Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Anuşka Şarma
Anuşka Şarma(hind. अनुष्का शर्मा; 1 may 1988, Ayodxya, Uttar Pradeş) — hind aktrisası və modeli. == Həyatı == 1 may 1988-ci ildə Banqalorda yüksək rütbəli ordu zabiti ailəsində anadan olmuşdur. İlk filmi 2008-ci ildə "Bu cütlüyü Tanrı yaradıb" olmuşdu. Meşhur hindistanlı kriket oyunçusu Virat Kohlinin sevgilisidir. Qardaşı Karneş Şarma ilə birlikdə Clean slate films şirkətini qurmuşdur.
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Naukan yupikləri
Naukan yupikləri – Rusiya Federasiyasına tabe olan Çukotka Muxtar Dairəsində Naukan (Посёлок Наукан) ilə Dejnyov (Посёлок Дежнёв) adlı iki kənddə yaşayan və nəsli tükənmək üzrə olan Yupik qolundan bir eskimos xalqıdır. Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları¹ Yupik xalqları Sirenik yupikləri¹ Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Nunivak çupikləri Supiklər İnuit xalqları İnyupiklər İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri Naukan yupikləri Rusiya ərazisində olan eyni adlı kənddə yaşayırlar. Naukan kəndi 1958-ci ildə köçürülmüşdür.Kənd köçürülənə qədər Avrasiyanın ən şərq nöqtədə yerləşən kəndi idi. Naukan kəndi təxminən 14-cü əsrdə salınmışdır. 1958-ci ildə köçürmədən əvvəl təxminən 400 nəfərin yaşadığı kiçik bir kənd idi. ABŞ və SSRİ arasında ola biləcək bir döyüş təhlükəsinə görə strateji mövqedə olan kəndin 1954-cü ildə köçürülməsi müzakirə edilirdi. Rəsmi olaraq 20 noyabr 1958-ci ildə Çukça rayonu soveti tərəfindən kəndin köçürülməsinə və ən əsası Naukan yupiklərinin köçünə qərar verildi. Köç etdirilən Naukan ailələri, Çukotka Muxtar Dairəsinin müxtəlif istiqamətlərinə, Uelen (Уэлен), Lavrentiya (Лаврентия), Lorino (Лорино) kənd və qəsəbələrinə yerləşdirilirdilər. Bu gün, Novoye Çaplino (Новое Чаплино), Sireniki (Сиреники) və Uelkal (Уэлькаль) qəsəbələrində də Naukan yupiyi vardır. Bu evakuasiya və köç, Naukan yupiklərinin mədəniyyətlərinin yox olması prosesini sürətləndirmişdir.
Naukot qalası
Naukot qalası — Bu qala 1814-cü ildə Mir Kərəm Əli Xan Talpur tərəfindən tikdirilib. Tarparkar dairəsində Mithi Talukada, Sind əyalətinin Mirpur Xas şəhərindən təxminən 64 km cənubda yerləşir. Yerləşmə yerinə görə onu həm də Tar səhrasının giriş qapısı da adlandırırlar. Bu həmin qalanın Racputlara qarşı ərazinin qorumasında istifadə edilməsinə görə də belə adlanırdı. Naukot qalası yerləşdiyi Tarparkar dairəsinə görə unikal memarlıq abidəsidir. Belə ki, onun tikintisində yalnız kərpicdən istifadə edilib. Maraqlıdır ki, tikintisində ağac və dəmir kimi materiallardan istifadə edilməyib. Qala yanmış kərpicdən tikilib. Onun uzunluğu 113 metr, eni isə 98 metrdir. Qalanın cənub tərəfində daha bir dördkünc tikili var.
Nikola Muskat
Nikola Muskat (1994) — Maltalı üzgüçü. Nikola Muskat Maltanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nikola Muskat birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.22 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Nikola Muskat Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 26.60 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Naska mədəniyyəti
Naska mədəniyyəti — Kolumbdan öncə mövcud olmuş mədəniyyət. Perunun cənub sahillərində, Naska platosunda, Moçika mədəniyyətindən cənubda yerləşmişdir. E.ə. II əsrdən b.e. VI əsrə kimi mövcud olmuşdur. Paytaxtı - Kauaçi şəhəri idi. Şəhərdə arxeoloji qazıntılar nəticəsində 6 piramida aşkar edilmişdir. Ehtimala görə, Parakas mədəniyyətindən yaranmışdır. Naska mədəniyyətinin keramik məhsulları əsasən polixrom və dördrəngli idi. Ağ və qırmızı fonda qara və narıncı şəkillər.
Naska plitəsi
Naska plitəsi — Perunun cənubundakı regionun adıyla adlandırılıb və Sakit okeanın şərqində Cənubi Amerika sahilində yerləşir. Peru-Çili çökəkliyi boyunca baş verən subduksiya nəticəsində (Cənubi Amerika plitəsinin altına) And dağ əmələ gəlmə proseslərinin əsas səbəbidir. Naska plitəsi qərbdə Sakit okean plitəsi ilə, cənubda isə Antarktika plitəsi ilə (Şərqi-Asiya qalxması və Çili qalxması boyunca) həmsərhəddir. Naska plitəsinin bir neçə isti nöqtələr üzərində hərəkəti bir neçə vulkanik adanın əmələ gəlməsinə səbəb olub. Naska həm süxurların yaşı, həm də müstəqil plitə olmaq baxımından nisbətən cavan plitə hesab olunur. Şərq hissədə Cənubi Amerika plitəsinin altına subduksiya edir və bu ərazidə konvergent sərhədlərə sahibdir, Peru-Çili çökəkliyini əmələ gətirir. Cənubda Antarktik plitə ilə (Çili qalxması) divergent sərhədlərə sahibdir. Şimalda isə sərhədlər Kokos adasıyladır (Qalapaqos qalxması). Naska plitəsinin Çilinin cənubunda subduksiya etməsi tarixin ən böyük zəlzələlərindən bəzilərini əmələ gətirib. (məsələn, Valdivia zəlzələsi (1960) - 9.5 bal) Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Naska xətləri
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Naska xətti
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Nauka (nəşriyyat)
"Elm" nəşriyyatı (Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatının Akademik Tədqiqat və Nəşriyyat, İstehsal, Poliqrafiya və Kitab Yayımı Mərkəzi, qısaldılmış adı - FSUE Nəşriyyat Evi “Elm”») — Sovet və Rusiya akademik kitab və jurnal nəşriyyatı. SSRİ və dünyanın ən böyük elmi nəşriyyatı (1982-ci ildə) . “Nauka” nəşriyyatının loqosunda ilk süni Yer peyki və açıq kitab təsvir olunub. 2019-cu ildə iflas ərəfəsində idi. 2016-cı ildən etibarən "Akademkniga" şirkəti tərəfindən fizika, kimya, biologiya, geologiya üzrə Rusiya elmi jurnalları nəşr olunur. Nəşriyyatın sələfi 1727-ci ildən akademik nəşrlərin çap olunduğu Elmlər Akademiyasının mətbəəsi idi. 1917-ci ildən sonra Rusiya Dövlət Akademik mətbəəsi çağırıldı. Rusiya Elmlər Akademiyasının nəşriyyatı SSRİ-də 1923-cü il aprelin 14-də yaradılmış və ilk olaraq Petroqradda yerləşirdi, nəşriyyatın ilk rəhbəri akademik Aleksandr Fersman, nəşriyyatın çap etdirdiyi ilk nəşr isə növbəti nəşr idi. 1924-cü ilin sonunda nəşr olunan Rusiya Elmlər Akademiyasının İzvestiya cildi. 1925-ci ilin avqust ayından Rusiya Elmlər Akademiyası (1917-1925) SSRİ Elmlər Akademiyası adlandırıldıqdan sonra nəşriyyat öz adını dəyişərək SSRİ Elmlər Akademiyası Nəşriyyatı (ANİ) adlandırdı.
Maskat və Oman
Maskat və Oman Sultanlığı ( ərəb. سلطنة مسقط وعمان‎ </link> ), qısaca olaraq Maskat və Oman Dövləti kimi də tanınır ( ərəb. دولة مسقط وعمان‎ </link> ) Taymur bin Feysalın hakimiyyəti dövründə, 19-cu əsrin ikinci yarısı və 20-ci əsrdə indiki Oman Sultanlığını və indiki Birləşmiş Ərəb Əmirliklərinin və Pakistanın hissələrini əhatə edən suveren bir dövlət idi. Busəidlər sülaləsi tərəfindən idarə olunan bu, Oman İmperiyasının son hökmdarı Səid bin Sultanın ölümündən sonra parçalanması nəticəsində qurulmuşdur. Sultan Səid bin Taymurun oğlu Qabus bin Səidin lehinə dərhal devrilməsi ilə 23 iyul 1970-ci il saray çevrilişindən sonra Sultanlıq yeni idarəetmə formasına keçdi. == Adı == Oman (Oman imamlığı) sahilə çıxışı olmayan və paytaxtı Nizva şəhərində olan bölgənin daxili, kontinental hissəsidir. Maskat sahilyanı sultanlıqdır, hökmdarları əsasən dövləti gənişləndirmək ilə məşğul olmuşdular. Tarixi Maskat və Omanı Cəbəl-Əxdar ayırır. == İstinadlar == == Əlavə ədəbiyyat == William Smyth. "Oman".