Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nuksak (Vaşinqton)
Nuksak (ing. Nooksack) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 1338 nəfər olmuşdur. Kanada ilə həmsərhəsddir. == Tarixi == Ərazidə ilk dəfə 1880-ci illərdə yaşayış məntəqələri qurulmağa başlandı. 16 Sentyabr, 1865-ci ildə Nuksak kəndi adı ilə ərazi qeydə alındı. Şəhər 6 Dekabr 1912-ci ildə rəsmi olaraq qeydiyyata alındı. 1906, 1909, 1911, 1913 və 1922-ci ildə baş vermiş irimiqyaslı yanğınlar şəhərin uzun müddət ərzində inkişafına mane oldu. == İqlimi == Orta illik temperatur 9.7 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 16.9 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 2.1 °C).
Atınç Nukan
Atınç Nukan (20 iyul 1993, Fateh) — müdafiə mövqeyində oynayan türk milli solaxay futbolçusudur. O, Türkiyə millisində çıxış edir. Atınç Nukan futbolçu karyerasına 2004-cü ildə "Küçükçekmecespor"da başlayıb. Burada keçirdiyi 2 uğurlu mövsümdən sonra “Beşiktaş”ın diqqətini çəkib və 2006-cı ildə 13 yaşında “Beşiktaş”a transfer olub.
Aşağı Nuşan (Urmiya)
Aşağı Nuşan (fars. نوشان سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (30 ailə).
Yuxarı Nuşan (Urmiya)
Yuxarı Nuşan (fars. نوشان عليا‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (37 ailə).
Baksan
Baksan (şəhər) — Qafqazda şəhər.
Heksan
Heksan (n-heksan) (C6H14) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Zəif iyli rəngsiz maye. Sındırma əmsalı p20D 1,37506-dir. Oktan ədədinin aşağı olması səbəbindən(25)heksan sintetik benzinin tərkibi üçün arzuolunmazdır.
Kursan
Kursan(mac. Kurszán;847-904)—macarların başçısı, Arpadın müasiri. == Həyatı == Kursan macarların başçısı idi. 892-ci ildə Böyük Moraviya sərhədlərinə hücum etmişdi. O, çalışırdı ki, Frank dövləti ilə arası pozulmasın və varlığına son qoyulmasın.Onun törəmələri Kartel soyadını daşıyırdılar.
Kutsan
Lukian
Samsatlı Lukian (q.yun. Λουκιανὸς ὁ Σαμοσατεύς, lat. Lucianus Samosatensis; təq. 120 – təq. 180, Afina, Axeya) — qədim yunan yazıçısı. == Fəaliyyəti == Satirik yazılarda Lukian ictimai, dini və fəlsəfi mövhumatı, həmçinin müasir ictimaiyyətin digər çətinliklərini tənqid etmişdir. Bundan əlavə, onun "Doğru tarix" adlı əsəri, xüsusilə Ay və Veneraya səyahət ilə, elmi fantastikanın yaranmasına təsir göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Lucian of Samosata Project - Library/Texts, Articles, Timeline, Maps, and Themes A.M. Harmon, Introduction to Lucian of Samosata of Samosata tərəfindən əsərlər Qutenberq layihəsində Əsərləri və ya müəllifi olduğu işlər: Lukian İnternet arxivində Lukian tərəfindən əsərlər LibriVox-da (açıq audi-kitablar) Dickinson College Commentaries: True Histories Alexander the False Prophet - the successful travelling prophet of Asclepius and his oracular serpent god Works of Lucian of Samostata at sacred-texts.com The Syrian Goddess, at sacred-texts.com Macrobii and Lucius (The Ass), at attalus.org Contents – Harvard University Press P. P. Fuentes González, art. Lucien de Samosate, DPhA IV, 2005, 131-160.
Neysan
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.r XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Nissan
Nissan Jidōsha Kabushiki Gaisha və ya Nissan avtomobil şirkəti 26 dekabr 1933-cü ildə Yaponiyanın Yokohama şəhərində yaradılmışdır. Adı 1934-cü ildə Nissan Motor Co. Ltd. olaraq dəyişdirilmişdir. Şimali Amerika, Avropa, Yaponiya, Afrika, Çin, İran və Cənub-şərqi Asiyada istehsal edilən "Nissan" Avropaya avtomobil ixracını 1962-ci ildə başladı. 1983-də Terrano II və Vanette Cargo modellərinin istehsalının reallaşdırıldığı "Nissan Motor İberica", İspaniyada fəaliyyətə başladı. 1984-cü ildə "Nissan"ın başqa bir fabriki, Motor Manufacturing İngiltərə quruldu. 1993-də şirkət Avropadakı varlığının 60 ilini qeyd etdi və yenə 1993-cü ildə İngiltərədə çıxarılan Micra ilin ən yaxşı avtomobili mükafatını aldı. == Modellər == === Minik Vasitələr === Nissan 350Z Nissan Micra Nissan Qeydə Nissan Almera Nissan Primera === Ərazi Vasitələri === Nissan X-Trail Nissan Pathfinder Nissan Murano Nissan Patrol Nissan Qashqai === Ticari Vasitələr === Nissan Cabstar Nissan Atleon Nissan NT500 Nissan Navara Nissan Pick-up == Nissan-Renault Əməkdaşlığı == "Nissan" 1990-cı illərdə maliyyə krizisindən xilas olmaq məqsədi ilə 27 mart 1999-cu ildə Renault ilə bir güc birliyi razılaşması imzaladı. Razılaşmaya görə Renault Nissanın idarə hissəsini satın aldı və şirkətin rəhbəri vəzifəsinə fransız Carlos Ghosnu təyin etdi.
Nuklon
Nuklonlar (lat. nucleus "nüvə") — atom nüvəsinin əsas komponentləri olan hissəciklər. Nuklonlara protonlar və neytronlar daxildir. Elektromaqnit qarşılıqlı təsir nöqteyi-nəzərindən proton və neytron fərqli hissəciklərdir, çünki proton elektrik yüklüdür, neytron isə yüklü deyil. Bununla belə, atom nüvələrinin miqyasında həlledici olan güclü qarşılıqlı təsir nöqteyi-nəzərindən bu hissəciklər bir-birindən fərqlənmir, buna görə də nuklon termini meydana çıxdı, proton və neytron iki fərqli vəziyyət kimi qəbul edilməyə başladı. Nuklonun izospin vəziyyətlərinin xassələrinin oxşarlığı izotopik dəyişkənliyin təzahürlərindən biridir. Nüvədəki nuklonların sayı nüvənin kütlə miqdarı adlanır. Nuklonların sayı eyni olan fiziki sistemlərə (nüvələr, atomlar, molekullar) izobarlar deyilir; məsələn, 20Ne, 20Na atomları və 1H19F molekulu izobarlardır — bu sistemlərin hər birində 20 nuklon var. Nuklonlar barion ailəsinə (N-barion qrupu) aiddir. Onlar məlum olan ən yüngül barionlardır.
Nurlan
Nurlan — ad. Nurlan Novruzov — Azərbaycan futbolçusu. Nurlan İbrahimov — Azərbaycanlı yüngül atlet. Nurlan Növrəsli — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016) Nurlan Abdullazadə — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Əsgərov — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Digər Nurlan nəşriyyatı — Azərbaycanda nəşriyyat evi.
Xursan
Xursan – Tarixi Azərbaycan ərazisinin bir hissəsi. Şirvana tabe olan kiçik vilayətlərdən biri. Xursan – Xrsan adına ilk dəfə V əsr müəllifi Yeğişedə rast gəlinir. "Erməni coğrafıyası"nın qədim nüsxəsində Asiya Sarmatiyasının xalqları sırasında xsranların da adı çəkilir. Həmin coğrafiyanın yeni nüsxəsində deyilir: "Qafqaz iki dağ silsiləsinə bölünür. Onlardan biri düz istiqamətdə Şirvan və Xsrvandan keçərək Xorsvemədək uzanır..." Xsranlar, xsrvan adları, görünür, təhrif olunmuş xursanlar, xursan, eləcə də, Xors-Xurs, qayası demək olar, Xorsvem Beşbarmaqdır. IX əsr ərəb müəllifı əl-Yəqubi XIII əsrdə xəzərlərin xəlifə ordusu ilə müharibəsi barədə məlumat verərkən ərəb sərkərdəsi Yəzid ibn Üseydin geri çəkildiyi Ərməniyyədəki Xurs vilayətinin adını qeyd edir. Xursanın adı əl-Bəlazuridə Sasani I Xosrov Ənuşirəvanın (VI əsr) Cənubi Dağıstanda al-ləkzlərin Xursanşah titullu şahını və hal-hazırda mövcud olmayan Məsqət məmləkətinin şahını təyin etməsi münasibətilə çəkilir. Sonra müəllif xəbər verir ki, Mərvan ləkzlərin müqavimətindən sonra (VIII əsrin birinci yarısının sonunda) sülami ərəbi Həşrəmi onlara hakim təyin etdi, özü isə Şirvan hakiminin "dəniz sahilindəki Xirş (Xurs) adı ilə məşhur olan qalasına yollandı. Qalanın hakimi (Mərvanın) öz üzərində hakimiyyətini dərhal tanıdı və düzənliyə endi".
Bukan
Bükan ya Bəykəndi (fars. بوکان‎) — İranın Qərbi Azərbaycan ostanında yerləşən şəhər, Bükan şəhristanının mərkəzi. Bükan şəhəri Tatavuçay (farsca adı Siminərud) çayının şərq sahilində, Qərbi Azərbaycan və Kürdüstan ostanlarını ayıran xəttdə, Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) və Kürdüstan ostanının Saqqız şəhərləri arasında yerləşir. 2016-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Bükan şəhərinin 194,000 nəfər əhalisi var - beləliklə, Bükan bütün Qərbi Azərbaycan ostanı boyunca sayına görə üçüncü böyük şəhər sayılır. Bükanın görməli yerləri kimi şəhərin Cümə məscidini və Sərdar məqbərəsini sadalamaq olar.
Busan
Busan (kor. 부산, 釜山) — əvvəllər Pusan adlandırılsada ​günümüzdə rəsmi olaraq Busan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Busan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Gyeongsang daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Busan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Busan idarəsində olan Gimhae və Yangsanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakdong (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyeong çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Busan şəhəri 2-4-cı əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Fusan
Fusan (çin. ənən. 扶桑, sadə. Fúsāng) — Çin ədəbiyyatında ölkənin və Çin hibiskusunun adıdır. Fusanq ölkəsinin dəqiq olaraq hansı ölkə olduğu bilinmir. Tarixçilərin bəziləri Fusanı Yaponiya, digərləri isə Amerika hesab edir. Çin ədəbiyyatında Fusanq ölkəsini ilk dəfə tayvanlı bütpərəst kahin olan Xuey Şen təsvir etmişdir və bu ölkəni kəşf etdiyini demişdir (499-cu il) == İstinadlar == == Əlavə ədəbiyyat == Leyland, Charles Godfrey (1875) Fusang; Or, The Discovery of America by Chinese Buddhist Priests in the Fifth Century, New York: Barnes & Noble, 1973. Reprint: Forgotten Books (2010), ISBN 978-1-4400-7044-0. Vining, Edward P. (1885) Inglorious Columbus; or, Evidence that Hwui Shan and a Party of Buddhist Monks from Afghanistan Discovered America in the Fifth Century, A.D.. New York: D. Appleton and Company, ISBN 978-0-217-68056-1 Williams, S. Wells (1881): Notices of Fu-sang, and Other Countries Lying East of China, in the Pacific Ocean.
Kuşan
Kuşanlar — Kuşan padşahlığının əsas əhalisi. E.ə. I əsrdən Orta Asiyada yaşamışdılar. I–III əsrlərdə qüdrətli dövlət yaratmışdılar. Kuşanların mənşəyi dəqiq məlum deyil. Onlar Orta Asiyada yaşamış irandilli toxarlarla eyniləşdirilir. Kuşanların türkdilli olmaları da ehtimal edilir.
Luşan
Luşan və ya Mount Lu (çin. 廬山) — qədim zamanlarda Kuanglu (匡庐) adı ilə bilinən, Çinin cənub-şərqindəki Szyansi əyalətinin şimal hissəsindəki ən məşhur dağlardan biridir. Oval formalı dağlar təxminən 25 km uzunluğunda və 10 km genişliyindədir. Şimalda Şanxay şəhəri və Yanszı çayı, cənubda Nançanq şəhəri və Poyanq gölü ilə əhatə olunmuşdur. Dağın ən yüksək nöqtəsi Dahanyang təpəsidir (大 汉阳 峰) və dəniz səviyyəsindən 1474 metr yüksəklikdədir. Mount Lu dağı möhtəşəmliyi, dikliyi və gözəlliyi ilə seçilir və Lushan Milli Parkı 1996-cı ildən bəri YUNESKO-nun Dünya İrsinə daxil edilmişdir və xüsusilə yay aylarında hava soyuduğunda bu yer turistləri özünə cəzb edir. Lushan Çindəki Qərb missionerləri üçün yay kurortu idi. Perl Bakın atası Avessalom Sidenstriker dağda daşınmaz əmlak alan ilk beş missionerdən bir idi. == Siyasi əhəmiyyəti == 1935-ci ilin əvvəllərində mart ayında kommunist və respublikaçı qüvvələr arasında bu bölgədə bir döyüş baş verdi, bundan sonra Çin Kommunist Partiyasının baş katibi olan Hu Yaoban ağır yaralandı. Luşan dağı vaxtilə Çin Respublikasının xiadu ("yay paytaxtı") adını almışdı.
Nisan
Nisan (ivr. ‏נִיסָן‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nuran
Nuran (Ağsu)
Ruşan
Ruşan – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 1002 nəfərdir ki onunda 484 nəfəri kişi, 518 nəfəri qadındır. === Şəhidləri === 1. Rafiq Gülmirzə oğlu Ağakişiyev 1964-22.04.1994 2. Qərib Mirzağa oğlu Məmmədov 1974-09.02.1993 3. Hidayət Əziz oğlu Mirzəyev 1943-05.03.1993 4. Ağasəf Ağaşirin oğlu Əmirov 1960-22.04.1994 5.
Al Fursan
Al Fursan (ərəb. ﺍﻟﻔﺮﺳﺎﻥ‎) (azərb. Cəngavərlər‎) – Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Təməli 2010-cu ildə qoyulmuşdur. Şou təyyarəsi olaraq Aermacchi MB-339 istifadə olunur. Komandada 10 ədəd təyyarə var və onlardan 7si şou zamanı istifadə olunur. Təyyarələr qara və qızılı rənglərə boyanıb. Bu rənglər səhra və onun altında yatan nefti təmsil edir. Şou zamanı BƏƏ bayrağının rənglərini əks etdirmək üçün qırmızı, ağ, qara və yaşıl tüstüdən istifadə olunur. Şou zamanı qara tüstüdən istifadə edən yeganə komandadır.
Baksan (şəhər)
Baksan (kab.-çərk. Бахъсэн) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Baksan şəhər dairəsinin və Baksan rayonunun inzibati mərkəzidir. == Coğrafiya == Baksan şəhəri respublikanın şimal hissəsində, Baksan çayının hər iki sahilində yerləşir. Respublikanın paytaxtı Nalçikdən 18 km şimaldadır. Şəhərin ərazisi - 27.79 km². Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Dugulubqey, cənub-qərbdə İslamey, şimalda Psiçox, şərqdə Baksanyonok və cənub-şərqdə Kişpek. Şəhərin iqlim rütubətli mülayimdir. İsti yaya və sərin qışa sahibdir. Orta illik havanın temperaturu təqribən + 9.5 ° C-dir.
Baksan rayonu
Baksan rayonu (kab.-çərk. Бахъсэн район / Бахъсэн куей, qaraç.-balk. Бахсан район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Baksan şəhəridir (rayonun ərazisinə daxil deyil). == Coğrafiyası == Baksan rayonu Kabarda-Balkariya Respublikasının şimal hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Stavropol diyarı, şərqdə Proxladnenski, cənub-şərqdə Urvan rayonu, cənubda Çeqem rayonu, cənub-qərbdə Elbrus rayonu, qərbdə Zolski rayonu. Rayonun mərkəzi hissəsinə onun inzibati vahidliyinə daxil olmayan Baskan şəhər dairəsi yerləşir. Baksan şəhər dairəsinin inzibati ərazi quruluşunun təşkili ilə əlaqədar olaraq, Baksanyonok və Kişpək kənd yaşayış məntəqələri Baksan rayonunun ərazisinin qalan hissəsindən ayrılmışdır. Zonallıq üzrə rayonlaşdırmaya görə, rayon ərazisi cənubdan şimal-şərqə qədər 3 zonaya bölünür: dağ, dağətəyi və ovalıq. Baksan rayonunun ümumi sahəsi 829.58 km²-dir.