Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hoğa
Üçbulaq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Füzuli rayonunun Hoğa kəndi Üçbulaq kəndi adlandırılmışdır. Kənd 1992-ci il martın 31-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin gedişində işğaldan azad olunmuşdur. Kəndin qədim adı Hoğadır. 1593-cü ilə bağlı Osmanlı qaynağında Hoğa kəndi haqqında bilgi var. 1727-ci ilə bağlı qaynaqda yazılır: "Dizaq nahiyəsinə tabe olan Hoğa kəndi. Kəndin əhalisi əkinçiliklə məşğul idi. Dənli bitkilərdən buğda, arpa, darı və pərinc əkirdilər. Baramaçılıqla ilgilənənlər də vardı.
Naqa
Naqa (नाग) Hinduizm və Buddizmdən gələn böyük bir ilan kimi təsvir edilən ikinci dərəcəli (kiçik) tanrı üçün Sanskrit və Pali dilindəki adıdır. Bununla birlikdə, sözün istifadəsi çox qeyri-müəyyəndir və bu sözlə birdən çox şey ifadə edilə bilər. "Naqalar" olaraq adlandırılan (insan) qəbilə(sin)dən (normal ilanlara (xüsusilə kral kobrası və hind kobrası) və ya fillərə qədər çox fərqli mənalar daşıyır. Dişi naqaya naqi deyilir. Naqa Mucalinda, Budanın qəyyumu olduğu halda, Balarama Vişnunun naqa şəklində təcəssümünü (reenkarnasiyası) təşkil edir.
Noda
Noda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1100 nəfərdir. Əsl adının Norudi olduğu söylənilir. Oykonim talış dilindəki no (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi üçün 1 161 000 manat vəsait ayrılmışdır.
Nona
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor. Digər La Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Noua
Noua və ya Noa — Mərkəzi və Şərqi Rumıniyada, Moldova və Ukraynanın qərbində yayılmış tunc dövrünə (e.ə. II minlliyin son rübü) aid arxeoloji mədəniyyət. Rumıniyanın Noua kəndi yaxınlığındakı qəbiristanlığın adı ilə adlandırılmışdır. Noua üçün dirəküstü evlər, təsərrüfat quyuları və s. səciyyəvidir. Ölülər sayları təqribən 200 olan torpaq qəbirlərdə bükülü vəziyyətdə, bəzən yandırılaraq dəfn olunmuşdur. Qəbirlərdən kobud və ya bir qədər nazik şüyrələnmiş qara, boz keramika, sancaqlar, tunc nizə və sümük ox ucduqları və s. aşkar edilmişdir. İbtidai icma quruluşunda yaşayan Noua tayfaları əsasən maldarlıq, qismən də əkinçiliklə məşğul olmuşlar. Мелюкова А. И. Памятники скифского времени лесостепного Среднего Поднестровья // Материалы и исследования по археологии СССР, № 64, М., 1958; Балагурі Е. А. Могильник культури Ноа на Станіславщині, «Археологія», 1961, т.
Nuqa
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Toqa
Toqa (lat. Toga, lat. tego – örtürəm) — Qədim Romada vətəndaşların üst geyimi, qolsuz uzun plaş. Adətən ağ yun parçadan tikilirdi. Toqa böyük yun parçadan olub, dairəvi və ya oval şəkilə malikdir. Onun uzunluğu 6 m və daha artıq olub, dairəvi kənarı 2 m-ə çatır. Yalnız Roma vətəndaşlığı olanlar toqa geyinə bilərdilər.
Yoqa
Yoqa – ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etmoloji mənşəyində saxlanılır. Yoqa sözü – Sanskrit dilində yuj sözündən götürülüb. Mənası, "birlik", "ittifaq" deməkdir.[mənbə göstərin] "Yoqa" sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən götürür ki, o da tərcümədə "birləşmə", "qovuşma", "tövhid" mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) "Yoqa sutra" əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini oxumağı və s. bacarırlar.
Nota
Not
Doga Kobo
Doga Kobo (株式会社動画工房, Kabushiki-gaisha Dōga Kōbō) — Tokio şəhərinin Nerima xüsusi rayonunda yerləşən Yaponiya animasiya studiyası. 11 iyul 1973-cü ildə Toei Animation studiyasının keçmiş əməkdaşı Hideo Furusava tərəfindən qurulmuşdur. Studiya illərlə bir çox animelərin istehsalında iştirak etmişdir.
Ficus nota
Ficus nota (lat. Ficus nota) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Maresuke Noqi
Maresuke Noqi (乃木 希典, 25 dekabr 1849 – 13 sentyabr 1912[…], Tokio[d]) — Yaponiya imperiyasının generalı və Tayvanın üçüncü general-qubernatoru. Noqi samuray ailəsində doğulmuşdur. 1869-cu ildə o, orduda xidmətə başlamış, 1871-ci ildə mayor rütbəsinə yüksəlmişdir. Sayqo Takamorinin başçılıq etdiyi üsyançılara qarşı döyüşmüş və podpolkovnik rütbəsinə layiq görülmüşdür. Ağır döyüşlərdən birində Noqi 14-cü piyada alayının bayrağını itirmişdir. Bu rüsvayçılıq onu bütün ömrü boyu izləmişdir və sonradan o bu hadisəni intiharının əsas səbəblərindən biri adlandırmışdır. 1876-cı il avqustun 27-də də Noqi o zaman 20 yaşında olan samuray Yudzi Sadanonun qızı Sidzuko ilə evlənmişdir. 1877-ci il avqustun 28-də onların ilk oğlu Katsunori dünyaya gəldi və Noqi Tokioda ev aldı. 1878-ci ildə o, polkovnik rütbəsinə yüksəldildi. 1879-cu ildə onun ikinci oğlu anadan oldu.
Nona Paçuaşvili
Nonna Paçuaşvili (2 yanvar 1943, Tbilisi) — gürcü aktrisası. Nona Paçuaşvili Tbilisi Teatr İnstutunu bitirmişdir. 1959-cu ildən Şota Rustavelli adına dram teatrının aktrisasıdır. Həyatı boyu sadəcə bir neçə filmə çəkilmişdir. Azərbaycan tamaşaçısının yaddaşında daha çox "Əhməd haradadır" filmində yaratdığı Ceyran obrazı ilə qalmışdır. 1981-ci ildən Gürcüstan SSRnin xalq artistidir. Gürcüstanda bir nazirin oğlu olan əri Tamazi "Əhməd haradadır?" filminin ilk çəkilişi vaxtı Bakıya gəlmişdir. Qaldıqları "İnturist" mehmanxanasında gecə vaxtı ərini maqnitofondan "tok" vurmuş və nəticədə Tamazi vəfat etmişdir. Əhməd haradadır?
Nona Qaprindaşvili
Nona Qaprindaşvili (gürc. ნონა გაფრინდაშვილი; 3 may 1941, Zuqdidi, Gürcüstan SSR, SSRİ) — gürcü şahmatçısı, qadınlar arasında 6-cı dünya çempionu və ilk qadın qrosmeyster (1976). Nona 1941-ci il mayın 3-də Zuqdidi şəhərində anadan olmuşdur. İdman Qaprindaşvililər ailəsində böyük yer tuturdu. Böyük qardaşları onunla şahmat oynayır və ona heç vaxt güzəştə getmirdilər. Tbilisiyə köçəndən sonra o, pionerlər sarayının şahmat dərnəyinə üzv yazılır. Məşqçisi Karselaqze yetirməsinin bacarığını görüb, onunla ciddi məşğul olmağa başlayır. Bir ildən 15 yaşlı Nona ilk qələbələrini qazanır. Gürcüstan çempionatında qalib gəldikdən sonra SSRİ birinciliyinin yarımfinalında uğurla yarışır. Bu müvəffəqiyyətlərdən sonra o, bir sıra irimiqyaslı turnirlərdə uğurla çıxış etmişdir.
Noqay Orda
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu — XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda — Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə — Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə — Qərbi Sibir düzənliyində yerləşirdi. Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Noqay Ordası
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu — XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda — Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə — Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə — Qərbi Sibir düzənliyində yerləşirdi. Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Noqay dili
Noqay dili və ya noğay dili — Türk dilləri ailəsinin qıpçaq-noqay yarımqrupuna aiddir. Bu qrupa noqay, qaraqalpaq, qazax vəs. daxildir. Bu dildə 54 min əhali danışır. Yazısı kiril əlifbası əsasında tərtib olunmuşdur. Dilin və millətin adı Noğay xan ilə əlaqəlidir.
Noqay rayonu
Noqay rayonu (Dağıstan)
Noqay çölü
Noqay çölü — Terek və Kuma çayları arasında, Şimali Qafqaz ərazisində meşə örtüyünə sahib olmayan quru və düzən əraziyə sahib çöl. Ərazi Dağıstan, Çeçenistan, Stavropol diyarı ərazisində yerləşir. Çölün adı noqayların adı ilə bağlıdır. Bitki örtüyü kserofit və qalofitlərdən ibarət olsa da, ərazisinin böyük hissəsini qumlu sahələr təşkil edir. Noqay çölünün iqlimi quru kontinentaldır. İllik yağıntının miqdarı 300 mm keçmir. İsti dövrün orta temperaturu (aprel — oktyabr) +22-25 °C , soyuq fövrün isə (noyabr — mart) 0 - 2 °C arasında dəyişir. Minimum temperatur −33 °C (yanvar, fevral), maksimum isə +45 °C (avqust) olmuşdur. Qışı az yağıntılı olması ilə seçilir. Ortalama 30 mm təşkil edir.
Nora Arnezeder
Nora Arnezeder (8 may 1989, Parisin 16-cı dairəsi[d], Fransa) — Fransa aktrisası və müğənnisi. O, "Lumieres mükafatı"nı qazanmışdır. Arnezeder 8 may 1989-cu ildə Fransanın Paris şəhərində anadan olmuşdur. Atası Volfqanq Arnezeder avstraliyalı və katolik, anası Piera Skinazi isə misirli və yəhudidir.Orta məktəbdə oxuyarkən Arnezeder Cours Florentin dram məktəbində aktyorluq, rəqs və oxuma təhsili alıb. Arnezederin ilk böyük rolu 2008-ci ildə Kristof Barratyenin rejissorluğu ilə Paris 36 (Fransızca: Faubourg 36) filmində; bunun üçün o, Lümyer Mükafatını, eləcə də Étoile d'Or Mükafatını (Fransız Kinosunun Qızıl Ulduzları) qazandı. Filmdə Arnezeder 82-ci Akademiya Mükafatlarında Ən Yaxşı Orijinal Mahnı nominasiyasına layiq görülmüş "Loin de Paname" mahnısını ifa etdi. 2009-cu ildə Arnezeder Guerlain-in L'Idylle ətrinin siması idi. 2012-ci ildə Arnezeder, Rayan Reynoldsun personajının sevgilisini canlandıran "Safe House" adlı Amerika triller filmində göründü. Elə həmin il o, Sundance Film Festivalında təqdim olunan Amerika sirli dram filmi The Words-də Celia rolunda göründü. Elə həmin il Arnezeder “Maniac” adlı qorxu filmində rol aldı.
Nora Efron
Nora Efron (19 may 1941[…], Yuxarı Vestsayd[d], Nyu-York ştatı – 26 iyun 2012[…], Manhetten, Nyu-York ştatı) — məşhur amerikalı rejissor, ssenarist. Nora Efron 1941-ci ildə Nyu-Yorkda anadan olub. Kaliforniyada böyüyüb və karyerasına "New York Post" qəzetində müxbir işləməklə başlayıb. Efron "When Harry Met Sally" və "Sleepless in Seattle" kimi məşhur filmlərin ssenarisini yazıb. Efron 3 dəfə "Oskar" mükafatına namizəd göstərilib. Rejissorluq və ssenaristlikdən başqa o həmçinin müxtəlif janrlarda əsərlər də yazıb. Nora Efron 71 yaşında Manhettendə kəskin miyeloid leykemiyası xəstəliyindən dünyasını dəyişib.
Nora Roberts
Nora Roberts (10 oktyabr 1950[…], Silver-Sprinq[d], Merilend) — ABŞ yazıçısı. Daha çox məhəbbət və macəra romanları ilə məşhurdur. 210-dan çox roman yazmış, romanları ən çox satılanlar siyahısına düşmüş və 35 ölkədə nəşr olunmuşdur. Həmçinin JD Robb təxəllüsü ilə "Ölüm seriyaları" adlı kriminal məhəbbət romanları seriyasını yazmaqdadır. Nora Roberts 1950-ci ildə Merilend ştatının Silver Sprinq şəhərində 5 uşaqlı ailənin ən kiçik uşağı kimi anadan oldu. Katolik məktəbində oxuduqdan sonra gənc yaşında evləndi və Merilend ştatının Kidsvill şəhərinə köçdü. Qısa müddət hüquq katibliyi etdi. İki oğlunu doğduqdan sonra işini buraxdı. Nora Roberts tezliklə yazıçılığa girişdi. İlk əsərləri nəşriyyat evləri tərəfindən rədd edilsə də, 1981-ci ildə ilk kitabı "Irish Thoroughbred Silhouette" nəşriyyat tərəfindən çap olundu.
Nora adası
Nora adası (ing. Harmil) — Qırmızı dənizdə, Eritreyaya məxsus olan ada. Dahlak aripelaqına daxildir. Adanın sahəsi 105,15 km² təşkil edir.Uzunluğu 17,0 km, eni 16,3 km-dir. Maksimal hündürlüyü isə dəniz səviyyəsindən 37 metr (şimal-şərqdə) təşkil edir. 2009-cu il məluumatına görə adada 373 nəfər yaşayır. Dahlak arxipelaqının digər yaşayışı olan Dahlak-Kəbir və Dehil adalarınad olduğu kimi əhali Dahlak dilində danışır. Adanın yeganə yaşayış məntəqəsi Noradır.
Nova-İtaberaba
Nova İtaberaba (port. Nova Itaberaba) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4317 nəfərdir. Ərazisi 137,583 кm²-dir. Əhalinin sıxlığı 31,4 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Nova (Marağa)
Nova' (fars. نوا‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,359 nəfər yaşayır (374 ailə).
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
Bosa nova
Bossa nova — Braziliya musiqi üslubudur, özündə müxtəlif yerli ritmlərlə (bayan və ilk növbədə, samba) kul-cazın özünəməxsus qarışığını ehtiva edir.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki. Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman preparatı olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi bir çox xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendlerin marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə edilən iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur. Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).