Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dobşina
Dobşina (alm. Dobschau‎, mac. Dobsina, lat. Dobsinium) — SlovakiyaDakı Slovak Filiz Dağları, Koşisenin şimal-qərbindəki Slana çayında qəsəbə. == Coğrafiyası == Karpatlarda Revuska Vrçovina ilə Volovske Vrçi arasında yerləşir və Hniles çayının suladığı Stratena vadisinin cənubundadır və hər yanda dağlarla əhatə olunur. Vadidəki və kənd torpaqlarına aid olan məşhur Dobşinska Buz mağarası (1870-ci ildə tapıldı). == Tarixi == Ən köhnə yazılı isnad yeri 1326-cı ildə, Etnik Alman mədənçilik mütəxəssislərinin burada yerləşdiklərini ifadə edir. Şəhər, 1417-ci ildə bir qəsəbə nizamnaməsi aldı və Karpat Alman azlıqları və dağ-mədəninin (qızıl, gümüş, nikel, dəmir, kobalt, mis, civə və s.) və keçmişdə dəmir emalının mərkəzi olmuşdur. Ətrafında müxtəlif materiallardan hazırlanmış mədənlər vardır, bunların bəziləri çox antikdir. XVIII əsrə qədər, Dobşina az-çox bir Alman anklavı idi, lakin möhkəm bir Macarlaşmadan sonra, Alman cəmiyyəti gücünün bir hissəsini itirdi, halbuki hələ qəsəbədəki dominant etnik qrup idi.
Oberna
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Oksiana
Oksiana — Amudərya çayını əhatə edən region. Çay Əfqanıstanın şimalından Tacikistan və Özbəkistan sərhədləri boyunca, şimal-qərbdən Türkmənistana, Aral dənizinə doğru axır. Qədim dövrlərdə çay yunanca Oksus kimi tanınırdı. Robert Bayron 1933–1934-cü illərdə İran və Əfqanıstana on aylıq səyahətini təsvir edən "Oksianaya gedən yol" kitabında Oksiana haqqında yazmışdır.
Onyina
Onyina (it. Ognina — tarixdən əvvəlki dövrə aid sikan, sonradan isə sikul yaşayış məntəqəsi. İtaliyada, Siciliyanın cənub-şərqindəki Maddalena yarımadasında yerləşir. Bu, tunc dövründə mövcud olmuşdur. Onyində Borc in-Nadur yaşayış məntəqəsindəkilərə bənzər keramika nümunələri aşkar edilmişdir. Anthony Bonanno (1993) Malte, un paradis archeologique, MJ Publications Ltd, La Valette, reed.
Orsini
Orsini — Orta əsrlər, İntibah dövründə Roma, İtaliya və Avropada ən nüfuzlu italyan feodal, zadəgan ailələrindən biri. Orsinilər ailəsinə üç Roma Papası — III Selestino (Celestino) (1191 – 1198), III Nikkolo (Nokolas) (1277 – 1280), XIII Benedikt (Benedetto) (1724 – 1730) daxil olub. Bundan əlavə, ailədə 34 kardinal, çoxlu sayda kondotyer və başqa nüfuzlu, məsul siyasi və dini xadimlər daxil olub III Selestina (Caçinto Bobone Orsini), (1191 – 1198); III Nikolas (Covanni Qaetano Orsini, 1244-dən kardinal), (1277 – 1280); XIII Benedikt (Pyetro Françesko Orsini de Qravina), (1724 – 1730). Pietro Orsini (1181); Matteo Rubeo Orsini (1262); Orsini ailəsi haqda Covanni Bokkaççonun "Dekameron" (5-ci gün, 3-cü novella) əsərində qısa məlumat verilmişdir. Bundan əlavə, mətndə orta əsrlərdə Orsini ailəsinin sahib olduğu Kampo dei Fyori (Campo de' Fiori) qəsri də xatırlanır. Castello Orsini-Colonna di Avezzano; Castello Orsini-Odescalchi di Bracciano; Castello ducale Orsini di Fiano Romano; Castello degli Orsini di Morlupo; Castello Orsini di Nerola; Castello Orsini-Cesi-Borghese di San Polo dei Cavalieri; Castello Orsini di Soriano nel Cimino; Palazzo Ducale di Tagliacozzo; Palazzo Orsini di Bomarzo; Palazzo Orsini di Ghedi; Palazzo Orsini di Gravina; Palazzo Orsini di Licenza; Palazzo Orsini di Milano; Palazzo Orsini di Monterotondo; Palazzo Orsini di Mugnano in Teverina; Palazzo Orsini di Napoli; Palazzo Orsini di Pitigliano; Palazzo Orsini di Sorano.
Orsinia
Clibadium (lat. Clibadium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Baillieria Aubl. Orsinia Bertol. ex DC. Oswalda Cass.
Pasina
Horminum (lat. Horminum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Pasina Adans.
Aşina
Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir. == Soyun tarixi == Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi).
OSINT
Açıq mənbə kəşfiyyatı (ing. Open-source intelligence, OSINT) — açıq mənbələrdən toplanmış məlumatların (gizli mənbələr və ictimaiyyət üçün açıq olan məlumat) toplanması və təhlili, hərəkətə keçə bilən kəşfiyyat məlumatlarının hazırlanması. OSINT ilk növbədə milli təhlükəsizlik, hüquq-mühafizə və biznes kəşfiyyatı funksiyalarında istifadə olunur və əvvəlki kəşfiyyat fənləri üzrə məxfi, təsnifləşdirilməmiş və ya xüsusi kəşfiyyat tələblərinə cavab vermək üçün qeyri-həssas kəşfiyyatdan istifadə edən analitiklər üçün dəyərlidir. Politoloq Cefri T. Riçelsonun fikrincə, "açıq mənbələrdən məlumat əldə etmək qanuni yolla əldə edilə bilən şifahi, yazılı və ya elektron şəkildə ötürülən materialların alınmasını nəzərdə tutur. İnternet vasitəsilə əldə edilən və ya insan mənbəyi tərəfindən təqdim edilən sənədlər və videolardan əlavə, digərləri ABŞ və ya müttəfiq qüvvələrin əvvəllər xarici hökumət və ya terror qruplaşması tərəfindən idarə olunan obyekt və ya sayta nəzarəti ələ keçirdikdən sonra əldə edilir". ABŞ-dəki OSINT öz mənşəyini 1941-ci ildə xarici yayımların monitorinqinə cavabdeh olan Xarici Yayımların Monitorinqi Xidmətinin (FBMS) yaradılması ilə bağlayır. Onların işinə misal olaraq Parisdə portağalların qiymətindəki dəyişikliklərin İkinci Dünya Müharibəsi zamanı dəmir yolu körpülərinin uğurlu bombalanması ilə əlaqəsi göstərilirdi. Aspin-Brown Komissiyası 1996-cı ildə ABŞ-nin açıq mənbələrə çıxışının "ciddi çatışmazlıq" olduğunu və bunun həm maliyyələşdirmə, həm də DCI diqqəti üçün "əsas prioritet" olması lazım olduğunu bildirdi. 2004-cü ilin iyulunda, 11 sentyabr hücumlarından sonra, 11 Sentyabr Komissiyası açıq mənbəli kəşfiyyat agentliyinin yaradılmasını tövsiyə etdi. 2005-ci ilin mart ayında İraq Kəşfiyyat Komissiyası CIA-da açıq mənbəli bir idarənin yaradılmasını tövsiyə etdi.
Eremogone ursina
Eremogone ursina (lat. Eremogone ursina) — qərənfilkimilər fəsiləsinin eremogone cinsinə aid bitki növü.
Ficus ursina
Ficus ursina (lat. Ficus ursina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Larisa Olxina
Larisa Olxina (d. 9 noyabr 1968) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Larisa Olxina, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Oksana Hətəmxanova
Oksana Hətəmxanova (29 iyun 1990) — Azərbaycanı təmsil edən üzgüçü. Oksana Hətəmxanova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.22 dəqiqə nəticə göstərdi və 46-cı pillənin sahibi olub. Daha sonra Oksana Hətəmxanova Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:25.52 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub.
Oksana Jdanoviç
Oksana Jdanoviç (2 dekabr 1977) — Belarusu təmsil edən bədii gimnast. Oksana Jdanoviç Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Oksana Kiselyova
Oksana Kiselyova (d. 30 may 1992) — Azərbaycan qadın milli voleybol komandasının voleybolçularından biridir. İlk dəfə Azərreyl Bakı QVK, sonra Azəryol Bakı QVK, daha sonra Lokomotiv Bakı QVK klubunda iştirak etmişdir. Əvvəl hücumçu, ardınca libero mövqesində oynamışdır. Oksana Kiselyova 30 may 1992-ci il tarixində Bakı şəhərində doğulmuşdur. İdmanın voleybol növü Oksananın ən sevdiyi oyunlarından birinə çevrilmiş və o, 9 yaşından başlayaraq bu idman növü ilə məşğul olmağa başlayır. Oksana Kiselyova Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır. Boy: 178 sm Çəki: 63 kq Mövqe: Libero Blok yüksəkliyi: 290 sm Hücum yüksəkliyi: 290 sm Nömrə: 16 Oksana Kiselyova peşəkar idman karyerasına Azərreyl Bakı QVK klubunun tərkibində iştirak etməsi ilə başlamışdı. 2014-cü il avqust tarixində Oksana yenidən Azərbaycan qadın milli voleybol komandasının tərkibinə qatılmış və həmin ildə İtaliyada keçirilən "Voleybol üzrə qadınlararası dünya çempionatı 2014" turnirində iştirak etmişdir.
Oksana Kurt
Oksana Kurt (qızlıq soyadı: Parxomeko; 28 iyul 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Oksana Kurt, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri, 2014-cü ildə baş tutan Dünya Çempionatına isə 15-ci yeri tutub. Oksana Kurt 28 iyun 1985-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Oksana Kurtun bacısı, Yelena Parxomenko da voleybolçudur və Azərbaycan yığmasında çıxış edib. Oksana Kurt ailəlidir. O, 4 iyun 2011-ci ildə Türkiyə vətəndaşı Onar Kurt ilə ailə həyatı qurdu. Oksana Kurt, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Oksana Kurt daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.
Oksana Lıniv
Oksana Lıniv (ukr. Оксана Линів; 6 yanvar 1978, Brodı[d], Ukrayna SSR, SSRİ) — ukraynalı dirijor. Qraz şəhəri (Avstriya) Opera və Filarmoniya Orkestrinin Birinci qadın baş dirijoru. Dövrümüzün ən yaxşı qadın dirijorlarının ilk üçlüyünə daxil edilmişdir. İki musiqiçinin qızı və musiqi müəllimi, kilsə xorunun direktoru Dmitri Lınivin nəvəsi. Oksananın atası Yaroslav Lıniv (25 yanvar 1952-ci ildə anadan olub) Brodıdakı Boyan xalq xorunun rəhbəri olmuşdur. Oksana Lınivin bir Yuri adlı qardaşı var. Oksana Brodı şəhərindəki musiqi məktəbini bitirib. Sonra Vasili Barvinski Droqobıç Musiqi uçilişində oxuyur, lakin birinci kursdan sonra Lvova köçür və 1996-cı ildə Stanislav Lyudkeviç adına Lvov Musiqi uçilişini bitirir və burada fleyta çalmağı öyrənir. Daha sonra 1996-2003-cü illərdə Nikolay Lısenko adına Lvov Milli Musiqi Akademiyasında Lvov Operasının baş dirijoru Boqdan Daşakın sinfində təhsil alır.
Oksana Markarova
Oksana Markarova (ukr. Оксана Сергіївна Маркарова 28 oktyabr 1976, Rovno) — Ukrayna dövlət xadimi və iqtisadçısı. 22 noyabr 2018-ci il tarixdən 4 mart 2020-ci ilədək Vladimir Qroysman və Alexsey Qonçarukun kabinetində maliyyə naziri olmuşdur. Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür (31 may 2019-cu ildən) Erməni-ukraynalı ailədə anadan olub. İlk ali təhsilini Kiyev-Moqıla Akademiyasında alır və burada ətraf mühit elmləri magistrı olur. Sonra ABŞ-nin Bluminqton şəhərindəki İndiana Universitetində təhsil alır. Orada beynəlxalq ictimai maliyyə və ticarət üzrə magistr dərəcəsi alır. 1998-ci ildən 1999-cu ilə 2001-ci ildən 2003-cü ilə qədər Amerika Xüsusi Sərmayə Fondu Western NIS Müəssisə Fondunda (hazırda Horizon Capital tərəfindən idarə olunur) İqtisadi Siyasət Müşaviri, Xarici və Korporativ Əlaqələr Meneceri vəzifəsini tutmuşdur. 2000-ci ildə ABŞ-da Dünya Bankında təcrübə keçmişdir. 2015-ci ildən bəri Oksana Markarova iqtisadiyyatın dövlət sektoruna keçir.
Oksana Orexova
Oksana Romenskaya
Oksana Romenskaya (d. 6 iyun 1976) — Rusiyanı təmsil edən həndbolçu. Oksana Romenskaya Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Oksana Rəsulova
Oksana Rəsulova (19 dekabr 1982, Dəvəçi rayonu) — Hind rəqslərinin mahir ifaçısı, aktrisa, ginekoloq və dəri zöhrəvi həkimi. "OksiMedia" MMC şirkətinin rəhbəri. İxtisasca ginekoloq və dəri zöhrəvi həkimi olmasına baxmayaraq 19 ildir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub. 2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə "Şavratri" adlı ilk keçirilən müziklda "Apsara" rolunu ifa edib. 2008-ci ildə isə Peterburqda keçirilən "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"-də 1-ci yerə layiq görülüb. Nəhayət 2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyət festivalı "Divali 2009" da təmsil edib və 1-ci yerə çıxıb. Daha sonra "Hind rəqsləri üzrə 3-cü açıq konkurs"-da iştirak edib və 3-cü yeri tutub. Oksana hind dilində sərbəst danışır, həmçinin azərbaycan və rus dillərini də bilir. Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Əli Bayramlı şəhərində ziyalı ailəsində dünyaya gəlib.
Oksana Tsiqulyova
Oksana Nikolayevna Tsiqulyova (d. 15 dekabr 1973; Nikolayev, Ukrayna) — Ukraynanı təmsil edən batut gimnastı. Oksana Tsiqulyova, 2000-ci ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında gümüş medal qazanan Oksana Tsiqulyova, həmdə Dünya Çempionatlarında 4 qızıl, 5 gümüş və 1 bürünc medala sahib olub. Oksana Tsiqulyova, 2000-ci ildə Ukrayna bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Tsiqulyova, 37.70 xal topladı və 8 idmançı sırasında 2-ci yeri tutaraq Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Oksana Zabujko
Oksana Zabujko (ukr. Оксана Стефанівна Забужко 19 sentyabr 1960, Lutsk, Volın vilayəti, Ukrayna SSR) — Ukrayna yazıçısı və şairəsi. Oksana Zabujko Kiyev Universitetinin Fəlsəfə fakültəsini (1982) və asfitanturasını (1985) bitirir. "Sözün estetik mahiyyəti sənət istiqaməti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1987-ci ildə Kommunist Partiyasına üzv olur. Kiyev Konservatoriyasında estetika müəllimi işləyib. 1989-cu ildən Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda baş elmi işçi kimi çalışır. 1992-ci ildə Oksana Zabujko qonaq yazıçı olaraq Pensilvaniya Ştat Universitetində Ukraynaşünaslıqdan dərs deyir. 1994-cü ildə Fulbrayt Fondu təqaüdü alır və Harvard, Pittsburq Universitetlərində dərs deyir. SSRİ Yazıçılar Birliyinin üzvü (1987-ci ildən) olur.
Oksana Şişkova
Oksana Valerivna Şişkova (ukr. Оксана Валеріївна Шишкова; d. 10 iyun 1991, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna xizəkçisi, biatleti. Oksana Şişkova 1991-ci il iyunun 10-da Xarkov şəhərində anadan olmuşdur. Üç il akrobatik gimnastika bölməsində oxuyub. Yeddi yaşında kunq-fu öyrənməyə başlayıb. On yaşlarında onun görməsi pisləşməyə başladı və gözdən əlil oldu. On üç yaşında Paralimpiya idmanı və atletika (100 m və 200 m) məşqlərinə başlamış, «Ukrayna idman ustası» adını almışdır. 2003-cü ildə Ukrayna Atletizm çempionatına qatıldı. 2004-cü ildə, gözdən əlil uşaqlar üçün olan internat məktəbində təhsil alarkən xizək və biatlona başladı.