Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
NikitA
NikitA - ukraynalı pop qrup. Komanda dəfələrlə kişi jurnalları üçün erotik fotosessiyalarda çəkilir, həmçinin bir çox kliplərdə seksual xarakterli səhnələr olduğu üçün, xarici ölkələrin sosial şəbəkələrində böyük məşhurluq qazanmışdır.
Nikola
Nikola — ad. Nikola Tesla — futuroloq, elektrik və maşın mühəndisi, ixtiraçı. Nikola Müller — Almaniyanı təmsil edən bədii gimnast. Nikola Paşiç — serb siyasətçi və diplomat Nikola Muskat — Maltalı üzgüçü. Nikola Burbaki Digər Nikola çayı — Kotelnı adasının qərbindən axan çay.
Likud
Likud (ivr. ‏הַלִּכּוּד‎‏‎; Rom: HaLikud; azərb. Konsolidasiya‎) — İsraildəki əsas sağ ideoloji görüşlü siyasi partiyadır. 1973-cü ildə Menachem Begin tərəfindən bir neçə sağçı və liberal partiyaların birləşməsi ilə yaradılmışdır. 1977-ci ildəki seçkilərdə Likudun qələbəsi, ilk dəfə olaraq solların gücünü itirməsi baxımından ölkənin siyasi tarixində mühüm bir dönüş nöqtəsi olmuşdur. Lakin 1980-ci illərin böyük bir dövründə hakimiyyətdə olduqdan sonra partiya 1992-ci il Knesset seçkilərində uduzmuşdur. Bununla birlikdə, Likudun namizədi Benyamin Netanyahu 1996-cı ildə baş nazir seçkisində qalib gəlmiş və ona 2009 seçkilərindən sonra hökuməti formalaşdırmaq səlahiyyəti verilmişdir. 2003-cü ildəki qələbədən sonra, Likudun lideri Ariel Şaronun 2005-ci ildə böyük parçalanmaya səbəb olan yeni Kadima partiyasını yaratması ciddi ixtilaflara səbəb olmuşdur. Bu, 2006-cı il seçkilərində Likudun dördüncü yerə enməsinə səbəb olsa da, partiya 2009-cu il seçkilərində keçmiş itkisini kompensasiya edərək, mövqelərini baş nazir Benyamin Netanyahu vasitəsilə bərpa edərək İsrail hökumətini təşkil etmişdir. Üzvləri tez-tez Likudnik olaraq adlandırılır və Irgunun siyasi varisi hesab olunur.
Nikta
Nyukta, həmçinin Nikta və ya Niks (yun. Νύξ, Νυκτός; hərf. "gecə") — qədim yunan mifologiyasında gecə ilahəsinin şəxsləşdirilmiş adı. Homerə görə, tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır. Niks Roma mifologiyasında Noks olaraq bilinir.
Kyuiti Tokuda
Kyuiti Tokuda Yapon dili:|Kyuichi Tokuda|徳田 球一|Tokuda Kyūichi, 12 sentyabr, 1894 - 14 oktyabr, 1953— yapon kommunisti, YKP-nin baş katibi. == Həyatı == 1948-ci ilin on doqquz iyulunda ən cənubi yapon adası Kyusyudakı kiçik şaxtaçı şəhəri olan Saqada qeyri-adi bir canlanma hökm sürürdü. Hələ səhərdən hər yerdə elanlar asılmışdı ki, bələddiyə idarəsinin konfrans zalında məxfi şəraitdən çıxmış Yaponiya Kommunist Partiyası tərəfindən təşkil edilən mitinq olacaqdır. Axşam saat 6-ya yaxın zal ağzına kimi dolu idi, mitinqə üç minə qədər adam toplaşmışdı. YKP Mərkəzi Komitəsinin Baş katibi–parlamentin deputatı Kyuiti Tokuda «Yaponiya Kommunist Partiyası və müasir vəziyyət» barədə məruzə ilə çıxış etdi. Şaxtaçılar yapon xalqının mənafeyi uğrunda, sülh uğrunda qəhrəman mübarizi hərarətlə qarşıladılar. O, həyatının on səkkiz ilini ən dəhşətli yapon həbsxanalarının zindanlarında keçirmiş, lakin heç bir işgəncə və məhrumiyyətlər onu marksizm-leninizmin böyük ideyalarından əl çəkməyə məcbur edə bilməmişdi. Tokuda öz məruzəsində müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatının fəlakətli vəziyyətinin və zəhmətkeşlərin həyatının dözülməz ağır şəraitinin səbəblərini açıb göstərdi. Hərbçilərin törətdikləri təcavüzkar müharibələr üçün bütün xərclərin fəhlə və kəndlilərin həyatı hesabına ödənilməsindən, daxili irticanın fitnəkarlığından, ölkənin bütün demokratik qüvvələrinin birliyi uğrunda kommunist partiyasının apardığı mübarizədən danışdı. Kyuiti Tokuda dedi: –Yaponiya iflas ərəfəsindədir, biz buna qarşı mübarizə aparmasaq, çox güman ki, Yaponiya asılı ölkəyə çevriləcəkdir.
Kyuiçi Tokuda
Kyuiti Tokuda Yapon dili:|Kyuichi Tokuda|徳田 球一|Tokuda Kyūichi, 12 sentyabr, 1894 - 14 oktyabr, 1953— yapon kommunisti, YKP-nin baş katibi. == Həyatı == 1948-ci ilin on doqquz iyulunda ən cənubi yapon adası Kyusyudakı kiçik şaxtaçı şəhəri olan Saqada qeyri-adi bir canlanma hökm sürürdü. Hələ səhərdən hər yerdə elanlar asılmışdı ki, bələddiyə idarəsinin konfrans zalında məxfi şəraitdən çıxmış Yaponiya Kommunist Partiyası tərəfindən təşkil edilən mitinq olacaqdır. Axşam saat 6-ya yaxın zal ağzına kimi dolu idi, mitinqə üç minə qədər adam toplaşmışdı. YKP Mərkəzi Komitəsinin Baş katibi–parlamentin deputatı Kyuiti Tokuda «Yaponiya Kommunist Partiyası və müasir vəziyyət» barədə məruzə ilə çıxış etdi. Şaxtaçılar yapon xalqının mənafeyi uğrunda, sülh uğrunda qəhrəman mübarizi hərarətlə qarşıladılar. O, həyatının on səkkiz ilini ən dəhşətli yapon həbsxanalarının zindanlarında keçirmiş, lakin heç bir işgəncə və məhrumiyyətlər onu marksizm-leninizmin böyük ideyalarından əl çəkməyə məcbur edə bilməmişdi. Tokuda öz məruzəsində müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatının fəlakətli vəziyyətinin və zəhmətkeşlərin həyatının dözülməz ağır şəraitinin səbəblərini açıb göstərdi. Hərbçilərin törətdikləri təcavüzkar müharibələr üçün bütün xərclərin fəhlə və kəndlilərin həyatı hesabına ödənilməsindən, daxili irticanın fitnəkarlığından, ölkənin bütün demokratik qüvvələrinin birliyi uğrunda kommunist partiyasının apardığı mübarizədən danışdı. Kyuiti Tokuda dedi: –Yaponiya iflas ərəfəsindədir, biz buna qarşı mübarizə aparmasaq, çox güman ki, Yaponiya asılı ölkəyə çevriləcəkdir.
Masahiro Fukuda
Masahiro Fukuda (d. 27 dekabr 1966) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 45 oyun keçirib, 9 qol vurub.
Michelia nitida
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin lecythidaceae fəsiləsinin barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır.
Mikura adası
Mikuracima adası (yap. 御蔵島) — Sakit okeanda yerləşən vulkanik ada. İzu adaları tərkibinə daxildir. Tokiodan 200 km, Miyakecima adasından 22 km cənubda yerləşir. Ada 11 km uzunluğa, 8 km enə malikdir. Ən hündür zirvəsi Oyama dağıdır (yap. 御山). Adada əhali Mikuracima kəndində cəmləşmişdir.
Nikola Abbanyano
Nikola Abbanyano (it. Nicola Abbagnano) - italyan filosofu, Turin Universitetinin professoru. == Fəaliyyəti == Abbanyano Jan Pol Sartrın neqativ ekzistensializminə əks olan pozitiv ekzistensializmin banisi. Alman və italyan idealizmindən çıxış edən Abbanyano insanın mövcudluğunun qeyri-müəyyən və problemli olması fikrindədir. Abbanyanoya görə, sonuncu varlıq olan və həyatda öz qorxu və riskləri ilə hərəkət edən insanın azadlığı hər zaman seçimin seçimi aktlarında realizə edilməlidir, elə bir seçimin ki, hər bir özün dən sonrakı seçim imkanının qarşısını almır. Abbanyanonun təlimində seçimin nəticələrindən daha çox insanın öz şansını həyata keçirmək üçün istifadə etdiyi alətlərin təhlili mühüm əhəmiyyət daşıyır. Sonradan Abbanyanonun bilik, elm və texnologiya məsələlərinə müraciət etməsi də bununla bağlıdır. Filosof eyni zamanda italyan empiriksosiologiyasının banilərindən biridir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Nikola Anelka
Nikola Sebastyan Anelka (14 mart 1979[…]) — Fransa peşəkar futbol məşqçisi və forvard mövqeyində oynamış keçmiş futbolçu.
Nikola Bittner
Nikola Bittner (9 iyul 1977) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Nikola Bittner Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Nikola Bualo
Nikola Bualo (fr. Nicolas Boileau-Despréaux; 1 noyabr 1636, Paris — 13 mart 1711, orda) — fransız şairi, tənqidçisi, nəzəriyyəçisi. == Həyatı == Fransız klassisizminin Lafontendən sonra ikinci böyük şairi Bualo olmuşdur. O da Lafonten kimi qeyri-dramatik janrlarda yazdığı əsərlərlə məşhurlaşmışdır. Əgər Lafonten təmsil və mənzum nağıl janrında məşhur-laşmışdısa, Bualo müraciətləri və satiraları ilə tanınmışdır. Onun şeirləri quruluğu, ayıqlığı və satirik təmayülü ilə seçilir. Bualo dünya ədəbiyyatında daha çox fransız klassisizminin qanunvericisi, tanınmış rəhbəri və nəzəriyyəçisi kimi şöhrət qazanmışdır. Puşkin haqlı olaraq onu "fransız şairlərinin sərt hakimi" adlandırmışdır. Doğrudan da, Bualo Fransada ədəbiyyat tarixinin ən şanlı dövrlərindən birində ədəbi fikrin rəhbəri olmuşdur. Nikola Bualo-Depreo 1 noyabr 1636-cı ildə Parisdə burjua ailəsində doğulmuşdur.
Nikola Burbaki
Nikola Burbaki (fr. Nicolas Bourbaki) — 1939-cu ildə bütün riyaziyyatı aksiomatik əsasda qurmaq ideyası ilə çıxış edən bir qrup fransız riyaziyyatçıların təxəllüsü.
Nikola Muskat
Nikola Muskat (1994) — Maltalı üzgüçü. Nikola Muskat Maltanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikola Muskat birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.22 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Nikola Muskat Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 26.60 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Nikola Müller
Nikola Müller (d. 14 noyabr 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Nikola Müller 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikola Müller 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Nikola Orem
Nikola Orem (ing. Nicole Oresme; təq. 1320[…], güm. , Fransa krallığı – 11 iyul 1382[…], Lizyö, Fransa krallığı) — Fransa iqtisadçısı, riyaziyyatçısı və fiziki; kəsr üstlü qüvvət anlayışını daxil etmişdir; ilk düzxətli koordinat sistemini qurmaq cəhdi onun adı ilə bağlıdır; "Sfera haqqında traktat" əsərinin müəllifidir.
Nikola Paşiç
Nikola Paşiç (serb. Никола П. Пашић; 6 (18) dekabr 1845 – 10 dekabr 1926, Belqrad) — XIX əsrin sonları — XX əsrin əvvəllərində Serbiya siyasətçilərinə güclü təsir göstərmiş Serbiya və Yuqoslaviya siyasətçisi, diplomatı, "Böyük Serbiya" nın ideoloqu. Serbiyanın baş naziri (1891–92, 1904–05, 1906–08, 1909–11, 1912–18) və Serb, Xorvat və Sloveniya Krallığının Baş naziri (1918, 1921–24, 1924–26). Paşiçin etnik mənşəli məsələsi mübahisəli məsələdir, çünki bir çox digər Balkan təmsilçiləri üçün. Bolqarıstanın zintsara (Aromun) mühacir ailəsində anadan olmuşdur. Daha sonra anası bir serbiya çörəkçi ilə evləndi və oğluna keçmiş Paşiçin soyadını aldı. Bolqar mənbələri adətən Paşiçi "Bolqar" adlanır. Paşiç Zajecarski gimnaziyasında təhsil almışdır, lakin gimnaziya, siyasi səbəblərdən şəhərdən şəhərə köçmüşdür, o da Neqotin və Kragujevacda təhsil almışdır. 1866-cı ildə Belqrad Texnologiya Fakültəsinə daxil oldu, burada 1868-ci ildə müvəffəqiyyət qazanmaq üçün, daha ixtisaslaşması üçün Zürix Politexnik Məktəbində təhsil almaq üçün dövlət stipendiyası aldı. O mühəndislik təhsili aldı, ancaq Vyana-Budapeşt dəmir yolunun tikintisinə yalnız bir müddət qalıb, sonra 1881-ci ildə Xalq Radikal Partiyasının qurucusu olmuş siyasətə girdi.
Nikola Pussen
Nikola Pussen (fr. Nicolas Poussin; iyun 1594, Le-Andeli[d], Fransa krallığı – 19 noyabr 1665[…], Roma, Papa dövləti) — fransız rəssamı, XVII əsr incəsənətində klassizmin ən ardıcıl nümayəndəsi. == Həyat və yaradıcılığı == Nikola Pussen 15 iyun 1594-cü ildə Normandiyanın Lez-Andeli şəhərində anadan olmuşdur. XVII əsr incəsənətində klassizmin ən nümayəndəsi olan Pussen anatomiya və riyaziyyatla da məşğul olmuşdur. 1612-ci ildən Parisdə, 1623-cü ildən Venesiyada, 1624-cü ilin yazından isə Romada yaşamışdır. Pussen tarixi, mifoloji, ədəbi, dini mövzularda əsərlər yaratmış, tablolarında qəhrəmanlığı, insan gözəlliyini tərənnüm etmişdir. ("Germanikin ölümü", 1627; "Yatmış Venera", 1630; "Rinaldo və Armida", 1625–1627; "Floranın səltənəti, 1630–1631; "Tankred və Erminiya", 1630-cu illər). Pussenin klassisizm prinsipləri 1630-cu illərin 2-ci yarısına aid əsərlərində ("Sabina qadınlarının oğurlanması", 1635) aydın ifadə olunmuşdur. Nikola Pussen 1640–1642-ci illərdə Parisdə XIII Lüdovikin sarayında işləmiş ("Zaman həqiqəti paxıllığın əlindən xilas edəcək" 1641–1642), saray rəssamları arasındakı ədavət üzündən Romaya qayıtmışdır. Pussenin əsərlərində əxlaqi-mənəvi pafos 2-ci Roma dövrü yaradıcılığında daha da güclənmişdir ("Qayadan su çıxaran Musa", 1648; "Arkadiya çobanları", 1650; "Misirə səfər zamanı istirahət", 1658).
Nikola Ritsoli
Nikola Ritsoli, (d. 5 oktyabr 1971) İtalyan keçmiş futbol hakimi. 25 may 2013-cü ildə Uembley stadionunda baş tutmuş Barusiya Dortmunt və Bayern Münhen arasındakı Çempionlar Liqası final qarşılaşmasını idarə etmişdir. Həmin oyunda bir penaltı qərarı vermiş, oyunçulara 3 sarı vərəqə göstərmişdi.
Nikola Sarkozi
Nikolya Sarkozi (fr. Nicolas Sarkozy, tam adı Nicolas Paul Stéphane Sárközy de Nagy-Bócsa; 28 yanvar 1955[…], Paris) — Fransa dövlət və siyasi xadimi, Fransa Respublikasının 23-cü, Beşinci Respublikanın 6-cı prezidenti. Fransanın dövlət başçısı kimi Andorranın knyazı və Fəxri Legion ordeninin Ali Magistridir. 6 may 2007-ci ildə seçilib, vəzifəyə həmin il 16 mayda başlayıb. 2004-cü ildən vəzifəyə seçilənədək hakim Xalq Hərəkatı Uğrunda İttifaq (fr. Union pour un mouvement populaire, UMP) partiyasının lideri olub. 1993–1995, 2002–2004 və 2005–2007-ci illərdə Fransa hökumətində nazir olub. Həmçinin prezident vəzifəsinə qədər O-de-Sen departamenti Baş Şurasının sədri olub. Fransada dostları və rəqibləri arasında "Sarko" ləqəbi ilə tanınır. == Parisdəki yəhudi "Müsyö Sarko" == Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı davranışı, irqi ayrı seçkilik və mediadakı İslam düşmənçiliyinə verdiyi dəstək və çıxışları ilə fransız ictimaiyyəti onu tanıdı.
Nikola Simiç
Nikola Simiç (serb. Никола Симић / Nikola Simić; 18 may 1934, Belqrad – 9 noyabr 2014, Belqrad) — Serbiya və Yugoslaviya teatr, kino və televiziya aktyoru. == Həyatı == Hələ gimnaziyada təhsil alarkən dram bölməsində oynayırdı. Aktyor diplomunu Belqradda yerləşən Teatr, Kino, Radio və Televiziya Akademiyasında aldı. Aktyor kimi ilk dəfə tələbə olarkən, 1957-ci ildə Yuqoslaviya Dram Teatrında oynadı. 1959-cu ildən 2014-cü ilin yanvar ayına qədər davamlı olaraq buranın səhnəsində oynayırdı. Ona ən çox "Birə qulaqda" pyesindəki baş rolu məşhurluq gətirdi. İlk dəfə bu rolda 7 iyun 1971-ci ildə çıxış etdi və 40 il ərzində 2000 dəfədən çox oynadı. Nikola Simic bir çox film və televiziya seriallarında da rol almışdır, onlar içərisində ən çox məşhurluq qazandıran "Sıx dəri" (serb. Tesna koža) (1982-1991) serialındaki Mita Pantiç rolu oldu.
Nikola Stercen
Nikola Fergüson Stercen (ing. Nicola Ferguson Sturgeon, 19 iyul 1970, Örvin, Şotlandiya) — Şotlandiyanın 5-ci Birinci (Baş) naziri və Şotlandiya Milli Partiyasının lideri. == Həyatı == === Siyasi fəaliyyəti === === Şəxsi həyatı === Stercenin sevimli hobbisi kitab oxumaq və kinoya baxmaqdır. Stercen Danimarka siyasi draması olan Borgenin pərəstişkarıdır.
Nikola Stoşiç
Nikola Stoşiç (29 yanvar 2000-ci ildə Serbiyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Serbiyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Stoşiç Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Stoşiç 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 19 oktyabr 2016-cı ildə Vardar U-19 komandasına qarşı oyunda etmişdir. O, 73-cü dəqiqədə İqoru əvəz etmiş və komandası 3-0 hesabı ilə qalib gəlmişdir. Stoşiç öz peşəkar karyerasında debütünü 20 aprel 2018-ci ildə Vattens klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, karyerasında ilk qolunu 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda vurmuşdur. O, 88-ci dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Nikola Tesla
Nikola Tesla (serb-kiril. Никола Тесла, 10 iyul 1856[…], Smilyan – 7 yanvar 1943[…], Nyu-York, Nyu-York ştatı) — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan Serbiya əsilli ABŞ futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı. Tesla 1884-cü ildə ABŞ-nin Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron mühərrik və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb. Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksəkgərginlikli və yüksəktezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etmişdir. Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı.