ƏBDÜLƏHƏD

tək olanın (Allahın) qulu.
ƏBDÜLCABBAR
ƏBDÜLƏLİ
OBASTAN VİKİ
Əbdüləhəd Həsənov
Əbdüləhəd Səftər oğlu Həsənov (1903, Şamaxı – 1972, Bakı) — tibb elmləri doktoru (1937), professor (1939), AMEA-nın müxbir üzvü(1962), tibb sahəsində tanınmış alim. == Həyatı == Əbdüləhəd Səftər oğlu Həsənov 1903-cü ildə Şamaxıda qulluqçu ailəsində anadan olmuşdur. Onun atası ipəkçilik mütəxəssisi olmuşdur. O, 1912–1918-ci illərdə Şamaxı realnı məktəbində oxumuşdur. Ə. Həsənov 1918-ci ildə Bakıya köçmüş, orada oxumuş və müxtəlif yerlərdə işləmişdir. 1919-cu ildə o, poçt-teleqraf kursuna daxil olur və kursu bitirdikdən sonra Bakı teleqraf kontorunda teleqrafçı işləməyə başlayır. 1920-ci ilin aprelindən etibarən XI Qırmızı Ordunun qərargahında işləyir, ancaq 1921-ci ilin iyulunda səhhəti ilə əlaqədar olaraq tərxis edilir. Sonra 1922-ci ilədək AİK-da (Azərbaycan İnqilab Komitəsi) teleqrafçı işləyir. 1922-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Universitetdə təhsil almaqla yanaşı, o, eyni zamanda Qırmızı Aypara nəzdindəki kurslarda və tibb bacıları üçün məktəbdə müəllim işləyirdi.