İRAD²

[ər.] сущ. ирад, айиб, синих, нукьсан; irad eləmək (tutmaq, saymaq) ирад авун (кьун), нукьсан кьун, айибар (кимивилер, нукьсанар) лугьун.
İPVARİ
İRAD¹
OBASTAN VİKİ
15 İyul Kızılay Milli İradə meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. == Xüsusiyyətləri == Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Dünya iradə və təsəvvür kimi (əsər)
Dünya iradə və təsəvvür kimi (alm. Die Welt als Wille und Vorstellung‎) — alman filosofu Artur Şopenhaurin (1788-1860) əsas əsəri, dünya fəlsəfi irsinin ən möhtəşəm nümunələrindən biri. == Ümumi məlumat == Əsər birinci dəfə 1819-cu ildə çap olunmuşdur. Sonradan müəllif onun üzərində uzun illər ərzində (1819-1844) işləmişdir. Əsər dörd fəsildən, müəllifin öz təbirincə deyilsə, dörd kitabdan ibarətdir. Birinci fəsildə müəllifin idrak nəzəriyyəsi, ikinci fəsildə ontologiyası, üçüncü fəsildə estetikası, və nəhayət dördüncü fəsildə etikası şərh olunmuşdur. Şopenhauerin öz idrak nəzəriyyəsinin şərhinə həsr etdiyi birinci fəsil "Dünya mənim təsəvvürümdür" sözləri ilə başlayır və belə bir müddəadan çıxış edir ki, idrak iradənin xidmətindədir. Müəllifin ontologiyasının şərhinə həsr olunmuş olunmuş ikinci fəsilin əsas mənası ondan ibarətdir ki, dünya iradənin obyektivasiyasıdır. Şopenhauerin estetikasının şərh olunduğu üçüncü fəsildə müəllif belə bir müddəadan çıxış edir ki, həqiqi incəsənət idrakın iradənin xidmətdə durmaqdan xilas olma məqamıdır. Şopenhauerin öz etikasının şərhinə həsr etdiyi üçüncü fəsildə həyata yönümlü iradənin təsdiqi və inkarı məqamları nəzərdən keçirilir.
İradə Ağasıbəyli
Həsənova İradə Aslan qızı — azərbaycanlı aktrisa. İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir neçə filmdə və televiziya tamaşasında obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Sumqayıt Dövlət Musiqili Dram Teatrı Almaz (C.Cabbarlı) — Almaz Vəfalı Səriyyə (C.Cabbarlı) — Səriyyə Bağdada putyovka var (Ə.Əylisli) — Kama Tamahkar (S.S.Axundov) — Məryəm Adamın adamı (Anar) — Balaxanım Akademik Milli Dram Teatrı Dişi canavar (F.Lorka) — Amella Anamın kitabı (C.Məmmədquluzadə) — Zivər Ağqoyunlular və qaraqoyunlular (Ə.Əmirli) — Qaraqoyunlu bibi Mesenat (Ə.Əmirli) — Luiza Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Banuçiçək Ədirnə fəthi (C.Cabbarlı) — İnci Hərənin öz payı (X.Qoca) — falçı Kəllə (N.Hikmət) — Paolina Kaş araba aşmayaydı (O.İoseliani) — Kokola Kişi sözü (film, 1987) Ah məhəbbət, məhəbbət (film) Unudulan adam (film, 1987) Qu quşunun məhəbbəti (film) Yurd yeri 2 Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya...
İradə Aşumova
İradə Süleyman qızı Aşumova (25 fevral 1958, Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən güllə atıcısı və məşqçisi. 1974-1991-ci illərdə Sovet İttifaqı yığmasını, 1991-2015-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. Üç dəfə — 1985, 1998 və 2002-ci illərdə Dünya Çempionatlarının gümüş medallarına sahib olan İradə Aşumova 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurdu. İradə Aşumova Azərbaycan idmanında xidmətlərinə görə 2002-ci və 2004-cü ildə illərdə "Tərəqqi" medalı ilə təltif edilib. İradə Aşumova 1958-ci il fevralın 25-də Bakı şəhərində anadan olub. İradə Aşumova evlidir, 2 oğlu var. Onun əri güllə atcılığı üzrə məşqçi Vladimir Lunyovdur, oğlu isə güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Ruslan Lunyovdur. İradə Aşumova birinci uğuruna 1985-ci ildə Mexico şəhərində baş tutan Dünya Çempionatında imza atdı. Turnirin nəticələrinə əsasən İradə Aşumova 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində gümüş medalın sahibi oldu. 1986-cı ildə İradə Aşumova Zul şəhərində (Almaniya) baş tutan World Cup turnirində 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində bürünc, 25 metr məsafəyə atəşaçma turnirində isə qızıl medala sahib oldu.
İradə Bağırova
İradə Səid qızı Bağırova — Azərbaycan alimi, tarix üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Ümumi tarix" şöbəsinin müdiri. İradə Səid qızı Bağırova 1956-cı il fevralın 12-də Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə əla oxuduğu ilə əlaqədar M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin üçüncü kursuna qəbul olunmuşdur. 1979-cu ildə MDU-ni bitirdikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutuna təyinat almışdır və həmin İnstitutda baş laborant vəzifəsində çalışmağa başlamışdır. 1982-ci ildən 1985-ci ilədək Tarix İnstitutunun aspiranturasında (əyani şöbəsində) oxuyub. 1979-cu ildən 2004-cü ilədək baş laborantdan aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinədək yüksəlmişdir. İ. S. Bağırova 1987-ci ildə "XX əsrin əvvəllərində Azərbaycanda baş verən inqilabi hərəkatın müasir qərb tarixşünaslığında işıqlandırılması" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1997-ci ildə İ. S. Bağırovanın "XX ərin əvvəllərində Azərbaycanın siyasi partiyaları və təşkilatları (1900–1917-ci illər)" adlı fundamental monoqrafiyası çap olunub. Monoqrafiyada müəllif əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərən 20-dən artıq partiyanın və siyasi təşkilatların mövcudluğunu müəyyən edib, onların siyasi proseslərdə rolunu göstərmişdir.
İradə Bəxtiyeva
Bəxtiyeva İradə Ağaməlik qızı (d.1960) — Azərb. SSR Ali Sovetinin (11-ci çağırış) deputatı 1978-ci ildən əmək fəaliyyətinə Bakı Uşaq Paltarları Tikiş İstehsal Birliyində başlamışdır. Azərb. SSR Ali Sovetinin (11-ci çağırış) deputatı, Ali Sovetin Xalq istehlakı malları və əhaliyə xidmət komissiyasının üzvü olmuşdur.
İradə Gözəlova
İradə Vaqif qızı Gözəlova — Azərbaycan teatr rejissoru, Gəncə Dövlət Dram Teatrının baş rejissoru. İradə Vaqif qızı Gözəlova 1982-cı ildə Bakı şəhərində anadan olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasına qəbul olunmuş, 2003 ildə bitirmişdir.1999 –2003 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib 2003–2009 il. Azərbaycan Dövlət "YUĞ" Teatrında rejissor işləyib. 2009 ildə Moskva şəhərində yerləşən A.P. Çexov adına Moskva Bədai Teatrının maqistraturasına qəbul olunmuş və 2011-ci ildə bitirmişdi.2014 ildə Gəncə Dövlət Dram teatrina baş rejissor vəzifəsinə təyin olunmuşdur, hal-hazirda bu vəzifədə çalışır.2017-ci il 10 martda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. "Lay-lay" – (A.P. Çexovun hekayələri əsasında) – rejissor (Azərbaycan Dövlət"YUĞ" teatrı) "Ömər…Ömər…Ömər" – (Ömər Xəyyamin rübailəri əsasında) — rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Səni görüm"- müəllif və rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Qəribə oğlan" (İlyas Əfəndiyevin) — rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Bəlayi-eşq" (M. Fizulinin qəzəlləri əsasinda) — rejissor (Azərbaycan Dövlət"YUĞ" Teatrı) "Pulxafan" — rejissor (Moskva şəhərində, Meyerxold adına mərkəzdə); "Oğlum"- müəllif və rejissor (Moskva şəhərində,Meyerxold adına mərkəzdə) "Ailə səhnələri" (A.Yablonskaya) — (Moskva çəhərində, "Dok" teatrında) "Mən debiləm"( N.Duxaninanın) — (Moskva şəhərində, Meyerxold adına mərkəzdə) "Alisa, sən hara?"-rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Rus Dram Teatrı) "Leyli və Məcnun" Nizami Gəncəvi (xip-xop muzikl) — rejissor, ssenari müəllifi (H.Əliyev adına Sarayda) "Evlənmə" (N.V.Qoqol) –rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "1001 gecə" — rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Mingəçevir Dram Teatrı) "Şah İsmayil Xətai" — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Kimdir müqəssir?" (Ə.B.Haqverdiyev) — (Azərbaycan Dövlət Musiqi Teatrı) "Dağ Qadin və ya inadçının ram edilməsi" (V. Şekspir) — (Udmurtiya Rus Dram Teatrında, İjevsk şəhərində) "Mənim günahım" (İlyas Əfəndiyev) — (Azərbaycan Dövlət Musiqili Teatrı) "999-cu gecə" ("1001 gecə"də Şəhrizadın danışdığı 999-cu nağılı əsasında) — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Sabir" (Şəfaət Mehdiyev) — (Azərbaycan Dövlət Gəncə Teatrı) Moskvada keçirilən Çexov adina gənc rejissorlsar seminarında; Londonda olan "Royal Court" teatrında stajirovkada; Sankt-Peterburqun Aleksandrinka teatrında stajirovkada; Ukraynada "Lyutıy fevral" festivalında "Səni görüm" tamaşasına görə mükafat; Ukraynada "Klassika bu gün" festivalinda Qoqoln "Evlənmə" tamaşasına göre mükafat Udmurtiyanin Rus Dram Teatrında Şekspirin "Dağ Qadin və ya inadçının ram edilməsi" tamaşasına göre mükafat. Udmurtiyanın İjevsk şəhərində " Şekspir dünyası" laboratoriyanin qalibi olub.
İradə Gülfir
İradə Gülfir (Quluyeva İradə Gülməmməd qızı) — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional şöbəsinin sədri, Tədris İstehsalat Mərkəzinin direktoru, Əlillərin Ümumrespublika festivalının 7 qat qalibi, bir çox müsabiqələrin laureatı, 11 kitabın müəllifi. İradə Gülfir 1958-ci il dekabr ayının 25-də Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Dünya işığını, gözəlliklərini görməkdən məhrum olsa da, bəsirət gözü açıqdır. Ürəyinin gözü ilə görüb, yazıb yaradır. İradə Gülfir 11 adda kitabın müəllifidir. Minlərcə şeirləri, 45 adda poeması, rübailər kitabı var. 22 şeirinə mahnı yazılıb. Vətənpərvər şeirlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov diplomçusudur, işlədiyi cəmiyyətin fəxri üzvüdür. Əlillərin Ümumrespublika festivallarının (1998, 2001, 2004, 2007, 2010, 2013-cü illər) qalibi olub, şeir naminasiyası üzrə 1-ci dərəcəli diplomçudur. 1988-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki rayonlararası Təşkilatında çalışır və hal-hazırda da həmin təşkilatın sədridir.
İradə Gülməmmədova
İradə Akif qızı Gülməmmədova (1 oktyabr 1962, Şuşa, DQMV) — azərbaycanlı dövlət xadimi, Abşeron rayonunun icra başçısı (2015–2022) İradə Gülməmmədova 30 sentyabr 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1969–1979-cu illərdə orta təhsil almış, 1979-cu ildən 1985-ci ilə qədər N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsil davam etdirmişdir. İradə Gülməmmədova Yeni Azərbaycan Partiyasının üzvüdür. İradə Gülməmmədova Yolçu Gülməmmədov ilə ailəlidir, Məhəmməd adında bir oğul və Vüsalə adında bir qız övladı var. 1986-cı ildə Bakı şəhər 6 saylı uşaq xəstəxanasında pediatr-interna olaraq çalışan İradə Gülməmmədova 1986-cı ildən 1995-ci ilə qədər Balakən rayon xəstəxanasında pediatr-neonotaloq olaraq çalışıb. 1995–2006-cı illərdə Abşeron rayon uşaq poliklinikasının baş həkimi, 2006–2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsindən azad olunub 26 dekabr 2012-ci ildə Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
İradə Hüseynova
İradə Hüseynova (tarixçi) — tarix elmləri doktoru, professor, Əməkdar Müəllim. İradə Hüseynova (biokimyaçı) — AMEA-nın həqiqi üzvü.
İradə Hüseynova (biokimyaçı)
İradə Hüseynova (İradə Məmməd qızı Hüseynova; 24 may 1965, Ordubad) — AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru (2016-indi), biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti Biologiya fakültəsi Fizika və molekulyar biologiya kafedrasının professoru (1999), AMEA-nın həqiqi üzvü (2014). İradə Hüseynova 24 may 1965-ci ildə Naxçıvan MR-in Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur. İ.M.Hüseynova 1972-1982-ci illərdə böyük maarifçi Məhəmməd Tağı Sidqinin adını daşıyan 1 saylı orta məktəbdə təhsil almış və məktəbi fərqlənmə attestatı ilə başa vurmuşdur. Atası Huseynov Məmməd İman oğlu 1930-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 2018-ci ildə rəhmətə getmişdir. Məmməd Hüseynov 60 ildən artıq bir müddətdə Ordubad şəhərinin təhsil sistemində çalışmışdır. Anası Əsgərova Xanim Əsgər qızı 1932-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 2004-cü ildə rəhmətə getmişdir.
İradə Hüseynova (tarixçi)
İradə Mehdiqulu qızı Hüseynova (19 aprel 1963, Bakı) — Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, "Erməni araşdırmaları" elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq "Sokrat" mükafatı laureatı (İngiltərə), Azərbaycan Respublikasının Əməkdar müəllimi. 2009–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb."De-institusionalizasiya-dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı" Dövlət Proqramının Respublika Əlaqələndirmə Şurasının sədri, milli koordinatoru, həmçinin "İnklüziv təhsil" Dövlət Proqramının Milli koordinatoru olmuşdur. Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Yeni Azərbaycan partiyasının Siyasi Şurasının üzvü (1999) İradə Hüseynova 19 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhərinin 8 saylı orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş 1985-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Elmi-pedaqoji fəaliyyətini davam etdirmək üçün Elmi Şuranın qərarı və Təhsil Nazirliyinin təyinatı ilə universitetdə saxlanılmışdır. 1981-ci ildən Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinin II kursunda oxuyarkən, əmək fəaliyyətinə başlamış, universitetin həmkarlar təşkilatının ştat üzrə sədr müavini vəzifəsinə seçilmiş, 1981–1989-cu illərdə bu vəzifədə çalışmışdır. 1982–1987-ci illərdə Azərbaycan SSR həmkarlar ittifaqının XVI, XVII və SSRİ Həmkarlar İttifaqının XVII, XVIII qurultaylarının nümayəndəsi, SSRİ Həmkarlar İttifaqının Mərkəzi Təftiş komissiyasının, Rəyasət heyətinin üzvü olmuş, həmin dövrdə Azərbaycanı İttifaq səviyyəsində təmsil etmişdir. Namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir.
İradə Həsənova
Həsənova İradə Aslan qızı — azərbaycanlı aktrisa. İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir neçə filmdə və televiziya tamaşasında obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Sumqayıt Dövlət Musiqili Dram Teatrı Almaz (C.Cabbarlı) — Almaz Vəfalı Səriyyə (C.Cabbarlı) — Səriyyə Bağdada putyovka var (Ə.Əylisli) — Kama Tamahkar (S.S.Axundov) — Məryəm Adamın adamı (Anar) — Balaxanım Akademik Milli Dram Teatrı Dişi canavar (F.Lorka) — Amella Anamın kitabı (C.Məmmədquluzadə) — Zivər Ağqoyunlular və qaraqoyunlular (Ə.Əmirli) — Qaraqoyunlu bibi Mesenat (Ə.Əmirli) — Luiza Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Banuçiçək Ədirnə fəthi (C.Cabbarlı) — İnci Hərənin öz payı (X.Qoca) — falçı Kəllə (N.Hikmət) — Paolina Kaş araba aşmayaydı (O.İoseliani) — Kokola Kişi sözü (film, 1987) Ah məhəbbət, məhəbbət (film) Unudulan adam (film, 1987) Qu quşunun məhəbbəti (film) Yurd yeri 2 Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya...
İradə Mehri
İradə Rövşən
İradə Rövşən — Azərbaycanlı memar alim, AMEA Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri, Azərbaycan Memarlar İttifaqının üzvü. İradə Rövşən qızı Abdullayeva (Məmmədova) 15 may 1968-ci il tarixdə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur (1990), Azərbaycan Memarlar İttifaqının üzvüdür (2013). İradə Abdullayeva 1975-1985-ci illərdə Zaqatala şəhərindəki 2 saylı rus orta məktəbində orta təhsil almışdır. X sinifdə oxuyanda həm də Leninqrad (İndiki Sankt-Peterburq) Mühəndis-İnşaat İnstitutunun hazırlıq kursunu qiyabi bitirmişdir. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə qurtararaq ali təhsil almışdır. Əmək fəaliyyətinə 1991-ci ildə Şəki şəhərindəki AMEA Şəki Regional Elmi Mərkəzində başlamışdır. 1998-ci ilədək burada laborant, baş laborant və kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1998-2004-cü illərdə Sankt-Peterburq şəhərində yaşayıb işləmiş və 2004-cü ildə yenidən Şəkiyə qayıdıb AMEA Şəki Regional Elmi Mərkəzində əvvəlki işinə davam etmişdir. Şəki Regional Elmi Mərkəzində işləyəndə kollektivin böyük hörmətini qazanmış İradə xanımın bilik və bacarığı alimlərin də nəzərindən qaçmamış və ona elmi iş üzərində fəaliyyətini davam etdirməyi tövsiyə etmişlər.
İradə Rəşidova
İradə Rəşidova (tam adı: İradə Mehman qızı Rəşidova; d. 1975) — aktrisa. İradə Rəşidova 1975-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 1. Bianka – ("Otello", V. Şekspir) 2. Nastinka – ("Ağ gecələr", M. F. Dostoyevski) 3. Gülçöhrə — ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundov) 4. Pərizad – ("Hekayəti xırsi quldurbasan", M. F. Axundov) 5.
İradə Səyya
İradə Vaqif qızı Gözəlova — Azərbaycan teatr rejissoru, Gəncə Dövlət Dram Teatrının baş rejissoru. İradə Vaqif qızı Gözəlova 1982-cı ildə Bakı şəhərində anadan olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasına qəbul olunmuş, 2003 ildə bitirmişdir.1999 –2003 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib 2003–2009 il. Azərbaycan Dövlət "YUĞ" Teatrında rejissor işləyib. 2009 ildə Moskva şəhərində yerləşən A.P. Çexov adına Moskva Bədai Teatrının maqistraturasına qəbul olunmuş və 2011-ci ildə bitirmişdi.2014 ildə Gəncə Dövlət Dram teatrina baş rejissor vəzifəsinə təyin olunmuşdur, hal-hazirda bu vəzifədə çalışır.2017-ci il 10 martda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. "Lay-lay" – (A.P. Çexovun hekayələri əsasında) – rejissor (Azərbaycan Dövlət"YUĞ" teatrı) "Ömər…Ömər…Ömər" – (Ömər Xəyyamin rübailəri əsasında) — rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Səni görüm"- müəllif və rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Qəribə oğlan" (İlyas Əfəndiyevin) — rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Bəlayi-eşq" (M. Fizulinin qəzəlləri əsasinda) — rejissor (Azərbaycan Dövlət"YUĞ" Teatrı) "Pulxafan" — rejissor (Moskva şəhərində, Meyerxold adına mərkəzdə); "Oğlum"- müəllif və rejissor (Moskva şəhərində,Meyerxold adına mərkəzdə) "Ailə səhnələri" (A.Yablonskaya) — (Moskva çəhərində, "Dok" teatrında) "Mən debiləm"( N.Duxaninanın) — (Moskva şəhərində, Meyerxold adına mərkəzdə) "Alisa, sən hara?"-rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Rus Dram Teatrı) "Leyli və Məcnun" Nizami Gəncəvi (xip-xop muzikl) — rejissor, ssenari müəllifi (H.Əliyev adına Sarayda) "Evlənmə" (N.V.Qoqol) –rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "1001 gecə" — rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Mingəçevir Dram Teatrı) "Şah İsmayil Xətai" — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Kimdir müqəssir?" (Ə.B.Haqverdiyev) — (Azərbaycan Dövlət Musiqi Teatrı) "Dağ Qadin və ya inadçının ram edilməsi" (V. Şekspir) — (Udmurtiya Rus Dram Teatrında, İjevsk şəhərində) "Mənim günahım" (İlyas Əfəndiyev) — (Azərbaycan Dövlət Musiqili Teatrı) "999-cu gecə" ("1001 gecə"də Şəhrizadın danışdığı 999-cu nağılı əsasında) — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Sabir" (Şəfaət Mehdiyev) — (Azərbaycan Dövlət Gəncə Teatrı) Moskvada keçirilən Çexov adina gənc rejissorlsar seminarında; Londonda olan "Royal Court" teatrında stajirovkada; Sankt-Peterburqun Aleksandrinka teatrında stajirovkada; Ukraynada "Lyutıy fevral" festivalında "Səni görüm" tamaşasına görə mükafat; Ukraynada "Klassika bu gün" festivalinda Qoqoln "Evlənmə" tamaşasına göre mükafat Udmurtiyanin Rus Dram Teatrında Şekspirin "Dağ Qadin və ya inadçının ram edilməsi" tamaşasına göre mükafat. Udmurtiyanın İjevsk şəhərində " Şekspir dünyası" laboratoriyanin qalibi olub.
İradə Tuncay
İradə Tuncay (9 noyabr 1959, Bakı) — Azərbaycan yazıçısı, publisist, Ədalət qəzetinin baş redaktoru. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub. 2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur. ”Mətbuatın inkişafında yardıma görə” və “Media açarı” mükafatlarına layiq görülüb.2015-c il 15 iyul ölkə başçısının imzaladığı sərəncam əsasında Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. Tanınmış şair Məmməd Arazın qızı, yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.
İradə Əliyeva (jurnalist)
İradə Əliyeva (İradə Əbdül qızı Əliyeva; 21 sentyabr 1955, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — jurnalist, Rəsmi dövlət nəşri – "Azərbaycan" qəzetinin şöbə redaktoru, Əməkdar Jurnalist (2010), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı. İradə Əliyeva 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Bakıdakı 225 nömrəli orta məktəbi bitirmişdir. Həmin il ADU-nun Jurnalistika fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra 1977-ci ildə Azərbaycan KP MK-nın orqanı olan "Təşviqatçı" jurnalında işə başlamışdır. Dörd ay – 1977-ci ilin sentyabr–dekabr aylarında həmin mətbu orqanda korrektor vəzifəsində çalışmışdır. 1978-ci il yanvarın 16-dan "Azərbaycan müəllimi" qəzetində əvvəlcə tərcüməçi, sonra müxbir, baş müxbir vəzifələrində fəaliyyətini davam etdirmişdir. Ailəlidir, iki övladı, iki nəvəsi var. İlk yazıları məktəb illərində "Azərbaycan gəncləri" qəzetində cap olunmuşdur. "Azərbaycan müəllimi" qəzetində tərcüməçi-junalist kimi fəaliyyətinin ən məhsuldar dövrü 1990-cı ilə təsadüf edir.
İradə Əliyeva (jurnalist, publisist)

Tanrının iradəsi
Tanrının iradəsi və ya ilahi iradə — Yəhudi Bibliyasında, Əhdi-cədiddə və Quranda tapılan anlayış. Buna əsasən, tanrının iradəsi mövcud olan hər şeyin ilk səbəbidir. Akvinalı Fomaya görə, tanrı "ali xeyir"dir. "Teologiyanın cəmi" (sual 6, maddə 3) təsdiq edir ki, "tanrı özü təkcə mahiyyətcə xeyirdir". İsa Məsihdə iki təbiət var – insani və ilahi. Buna görə də Foma qeyd etmişdir ki, onda iki fərqli iradə mövcuddur: insan iradəsi və ilahi iradə.
İradə
İradə — subyektin fəaliyyət və davranışının tənzimlənməsini həyata keçirən fenomen. İradə əsasən məqsədlərin yaradılması (formalaşdırılması) və onlara nail olmaq üçün daxili səylərin cəmlənməsinə cavabdehdir. İradə nə fiziki, nə emosional, nə də həmişə şüurlu insan fəaliyyəti deyil; lakin seçilmiş fəaliyyətin məqsədinin dəyər xüsusiyyətlərini göstərən fəaliyyətdir. Könüllü hərəkətlər edən insan impulsiv istəklərə müqavimət göstərir. İradi davranış iki əsas komponentə bölünür — qərar qəbul edilməsi və onun sonrakı həyata keçirilməsi. Lakin hərəkətin məqsədilə qərar qəbul etmək ehtiyacı arasında uyğunsuzluq varsa, bu vəziyyət çox vaxt seçim aktı ilə müşayiət olunur və ya psixoloji ədəbiyyatda adət olduğu kimi, bu vəziyyəti motivlərin mübarizəsi adlandırmaq olar. Şəxs tərəfindən seçilmiş qərar sonradan müxtəlif psixoloji şəraitdə həyata keçirilir. Belə şərtlərin spektri qərar qəbul etmək üçün kifayət olan anlardan başlaya bilər və bu seçimdən sonra sonrakı hərəkət sanki öz-özünə baş verir. Bu psixoloji model üçün boğulan uşaq nümunəsini göstərə bilərik, onu xilas etmək üçün yalnız cəsarət toplamaq lazımdır və yalnız bundan sonra vəziyyət "avtomatik" rejimə keçir. Könüllü davranış və seçimin həyata keçirilməsinə bəzi güclü ehtiyacın qarşı çıxdığı şərtlər də var.
İradə (ad)
İradə — ad. İradə Gülfir — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. İradə İsgəndərova — hüquqşünas.
İradə (dəqiqləşdirmə)
İradə — ad. İradə Gülfir — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. İradə İsgəndərova — hüquqşünas.
İradə Quliyeva
İradə Quliyeva — Azərbaycalı keçmiş qadın futbolçu, qadınlardan ibarət milli komandanın keçmiş kapitanı, əməkdar məşqçi, "B" kateqoriyalı baş məşqçi İdmançı ailəsində dünyaya göz açmışdır. Atası SSRİ Əməkdar Məşqçisi adına layiq görülüb. Qardaşı futbol nəşqçisi olaraq fəaliyyət göstərir. 1980-ci ildə "Spartak" stadionunda məşqlər edirdi. O dövr "Bakinka" klubunda forma geyinirdi.. Həmçinin "Bakılı" qadın futbol klubunun da tanınmış futbolçusu olmuşdur. 1981 — SSRİ Bürünc medal əldə etdi. 2005/2006 — Gömrükçü klubu ilə, UEFA Çempionlar Liqasıın qrup mərhələsində Azərbaycanı təmsil etmişdir. O sezondan etibarən Azərbaycan milli futbol komandasının kapitanı kimi çıxış etməyə başladı. 2022 — "Gömrükçü" klubunun baş məşqçisi kimi artıq uzun müddət idi fəaliyyət göstərirdi.

Digər lüğətlərdə