Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərvəc
Bərvəc (fars. بروج‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 39 nəfər yaşayır (15 ailə).
Libereç
Liberets (çex. Liberec), keç. Rayxenberq (alm. Reichenberg‎) — Çexiyada, Nısia Lujitska çayında şəhər Liberets diyarının inzibati mərkəzi. == Əhali == Şəhər Sudetenlandın paytaxtı hesab edilirdi. 1579-cu ildə şəhərdə tekstil manufakturası işə salındı. Ancaq onun sonrakı inkişafına Otuz illik müharibə maneə yaratdı. 1622-ci ildən şəhər Albrext fon Vallenşteynin tərkibinə keçdi. Yeddi illik müharibə zamanı, şəhər ətrafında məşhur "Rayxenberq savaşı" baş vermişdi. Libereçin əsas inkişaf periodu XIX əsrin sonuna düşür.
Oberna
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Oberon
Oberon — Günəş sistemində Uran planetinin peykidir.
Overen
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/, fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Kərəc
Kərəc (fars. كرج‎) — İran İslam Respublikasının Əlburz ostanında şəhər. Əlburz ostanının və Kərəc şəhristanının inzibati mərkəzi. == Tarixi == == Coğrafiyası == Kərəc şəhəri Tehranın 20 km qərbində, Əlburz dağlarının ətəyində yerləşir. Ərazisi 2.452 km² olan şəhər ilbəil böyüyərək Tehrana daha da yaxınlaşır. Kərəc Elburs dağ silsiləsinin ətəyində yerləşir və ölkənin mühüm nəqliyyat qovşağıdır. Mənzərəli dağ təbiətinə malik Kərəc ölkənin sürətlə artan sənaye şəhəridir. Şəhərə yaxın bir neçə dağ kurortu yerləşir. Kərəcdə eyni zamanda klassik Şərq və, əsasən mərkəzdə, müasir Avropa memarlıq nümunələri ilə qarşılaşmaq olar. Burada bir neçə nüfuzlu tədris müəssisəsi də var.
Bərəcu (Soyuqbulaq)
Bərəcu (fars. برجو‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (36 ailə).
Oberin Martell
Oberin Martell (ing. Oberin Martell) və ya Qırmızı Vipera (zəhərli ilan növü) (ing. Red Viper) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələr Oberin Martellin baxış bucağından verilmir. Buna görə də onun hərəkətləri digər roman qəhrəmanları tərəfindən izah edilir.
Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi. Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur.
Fərəc Cavanşirov
Fərəc Fərəcov
Fərəc Fərəcov (aktyor) — Azərbaycan aktyoru və rejissoru. Fərəc Fərəcov (memar) — Azərbaycan SSR Əməkdar memarı. Fərəc Fərəcov (deputat) — Azərbaycan Respublikasının əməkdar jurnalist, deputat.
Fərəc Qarayev
Qarayev Fərəc Qara oğlu (19 dekabr 1943, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018), dosent (1982), professor (1998), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Fərəc Qarayev 1943-cü il dekabrın 19-da anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1966-cı ildə prof. Qara Qarayevin sinfi üzrə bitirib. 1991-ci ildən fasilələrlə Bakı və Moskvada yaşayır. Bəstəkar Qara Qarayevin oğludur. == Fəaliyyəti == 1966-cı ildən Azərbaycan Konservatoriyasında dərs deməyə başlayıb. 1999-cu ildən P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur. 1994–1996-cı illərdə Moskvada Müasir Musiqi Assosiasiyasının (ACM) vitse-prezidenti olub. 1995-ci ildən Bakıda Yeni Musiqi cəmiyyətinin prezidentidir.
Fərəc Qasımov
Fərəc Cəfər oğlu Qasımov — Bakı bəhai icmasının ruhani məhfilinin "nazimi" (sədri). == Həyatı == 1883-cü ildə Salyanda doğulub. O, ərəb və fars dillərini mükəmməl bilən, dinlərin tarixinə yaxından bələd olan savadlı və hörmətli bir şəxs idi. Bakı bəhai icmasının ruhani məhfilinin sədri Fərəc Qasımov Azərbaycan KP MK-nın keçmiş katibi, UİK(b)P-nın məsul işçisi Yusif Qasımovun qardaşı oğlu idi. Maraqlıdır ki, əmisi Leninqradda "xalq düşməni" adı ilə həbs ediləndən sonra ailənin başqa üzvlərini "xalq düşməninin qohumu" kimi deyil, məhz bəhai dininə mənsubiyyətinə və "hökumətə qarşı zərərli fəaliyyətinə" görə digər bəhailərlə eyni gündə həbs edilmişdilər. Professor Ətulla Qasımovun atasıdır.
Fərəc Quliyev
Fərəc Quliyev və ya Fərəc Ulusoy (tam adı: Quliyev Fərəc İbrahim oğlu; 22 dekabr 1962, Üstüpü, Ordubad rayonu) — ictimai-siyasi xadim, istiqlalçı deputat, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədri. == Həyatı == Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 oğlu var. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildə həbs edilmiş və 2002-ci ildə azadlığa buraxılmışdır. Həbsdə ikən 5 kitab və elmi-nəzəri məqalələr yazmışdır.
Fərəc Yusifbəyli
Fərəc Adil oğlu Yusifbəyli (19 sentyabr 1956) — azərbaycanlı dövlət və siyasi xadim, Naxçıvan Ali Məclisinin II çağırış üzvü. == Həyatı == Fərəc Yusifbəyli 19 sentyabr 1956-cı ildə anadan olmuşdur. 1979-cu ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1979-cu ildə Babək rayonu Yuxarı Ozanoba kənd orta məktəbində müəllim olaraq çalışmağa başlamışdır. Daha sonra eyni məktəbdə riyaziyyat müəllimi olaraq işləməyə davam etmişdir. == Siyasi fəaliyyəti == Fərəc Yusifbəyli 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının sədr müavini və Babək Rayon Təşkilatının sədri olmuşdur. Fərəc Yusifbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq 2000-ci il Naxçıvan Ali Məclisinə seçkilərə 23 saylı Şıxmahmud seçki dairəsindən qatılmışdır. Seçkiləri birinci tamamlayaraq II çağırış Naxçıvan Ali Məclisinin deputatı seçilmişdir. Fərəc Yusifbəyli 2004 tarixində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunsa da partiya rəsmi qeydiyyata 2005-ci ilin avqust ayında qeydiyyata alındığı üçün çağırış sonuna qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü sayılmışdır.
Herman Obert
Herman Yuli Obert (alm. Hermann Julius Oberth‎; 25 iyun 1894[…], Sibiu – 28 dekabr 1989, Nürnberq, Bavariya) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir. == Həyatı == Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir. == İrsi == 1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir.
Kərəc (Təbriz)
Kərəc — İranda, yerləşən Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərinin ərazilərindən biri. Kərəcin ilkin adı "Kərgic"dir, mənası gips və əhəngin tapıldığı yerdir. Bura hal-hazırda Təbriz şəhərinin məhəllələrindən biridir və Təbrizin beşinci mahalı bələdiyyəsinin mühafizə zonasında yerləşir. 1977-ci ildə burada "Kərəc parkı" salınmışdır.
Kərəc Şəhristanı
Kərəc şəhristanı (fars. کرج‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Kərəc şəhəridir.
Mavi beret
Mavi Beret — müxtəlif dövlətlərdə qoşun növlərinin taxdığı baş geyimidir. Bu qoşunlar sülhü bərpa etmək üçün mövcuddur. Bir sıra dövlətlərin göy beretliləri : Azərbaycan Ordusu - I Qarabağ Müharibəsi zamanı Xüsusi Kəşfiyyat qrupu bu baş geyimindən istifadə edirdilər. Hal-hazırda isə bu baş geyimindən Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi istifadə edir. Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi xüsusi təlim keçmiş peşəkar elit dəstələrdir. ABŞ Ordusu - Birləşmiş Ştatlar Hava Təhlükəsizlik Qüvvələri. Belarus Ordusu - Mobil Qüvvələr. BMT - Birləşmiş Millətlər Təşkilatının Sülhü qoruyan qoşunu. Türkiyə Ordusu - Jandarma (Türkiyə) qrumunun Dağ komando birlikləri.Dağ və Komando birlikləri ilə yanaşı Paraşütçü Komando birlikləri,Quru Qüvvələri Komandirliyi tabeçiliyində təşkilatlandırılmış birliklərdir. Jandarma Komando birliklərindən fərqli olaraq; sahələrinə görə paraşüt, alpinistlik, yaxın döyüş təhsili almış xüsusi piyada əsgərləridir.
Mbere çayı
Mbere çayı (ing. Mbéré rives) — Çad və Kamerunun torpaqlarında yerləşən çay. Böyük hissəsi Kamerunun şimal ərazisində olan çay, başlanğıcını buradan götürərək Çad ərazisində Loqon çayına qovuşur. Mbere qolu Loqon çayının Pende qolundan sonra ən uzun ikinci qoludur. Uzunluğu 28,69 km-dir.
Merəç (Baymak)
Merəç (başq. Мерәҫ, rus. Мерясово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Merəç kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 12 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 57 km. Tanalık çayının sahilində yerləşir.
Mirzə Fərəc
Mirzə Fərəc Rza oğlu Rzayev (15 mart 1847, Bakı – 27 mart 1927, Bakı) — Bakı muğam məktəbinin görkəmli nümayəndələrindən biri, tar ifaçısı. Fərəc oğlu Rzayev 15 mart 1847-ci ildə Bakı şəhərində anadan olmuşdur. Fərəc 13-15 yalarından toylarda nağara çalmağa başlayır. Xalq məclislərində adlı-sanlı sazəndələrin çalıb-oxumalarını dinləyən gənc Fərəcdə tar çalmaq sənətinə sönməz bir həvəs oyanır. O, tezliklə tar çalmağı öyrənir və ilk dəfə bir tarzən kimi bakılı xanəndə Baladadaş ilə məclislərdə çıxış edir. O eyni zamanda Məşədi Məlik Mənsurovun musiqi məclisinin fəal üzvlərindən biri olur və bu məclisdə məşhur Cənubi Azərbaycan sənətkarlarından – tarzən Şirazlı Əlinin, tehranlı kamançaçı Mirzə Səttarın və Sadıqcanın çalğısını dönə-dönə dinləyir. Hətta o, Şərq musiqisini dərindən öyrənmək məqsədi ilə bir müddət İranda yaşayır, fars və ərəbdillərini öyrənir. O, ərəb, yunan və fars alimlərinin musiqiyə dair əsərləri ilə yaxından tanış olur. Məhz buna görə də Mirzə Fərəc müasirləri içərisində məşhur bir musiqişünas kimi də tanınır. Qocaman musiqiçi Mirzə Mənsur Mirzə Fərəcin bütün muğamların tarixini, hissə və şöbələrini mükəmməl bildiyini söyləyirdi.
Nəzərabad (Kərəc)
Nəzərabad— İranın Əlburz ostanının şəhərlərindən və Nəzərabad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 97,684 nəfər və 24,583 ailədən ibarət idi. Əhalisini Azərbaycan türkləri təşkil edir və Azərbaycan türkcəsinin Savucbulaq ləhcəsində danışırlar.
Qırmızı beret
Qırmızı Beret — əsasən Xüsusi Təyinatlı Dəstələrin baş geyimi kimi qəbul edilmişdir. Dünya dövlətləri ölkədaxilində baş verəcək terrorun qarşısının alınması və xüsusi təyin olunmuş əməliyyat üçün bu birləşmələri yaradmışlar. Bir sıra ölkələrin Qırmızı Beretliləri haqqında: 'Amerika Ordusu' — 1943-cü ildə General Frederik Brauning, Britaniya Birinci Bort Korpusunun komandanı, Britaniya Paraşüt Polyunda ABŞ Ordusunun 509-cu Paraşüt Piyada qoşunu və Vyetnam müharibəsi zamanı iştirak edən fransız qoşunlarına bu beretin geyilməyinə icazə verilmişdir.ABŞ Hərbi Hava Qüvvələrinin döyüş personalıda bu baş geyimindən istifadə edirlər.Amerikada Qırmızı Bereti qazanmaq üçün ən güclü kurslardan biri olan Ranger kursu mövcuddur. Bu beretin qırmızı rənginin mənasının "qurban verilmiş qan" anlamına gəldiyi iddia edilir. 'Almaniya Ordusu' — Almaniyada qırmızı bereti Kommando Spezialkräfte və Division Spezielle Operationen kimi komando qrupları geyinir. 'Azərbaycan Ordusu' — qırmızı bereti yalnız Azərbaycan Respublikası Daxili Qoşunları nın Xüsusi təyinatlı dəstələri və Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin Qərərgahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan) istifadə edirlər. Azərbaycan Respublikası Daxili Qoşunları nın xüsusi təyinatlı dəstələrində xidmət etmək istəyən hərbi qulluqçular ilkin seçim, test üsulu ilə yoxlama, müşahidə və söhbətlər mərhələsindən keçməklə seçilirlər. Birinci mərhələ xüsusi komissiya tərəfindən həyata keçirilir. Bu komissiyanın tərkibinə qərargah, kadrlar, tibb və xüsusi təyinatlı bölmələrin zabitləri daxildir. Hər bir namizədlə aparılan söhbətlər zamanı onun xidmətə gəlməkdə məqsədi, vətənpərvərlik hissləri, ölkədə baş verən hadisələrə, valideynlərinə, onların bu xidmətə münasibəti, hərbi və ya mülki təhsili, ailə vəziyyəti, ixtisası və gələcək planları, marağı, asudə vaxtını necə keçirməsi, idmana marağı, sağlamlığının vəziyyəti, keçirdiyi xəstəliklər və s.
Fərəc Ulusoy
Fərəc Quliyev və ya Fərəc Ulusoy (tam adı: Quliyev Fərəc İbrahim oğlu; 22 dekabr 1962, Üstüpü, Ordubad rayonu) — ictimai-siyasi xadim, istiqlalçı deputat, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədri. == Həyatı == Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 oğlu var. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildə həbs edilmiş və 2002-ci ildə azadlığa buraxılmışdır. Həbsdə ikən 5 kitab və elmi-nəzəri məqalələr yazmışdır.