Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hirado
Hirado adası yap. 平戸島 — Yapon arxipelaqının qərb hissəsində, Şərqi Çin dənizi akvatoriyasında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Naqasaki prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 163,42 km² təşkil edir. Dağlıq reylefə malikdir. Adada Hirado şəhəri yerləşir. Ada Hirado boğazı bölgəsinə daxildir. == İqtisadiyyat == Adada kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etmişdir. Burada portağal yetişdirilir. Ətlik istiqamətli maldarlıq inkişaf etdirilir.
Hıramo
Hıramo — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Lerik rayonunun Bilabənd kənd inzibati ərazi vahidi tərkibindəki Hiramo kəndi Lerik qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir. == Toponimiyası == Oykonim talış dilindəki hır (əkin) və hamo (hamar yer) sözlərindən ibarət "hamar sahədə əkin yeri" və ya talış dilindəki hır (duman, çən), -ə (bitişdirici sait) və mo (çökmüş) komponentlərindən ibarət "dumanlı, çənli" mənalarında olan söz kimi izah olunur. == Əhalisi == Əhalisi 174 nəfərdir.
Çikalo
Çikalo (oset. Ирæфи (Æрæфы) район) — Rusiya Federasiyası, Şimali Osetiyanın İrafski rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İrafski rayonunun və Çikalo kənd sovetliyinin mərkəzidir. Çikalo kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Kənd İrafski rayonunun şimal hissəsində, Urux çayının sağ sahilindən biraz kənarda, eyni adlı Çikola çayının hər iki sahilində (Zmeyka) yerləşir. Vladikavkazdan 70 km şimal-qərbdədir. == Əhali == Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: == Din == Məscid. 1990-cı illərdə bərpa edilmişdir. == Tanınmış şəxsləri == Temirov qardaşları — Böyük Vətən Müharibəsi illərində Temirovlar ailəsindən şəhid olmuş qardaşlar. Biçilov Ramazan Rəhman oğlu (1949-2009) — sərbəst güləş üzrə RSFSR-in əməkdar məşqçisi (1990), SSRİ idman ustası.
Ngialo
Ngialo (vyet. Nghĩa Lộ) — Vyetnamın şimal-qərbində, Yenbay vilayətində şəhər (birinci dərəcəli inzibati vahid). Bilayətin cənub hissəsində, inzibati mərkəzi Yenbay şəhərindən cənub-qərbdə, dəniz səviyyəsindən 264 metr yüksəklikdə yerləşir. Txia çayı (Xonqxa çayının qolu) şəhərdən axır. Ngialonun sahəsi 29,67 km2-dir. 2009-cu ilin məlumatlarına görə əhalinin sayı 27,336 nəfərdir.
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi və kənd haqqında ümumi məlumat == Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Kota Hirano
Kota Hirano(yap. 平野 耕太) — yapon manqaka. Tokionun Adaçi rayonunda anadan olub. Hellsingvə Drifters manqaları ilə məşhurdur.
Nikolay Gikalo
Nikolay Fyodoroviç Gikalo (belar. Никола́й Фёдорович Гика́ло; 8 (20) mart 1897, Odessa, Xerson quberniyası – 25 aprel 1938, Moskva) — sovet dövlət və partiya xadimi, 1917-ci ildən kommunist partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1929–1930). == Həyatı == Nikolay Gikalo 1915-ci ildə Tiflis hərbi-feldşer məktəbini bitirib. I Dünya Müharibəsində iştirak edib, Georgi xaçı ilə təltif olunub. 1918–1927-ci illərdə Qafqazda partiya işində çalışıb. 1927–1928-ci illərdə ÜKP (b) MK-nın Orta Asiya bürosunun üzvü olub. 1929–1930-cu illərdə Özbəkistan KP (b) MK-nın katibi, 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifələrində çalışıb. 1930–1931-ci illərdə ÜKP (b) MK-nın təşkilati təqsim sədrinin müavini, 1932-ci il yanvarın 29-dan 1937-ci il martın 18-nə qədər Belorusiya KP (b) MK-nın I katibi olub. 1937-ci ildən Ukrayna KP (b)-nin Xarkov vilayət komitəsinin I katibi vəzifəsini tutub. 1937-ci il oktyabrın 11-də həbs edilib.
Pyrethrum nivale
Tanacetum nivale (lat. Tanacetum nivale) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pyrethrum nivale (Sch.Bip.) Sch.Bip. ex Boiss. === Heterotipik sinonimləri === Pyrethrum pseudoparthenium Boiss. & Kotschy Tanacetum pseudoparthenium (Boiss. & Kotschy) Sch.Bip.
Takaşi Hirano
Takaşi Hirano (d. 15 iyul 1974) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 4 qol vurub.
Tanacetum nivale
Tanacetum nivale (lat. Tanacetum nivale) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pyrethrum nivale (Sch.Bip.) Sch.Bip. ex Boiss. === Heterotipik sinonimləri === Pyrethrum pseudoparthenium Boiss. & Kotschy Tanacetum pseudoparthenium (Boiss. & Kotschy) Sch.Bip.
Trillium nivale
Trillium nivale (lat. Trillium nivale) — melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü.
Şiralı Səlimov
Şiralı Vüqar oğlu Səlimov (1 yanvar 2000, Sor Sor, Kürdəmir rayonu – 6 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şiralı Səlimov 2000-ci il yanvarın 1-də Kürdəmir rayonunun Sor Sor kəndində Vüqar və Həbibə Səlimovların ailəsində anadan olub. == Hərbi xidməti == Şiralı Səlimov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Şiralı Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şiralı Səlimov noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şialı Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Leontopodium nivale
Leontopodium nivale (lat. Leontopodium nivale) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin edelveys cinsinə aid bitki növü.
Andrea Pirlo
Andrea Pirlo — (it. Andrea Pirlo; 19 may 1979[…], Breşiya, Lombardiya) — peşəkar italyan futbolçusu, Nyu-York Siti klubunun və İtaliya milli komandasının yarımmüdafiəçisi. Dünyanın ən yaxşı pleymeykerindən biri. Cərimə zərbələrinin, uzun və qısa ötürmələrin ustası. Meydanda oyunu incə görmə xüsusiyyətinə malikdir. Karyesını bitirdikdən sonra məşqçilik karyerasına başlayan Pirlo Yuventus-23 , Yuventus , Karagümrük kimi klublarla çalışmışdır.Hal-hazırda Sampdoria klubunda çalışır. == Həyatı == Andrea öz ilk sevgisi və gələcək həyat yoldaşı Debora ilə 18 yaşında tanış olub. "İnter"də çıxış etdiyi üçün Andrea Debora ilə çox nadir hallarda görüşə biliblər. Bütün buna baxmayaraq 2001-ci ilin yayında onlar evlənirlər. Cütlüyün ilk uşaqı Nikkolo Breşiyada doğulur.
Niall Horan
Nayl Horan (əsl adı Niall James Horan; 13 sentyabr 1993) — İrlandiya müğənnisi və söz yazarı, One Direction qrupunun üzvü. == Həyatı == Niall James Horan 13 sentyabr 1993-cü ildə İrlandiyada anadan olmuşdur. Bobby və Maura Gallagherin oğlu olan Niallın Greg adlı böyük qardaşı var. 5 yaşında ikən anası ilə atası ayrılmış, bu səbəbdən qardaşı ilə Mullingarda ataları ilə yaşamışlar. 18 yaşında olarkən X factor adlanan yarışmaya gedir və səsi ilə hər kəsi valeh edir. Daha sonra 5 nəfər ilə birləşib One Direction adlanan musiqi qrupu yaratdı. Hal-hazırda dünyada tanınırlar və milyonlarla pərəstişkarları var. Hal-hazırda o solo müğənnidir və 2 solo albomu (Flicker, Heartbreak Weather)var.
Niall Vatson
Niall Robert Vatson (15 iyun 2000-ci ildə anadan olub) — Akkrinqton Stenli klubundan icarə əsasında Rankorn Linnets klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == O, peşəkar karyerasında debütünü 19 sentyabr 2017-ci ildə Midlsbro U-23 klubu ilə oyunda etmişdir. O, ikinci hissədə Mexi Leakok-MakLeodu əvəz etmişdir. EFL Trofeyi görüşündə Akkrinqton Midlsbro klubuna 3–2 hesabı ilə qalib gəlmişdir. 22 yanvar 2018-ci ildə Vatson Şimali Premyer Liqası klublarından olan Marine klubuna icarəyə verilmişdir. 2018-ci ilin avqust ayında Vatson Rankorn Linnets klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.
Nihal Atsız
Hüseyn Nihal Atsız (12 yanvar 1905; Kadıköy – 11 dekabr 1975; İstanbul)— Türk yazıçısı, şair, tarixçi və ideoloqdur. Nejdət Sançarın böyük qardaşıdır. Yağmur Atsız və Buğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur. Özünü Türkçü və Turançı olaraq tanıtmışdır. O, İslama nifrət edirdi və onu “Ərəblər tərəfindən ərəblər üçün yaradılmış bir din” kimi təyin edirdi. == Ailəsi == Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır. Çiftçioğulları ailəsindən müəyyənləşdirilə bilən ən böyük babası, XIX əsrin əvvəllərində yaşadığı hesab edilən Əhməd ağadır. Əhməd ağanın İsmayıl, Süleyman, Hüseyn və Şakir adlı dörd oğlu olmuşdur. İsmayılın övladları Mididən, Yozğadın Ağdağmədəni bölgəsinin Dayılı kəndinə köşmüşdür.
Nival iqlim
Nival iqlim lat. nivalis — qarlı, soyuq – Penkin (1910) iqlimlərin geomorfoloji təsnifatına görə, soyuq iqlim olub, ilin isti fəsillərində əriyib buxarlana bilən hissəsindən daha artıq yağan yağıntıların (qar şəklində) miqdarının artıq olması ilə səciyyələnir. İlin soyuq vaxtlarında yağan qarın əriyib, buxarlanmayan hissəsi ildən-ilə toplanıb, firn və buza çevrilir. Qütb en dairələrinin arktik qurşağı və dağların qar sərhədindən yuxarı zonaları üçün səciyyəvidir. == Geomorfoloji termin == Nival qurşaq - ing. nival belt rus. нивальный пояс dağların ən yüksək təbii qurşağı, iqlim qar sərhədindən yuxarıda yerləşir. Qar yığını, buzlaqlar və intensiv fiziki aşınma səciyyəvidir. Üzvi aləmi çox kasıb, bitki örtüyü zəifdir. Aşağı sərhədi qütb dairəsində dəniz səviyyəsinə qədər enir.
Nival qurşaq
İtalo-disko
Italo Disko (Italo disco və ya Italo-disco) - popun bir növüdür. İtalo disko janrından italyan elektron musiqisində 1970-1980-cı illərdə istifadə edilmişdir. Bu termin Almaniyada 1983-cü ildə "ZYX Records" səsyazma kompaniyasının əsasını qoyan Bernhard Mikulski tərəfindən işlədilmişdir. Janrda sintezatora bötük üstünlük verilir. İtalo disko janrının ifaçıları, adətən, mahnıları ingilis dilində ifa edirdilər. Bu janrda ifa edilən mahnıların çoxu məşhur olmasa da, dövrünə görə seçilən mahnılar idi. Ən məşhur mahnılara misal olaraq İtalyan ifaçısı Sabrina Salerno tərəfindən səsləndirilən Boys mahnısını göstərmək olar.
İtalo Balbo
İtalo Balbo (6 iyun 1896[…] – 28 iyun 1940[…], Tobruq[…]), İtaliya Hərbi Hava Qüvvələrinin marşalı (Maresciallo dell'Aria), Liviya general-qubernatoru, İtaliya Şimali Afrika Qüvvələrinin (Africa Settentrionale Italiana və ya ASI) baş komandanı və italyan diktatoru Benito Mussolininin "varisi" kimi təsvir edilmiş İtalyan faşist. Birinci Dünya Müharibəsində xidmət etdikdən sonra o, Ferrara regionunun aparıcı faşist təşkilatçısı olmuşdur. O, 1922-ci ildə Mussolini və faşistlərin hakimiyyətə gətirilməsinin dörd əsas memarından biri olmuşdur. O, 1926-cı ildə İtaliya Kral Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır və İtaliya aviasiyasının bütün dünyada populyarlığının təbliğində aparıcı rol oynamışdır. 1933-cü ildə İtaliya Liviyasına Liviya general-qubernatoru təyin edilmiş və İtaliyada onu əhatə edən gərginlikdən xilas olmaq üçün ömrünün qalan hissəsini burada keçirmişdir. Balbo, antisemit irqçi qanunlar qəbul edən Mussoliniyə və İtaliyanın nasist Almaniyası ilə ittifaqına qarşı çıxan yeganə faşist lideri olmuşdur. İtalo Balbo Misirin işğalının planlaşdırılması işindən məsul olan şəxs olmuşdur. İkinci dünya müharibəsi zamanı Marşal Balbo texnologiyanın döyüş meydanına təsirini müasirlərindən daha yaxşı qiymətləndirən bir italyan zabiti kimi tanınmışdır. O, İtaliyanın Şimali Afrikada yeganə müvəffəqiyyət şansının sürprizə əsaslanan sürətli hücumda olduğu qənaətində idi. O, hələ İtaliya müharibəyə girməzdən əvvəl Mussolini ilə görüşərək ona öz şübhələri haqqında məlumat vermişdir.
İtalo Disko
Italo Disko (Italo disco və ya Italo-disco) - popun bir növüdür. İtalo disko janrından italyan elektron musiqisində 1970-1980-cı illərdə istifadə edilmişdir. Bu termin Almaniyada 1983-cü ildə "ZYX Records" səsyazma kompaniyasının əsasını qoyan Bernhard Mikulski tərəfindən işlədilmişdir. Janrda sintezatora bötük üstünlük verilir. İtalo disko janrının ifaçıları, adətən, mahnıları ingilis dilində ifa edirdilər. Bu janrda ifa edilən mahnıların çoxu məşhur olmasa da, dövrünə görə seçilən mahnılar idi. Ən məşhur mahnılara misal olaraq İtalyan ifaçısı Sabrina Salerno tərəfindən səsləndirilən Boys mahnısını göstərmək olar.
İtalo Kalvino
İtalo Kalvino (15 oktyabr 1923 – 19 sentyabr 1985) - İtaliya yazıçısı.
İtalo Qariboldi
İtalo Qariboldi (20 aprel 1879 – 3 fevral 1970) İkinci dünya müharibəsindən əvvəl və müharibə ərzində İtaliya Kral Ordusunda xidmət etmiş ordu generalıdır. Stalinqrad döyüşü zamanı İtaliya qoşunlarına rəhbərlik etdiyi üçün Adolf Hitler tərəfindən Dəmir xaç ordeninin Cəngavər xaçı mükafatına layiq görülmüşdür. == Həyatı == Qariboldi İtaliyanın Lombardiya vilayətinin Lodi şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsi başa çatdıqdan sonra o, ard-arda daha yüksək rütbələrə sahib olmuşdur. === Həbəşistan === Qariboldi 1935-ci ildə İkinci İtaliya-Həbəşistan müharibəsinin şimal cəbhəsində mübarizə aparan 30-cu piyada diviziyasına rəhbərlik etməyə başlamışdır. Onun rəhbərlik etdiyi bu diviziya Eritreyada yerləşən I Ordu Korpusunun tərkibinə daxil idi. 1936-cı ilin may ayında İtaliya Efiopiyanı məğlub etdikdən sonra Eritreya, Həbəşistan və İtaliya Somalisi 1 iyun 1936-cı ildə İtalyan Şərqi Afrikası adı altında krallığın müstəmləkəsinə çevrildi. === Şimali Afrika === Qariboldi 1939-cu ildən 1941-ci ilə qədər Marşal İtalo Balbonun rəhbərliyi altında olan hərbi birləşmədə ordu komandiri vəzifəsində xidmət etmişdir. 1940-cı ilin iyun ayında İtaliya müharibəyə qoşulduqda Qariboldi Fransanın nəzarəti altında olan Tunislə sərhəddə yerləşən 5-ci Ordunun komandiri idi. O, bununla eyni vaxtda Liviyada dislokasiya olunmuş orduya da rəhbərlik edirdi.