Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Besboro
Besboro adası (ing. Besboro Island) — Berinq dənizinin Norton körfəzindəki kiçik ada. Alyaska sahillərindən 18 km qərbdə yerləşir. Adanın uzunluğu təxminən 3 km, eni isə 800 m-dir. Dəniz səviyyəsindən maksimum hündürlüyü 242 m-dir. İnzibati cəhətdən ABŞ–ın Alyaska, Nom siyahıyaalma sahəsinə aiddir. Adanın adını 1778-ci il sentyabrın 12-də Besboro adası kimi qeyd edən ingilis naviqatoru Ceyms Kuk olmuşdur. Ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
Eskort
Eskort (fr. eskorte – müşayiət) — Mühafizə və ehtiram göstərmək məqsədilə fəxri qoruma üsulu və təhlükəsizliyi təmin etmək üçün müşayiət edən bir qrup hərbi gəmi, təyyarə, hərbçilər və ya döyüşçülər qrupunun həyata keçirdiyi müşayiət..
Nestor
Nestor (?-?)— Konstantinopol şəhərinin arxiyepiskopu. 431-ci ildəki Birinci Efes Məclisində İsanın insan və tanrı təbiətlərini ayrı tutmuş, İsaya 30 yaşındaykən Kəlamın endiyi, Məryəmin daha önce sadəcə saf və günahsız bir insan olan İsanın anası olduğu, dolayısıyla da Məryəmin tanrı anası olaraq qəbul edilmesi gərək olduğunu qəbul etməmişdir. Daha sonra aparılan İkinci Efes Məclisində Nestorun aforoz edilmesi də, günümüzə qədər gəlib çatan Nəsturi (Asuri), Kəldani kimi diofizit kilisələrin qurulmasına yol açmışdır.
Anna Senkoro
Anna Klaudiya Senkoro ( 1962 - 4 yanvar 2017-ci ildə vəfat edib) — Tanzaniyalı siyasətçi və Tanzaniya-Maendeleo Mütərəqqi Partiyasının (PPT-Maendeleo) üzvü. 14 dekabr 2005-ci il seçkilərində PPT-Maendeleo üzrə prezidentliyə namizədliyini irəli sürmüşdür. Senkoro seçicilərin 0.17% səsini (18741 səs) toplayaraq namizədlər arasında ümumilikdə on səkkizinci yeri tutdu. O, seçkilərdə namizədliyini irəli sürən yeganə qadın siyasətçi idi. Prezident seçkilərdə iştirak edən ilk qadın siyasətçi kimi Tanzaniya tarixinə öz adını yazdırmışdır.
Laura Tesoro
Laura Tesoro (d. 19 avqust 1996, Antverpen, Belçika) — Belçika müğənnisi və aktrisası. O, Belçikanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Laura eyni zamanda Belçikanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri tutmuşdur. == Həyatı və musiqi karyerası == === 1996-2014: Erkən illəri və karyeranın başlanğıcı === Laura Tesoro 19 avqust 1996-cı ildə Belçikanın Antverpen şəhərində anadan olmuşdur. Onun atası italyan, anası isə belçikalıdır. 2008-ci ildə Laura Belçikanın Witse teleserialında Evi Kuypers rolunu ifa etmişdir. Bu onun ilk aktrisalıq təcrübəsi olmuşdur. Daha sonra o, bir neçə müzikllarda da rol almışdır. 2009-cu ildə isə Laura Ketnetpop festivalında çıxış etmişdir.
Nestor Kalandarişvili
Nestor Aleksandroviç Kalandarişvili (gürc. ნესტორ ალექსანდრეს ძე კალანდარიშვილი; 8 (20) iyul 1876, Kutaisi quberniyası, Rusiya imperiyası – 6 mart 1922, Yakutsk) inqilabçı lider, növbə ilə Sosialist İnqilabçısı, anarxist və nəhayət bolşevik idi. Rusiyada vətəndaş müharibəsi illərində Şərqi Sibirdə partizan hərəkatının liderlərindən biri olub. 1892-ci ilə qədər Kutaisi gimnaziyasında, sonra Tiflis müəllimlər seminariyasında oxuyub. 1895–1897-ci illərdə Rusiya İmperator Ordusunda xidmət etmişdir. Ordudan sonra seminariyada təhsilini davam etdirdi. 1903-cü ildən Sosialist İnqilabçılar Partiyasının, bir müddət Gürcüstan Sosialist-Federal İnqilab Partiyasının üzvü olub. 1905-ci il Rusiya İnqilabında o cümlədən 1905–1906-cı illər Quriya kəndli üsyanında iştirak etdi. 1907-ci ildə həbs olundu, 1908-ci ildə Sibirə sürgünə göndərildi. O, qaçdı, lakin 1912-ci ildə həbs olundu və yenidən Sibirə sürgün edildi.
Nestor Lakoba
Nestor Appolonoviç Çiçuyeviç Lakoba (1 may 1893 – 28 dekabr 1936, Tbilisi) — Sovet Abxaziyasının dövlət xadimi. Eşitmə əngəlli Lakobanı "Adaqua" ("Kar") ləqəbi ilə də çağırırdılar. 1922-ci ilin fevralında Xalq Komissarları Sovetinin sədri, 1930-cu ilin aprelindən isə Abxaziya SSR-nin Mərkəzi İcraiyyə Komitəsinin sədri olub. Stalinin özünün dediyinə görə, onun ən yaxın dostu olub. Lakoba kəndli ailəsində anadan olub. Doğulmamışdan bir neçə ay əvvəl atası öldürülüb. Kilsə məktəbində oxuyan Lakoba, sonra doğma kəndində iki illik məktəbi də bitirib. Laakoba uşaqlıqdan çox bacarıqlı olub.. С детства был весьма способным 1905-1910-cu illərdə oxuduğu Tiflis İlahiyyat Kollecini bitirib. Sonra seminariyaya girdi, 1911-ci ildə inqilabi təbliğ etdiyi üçün qovuldu.
Nestor Maxno
Nestor Maxno (ukr. Нестор Іванович Махно; rus. Не́стор Ива́нович Махно́; 7 noyabr 1888 – 25 iyul 1934, Paris) — Oktyabr inqilabı zamanı Bolşevik xəttini qəbul etməyən Ukrayn Anarxo-kommunist. Anarxizm ideyalarının tətbiq edilməsi üçün göstərdiyi cəhdlərin qarşısı bolşeviklər tərəfindən alınmışdır. Liberal Kommunistlərin Təşkilatlanma Platforması adlı anarxist ədəbiyyatında önəmli yerə sahib əsərin müəllifi kimi də tanınır. Nestor Maxno Ukraynada Anarxizm ideyalarının yayılmasının əsas memarlarından biri kimi qəbul olunur. Nestor Maxno 1888-ci ilin 26 oktyabr tarixində Rusiya imperiyasının Yekaterinoslav quberniyasının Qulyaypol şəhərində anadan olmuşdur. Şəhər hal-hazırda Ukrayna ərazisində yerləşir. Kasıb kəndli ailəsindən olan Maxno uşaq yaşlarından çobanlıq etməklə ailəsinə kömək edirdi. 12 yaşı olarkən məktəbi və ailəsini tərk edir.
Nestor Pitana
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.
Nestor Pitanya
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.
Nestor (mifologiya)
Nestor (q.yun. Νέστωρ) — qədim yunan mifologiyasında Pilos padşahı, Neley və Xloridanın oğlu. 1908-ci ildə kəşf edilən asteroid (659) Nestor Nestorun şərəfinə adlandırılmışdır.
Nestor sarayı
Nestor sarayı (yun. Ανάκτορο του Νέστορα) ― Mikena sivilizasiyasının mühüm mərkəzi. "Odisseya" və "İliada"da "Qumlu Pilos" Nestor padşahlığı ilə birlikdə xatırlanır. Qəsəbə uzun onilliklər ərzində mövcud olmuşdur. Aşkar edilmiş artefaktların əksəriyyəti e.ə. XIII əsrə aiddir. Saray kompleksi təxminən e.ə. 1200-cü ildə yanğınla məhv edildi. 2016-cı ilin iyun ayında arxeoloji sahənin üzlənməsi və gəzinti yolları quraşdırıldıqdan sonra ziyarətçilər və turistlər üçün yenidən açılmışdır.