Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikola
Nikola — ad. Nikola Tesla — futuroloq, elektrik və maşın mühəndisi, ixtiraçı. Nikola Müller — Almaniyanı təmsil edən bədii gimnast. Nikola Paşiç — serb siyasətçi və diplomat Nikola Muskat — Maltalı üzgüçü. Nikola Burbaki Digər Nikola çayı — Kotelnı adasının qərbindən axan çay.
Çikaqo
Çikaqo (ing. Chicago, /Şikaqo/ oxunur) — Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri, İllinoys ştatında yerləşir. Çikaqo nəhəng meqapolis olmaqla Şimali Amerikanın ən böyük maliyyə və nəqliyyat mərkəzidir. O, Miçiqan gölünün cənub-qərb sahili boyunca uzanaraq şəhəryanı qəsəbələrlə birgə "Böyük Çikaqo" adlanan aqlomerasiya yaradır. Onun ərazisində 9,6 milyondan çox, şəhərin özündə isə 3 milyona yaxın insan yaşayır. Bu, Nyu-York və Los-Ancelesdən sonra əhalisinə görə ABŞ-də üçüncü şəhərdir. Şəhərin əlverişli coğrafi mövqeyi sərnişin və yük daşımalarının inkişafına şərait yaratmışdır. Miçiqan gölündəki dənizlə Sankt-Lorens kanalı ilə birləşən yerli Harbor çay limanı ABŞ-də ən iri limandır. Sərnişin axınına görə O`Hara hava limanı ölkədə liderdir. O, saatda orta hesabla 200 təyyarə göndərir və qəbul edir.
Nikko
Nikko (Nikkō (日光市, Nikkō-shi)) — Yaponiyanın müqəddəs şəhəri. Nikko – Yaponiyanın müqəddəs məkanlarından biridir. Toçiqi prefekturasında yerləşir. Nikko ("günəş işığı") şəhəri qeyri-adi gözəlliyə malik ərazidə, qar basmış zirvələrlə əhatə olunan hündür dağların ətəyində yerləşir. Burada rast gəlinən ağacların əksəriyyəti 300 ildən çox tarixə malikdirlər. Bu ərazidə yerləşən və Yaponiyanın şintoizm məbədlərindən hesab olunan Tosyoqu məbədi də həmin ağaclarla həmyaşıddır. Nikko şəhərinin buddizm və şintoizm məbədləri YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilmişlər. Nikko şəhəri Tokiodan 140 km.lik məsafədə yerləşir. Nikko şəhərində yerləşən "Nikko Milli Parkı" öz ərazisindəki 97 metr hündürlüyündə olan Keqon şəlaləsi və Tyudzendi gölü diqqəti xüsusilə cəlb edir. Şəlaləyə aparan yol isə 1300 m hündürlüyündədir.
Nikto
Nikto, təhlükəli fayllar/CGI-lər, köhnəlmiş server proqram təminatı və digər problemlər üçün veb-serverləri skan edən pulsuz proqram təminatının komanda xətti zəiflik skaneridir. Ümumi və server tipli xüsusi yoxlamaları həyata keçirir. O, həmçinin qəbul edilən kukiləri çəkir və çap edir. Nikto kodunun özü pulsuz proqramdır, lakin proqramı idarə etmək üçün istifadə etdiyi məlumat faylları isə xeyr. 1.00 versiyası 27 dekabr 2001-ci ildə buraxılmışdır. Nikto 6700-dən çox potensial təhlükəli fayl/CGI aşkarlaya bilər, 1250-dən çox serverin köhnəlmiş versiyalarını yoxlayır və 270-dən çox serverdə versiyaya aid problemləri yoxlayır. O, həmçinin çoxsaylı indeks fayllarının və HTTP server seçimlərinin mövcudluğu kimi server konfiqurasiya elementlərini yoxlayır və quraşdırılmış veb serverləri və proqram təminatını müəyyən etməyə çalışır. Skan elementləri və plaginlər tez-tez yenilənir və avtomatik olaraq yenilənə bilər. Nikto-nun bəzi varsiyaları var, onlardan biri MacNiktodur. MacNikto, Apple-ın Xcode və Interface Builder proqramında qurulmuş, GPL şərtlərinə uyğun olaraq buraxılmış AppleScript GUI şell skript paketidir.
Nikon
Nikon Korporasiyası (株式会社ニコンKabushiki-gaisha Nikon ) (həmçinin Nikon və Nikon Corp. kimi tanınır) optik avadanlıq və kamera cihazları üzrə ixtisaslaşmış Yaponiyada yerləşən çoxmillətli şirkətdir . Xüsusilə kameraları ilə dünyada tanınan şirkətin digər məhsulları arasında durbin, mikroskop, optik ölçü cihazları və yarımkeçirici istehsalında istifadə olunan dəqiq emal cihazları var. İlk dəfə 1917-ci ildə Nippon Kōgaku (日本光学: "Yaponiya Optik Şirkəti") adı ilə qurulan şirkət ilk dəfə 1946-cı ildə istehsalına başladığı fotoaparat obyektivlərində Nikon markasından istifadə etdi. Fotoqrafiya sənayesindəki uğurlarının nəticəsi olaraq, şirkət 1988-ci ildə Nikon Corporation adını aldı və bu gün Mitsubishi Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərir. == Tarix == Nikon 1917-ci ildə üç böyük yapon optik istehsalçısının bir araya gəlməsi ilə qurulub. Bu gün Nikon təxminən 17.000 işçisi ilə fəaliyyətini davam etdirir.
Hamada Hikozo
Hamada Hikozo (浜田彦蔵, 20 sentyabr 1837 – 12 dekabr 1897, Tokio), eləcə də, digər adları ilə Cozef Heko (ing. Joseph Heco) və ya Amerika Hikozo – ABŞ vətəndaşlığı almış ilk yapon. Xristianlığı qəbul etmiş, Yaponiyada ilk müasir qəzeti nəşr etdirmişdir. == Həyatı == === ABŞ səfəri === Hamada 1837-ci ildə Harima əyalətində bir gəmi kapitanının oğlu kimi doğulmuşdur. 1850-ci ildə Edo şəhərinə qayıdarkən gəmisi qəzaya uğramış və 52 gün boyunca açıq dənizdə üzdükdən sonra o və 16 dənizçi ABŞ-yə məxsus "Oakland" gəmisi tərəfindən xilas edilmişdir. Gəmi 1851-ci ilin fevralında San-Fransiskoya çatmışdır. Həmin dövrdə ABŞ hökuməti Metyü Perrinin başçılığı altında Yaponiyaya ekspedisiya göndərməyi planlaşdırdığı üçün bu 17 yaponu ekspedisiya zamanı Yaponiyaya qaytarmaq qərarı verilmişdi. Ekspedisiya 1852-ci ildə Yaponiyaya yola düşmüşdür. Honkonqa çatanda amerikalılar Hamadaya ABŞ-yə qayıtmağı təklif etmişdirlər. Hamada təklifi qəbul etmiş və yoldaşlarından ayrılaraq San-Fransiskoya qayıtmışdır.
Nikkolo Makiavelli
Niccolò di Bernardo dei Machiavelli (3 may 1469[…], Florensiya – 21 iyun 1527[…], Florensiya) — İntibah dövründə yaşamış italyan diplomat, yazıçı, filosof və tarixçi. O, daha çox təxminən 1513-cü ildə yazılmış, lakin 1532-ci ilə qədər nəşr olunmayan "Hökmdar" adlı siyasi traktatı ilə tanınır. Makiavellini siyasi fəlsəfənin və siyasi elmin atası adlandırırlar. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına (72-ci) daxil edilib. Nikkolo Makiavelli 1469-cu il may ayının 3-də İtaliyanın Florensiya şəhərində, hüquqşünas ailəsində anadan olub. İtaliyada humanizm hərəkatının yol açdığı təhsil proqramına uyğun olaraq, qrammatika, ritorika, Latın dili və mədəniyyəti təhsili alıb. O zamanlar Florensiyanın yunan mədəniyyətinin Avropadakı mərkəzi hesap edilməsinə baxmayaraq, Makiavelli yunanca bilmirdi. Atasından qalan mülk işləmədən yaşamasına yetmədiyi üçün, o işləmək məcburiyyətində qalır. 1484-cü ildə Makiavelli katib və səfir kimi Florensiya hökumət xidmətinə daxil olmuşdu. 1494-cü ildə Florensiyanı 60 il idarə edən Medici ailəsi devrilirək sürgünə göndərilir və Florensiyada respublika üsul idarəsi qurulur.
Nikkolo Paqanini
Nikkolo Paqanini (it. Niccolò Paganini: 27 oktyabr 1782[…], Genuya, Genuya Respublikası[…] – 27 may 1840[…], Nitsa, Sardiniya Krallığı[d][…]) – italyan bəstəkar, bütün dövrlərin ən mahir skripka ifaçılarından biri. Baxmayaraq ki, onun yaşadığı XIX əsr bir neçə dahi skripkaçının şahidi olmuşdu, Paqaninin ustalığı həmkarlarının ustalığını üstələyirdi. Müasirləri onun bu istedadını qəlbini Şeytana satması müqabilində aldığı haqqında şayələr yayırdılar. Nikkolo Paqanini Genuya şəhərində 6 uşağı olan Antonio Paqanini (1757–1817) və Tereza Boççardo ailəsinin üçüncü uşağı olmuşdur. Paqanininin atası müvəffəqiyyətsiz ticarətçi olmuş, lakin mandolinada musiqi ifa edərək öz gəlirini artırmağın öhdəsindən gəlmişdir. Paqanini, 5 yaşında olarkən atasından mandolinada, 7 yaşında isə skripkada ifa etməyi öyrənir. Musiqiçinin xatırladığına görə kifayət qədər məşğul olmadıqda atası onu ciddi şəkildə cəzalandırır və bu öz növbəsində onun sağlamlığına pis təsir göstərirdi. Sonralar Nikkolo özü musiqi aləti ilə maraqlanır və yeni musiqi növləri tapıb dinləyiciləri təəccübləndirməyi ümid edirdi. Uşaqlığında skripka üçün bir neçə əsərlər yazmış və məharətlə ifa etmişdir.
Nikkolo Tartalya
Nikkolo Tartalya (ing. Niccolò Fontana Tartaglia; təq. 1499, Breşiya, Venesiya Respublikası[…] – 13 dekabr 1557, Venesiya, Venesiya Respublikası[…]) — İtaliyalı alim. kub tənliyin həll üsulunu tapmışdır.
Nikola Abbanyano
Nikola Abbanyano (it. Nicola Abbagnano) - italyan filosofu, Turin Universitetinin professoru. Abbanyano Jan Pol Sartrın neqativ ekzistensializminə əks olan pozitiv ekzistensializmin banisi. Alman və italyan idealizmindən çıxış edən Abbanyano insanın mövcudluğunun qeyri-müəyyən və problemli olması fikrindədir. Abbanyanoya görə, sonuncu varlıq olan və həyatda öz qorxu və riskləri ilə hərəkət edən insanın azadlığı hər zaman seçimin seçimi aktlarında realizə edilməlidir, elə bir seçimin ki, hər bir özün dən sonrakı seçim imkanının qarşısını almır. Abbanyanonun təlimində seçimin nəticələrindən daha çox insanın öz şansını həyata keçirmək üçün istifadə etdiyi alətlərin təhlili mühüm əhəmiyyət daşıyır. Sonradan Abbanyanonun bilik, elm və texnologiya məsələlərinə müraciət etməsi də bununla bağlıdır. Filosof eyni zamanda italyan empiriksosiologiyasının banilərindən biridir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Nikola Anelka
Nikola Sebastyan Anelka (14 mart 1979[…]) — Fransa peşəkar futbol məşqçisi və forvard mövqeyində oynamış keçmiş futbolçu.
Nikola Bittner
Nikola Bittner (9 iyul 1977) — Almaniyanı təmsil edən bədii gimnast. Nikola Bittner Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Nikola Bualo
Nikola Bualo (fr. Nicolas Boileau-Despréaux; 1 noyabr 1636, Paris — 13 mart 1711, orda) — fransız şairi, tənqidçisi, nəzəriyyəçisi. Fransız klassisizminin Lafontendən sonra ikinci böyük şairi Bualo olmuşdur. O da Lafonten kimi qeyri-dramatik janrlarda yazdığı əsərlərlə məşhurlaşmışdır. Əgər Lafonten təmsil və mənzum nağıl janrında məşhur-laşmışdısa, Bualo müraciətləri və satiraları ilə tanınmışdır. Onun şeirləri quruluğu, ayıqlığı və satirik təmayülü ilə seçilir. Bualo dünya ədəbiyyatında daha çox fransız klassisizminin qanunvericisi, tanınmış rəhbəri və nəzəriyyəçisi kimi şöhrət qazanmışdır. Puşkin haqlı olaraq onu "fransız şairlərinin sərt hakimi" adlandırmışdır. Doğrudan da, Bualo Fransada ədəbiyyat tarixinin ən şanlı dövrlərindən birində ədəbi fikrin rəhbəri olmuşdur. Nikola Bualo-Depreo 1 noyabr 1636-cı ildə Parisdə burjua ailəsində doğulmuşdur.
Nikola Burbaki
Nikola Burbaki (fr. Nicolas Bourbaki) — 1939-cu ildə bütün riyaziyyatı aksiomatik əsasda qurmaq ideyası ilə çıxış edən bir qrup fransız riyaziyyatçıların təxəllüsü.
Nikola Muskat
Nikola Muskat (1994) — Maltalı üzgüçü. Nikola Muskat Maltanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nikola Muskat birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.22 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Nikola Muskat Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 26.60 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Nikola Müller
Nikola Müller (d. 14 noyabr 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Nikola Müller 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Nikola Müller 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Nikola Orem
Nikola Orem (ing. Nicole Oresme; təq. 1320[…], güm. , Fransa krallığı – 11 iyul 1382[…], Lizyö, Fransa krallığı) — Fransa iqtisadçısı, riyaziyyatçısı və fiziki; kəsr üstlü qüvvət anlayışını daxil etmişdir; ilk düzxətli koordinat sistemini qurmaq cəhdi onun adı ilə bağlıdır; "Sfera haqqında traktat" əsərinin müəllifidir.
Nikola Paşiç
Nikola Paşiç (serb. Никола П. Пашић; 6 (18) dekabr 1845 – 10 dekabr 1926, Belqrad) — XIX əsrin sonları — XX əsrin əvvəllərində Serbiya siyasətçilərinə güclü təsir göstərmiş Serbiya və Yuqoslaviya siyasətçisi, diplomatı, "Böyük Serbiya" nın ideoloqu. Serbiyanın baş naziri (1891–92, 1904–05, 1906–08, 1909–11, 1912–18) və Serb, Xorvat və Sloveniya Krallığının Baş naziri (1918, 1921–24, 1924–26). Paşiçin etnik mənşəli məsələsi mübahisəli məsələdir, çünki bir çox digər Balkan təmsilçiləri üçün. Bolqarıstanın zintsara (Aromun) mühacir ailəsində anadan olmuşdur. Daha sonra anası bir serbiya çörəkçi ilə evləndi və oğluna keçmiş Paşiçin soyadını aldı. Bolqar mənbələri adətən Paşiçi "Bolqar" adlanır. Paşiç Zajecarski gimnaziyasında təhsil almışdır, lakin gimnaziya, siyasi səbəblərdən şəhərdən şəhərə köçmüşdür, o da Neqotin və Kragujevacda təhsil almışdır. 1866-cı ildə Belqrad Texnologiya Fakültəsinə daxil oldu, burada 1868-ci ildə müvəffəqiyyət qazanmaq üçün, daha ixtisaslaşması üçün Zürix Politexnik Məktəbində təhsil almaq üçün dövlət stipendiyası aldı. O mühəndislik təhsili aldı, ancaq Vyana-Budapeşt dəmir yolunun tikintisinə yalnız bir müddət qalıb, sonra 1881-ci ildə Xalq Radikal Partiyasının qurucusu olmuş siyasətə girdi.
Nikola Pussen
Nikola Pussen (fr. Nicolas Poussin; iyun 1594, Le-Andeli[d], Fransa krallığı – 19 noyabr 1665[…], Roma, Papa dövləti) — fransız rəssamı, XVII əsr incəsənətində klassizmin ən ardıcıl nümayəndəsi. Nikola Pussen 15 iyun 1594-cü ildə Normandiyanın Lez-Andeli şəhərində anadan olmuşdur. XVII əsr incəsənətində klassizmin ən nümayəndəsi olan Pussen anatomiya və riyaziyyatla da məşğul olmuşdur. 1612-ci ildən Parisdə, 1623-cü ildən Venesiyada, 1624-cü ilin yazından isə Romada yaşamışdır. Pussen tarixi, mifoloji, ədəbi, dini mövzularda əsərlər yaratmış, tablolarında qəhrəmanlığı, insan gözəlliyini tərənnüm etmişdir. ("Germanikin ölümü", 1627; "Yatmış Venera", 1630; "Rinaldo və Armida", 1625–1627; "Floranın səltənəti, 1630–1631; "Tankred və Erminiya", 1630-cu illər). Pussenin klassisizm prinsipləri 1630-cu illərin 2-ci yarısına aid əsərlərində ("Sabina qadınlarının oğurlanması", 1635) aydın ifadə olunmuşdur. Nikola Pussen 1640–1642-ci illərdə Parisdə XIII Lüdovikin sarayında işləmiş ("Zaman həqiqəti paxıllığın əlindən xilas edəcək" 1641–1642), saray rəssamları arasındakı ədavət üzündən Romaya qayıtmışdır. Pussenin əsərlərində əxlaqi-mənəvi pafos 2-ci Roma dövrü yaradıcılığında daha da güclənmişdir ("Qayadan su çıxaran Musa", 1648; "Arkadiya çobanları", 1650; "Misirə səfər zamanı istirahət", 1658).
Nikola Ritsoli
Nikola Ritsoli, (d. 5 oktyabr 1971) İtalyan keçmiş futbol hakimi. 25 may 2013-cü ildə Uembley stadionunda baş tutmuş Barusiya Dortmunt və Bayern Münhen arasındakı Çempionlar Liqası final qarşılaşmasını idarə etmişdir. Həmin oyunda bir penaltı qərarı vermiş, oyunçulara 3 sarı vərəqə göstərmişdi.
Nikola Sarkozi
Nikolya Sarkozi (fr. Nicolas Sarkozy, tam adı Nicolas Paul Stéphane Sárközy de Nagy-Bócsa; 28 yanvar 1955[…], Paris) — Fransa dövlət və siyasi xadimi, Fransa Respublikasının 23-cü, Beşinci Respublikanın 6-cı prezidenti. Fransanın dövlət başçısı kimi Andorranın knyazı və Fəxri Legion ordeninin Ali Magistridir. 6 may 2007-ci ildə seçilib, vəzifəyə həmin il 16 mayda başlayıb. 2004-cü ildən vəzifəyə seçilənədək hakim Xalq Hərəkatı Uğrunda İttifaq (fr. Union pour un mouvement populaire, UMP) partiyasının lideri olub. 1993–1995, 2002–2004 və 2005–2007-ci illərdə Fransa hökumətində nazir olub. Həmçinin prezident vəzifəsinə qədər O-de-Sen departamenti Baş Şurasının sədri olub. Fransada dostları və rəqibləri arasında "Sarko" ləqəbi ilə tanınır. Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı davranışı, irqi ayrı seçkilik və mediadakı İslam düşmənçiliyinə verdiyi dəstək və çıxışları ilə fransız ictimaiyyəti onu tanıdı.
Nikola Simiç
Nikola Simiç (serb. Никола Симић / Nikola Simić; 18 may 1934, Belqrad – 9 noyabr 2014, Belqrad) — Serbiya və Yugoslaviya teatr, kino və televiziya aktyoru. Hələ gimnaziyada təhsil alarkən dram bölməsində oynayırdı. Aktyor diplomunu Belqradda yerləşən Teatr, Kino, Radio və Televiziya Akademiyasında aldı. Aktyor kimi ilk dəfə tələbə olarkən, 1957-ci ildə Yuqoslaviya Dram Teatrında oynadı. 1959-cu ildən 2014-cü ilin yanvar ayına qədər davamlı olaraq buranın səhnəsində oynayırdı. Ona ən çox "Birə qulaqda" pyesindəki baş rolu məşhurluq gətirdi. İlk dəfə bu rolda 7 iyun 1971-ci ildə çıxış etdi və 40 il ərzində 2000 dəfədən çox oynadı. Nikola Simic bir çox film və televiziya seriallarında da rol almışdır, onlar içərisində ən çox məşhurluq qazandıran "Sıx dəri" (serb. Tesna koža) (1982-1991) serialındaki Mita Pantiç rolu oldu.
Nikola Stercen
Nikola Fergüson Stercen (ing. Nicola Ferguson Sturgeon, 19 iyul 1970, Örvin, Şotlandiya) — Şotlandiyanın 5-ci Birinci (Baş) naziri və Şotlandiya Milli Partiyasının lideri. Stercenin sevimli hobbisi kitab oxumaq və kinoya baxmaqdır. Stercen Danimarka siyasi draması olan Borgenin pərəstişkarıdır.
Nikola Stoşiç
Nikola Stoşiç (29 yanvar 2000-ci ildə Serbiyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Serbiyalı futbolçudur. Stoşiç Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Stoşiç 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 19 oktyabr 2016-cı ildə Vardar U-19 komandasına qarşı oyunda etmişdir. O, 73-cü dəqiqədə İqoru əvəz etmiş və komandası 3-0 hesabı ilə qalib gəlmişdir. Stoşiç öz peşəkar karyerasında debütünü 20 aprel 2018-ci ildə Vattens klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, karyerasında ilk qolunu 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda vurmuşdur. O, 88-ci dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Nikoya yarımadası
Nikoya (isp. Nicoya) — Mərkəzi Amerika ərazisində, Kosta-Rikanın şimal-qərbində yerləşən yarımada. Yarımada Nikoya körfəzini Sakit okeandan ayırır. Yarımadanın sahəsi 1074,95 km² təşkil edir. Yarımadanın şimalı Quanakaste, cənubu isə Puntarenas vilayəti ərazisinə daxildir. Ən hündür nöqtəsi Serro-Asul (1018 m) dağıdır. Ərazisindən axan ən uzun çay Tempiskedir. İqlimi isti və qurudur. Yarımadanın bitki və heyvanlar aləmi rəngarəngdir. Ərazisində üç milli park vardır: Barra-Onda Milli parkı, Diriya Milli parkı, Las-Baulas Milli parkı.