayıblar. İngilis arxeoloqu Qovard Karter Tutanxamonun sərdabəsində qazıntı apararkən oradan içində qurumuş şərab izləri olan çoxlu gil qablar dünyanın mətbəx reseptləri yazılmış papiruslar tapmışdı. Papirusda fironun ən xoşladığı yemək qeyd edilmişdi Misir mətbəxində orta əsrlərdən müasir günümüzə kimi çox dəyişiklər olub. Bu gün Misir Ərəb Respublikasında İslam dininə görə şərab pivə və donuz əti qadağandır.
Misir piramidaları
Misir ehramları və ya Firon təpələri — dünyanın yeddi möcüzəsindən biri. Misir ehramları hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə – fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir. Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz. Ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra qatığa çevrilir. Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər. Ehramın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür.
Misir sesbaniyası
Sesbania sesban (lat. Sesbania sesban) — paxlakimilər fəsiləsinin sesbaniya cinsinə aid bitki növü.
Misir söyüdü
== Ümumi yayılması: == Orta Asiya (Kopetdağ), Türkiyə, İran, İraq, Əfqanıstan və Pakistanda təbii аrеаllаrı vardır. == Azərbaycanda yayılması: == Quba rayonunda, Talışda, Kür-Araz ovalı-ğında, Qarabağ və Naxçıvan MR-nın dağlarında təbii halda yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yеr: == Orta dağ qurşağınadək rütubətli meşələrdə çay və suların kənarlarında, dərələrdə yayılmışdır. == Təbii ehtiyatı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə hündürlüyü 4-6 m olan hündür kol və ya ağacdır. Bitkinin budaqlаrı qaramtıl-qоnur və ya boz rəngli olub, sıx tük-lüdür. Qabığı soyulmuş oduncağında düyünlər vardır. Tumurcuqları iri olub, 0,7-0,9 sm uzunluğundadır və tüklüdür. Yarpaqlarının uzunluğu 1 sm-ə qədər olur.
Misir vağı
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Misir xidivliyi
Misir xidivliyi — 1867-ci ildən 1914-cü ilə qədər tarixi dövlət. Mərkəzi Qahirə idi.
Misir yazısı
Misir heroqlif yazısı — dünyanın ən qədim yazı sistemlərindən biridir. == Yaranması == Misirdə dövlət meydana gələndən sonra yazı qəti şəkildə yarandı. Əvvəlcə misirlilər demək istədikləri şeyin sadəcə şəklini çəkirdilər. Məsələn, içərisinə nöqtə qoyulmuş dairə "günəş", yay-oxlu insan isə "döyüşçü" demək idi. Buna piktoqrafiya deyilir. Yazının heroqriflərdən təşkil olunması Qədim Misirdəki səsli danışığın araşdırılmasını çətinləşdirir. Sonralar hecaları və ayrı-ayrı səsləri də işarələrlə göstərməyə başladılar. Bu cür işarə şəkillərə heroqlif deyilir. Yazı yazmaq üçün Nil çayının dayaz yerlərində bitən papirus adlı qamışdan istifadə edirdilər. Papirusun gövdəsini nazik zolaqlar şəklində kəsir və bunları kağıza oxşayan vərəqlər şəklində bir-birinə yapışdırırdılar.
Misir şəhərləri
Misir şəhərlərinin siyahısı
Misir Əhmədov
Misir Əlibaba oğlu Əhmədov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Misir Əlibaba oğlu Əhmədov 1936-cı il iyulun 24-də Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Aykənd kəndində anadan olmuşdur. 1952-ci ildə Aykənd yeddiillik məktəbini qurtardıqdan sonra Qazax rayonunun Zoobaytarlıq Texnikumuna daxil olub, 1957-ci ildə oranı zootexnik ixtisası üzrə bitirmişdir. 1957-1960-cı illərdə ordu sıralarında xidmət etmişdir. 1961-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin axşam şöbəsində ali təhsil almışdır. 1961-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda baş texnik, sonra isə kiçik elmi vəzifələrində işləmişdir. 1967-1975-ci illərdə həmin institutun Sumqayıt Filialında, 1975-1978-ci illərdə isə Azərbaycan EA Xlor-üzvü Sintez İnstitutunda kiçik elmi işçi, 1978-1991-ci illərdə böyük elmi işçi işləmiş, 1991-1992-i illərdə isə laboratoriya müdiri vəzifəsini icra etmişdir. == Elmi fəaliyyəti == 1974-cü ildə “Epixlorhidrinin alkenil törəmələrinin sintezi və bəzi çevrilmələri” mövzusunda namizədlik, 1992-i ildə isə “Homoallil xlorhidrinlərin və allillə əvəz olunmuş oksiranların sintezi və çevrilmələri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. M.A.Əhmədovun tədqiqat obyekti yeni xlorkarbinol enofillərinin olefinlərlə xiral və axiral tipli Lyuis turşuları katalizatorları iştirakı ilə kondensləşməsindən, homoallilxlorhidrinlərin və uyğun oksiranların fərdi regio- və stereoizomer, həmçinin enantiomerlər şəklində alınması üçün aparılan “en” sintezinin yeni variantlarının işlənib hazırlanması və sistemli öyrənilməsindən ibarətdir. O, alifatik və tsiklik olefinlərin, metallilxloridin, izoprenin xiral və axiral Lyuis turşuları iştirakı ilə “en” sintezini aparmışdır.
Misir əyaləti
Misir əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.