Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Nigina Şaripova
Nigina Şaripova (10 avqust 1995) — Özbəkistanlı sprinter. Nigina Şaripova Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nigina Şaripova birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 2-ci təsnifat mərhələsində 11.68 saniyəlik nəticə ilə 5-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Yoşio Nişina
Yoşio Nişina (仁科 芳雄, Nişina Yoşio, 6 dekabr 1890 – 10 yanvar 1951) – Yaponiya fizikaçısı. İkinci dünya müharibəsi zamanı Yaponiyada atom bombası layihəsinə başçılıq etmişdir. Kosmik şüalar haqqında araşdırmaların qabaqcılı olmuşdur. "Yaponiyada nüvə fizikasının atası" hesab olunur. == Həyatı və karyerası == === 1890–1940 === Yoşio Nişina 1890-cı ildə Yaponiyanın Okayama prefekturasında bir kənddə doğulmuşdur. Okayamada yerləşən liseydə təhsil aldıqdan sonra Tokio Universitetinə daxil olmuş və 1919-cu ildə elektrik mühəndisliyi ixtisası üzrə məzun olmuşdur. Mühəndislik işi təklifini qəbul etməyərək elektrokimya, daha sonra isə fizika üzrə təhsil almağa başlamışdır. Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutunda (RIKEN) tədqiqat köməkçisi olmuşdur. 1921-ci ildə RIKEN tərəfindən təhsil məqsədilə Avropaya göndərilmişdir. Kembricdə Kavendiş laboratoriyasında təhsil almış, Ernest Rezerfordun tələbəsi olmuşdur.
Nina İlina
Nina Oleksandrovna İlina (ukr. Ніна Олександрівна Ільїна; 30 avqust 1951, Kiyev) — Ukrayna kino aktrisası və ictimai xadimi. 2000-ci ildən Ukraynanın əməkdar artisti, "Stozhary" Beynəlxalq Kino Aktyorları festivalının prezidenti. Nina İlina Ukrayna Milli Kinematoqrafçılar Assosiasiyası "Kinematoqrafçılar Gildiyası"nın fəaliyyət göstərən agentliyinin baş direktorudur. == Erkən həyatı və təhsili == Nina İlina 30 avqust 1951-ci ildə Kiyevdə anadan olub. 1968-ci ildə Kiyevdəki 108 saylı orta məktəbi bitirib. 1958–1968-ci illərdə İlina Kiyev Pionerlər Sarayının bədii söz studiyasında təhsil alıb. Təhsilini Moskvada Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində dram və kino aktyorluğu ixtisası üzrə davam etdirib (1968–1972). Orada İlina SSRİ xalq artisti Vladimir Belokurovun rəhbərliyi ilə Ukrayna Mədəniyyət Nazirliyinin sifarişi ilə Ukrayna emalatxanasını fərqlənmə diplomu ilə bitirib. == Karyerası == 1972–2006-cı illərdə İlina Kiyevdəki Dovjenko adına kinostudiyada aktrisa kimi çalışıb.
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Fizika
Fizika (q. yun. φύsις — təbiət) — təbiətin ən ümumi qanunlarını, bizi əhatə edən maddi aləmin quruluşunu və xassələrini öyrənən elm. == Fizikanın predmeti və strukturu == Fizika dəqiq elmdir və təbiət hadisələrinin həm makroskopik, həm də mikroskopik səviyyələrdə kəmiyyət qanunauyğunluqlarını tədqiq edir. "Fizika" termininə ilk dəfə antik dövrdə Aristotelin əsərlərində rast gəlinir. İlk dövrlərdə "fizika" və "fəlsəfə" (natural) terminləri sinonim kimi işlədilirdi, çünki onların hər ikisinin əsasında kainatın qanunauyğunluqlarını izah etmək məqsədi dururdu. Ancaq elmi inqilab nəticəsində 16-cı əsrdə fizika ayrıca bir elm sahəsi kimi formalaşmağa başladı. Fizika, əsasən, eksperimental elm kimi formalaşmışdır: onun qanunları təcrübi yolla əldə olunmuş faktlara əsaslanır. Bu qanunlar müəyyən kəmiyyət münasibətlərinə əsaslanır və riyazi dildə ifadə olunur. Fizika iki bölümə – eksperimental fizikaya və nəzəri fizikaya ayrılır.
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Lizinq
Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq — sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir. Lizinqin bir sıra üstün cəhətləri vardır, onlara aşağıdakıları nümunə göstərə bilərik: Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki, Azərbaycan banklarında 18 aydan artıq olan müddət üçün kredit verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə tutulur; Maliyyə lizinqi, sürətli amortizasiya hesabına, kredit alana onun öz vergi borcları yükünü yüngülləşdirməyə imkan verir; Vergiyə cəlb edilmə məqsədilə lizinq üzrə ödəmələr lizinqə vəsaiti hesabına əldə olunmuş əmlakın dəyərinin ödəniş kimi qəbul edilir və vergiyə cəlb olunan mənfəətin məbləğindən çıxılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, lizinqə alınmış əmlakın dəyərinin ölçülməsi üçün ammortizasiya xərcləri sürətli hesablana bilər. Lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin alınmasının qarşısını almır və s. Artıq 80-ci illərin əvvəllərindən lizinq fenomeni sadə uzunmüddətli icarə kimi deyil, özündə icarə münasibətləri, təminatlı kredit maliyyələşdirilməsi elementlərini, borc öhdəlikləri üzrə hesablaşmaları və d.
NikitA
NikitA - ukraynalı pop qrup. Komanda dəfələrlə kişi jurnalları üçün erotik fotosessiyalarda çəkilir, həmçinin bir çox kliplərdə seksual xarakterli səhnələr olduğu üçün, xarici ölkələrin sosial şəbəkələrində böyük məşhurluq qazanmışdır.
Nazima
Nazimə Canibəyova (rus. Назима Жанибекова) (21 oktyabr 1990, Çimkənd), daha çox Nazimə təxəllüsü ilə tanınan (çox vaxt NAZIMA və ya Nazima kimi stilizə olunur) – rus hip-hop müğənnisi.
Nibia
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
Nizvа
Nizva (ərəb.-نزوی) — Omanda şəhər, Daxiliyyə regionun inzibatimərkəzi. Plkənin qədim şəhərlərindən biridir. Paytaxtı Maskatdan 165 km aralıda yerləşir. 2003-cü ildə burada 68,785 sakin siyahıya alınmış, 2008-ci ildə əhalinin sayı artıq 85 minə çatmışdı. Mühüm ticarət və turistik mərkəzidir. Burada universitet, texniki kollec, Polis Akademiyası yerləşir.
İrina
İrina — ad.
Jilina FK
Jilina FK – Slovakiyanı təmsil edən peşəkar futbol klubu. 1908-ci ildə yaradılan klub 1928 və 1929-cu illərdə Slovakiya çempionu olub. Daha sonra klub Çexoslavakiya liqasında çıxış edib. Müstəqillik əldə edildikdən sonra "Corqon liqa" adı altında yaradılan Slovakiya çempionatında 2001-02; 2002-03; 2004-05; 2006-07-ci illər mövsümündə 5 ildə 4 dəfə olmaqla ölkə çempionluğunu əldə edib. 2009-10; 2011-12-ci illər mövsümlərində də çempion olan klub bundan başqa 1 ölkə kuboku və 4 ölkə super kubokunun qalibidir.
Jilina bölgəsi
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Jilina diyarı
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Klassik fizika
Klassik fizika — kvant və nisbilik nəzəriyyələrinin meydana gəlməsinə qədər fizika elmində hakim istiqamət olmuşdur. Klassik fizikanın əsasları Avropa İntibah dövründə klassik mexanikanın banisi İsaak Nyuton başda olmaqla bir sıra alimlər tərəfindən qoyulmuşdur. Klassik fizika aşağıdaki prinsiplərə əsaslanır: Səbəb nəticəni birmənalı şəkildə təyin edir (determinizm) Zaman və məkan mütləqdirlər – bu o deməkdir ki zaman və məkan materiyadan və onun hərəkətindən və zaman-məkan kəsimlərinin ölçülməsi seçilmiş hesablama sistemindən asılı deyil (başqa sözlə, müşahidəçiyə nəzərən ölçülən obyektin hərəkət sürətindən) Fiziki sistemi xarakterizə edən istənilən kəmiyyətin dəyişməsi kəsilməzdir – bu o deməkdir ki, fiziki sistemin bir vəziyyətdən başqa vəziyyete keçidi sonsuz aralıq keçidlərlə baş tutur. Bu zaman sistemin bütün fiziki parametləri başlanğıc və son vəziyyətlər arasında aralıq bir qiymət alır. Klassik fizikanın fundamental nəzəriyyələri aşağıdakılardır: Klassik mexanika Termodinamika və statistik fizika Klassik elektrodinamika == XIX–XX əslərin astanasında klassik fizikada böhran == XX əsrin əvvəllərində klassik fizika çərçivəsində izahı mümkün olmayan bir sıra suallar yaranmağa başladı: Elektromaqnit şüalanmasının spektrləri. Klassik nəzəriyyə mütləq qara cismin şüalanma spektrlərinin qənaətbəxş təsvirini verə bilmirdi. İşığın qaz halında olan maddələrdən şüalanması və əksinə udulması zamanı müşahidə olunan xətti spektrləri də klassik fizika çərçivəsində öz cavablarını tapa bilmirdilər. Günəş və ulduzların enerji mənbələri. Klassik fizikanın ulduzların enerji mənbəyinə dair irəli sürdüyü fərziyyə bu enerjini dəqiq ifadə edə bilmirdi. 1896-cı ildə Bekkerel tərəfindən kəşf olunan və Mari və Pyer Kürilər tərəfindən tədqiq olunan radioaktivlik hadisləri atom daxilində ölçüləri və kütlələri ilə nisbətdə çox böyük enerji olduğuna dəlalət etdi.
Lüdmila Zıkina
Lüdmila Georgiyevna Zıkina (rus. Людмила Георгиевна Зыкина; 10 iyun 1929[…], Moskva – 1 iyul 2009[…], Moskva) — SSRİ və Azərbaycan SSR xalq artisti, Sosialist Əməyi Qəhrəmanı.
Marina Anisina
Marina Vyaçeslavovna Anisina (rus. Марина Вячеславовна Анисина; d. 30 avqust 1975, Moskva, Sovet İttifaqı) — rus əsilli Fransa buzüstü rəqs üzrə xanım fiqurçusu. Marina Anisina, Qvendal Peyzera ilə birgə 1998-ci ildə baş tutan XVIII Qış Olimpiya Oyunlarında bürünc medal, 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında isə qızıl medal qazanıb. Anisina və Peyzera cütlüyü həm də 2000-ci ildə Dünya Çempionatının, 2000 və 2002-ci illərdə isə Avropa Çempionatının qalibi olub. Marina Anisina 1998-ci ildə Fransanın Xidmətlərə görə ordeninin Kavaler dərəcəsi ilə, 2003-cü ildə isə Fəxri Legion ordeninin Kavaler dərəcəsi ilə təltif edilib.
Materiya (fizika)
== Cismin çəkisi == Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. P=1N və ya P=mg. Ağırlıq qüvvəsi — cismə tətbiq olunmuş Yerin cazibə qüvvəsidir. Cismin çəkisi-onun dayağa və ya asqıya göstərdiyi elastiklik qüvvəsidir. === Çəkisizlik === Şaquli yuxarı yönəlmiş təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər böyükdür. P=m(g+a) təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsinə nisbətinə əlavə yükləmə deyilir, n=p/mg=1+a/g. şaquli yuxarı yönəlmiş a<g təcil ilə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər kiçikdir. P=m(g-a). Cisim dayağa heç bir təsir göstərməz P=m(g-g)=0. Cismin çəkisinin sıfıra bərabər olduğu hala çəkisizlik halı deyilir.
Mezoskopik fizika
Mezoskopik fizika - qatı hal fizikasının bir hissəsi olub, sistemin mikroskopik və makroskopik ölçüləri arasındakı aralıq ölçüdə xassələrini öyrənən sahədir. 1981-ci ildə Van Kampen tərəfindən daxil edilmişdir. Bir çox effekt və hadisələr var ki, onlar yalnız mezoskopik ölçüdə mövcuddur. Makroskopik fizikadakı bir sıra qanunlar mezoskopik fizikada ödənmir, məsələn, müqavimətlərin dövrənin paralel və ardıcıl qoşulmasında toplanması qaydası mezoskopik fizikada daha mürəkkəb qayda ilə əvəz olunurlar.
Michelia nitida
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin lecythidaceae fəsiləsinin barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır.
Mizian Maolida
Mizian Maolida (14 fevral 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Lyon === Maolida Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lyon klubu ilə 5 avqust 2017-ci ildə etmişdir. O, 76-cı dəqiqədə Marianonu əvəz etmişdir. Liqa 1 görüşündə Lion Strasburqa 4-0 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 23 noyabr 2017-ci ildə Apollon Limassol klubuna qarşı UEFA Avropa Liqası görüşündə vurmuş və komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. O, Liqa 1-də ilk qolunu üç gün sonra Nitsa klubuna qarşı oyunda vurmuş və komandası 5-0 hesabı ilə qalib gəlmişdir. === Nitsa === 13 avqust 2018-ci ildə Maolida Liqa 1 təmsilçilərindən olan Nitsa klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Maolida Fransada anadan olmuşdur. Valideynləri isə Komor adaları vətəndaşlarıdır.
Molekulyar fizika
Мolekulyar fizika — fizikanın bir bölməsi olub , maddənin daxili quruluşuna və onu təşkil edən hissəciklərin (atom və molekulların) hərəkət qanunlarına əsaslanaraq onun xassələrini, müxtəlif aqreqat halları arasında baş verən keçidlərin qanunauyğunluqlarını, müəyyən xarici təsirlər nəticəsində baş verən fiziki hadisələri öyrənir. == Tarixi == Maddə quruluşu haqqında ilk fikir eramızdan əvvəl IV əsrdə yunan mütəfəkkiri Demokrit tərəfindən irəli sürülmüşdür. Demokritə görə, maddənin ən kiçik və bölünməz hissəciyi atomlardır. Yunanca tərcüməsi “bölünməz” olan atom sözünün bir termin kimi qəbul olunma səbəbi də, məhz budur. Maddə quruluşu haqqında o dövr üçün çox ciddi sayılan bu fikir nə Demokritin özü, nə də onun ardıclıları tərəfindən inkişaf etdirilməmişdir – atomların təbiəti və onların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında heç bir fikir söylənməmişdir. Maddə quruluşu haqqındakı atomistik ideyalar, fizikanın elmi əsaslarının qoyulduğu sayılan XVII əsrdən inkişaf etməyə başlamışdır. Elə bu vaxtdan etibarən maddə quruluşunun molekulyar-kinetik nəzəriyyəsinin təməli qoyulmağa başlamışdır. Uzun müddət bu sahədə aparılan tədqiqat işlərinin nəticəsi olaraq XIX əsrin II yarısında molekulyar-kinetik nəzəriyyə, əsas etibarı ilə Maksvel, Bolsman və Klauzius tərəfindən inkişaf etdirilərək mükəmməl şəklə salınmışdır. == Molekulyar fizikanın mövzusu == Molekulyar fizika sahəsi çox geniş sahədir. Elə fiziki hadisələr var ki, onları öyrənmək üçün maddənin daxili quruluşunu və onun halını müəyyən edən makroskopik parametrləri - temperatur, təzyiq, daxili enerji və sairləri bilmək, həmçinin, bunlar arasında əlaqə yaratmaq lazım gəlir.
Nadejda Qlızina
Nadejda Qlızina (20 may 1988, Kirişi, Leninqrad vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.