Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Olivin
Olivin - mineral, forsterit-fayalit fasiləsiz izomorf seriyanın üzvü, ümumi formulu - (Mg, Fe)2[SiO4]. Rombik Habitus izometrik, qısa prizmatik, yastılaşmış. İkiləşmə {100}, {011}, {012} üzrə. Ayrrılma {010}, {100} üzrə qeyri-mükəmməl. Aqreqat dənəvər. Müxtəlif çalarlı yaşıl. Sərtliyi 6,5. Xüsusi çəki ~4. Olivin tərkibində az miqdarda Mn, Ni və daha az - Co, Ca, Zn, Ti olur. Hidrotermal və aşınma proseslərində asanlıqla dəyişilir, serpentinə, xloridə və b.
Olivia Fuller
Euseius olivi
Euseius olivi (lat. Euseius olivi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Olvin Toffler
Olvin Toffler (ing. Alvin Toffler; 4 oktyabr 1928[…], Nyu-York, Nyu-York ştatı – 27 iyun 2016[…], Los-Anceles, Kaliforniya) — Amerikalı Futuroloq, yazıçı, jurnalist və sosioloq. Olvin Toffler 3 oktyabr 1928-ci ildə ABŞ, Nyu Yorkda anadan olmuşdur. Görkəmli ABŞ yazıçısı, sosioloq və futuroloq, informasiya cəmiyyəti konsepsiyasının müəlliflərindən biri olan Olvin Toffler rəqəmsal inqilab, informasiya inqilabı və texnoloji çevriliş haqqında əsərlərin müəllifidir. Məşhur "Fortune" jurnalının redaktoru olmuş Toffler ilk kitabını texnologiyaların inkişafına və onların cəmiyyətə təsirinə həsr etmişdir. Hal-hazırda o, Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutun və Elmin İnkişafı üzrə Amerika Asossiasiyasının üzvü, ədəbiyyat, hüquq, menecment və təbiət elmləri fəxri doktorudur. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Olivia S. Mitçell
Olivia S. Mitchell (1953) — amerikaniqtisadçı və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində İşçilərin Təminat Planları üzrə Beynəlxalq Fondunun professorudur. Onun maraqları təqaüd və sosial təminat məsələlərinə yönəlmişdir və o, hal-hazırda təqaüd və pensiya təminatı ilə bağlı siyasətə uyğun araşdırmalara həsr olunmuş ən qədim ABŞ mərkəzi olan Pensiya Tədqiqat Şurasının icraçı direktorudur. O, həmçinin Wharton-un Boettner Pensiya və Təqaüd Araşdırmaları Mərkəzinə də rəhbərlik edir. Mitchell 1993-cü ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinə qoşulmuş, 1978–1993-cü illərdə Kornell Universitetində professor vəzifəsində çalışmışdır. O, həmçinin Harvard, Höte Universiteti, Sinqapur İdarəetmə Universiteti və Yeni Cənubi Uels Universitetlərində də çalışmışdır. O, Allspring Funds Qəyyumlar Şurasının Müstəqil Direktoru kimi fəaliyyət göstərir və Milli İqtisadi Təhqiqatlar Bürosunun üzvüdür. O, Sinqapur Mərkəzi Təminat Fondunun məsləhət şurasında, Amerika İqtisadi Assosiasiyasının icraçı şurasında çalışıb və İqtisadiyyatda Qadınların Vəziyyəti Komitəsinə sədrlik edib. 2001-ci ildə o, Sosial Təminatın Gücləndirilməsi üzrə iki partiyalı Prezidentin Komissiyasında işləyib. O, həmçinin, Sağlamlıq və Təqaüd Araşdırması üzrə Baş Müstəntiqdir. 2002-ci ildə və 2010-cu ildə o, Höte Universitetində Metzler Bankının fəxri professoru olmuşdur.
Oblivia
Oblivia (lat. Oblivia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Oblivia mikanioides (Britton) Strother Oblivia simplex (V.M.Badillo) H.Rob.
Origin
Origin — istifadəçilərə internet üzərindən videooyunlar almaq və yükləmək imkanı verən, Electronic Arts şirkətinin bir qolu olan rəqəmsal satış platforması. 3 iyun 2011-ci il tarixində EA Mağazası Origin olaraq dəyişdirilmişdir. Origin, profil idarəetmə, oyun proqramı istifadə edərək dostlarla söhbət etmək, Facebook, Xbox Live və PlayStation Network ilə inteqrasiyalı sosial xidmətlərdən istifadə edir. Steam ilə rəqabət vəziyyətinə gətirmək güman edilir. Hal-hazırda oyunların avtomatik güncəllənməsi, buludda oyun gedişatının sinxronizasiyası, quraşdırılmış canlı dəstək funksiyaları var. Mağaza istifadəçilərə Electronic Arts oyun kataloqundan oyunlara baxmaq, almaq və yükləmək imkanı verir. Electronic Arts, proqramın mobil qurğular üçün nəzərdə tutulmuş platformanı da işə salmağı planlaşdırır və nailiyyətlər hər iki platformada sinxronizasiya ediləcək. Bir çox xidmətlər pulsuz olacaq. 2011-ci ilin əvvəlində, rəqəmsal satış xidmətlərinin dəyəri ilə bağlı fikir ayrılıqlarından sonra, Electronic Arts gözlənilən Battlefield 3 videooyununu Steam platformasına buraxmamaq qərarına gəldi. Bundan əlavə, EA Dragon Age 2 və Crysis 2 oyunlarını da Steam mağazadan çıxartmağı lazımi hesab etdi.
Silvin
Silvin — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, süd və qar kimi ağ, boz, sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, yağlı, tutqun; Şəffaflıq – şəffafdan işıqkeçirənədək; Sıxlıq – 1,9-2,0; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – pilləli, hamar; Başqa xassələr – suda yaxşı həll olma; hiqroskopiklik; kəskin acı-şor dad, yüksək istilikkeçirmə; şəffaf kristalların qısa dalğalı şüaları keçirmə qabiliyyəti; Morfologiya – kristallar: kütləşmiş bucaqlı heksaedik, nisbətən az hallarda oktaedrik; İkiləşmə: {111} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: dənəvər bütöv kütlələr, nazik təbəqəciklər, nadir hallarda druzalar. Duz hövzələrinin quruması nəticəsində xemogen yolla halitdən sonra çökür və yayılmasına görə ondan xeyli geridə qalır. Törəmə silvin karnallitin pozulması ilə əlaqədar olaraq kristallaşır. Duz yataqlarında, silvinitlərdə – halogen çökmə halit- silvin süxurlarında rast gəlir. Sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında və lava axınlarının səthində nazik təbəqəciklər əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: halit, anhidrit, karnallit, kianit, kizerit və s. Mineralın tapıldığı yerlər: Solikamski yatağı, Kamçatka yarımadasə (Rusiya); Kaluşski və Stebnikski yataqları (Ukrayna); Pripyat hövzəsi (Belarus); Maqdeburq və Stasfurt (Almaniya); İtaliya; Sirles gölü (ABŞ); Ölü dəniz; Mayo mədənləri (Hindistan) və çoxsaylı digər məntəqələr. Azərbaycanda Masazır və Böyükşor özüçökən duz yataqlarında (Abşeron yarımadası) və bir sıra başqa məntəqələrdə kəskin üstünlük təşkil edən halitlə sıx assosiasiyada qeyd olunur.
Olisia
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Livin' in the Sunlight, Lovin' in the Moonlight
"Livin' in the Sunlight, Lovin' in the Moonlight" — Al Şerman və Al Luis tərəfindən 1930-cu ildə Moris Şevalyenin baş rolda oynadığı "The Big Pond" filmi üçün yazılmış məşhur mahnı. 22 mart 1930-cu ildə Binq Krosbi və Pol Vaytmen Orkestri bu mahnının məşhur kaver versiyasını da yazdılar. Mahnı günün çartlarında 16-cı mövqedə qalmağı bacardı. Berni Kamins və onun Orkestrı da 1930-cu ildə mahnı ilə uğur qazanmış və onların versiyası 20-ci pillədə qərarlaşmışdı. El Boulli mahnını Les Allen ilə 17 oktyabr 1930-cu ildə səsyazı studiyasında yazdırmışdı. Britaniyadan gələn başqa kaver versiyanın müəllifləri iki qardaş Bob və Alf Pirson idi. 1968-ci ildə "Tiny Tim" bu mahnının kaver versiyasını buraxdı. Mahnının bu qeyri-adi ukulele versiyası Süngər Bob Kvadrat Şalvarın "Köməkçi axtarılır" pilot epizodunda istifadə edilmiş və yenidən populyarlaşmışdır. 2008-ci ilin yanvarında "American Idol" müsabiqəsinin iştirakçısı Sara Vitaker mahnı ilə çıxış etmişdi. Valve əvvəlcə "Team Fortress 2" adlı sinif əsaslı çox oyunçulu oyununun "Meet the Pyro" treylerində Tiny Tim versiyasını istifadə etməyi düşünsə də, nəticədə son qərarı "The Lovin' Spoonful"-un "Do You Believe in Magic" adlı mahnısı oldu.
Elvin
Elvin — Kişi adı. Elvin Abbasov Elvin Abbasov (iş adamı) — Azərbaycanlı iş adamı. Vision TV-nin təsisçisi, "TimeSoft" MMC və "Virtual Azerbaijan Group of Companies" MMC şirkətlərinin həmtəsisçisi və direktoru, Ciu-citsu Federasiyanın idarə heyətinin üzvü (2019). Elvin Abbasov (əsgər) — Vətən müharibəsinin şəhidi. Elvin Abbasov (baş çavuş) — Vətən müharibəsinin şəhidi. Elvin Məmişzadə — 2015 Avropa Oyunlarının qızıl medalçısı. Elvin Beqiri — Albaniya futbolçusu Elvin Rot — amerikalı iqtisadçı. Elvin Kristoffel — alman riyaziyyatçısı Elvin Mirzəyev Elvin Mirzəyev (rejissor) — Azərbaycan rejissoru, aktyoru. Elvin Mirzəyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Elvin Mirzəyev (futbolçu) (ru) — Azərbaycanlı futbolçu.
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Olein
Olein turşusu(tsis 9-oktadetsen turşusu)СН3(СН2)7СН=СН(СН2)7СООН -doymamış yağ turşusudır. Omega-9 doymamış yağ turşular qrupuna aiddir. Olein turşusu yağlı mayedir, sudan yüngüldür, qoxusuz, rəngsiz, suda həll olunmur, yalnız üzvi həlledicilərdə həll olunur (benzolda, xloroformda və s.). Texniki olein turşusu müxtəlif bitki yağlarının hidrolizi zamanı alınır, məsələn, günəbaxan, soya və ya xardal. Bu məhsul qida məqsədləri üçün tamamilə yararsızdır. Alınan turşuları fraksiyalara ayırmaqla və ya metanoldan və asetondan–400C temperaturda təkrar kristallaş- dırılma yolu ilə əldə edilə bilər. Təbiətdə müxtəlif heyvan mənşəli piylərin tərkibində olur məs. donuz, mal piyində həmçinin bitki yağlarındada (zeytun, badam, günəbaxan,avokado,palma, arqan və s. ). Olein turşusuna ozonla təsiri nəticəsində ozonid alınır.
Örvin
Örvin (ing. Irvine, şot.kelt Irbhinn) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Konstantin Slavin
Konstantin Slavin (tam adı: Konstantin Vladimiroviç Slavin; 1970, Bakı) — professor, tibb elmləri doktoru, İllinoys Universitetinin Neyrocərrahiyə üzrə professoru == Həyatı == Konstantin Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. 1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda ümumi cərrahiyə üzrə təcrübə keçmişdir. 1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib. 1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür. İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifərlərdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub.
Litvin Abasov
Litvin İbiş oğlu Abasov (6 aprel 1937, İrəvan – 26 avqust 2024) – "Azərkəndtikinti" ASC-nin sədri, Əməkdar Mühəndis (1976), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990–1995), "Şöhrət" ordeni (Azərbaycan) (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2019) == Həyatı == Litvin İbiş oğlu Abasov 06 aprel 1937-ci ildə Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində (indiki Ermənistanın Yerevan şəhəri) ziyalı ailəsində anadan olmuşdur. Atası İbiş Vəli oğlu Abasov 1898-ci ildə indiki Ermənistanın Qəmərli rayonunun Muğanlı kəndində kəndli ailəsində doğulub. Qəmərlidə fəhlə-gənclər məktəbində təhsil aldıqdan sonra, Qəmərlidə və Zəngibasarda komsomol və partiya orqanlarında çalışıb. 1930-cu illərdə Ermənistanın Vedi rayonunda ispolkomun sədr müavini, sonra Vedi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 1937-ci ildən isə yeni yaradılmış Qarabağlar rayonunun birinci katibi vəzifəsinə təyin olunub və birinci katib vəzifəsində 1942-ci ilə kimi çalışıb. Ermənistan KP MK-nın plenum üzvü, Ali Sovetin deputatı olub. Litvin Abasov 1953-cü ildə Bakıya gəlmiş və Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) qəbul olunmuşdur. Azərbaycan Hökumətinin qərarı ilə 1956-cı ildə Litvin Abasovun təhsil aldığı fakültəni Politexnik İnstitutunun inşaat fakültəsinə keçirirlər (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti). O, 1959-cu ildə Azərbaycan Politexnik institutunun sənaye-mülki tikinti fakültəsini bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir. O, daha sonra −1982-ci ildə keçmiş SSRİ Nazirlər Sovetinin "Xalq Təsərrüfatı Akademiyası"nı Xalq Təsərrüfatının İdarəetməsi ixtisası üzrə bitirmişdir.
Living Things
Living Things — Amerikalı rok qrupu Linkin Parkın 5-ci studiya albomudur. Albom 2011-ci ilin mart ayından 2012-ci ilin yanvarınadək lentə yazılmışdır. Albomun ilk sinqlı Burn It Down 16 aprel 2012 tarixində çıxmışdır. İkinci sinql Lost in the Echo 6 avqust 2012 tarixində çıxacaqdır. Linkin Park, Minutes to Midnight və A Thousand Suns-da olduğu kimi bu albomda da Rik Rubin və Mayk Şinodanın rəhbərliyi altında işləmişdir. = Albomun hazırlanması və yayımlanması = A Thousand Suns-ın uğursuzluğundan sonra qrup yeni albom hazırlamaq qərarına gəldi. Qrupun prodüseri Rik Rubin qrupa keçmiş tərzə qayıtmağı məsləhət verdi. Ancaq qrup üzvləri A Thousand Suns-dakı melodik səs effektlərini istifadə etməkdə davam etmək qərarına gəldilər yalnız əvvəlki tərz olan alternativ rok ilə səs effektlərinin qarışığı bir albom hazırlamağı düşünürdülər. Sonralar Mayk Şinoda verdiyi müsahibədə bu albomun nu-metal tərzdə olmayacağını söylədi. 2011-ci ilin martından başlayan mahnı yazma prosesi 2012-ci ilədək davam etdi və qrup fevral ayında yeni albomun çıxacağını açıqladı ancaq tarix verilmədi.
Lourens Olivye
Lourens Kerr Olivye, baron Olivye (ing. Laurence Kerr Olivier, Baron Olivier; 22 may 1907[…] – 11 iyul 1989[…], Uest Sasseks[d]) — Böyük Britaniya rejissoru, prodüseri, ssenaristi və aktyorudur.
Odinin axtarışında
Odinin axtarışında (norv. Jakten på Odin) — Norveç səyyahı Tur Heyerdalın Rusiyanın Azov qəsəbəsində həyata keçirilən arxeoloji qazıntı işləri barədə 2001-ci ildə yazdığı kitab. Tur Heyerdalın bu səyahətindəki əsas məqsədi İslandiya tarixçisi Snorri Sturlusonun XIII əsrdə Skandinaviyanın qədim hakim sülalələri və xristianlıqdan əvvəl yerlilərin pərəstiş etdiyi tanrıların mənşəyi barədə yazdığı İnqlinqa saqasının həqiqət olduğunu isbat etmək idi. Snorri kitabında evheremist məlumat verir. O, burada Odin və digər Asar tanrılarının romalı işğalçılardan qaçmaq üçün Don çayı ərazisindən Skandinaviyaya köçdüyünü iddia edir. Snorrinin irəli sürdüyü fikrə görə, onlar yerli əhalini elə valeh etmişdilər ki, artıq ilahiləşdirilmişdilər. Heyerdal Qara dənizdən Don çayına üzərək Asar tanrılarının mənşəyini axtarmağa çalışırdı. Heyerdahl 2002-ci ildə həlak olan zaman qazıntı işlərinin ikinci mövsümü hələ yeni sona çatmışdı. Tur Heyerdalın Odinin axtarışında layihəsi Norveç akademiklərdən sərt tənqidlər almışdır. Odin layihəsi barədə olan birinci kitab – Sərhədsiz (1999) və ikinci kitab – Odinin axtarışında (2001) nəşr olunduğu gündən tanınmış akademiklərin sərt və ətraflı tənqidlərinə məruz qalmışdır.
Oliver Bias
Oliver Bias (15 iyun 2001-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. Bias Erzgebirge Aue akademiyası vasitəsilə inkişaf etmişdir. Bias öz peşəkar karyerasında debütünü 2 avqust 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə İbrahima Konateni əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 2 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Oliver Birhoff
OliverBirhoff (alm. Oliver Bierhoff‎; 1 may 1968[…], Karlsrue, Baden-Vürtemberq) — Karyerasını bitirmiş Alman futbolçu. Hücumçu mövqeyində çıxış edib. Hal hazırda Almaniya milli komandasının meneceridir. 1996-cı ildə keçirilmiş Avropa çempionatında ulduzu parlayıb. Klub karyerasında daha çox İtaliyanın Udineze və Milan klubundakı çıxışları ilə tanınıb.
Oliver Hart
Oliver Hart (ing. Oliver Simon D'Arcy Hart; 9 oktyabr 1948, London) — amerikan iqtisadçı. 2016-cı ildə Benqt Holmströmlə birlikdə Müqavilə nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatlara görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı Oliver Hart's home page at Harvard Oliver Hart - Facts Firms, Contracts, and Financial Structure (Oxford University Press, 1995). "On the Optimality of Equilibrium when the Market Structure is Incomplete", Journal of Economic Theory, December 1975, 418–443 "Takeover Bids, the Free-rider problem, and the Theory of the Corporation" (with Sanford J. Grossman), Bell Journal of Economics, Spring 1980, 42–64 "An Analysis of the principal–agent problem" (with Sanford J. Grossman), Econometrica (January 1983) 7–46. "The Market Mechanism as an Incentive Scheme," Bell Journal of Economics, 14 (Autumn 1983) 366-82. "The Costs and Benefits of Ownership: A Theory of Vertical and Lateral Integration" (with Sanford J. Grossman), Journal of Political Economy, August 1986, 691–719. "One Share-One vote and the Market for Corporate Control" (with Sanford J. Grossman), Journal of Financial Economics, 1988 "Incomplete Contracts and Renegotiation" (with John Hardman Moore), Econometrica 56(4) (July 1988). "Property Rights and the Nature of the Firm" (with John Hardman Moore), Journal of Political Economy 98(6) (1990). " A Theory of Debt Based on the Inalienability of Human Capital " (with John Hardman Moore), Quarterly Journal of Economics, November 1994, 841–879 "The Proper Scope of Government: Theory and an Application to Prisons" (with Andrei Shleifer and Robert W. Vishny), Quarterly Journal of Economics 112(4) (1997) 1126–61.
Oliver Kan
Oliver Rolf Kan (Almanca tələffüz: [ˈɔlɪvɐ ˈkaːn]; d. 15 iyun 1969) — alman futbol qapıçısı, dörd dəfə dünya və Avropanın ən yaxşı qapıçısı (1999, 2000, 2001, 2002), iki dəfə Almaniyanın ən yaxşı qapıçısı (2000, 2001), beş dəfə Bundesliqanın ən yaxşı qapıçısı (1994, 1997, 1998, 1999, 2001), 2002 FİFA Dünya Kubokunun ən yaxşı qapıçısı və futbolçusu. O, karyerasına "Karlsrue" komandası ilə başlamışdır. İlk peşəkar qarşılaşması 1987-ci ildə olmuşdur. 1994-cü ildə 4,600,000 alman markı qarşılığında karyerasına sona qədər davam edəcəyi "Bayern Münhen"-ə transfer olmuşdur. Səkkiz Bundesliqa, altı Almaniya kuboku, bir UEFA Kuboku (1996), UEFA Çempionlar Liqası (2001), Qitələrarası kubok (2001) çempionluğu yaşayan Kan, Almaniya futbolunun tez bir zamanda yetişdirdiyi ən yaxşı futbolçularından biri olmuşdur. Fərdi oyunda göstərdiyi səylər ona ardıcıl dörd UEFA Avropanın ən yaxşı qapıçısı, üç dəfə İFFHS Dünyanın ən yaxşı qapıçısı, iki dəfə də Almaniyada ilin futbolçusu mükafatını qazandırdı. 2002 FİFA Dünya Kubokunda Qızıl Top mükafatını qazandı. Bu mükafatın ilk və tək laureatı qapıçı Oliver Kandır. 1994-cü ildən 2006-cı ilə qədər Almaniya milli futbol komandasında oynayan Kan, Andreas Köpkenin milli komandanı buraxmasından sonra sahəyə ilk 11-də çıxmağa başladı.
Oliver Kromvel
Oliver Kromvel (ing. Oliver Cromwell; 25 aprel (5 may) 1599[…] – 3 (13) sentyabr 1658[…]) — İngiltərə burjua inqilabının başçısı. 1643-1650-ci illərdə Parlament ordusunun general-leytenantı. 1650-1653-ci illərdə Lord-General, 1653-1658-ci illərdə İngiltərənin, İrlandiyanın və Şotlandiyanın Lord-Protektoru. 3 sentyabr 1658-ci ildə malyariyadan və ya zəhərlənmədən həlak olub. Ölümündən sonra qəbirindən çıxarılaraq asılıb daha sonra isə şaqqalanıb (İngiltərədə vətən xainləri üçün nəzərdə tutulmuş cəza). Oliver Kromvel 1599-cı ildə Kembricdə mülkədar Puritan ailəsində doğulub. Xatinqdondakı məktəbdə təhsil alır, 1616-1617-ci illərdə Sidney Sasseksa kollecində təhsilin davam etdirir. Vətəndaş müharibəsindən qabaq Oliver Kromvel adi Skvayr-Mülkədar idi. Hüquq fakultəsini tərk edəndən sonra Mülkədar qızı ilə evlənməyə məcbur oldu.
Oliver Ridel
Oliver 'Ollie' Riedel (d. 11 aprel 1971) — Rammstein adlı Alman metal musiqi qrupunun bas gitaristidir. Ridel Almaniyanın Şverin şəhərində anadan olmuşdur. Uşaqlıqda Oliver bacarıqlı bir şagird deyildi. Xüsusilə gənclik illərində çok utancaq idi. Dostları tez-tez parti təşkil etsələr də, Oliver daha çox digərləri ilə vaxt keçirirdi. 1990-cı ildə 19 yaşında The Inchtabokatables adlı qrupda bass gitara çalmağa başlayır. 1994-cü ildə Ridel, Till Lindeman, Rixard Kruspe və Kristof Şnayder, Berlin Senate Metro adlı musiqi yarışmasında qalib gəldilər. Mükafat olaraq peşəkar 4 demo musiqi parçası yazmağa haqq qazandılar. Paul Landers və Kristian Lorenz də qrupda qatıldıqdan sonra Rammstein adlı qrup yaradılır.
Oliver Sayks
Oliver Sayks (ing. Oliver Scott Sykes; 20 noyabr 1986, Şeffild, İngiltərə) — Böyük Britaniya musiqiçisi Oliver Sayks 1986-cı il noyabr ayının 20-də İngiltərənin Ashford bölgəsinin Kent qəsəbəsində anadan olmuşdur. Musiqi kolleci və Musiqi Akademiyasını qırmızı diplomlarla bitirmişdir. 2003-cü ildə peşəkar karyerasına başlamışdır. 2004-cü ildə dostları ilə birlikdə Bring Me the Horizon metal qrupunun əsasını qoymuşdur. Hal-hazırda da həmin qrupun vokalisti olaraq karyerasını davam etdirir. O, Bring Me the Horizon ilə birlikdə çıxartdıqları 4 studiya albomunun hamısında böyük pay sahibidir.