Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lacerta
Yaşıl kərtənkələ (lat. Lacerta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. İri kərtənkələlər olararaq 70–160 mm uzunluğa malik olurlar. Yetkin fərdlərin bel nahiyyəsində parlaq yaşıl fon olur. Qarın nahiyyəsi sarı, cavan kərtənkələlərdə isə ağ olur. == Təsnifat == Hal-hazırda bu cinsə 9 növ daxildir: Lacerta agilis — Adi kərtənkələ Lacerta bilineata — Qərbi yaşıl kərtənkələ Lacerta media — Aralıq kərtənkələsi Lacerta mostoufii Lacerta pamphylica Lacerta schreiberi — İberiya kərtənkələsi Lacerta strigata — Zolaqlı kərtənkələ Lacerta trilineata — Üçzolaqlı kərtənkələ Lacerta viridis — Yaşıl kərtənkələ (növ) Lacerta cinsi "tarixi" terin olaraq, müxtəlif vaxtlarda bura 200 müasir növ kərtənkələ daxil edilirdi. XX əsrdə bu cinsdən üç yeni cins təşkil edilmişdir: Qayalıq kərtənkələləri Darevskia, Iberolacerta, Timon və b.
Barbus lacerta
Kür şirbiti (lat. Barbus lacerta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.
Lacerta Igvana
Adi iquana (lat. Iguana iguana) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl iquanlar fəsiləsinin i̇quana cinsinə aid heyvan növü.
Lacerta agilis
Adi kərtənkələ (lat. Lacerta agilis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. == Areal == Demək olar ki, bütün Avropa ərazisində, Rusiyanın avropa hissəsindən Monqolustanın şimal-qərb hissəsinə qədər yayılıb. Avropanın Pireney yarımadası, Türkiyənin avropa hissəsi, Böyük Britaniya ərazisi isə istisna olaraq yayılmamışdır. Onun şərq yayılmasının şərq sərhəddi Baykal önü, və Mərkəzi Asiyaya qədər gedib çıxır. Şimalda isə 60° yuxarıda demək olar ki, yayılmamışdır. == Xüsusiyyətləri == Çütləşmə zamanı adi kərtənkələlər yaşıl rəngdə olur. Onların uzunluğu 25 sm, bəzi hallarda isə 35 sm uzunluğa malik olanlarınada rast gəlinir. Çütləşmə ərəfəsində erkəklər uca səsli fit verirlər. Təklükə zamanı quyruğunu atırlar.
Lacerta bilineata
Qərbi yaşıl kərtənkələ (lat. Lacerta bilineata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Bədənin uzunluğu 13 sm, ümumi uzunluğu isə 40 sm təşkil edir. Ümumi çəkisi 35 qramdır. Rəngi yaşıl və ya qəhvəyi ola bilər. Erkələrdə boğaz nahiyəsi göy rəngdə olur. Qidasının əsasını onurğasızlar təşkil edir. Bunula belə meyvələr və çöl quşlarının yumurtaları ilə qidalanırlar. Yumurta qoymaqla çoxalır. Çütləşmə dövrü mayın sonuna təsadüf edilir.
Lacerta media
Aralıq kərtənkələsi (lat. Lacerta media) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Onların uzunluğu 170 mm, quyruğu isə 250 mm çox olur. Çəkisi 70 q təşkil edir. Bədəni boyunca 42-56 pulcuq vardır. Bədəni boyunca mavi nöqtələr vardır. Quyruğu və arxa hissəsi həmişə yaşıl olur. == Areal == Bu növə Türkiyənin şərqində, şimal-qərbi İran, Qafqazın Qara dəniz sahillərində yayılmışdır. Üstəlik onlara Azərbaycanın dağlıq rayonlarında da rast gəlinir. Rusiyada isə iki bir-birindən aralıda yerləşən arealı vardır.
Lacerta mostoufii
Lacerta mostoufii (lat. Lacerta mostoufii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. == Ümumi məlumat == Bu növ kərtənkələ 1976-cı ildə Məhəmməd Bəluc tərəfindən qeydə alınmışdır. İranın endemik canlısıdır. Əsasən İranın cənub-şərqində Pakistan sərhədlərinə yaxın ərazilərdə yayılmışdır. Xüsusi ilə Dəşti-Lüt səhrası ərazisi əsas arealıdır.
Lacerta pamphylica
Lacerta pamphylica (lat. Lacerta pamphylica) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. == Ümumi məlumat == Bu növ kərtənkələlər Türkiyə ərazisində kompakt şəkildə yayılmışlar . Türkiyənin endemik canlısıdır. İlk dəfə 1975-ci ildə Cozef Fredrix Şmidler tərəfindən alınmışdır. Nəsli kəsilmə təhlükəsi yoxdur.
Lacerta schreiberi
İberiya kərtənkələsi (lat. Lacerta schreiberi) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Növün latın adı Avtriya zooloqu Eqida Şrayberin şərəfinə (1836–1913) adlandırılıb. İri kərtənkələdir, quyruqsuz uzunluğu 13,5 sm, quyruğunun uzunluğu isə 38 sm təşkil edir. Bu növ parlaq rəngi ilə seçilir. Beli yaşıl olur və üzəri qara noqtələrlə örtülür. Başı və boynu parlaq göy rəngdədir. Dişilər qəhvəyi-yaşıl olur. Qidasının əsasını cücülər, sürünənlər, bala quşlar və meyvələr təşkil edir. Bu növ qida axtararkən aktiv olur.
Lacerta strigata
Zolaqlı kərtənkələ (lat. Lacerta strigata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Uzunluğu 25 sm çatır. Cavan kərtənkələlərdə adətən rəng qəhvəyi-zeytunu olur. 5 xətdən ibarət zolaq keçir. Böyüklərdə isə parlaq-yaşıl olur və üstəlik qara nöqtələr müşahidə edilir. Çütləşmə zamanı baş, boğaz mavi rəng alır. Otlaqlar, çöllüklər və su tutarlarının kənarlarını daha çox sevirlər. Əsasən Cücülər və Onurğasızlarla qidalanırlar. Sürətli canlıdır.
Lacerta trilineata
Üçzolaqlı kərtənkələ (lat. Lacerta trilineata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Ümumi uzunluğu 40—50 sm, bədəni 16 sm təşkil edir. Balalar qəhvəyi rəngə malik olur və bel nahiyyəsindən ağ-sayı xətlər keçir. Yaşıl hissədə qara nöqtələr vardır. Çütləşmə zamanı erkəklərdə boyun nahiyəsi tünd göy və ya mavi rəng alır. Onlar əsasən quyu yerlərdə, Fıstıq və Palıd meşələrini, qayalıqları və dağ çöllərini xoşlayır. Ağaclara rahat çıxa bilir. 2-3 metr tullana bilir. Əsasən Cücülər, kiçik onurğasızlar və kiçik kərtənkələlərlə qidalanır.
Lacerta viridis
Yaşıl kərtənkələ (lat. Lacerta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. İri kərtənkələlər olararaq 70–160 mm uzunluğa malik olurlar. Yetkin fərdlərin bel nahiyyəsində parlaq yaşıl fon olur. Qarın nahiyyəsi sarı, cavan kərtənkələlərdə isə ağ olur. == Təsnifat == Hal-hazırda bu cinsə 9 növ daxildir: Lacerta agilis — Adi kərtənkələ Lacerta bilineata — Qərbi yaşıl kərtənkələ Lacerta media — Aralıq kərtənkələsi Lacerta mostoufii Lacerta pamphylica Lacerta schreiberi — İberiya kərtənkələsi Lacerta strigata — Zolaqlı kərtənkələ Lacerta trilineata — Üçzolaqlı kərtənkələ Lacerta viridis — Yaşıl kərtənkələ (növ) Lacerta cinsi "tarixi" terin olaraq, müxtəlif vaxtlarda bura 200 müasir növ kərtənkələ daxil edilirdi. XX əsrdə bu cinsdən üç yeni cins təşkil edilmişdir: Qayalıq kərtənkələləri Darevskia, Iberolacerta, Timon və b.