Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oryol
Oryol — Rusiyada şəhər. == İstinadlar == == Xarici keçidlər == Official website of Oryol Arxivləşdirilib 2009-01-02 at the Wayback Machine (rus.) Unofficial website of Oryol (rus.) The murder of the Jews of Oryol during World War II, at Yad Vashem website.
La-Breol
La-Breol (fr. La Bréole, oks. La Breula) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Valansol kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04033. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 346 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı və turizmə əsaslanır. İki su-elektrik stansiyası var.
Oryol güllələnməsi
Oryol güllələnməsi və ya Medvedev güllələnməsi — 11 sentyabr 1941-ci ildə XDİK əməkdaşları tərəfindən Oryol şəhərinin şimalında yerləşən Medvedev meşəsində, Oryol həbsxanasının siyasi məhbuslarının güllələnməsi. Güllələnmə zamanı İkinci (Valentin Arnold, Mixayıl Stroylov) və Üçüncü (Xristian Rakovski, Sergey Bessonov, Dmitri Pletnyov) Moskva proseslərinin iştirakçıları, Mariya Spiridonova, Pyotr Petrovski, Olqa Kamenyova, Varvara Yakovleva, alman riyaziyyatçı Frits Noser, Azərbaycan SSR Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı Cəmil bəy Vəzirov, azərbaycanlı şair, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtaz ilə birlikdə 157 nəfər dövlət və elm xadimi güllələnib. Güllələnmə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya tərəfindən İosif Stalinin rəhbərlik etdiyi SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən sanksiyalaşdırılıb. Güllələnənlər "məğlubiyyət təbliğatını aparmaqda, yeni təxribatları törətmək üçün qaçış planı hazırlamaqda" günahlandırılırdılar. 1980-ci illərin axırında Oryol ətrafında güllələnənlərin əksəriyyəti bəraət qazanırlar. 1990-cı ildə isə güllələnmiş 108 nəfərin ittihamı ləğv edilir. == Güllələnmə haqqında qərarın qəbul edilməsi == SSRİ Ali Sovetinin 22 iyun 1941-ci ildə verdiyi göstərişə əsasən SSRİ-nin qərb bölgələrində eləcə də Orlovsk bölgəsində hərbi vəziyyət elan edildi. X.Rakovskinin qohumu L.Tinevanın xatirələrinə əsasən "Almanlar Oryol şəhərinə yaxınlaşanda siyasi məhbusları yerində saxlayıb, bütün cinayətkarları daha uzaq düşərgələrə göndərdilər. 5 sentyabr 1941-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya və onun müavini Boqdan Kobulovun göstərişi ilə, I xüsusi bölmə SSRİ XDİK həbsxana rəhbərliyi ilə birgə, əksinqilabi cinayətdə günahlandırılan və Oryol həbsxanasında cəza çəkən 170 nəfərin siyahısını tərtib etdilər. I xüsusi bölmə rəisi L. Baştakovun və həbsxana rəhbəri M.Nikolskinin imzası ilə təsdiqlənmiş siyahıda məhbuslar haqqında qısa məlumatlar yer alıb.
Vensan Oriol
Vensan Oriol (fr. Vincent Auriol; 27 avqust 1884, Revel, Fransa - 1 yanvar 1966, Paris, Fransa) - 1947-1954-cü illərdə Fransa Respublikasının 16-cı prezidenti.
Kreol dili
Kreol dili — fərqli dillərin qarışması nəticəsində yaranmış, ana dil olaraq danışılan və stabil bir qrammatikaya malik olan dildir. Kreol dilləri adətən fərqli dil ailələrinə aid qrupların uzunmüddətli təmasda olduğu mühitlərdə, xüsusilə müstəmləkə dövrlərində formalaşmışdır. Bu dillər ilkin olaraq ticarət, əməkdaşlıq və ünsiyyət məqsədilə sadələşdirilmiş bir "pidgin" dildən yaranır. Lakin sonradan ana dili olaraq danışılmağa başlandıqda, daha kompleks və stabil bir dilə – yəni kreol dilinə çevrilir. == Kreol dillərinin xüsusiyyətləri == Sadələşdirilmiş qrammatika və struktur – Kreol dilləri, onları meydana gətirən dillərin bəzilərinin qrammatik strukturlarını mühafizə edir, lakin sadələşdirilmiş qrammatika və daha az morfoloji qaydalarla xarakterizə olunur. Məsələn, mürəkkəb fel şəkilləri və isim hallarından qaçılır. Fonetik və leksik qarışım – Kreol dilləri adətən onları yaradan əsas dillərdən söz və səslər alır, buna görə də müxtəlif dillərin fonetik xüsusiyyətlərini özündə cəmləşdirə bilər. Məsələn, lüğət əksər hallarda dominant olan (müstəmləkə dövründə çox vaxt Avropa) dildən alınır, qrammatik xüsusiyyətlər isə daha çox yerli dillərdən götürülə bilər. Sabitlik və ana dili olması – Kreol dilləri sadəcə ünsiyyət üçün yaradılmış sadə dillərdən fərqlənir, çünki sabit qrammatik qaydalarla ana dili olaraq danışılır. Bu xüsusiyyət onları pidgin dillərdən ayırır.
Orel-Verlak
Orel-Verlak (fr. Aurelle-Verlac, oks. Aurèla e Verlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12014. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 173 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 109 nəfər (15-64 yaş arasında) 85 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.0%, 1999-cu ildə 66.9%).
Orel Manqala
Orel Manqala (18 mart 1998-ci ildə anadan olub) — Liqa 1-də çıxış edən "Lion" klubundan icarə əsasında Premyer Liqa təmsilçilərindən olan "Everton" klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən belçikalı peşəkar futbolçu. == Klub karyerası == === Ştutqart === Manqala Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. 9 iyun 2017-ci ildə Manqala €1.8 milyon qarşılığında Bundesliqa təmsilçilərindən olan Ştutqart klubu ilə müqavilə imzalamışdır. Manqala öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Herta klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Bundesliqa görüşündə Ştutqart rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. === Hamburq === 8 avqust 2018-ci ildə Manqala 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubuna satın alma şərtilə mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == 2015-ci ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Bolqarıstanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Manqala Çexiya, Sloveniya, Almaniya və Fransa milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Həmin ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Dünya Gənclər Çempionatında iştirak etmişdir.
Haiti kreol dili
Haiti kreol dili (Kreyòl ayisyen) adətən sadəcə kreol adlanan, Haitidə 12 milyona yaxın insan tərəfindən danışılır.Haiti Kreolu , Fransız dili ilə yanaşı Haitinin iki rəsmi dilindən biridir.
Oryol i Reşka
"Oryol i Reşka" (ukr. Орел і Решка) — 2011-ci ildən yayımlanan Ukrayna televiziya səyahət televiziya verilişidir. Veriliş ilk yayımlardan bəri Ukraynanın "İnter" telekanalında yayımlanıb. Sonradan təkrar yayımları "K1" (Ukrayna), "Pyatniça!" (Rusiya)," Yeddinci Kanal" (Qazaxıstan)," TTV "(Polşa)," Belarus 2 "(Belarus),"3+" (Estoniya) kanallarında yayımlanıb. == Təsviri == Hər həftəsonu iki aparıcı dünyanın müxtəlif şəhərlərinə göndərilir. Proqramın qaydalarına əsasən, onlardan biri şənbə və bazar günlərini 100 dollar ilə yaşamalıdır, ikincisi isə "qızıl" bank kartında saxlanılan limitsiz vəsait sərf edə bilər. Veriliş çərçivəsində aparıcılardan biri şəhərin əsas görməli yerləri ilə tanış olur, digəri, "Qızıl Bank Kartının" sahibi isə adətən otellərin adlarını təklif edir və ya digər xidmətlərin dəyərlərindən, qiymətlərindən bəhs edir.
Seyşel Kreol dili
Seyşel Kreol dili - maskaren kreol dilinə məxsus danışıqdır. Bu dil İngilis və Fransız dilləri ilə bərabər Seyşel adaları ölkəsinin rəsmi dilidir. 1976-cı ildə bu dilin ilk qrammatik qaydaları tətbiq edilmişdir.
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. == Növləri == Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Areola
İnsan areolası döş giləsi ətrafındakı süd vəzisi və döşdəki piqmentli sahədir. Areola, daha ümumi olaraq, ətrafındakı toxumadan fərqli bir toxuma strukturuna malik olan bədəndəki kiçik dairəvi bir sahə və ya dərinin iltihablı sahəsi kimi digər kiçik dairəvi sahələrdir. Yetkin dişi insanların məmə başı, laktasiya (süd ifrazı) zamanı südün müstəqil buraxıldığı döş giləsinin (laklanmış kanallar) ətrafında radial olaraq yerləşmiş bir neçə kiçik deşiyə malikdir. Areoladakı digər kiçik boşluqlar areol vəziləri kimi tanınan yağ vəziləridir. Areola çəhrayıdan qırmızıya, şokolad rəngindən qəhvə rənginə, tünd qəhvəyi rəngə və ya demək olar ki, qara rəngə qədər dəyişə bilər, lakin ümumiyyətlə açıq dəri tonları olan insanlarda daha solğun, tünd dəri tonları olan insanlarda isə daha tünd formalarda olur. Fərqli rənglərin bir səbəbi döş nahiyəsinin körpə üçün daha aydın formada görünməsini təmin etmək ola bilər.
Borneol
Borneol (1,7,7-trimetilbisiklo-[1.2.2]-heptanol-2) -kimyəvi formulu: C10H18O. Borneol (solda) (endo-1,7,7-trimetilbisiklo-[1,2,2]-heptanol-2) terpen spirtlərinə aiddir. == İzahı == Xarakterik iynəyarpaq qoxusu olan rəngsiz kristallar; suda zəif həll olunur, yaxşı, üzvi həlledicilərdə, o cümlədən spirtlərdə isə pis həll olur. İzoborneol (sağda) - (ekzo-1,7,7-trimetilbisiklo-[1,2,2]-heptanol-2). Aşağı toksiklik xassəsinə malikdir, lakin mərkəzi sinir sisteminə təsir edir, qan təzyiqini azaldır. Borneol və izoborneol oksidləşdikdə kamfora çevrilir, turşu katalizatorlarının təsiri altında izoborneol borneoldan daha asan dehidratlaşır və kamfen əmələ gətirir (Vaqner-Mervein qruplaşması), həmçinin sadə efirləri asan, mürəkkəb efirləri isə çətin əmələ gətirir. == Təbiətdə tapılması == Borneollar və onların efirləri təbiətdə geniş yayılmışdır. Borneol ilk dəfə, efir yağında kəşf edilmiş və uzun müddət vətəni Sumatra və Kalimantan adalarında olan kamfora bitkisindən əldə edilmişdir. Bu hündür (60 m və daha yuxarı) ağacdır, tərkibində borneol və ya əvvəllər Bornean kamforası adlanırdı. Borneol əldə etmək üçün meşədə ağaclar parçalarla kəsilir, çatlarda kristallaşan borneol kristalları qırılır, sonra doğranmış gövdə və budaqlar efir yağının su buxarı ilə distillə edilməsinə məruz qalır. Dondurma yolu ilə efir yağından əlavə miqdarda borneol alınır.
Kreml
Moskva Kremli — Moskvanın mərkəzində və onun ən qədim hissəsindəki bir qala, şəhərin əsas ictimai-siyasi və tarixi-bədii kompleksi, Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı, Sov.İKP MK-nın Baş Katibinin rəsmi iqamətgah Moskva çayının yüksək sol sahilində - Borovitski təpəsində, Neqlinnaya çayının axdığı yerdə yerləşir. Planda Kreml 27,5 hektar ərazini əhatə edən nizamsız üçbucaqdır. Cənub divarı Moskva çayına, şimal-qərb İskəndər bağlarına, şərqə isə Qırmızı meydana baxır. == Tarixi == === Finn-uqor qəsəbəsi === Moskva Kremlinin ərazisindəki ilk yaşayış məskənləri tunc dövrünə (e.ə. II minillik) aiddir. Müasir Arxangelsk kafedralında erkən dəmir dövrünə (e.ə. I minilliyin ikinci yarısı) aid Finno-Uqor yaşayış məskəni tapıldı. Bu zaman Dyakovo tipli qəsəbə Borovitski(Kremlin) təpəsinin yuxarı sel düzənliyinin mərkəzini işğal etdi(müasir Katedral meydanının sahəsi) və cox gümanki,artıq istehkamları ola bilərdi. Şimal-şərqdən yaşayış məskəni iki yarğanla qorunurdu: biri,indiki Üçlük Qapısından şimalda, Neglinnaya çayına doğru uzanırdı,digəri isə Petrovskaya ilə müasir Kremlin İkinci Naməlum qalaları arasından uzanırdı. === Vyatiçi qəsəbəsi === Oka və Moskva çayı hövzələrinin slavyan müstəmləkəçiliyinin XX əsrində başlayan Vyatiçi, Borovitski təpəsinin zirvəsini (bəlkə də köhnə yaşayış məntəqəsini mənimsəmiş) məskunlaşdırdı.
Odeon
Odeon — antik memarlıqda musiqi tədbirləri üçün tikilmiş tikililər. Üstləri əsasən amfiteatr şəklində qapalı tikilirdi. == Haqqında == Odeonlar musiqi tədbirləri, musiqi məşğələləri, şeir müsabiqələri üçün istifadə olunurdu. Əsasən Roma və Yunan mədəniyətlərində istifadə olunub. Qədim Yunanca Ōideion (ᾨδεῖον) "oxuma yeri, məkanı" deməkdir. Bu sözün özü də Aeidō (ἀείδω) — "mahni oxuyan" sözündən əmələ gəlib. Dünyada bilinən ən qədim odeon E.ə 600-cü ildə Spartada tikilmiş Skias odeonudur. Ən məşhur odeon isə 160-cı ildə Herodes Attikus tərəfindən arvadının xatirəsinə tikdirdiyi Herodes Attikus odeonudur.
Ondol
Koreya ənənəvi memarlığında Ondol(ON-dol; /ˈɒn.dɒl/, (koreyaca: 온돌) və yaxud gudeul (koreyaca:구들) Kang adlı yataq sobasına bənzəyən yeraltı isitmə sistemidir, hansı ki odun tüstüsündən birbaşa istilik köçürməsilə qalın döşəmənin altı qızdırılır. Ənənəvi ondolun əsas komponentləri mətbəx və ya yataq otağından əlçatan agungi(soba), üfüqi və şaquli tüstü keçidləri üçün qaldırılmış hörgü döşəməsi və bacadır. Qızdırılan döşəmə tüstünün istiliyini düzgün paylamaq üçün qurulan daş dirəklərlə dəstəklənir. == Tarixi == === Mənşəyi === Ondolun istifadəsi günümüzdəki Şimali Koreyada arxeoloji yerlərdə tapılmışdır. Şimali Koreyanın Hamgyeongbuk-do bölgəsindəki Unggi şəhərində eramızdan 5000 il əvvələ aid Neolit dövrünə məxsus arxeoloji yerdə qazılmış bir yaşayış yerində gudeul aşkar edilmişdir. Erkən dövlərdə ondol evi və ya yeməyi isitmək üçün istofadə olunan gudeul olaraq adlandırılırdı. Düyü bişirmək üçün sobada ocaq qalandığı zaman alov üfüqi istiqamətdə hərəkət edirdi, çünki bacanın girişi sobanın yanında idi. Bu tənzimləmə çox vacib idi, çünki bu tənzimləmə tüstünün yuxarıya doğru getməsinə imkan verməyərək alovun tez sönməsinin qarşısını alırdı. Ondol(yeraltı isitməli) otaqlar yaratmaq üçün bütün otaqlar isitmə sobalarının üzərində qurulmağa başladı. === Etimologiyası === Gudeul sözü doğma Koreya sözüdür.
Ordos
Ordos (çin. 鄂爾多斯沙漠) — Mərkəzi Asiyada yerləşən səhradan ibarət olan plato. Cənubdan Lyesso platosu ilə əhatələnir. Ən hündür nöqtəsi 2535 m təşkil edir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının orta temperaturu —10°С, iyul ayının isə 23°С-dir. Şimal-qərbdən cənub-şərdə doğru yağıntının miqdarı 100 – 400 mm arasında dəyişir. Dolu müşahidə edilir. Ərazidə çoxlu sayda duzlu göllər vardır. Barxanlar əsasən insan və heyvanlar tərəfindən məhv edilmiş bitki örtüyü sayəsində geniş sahə tutur.
Oreqon
Oreqon (ing. Oregon) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Seylem şəhəridir.
Orest
Orest (q.yun. Ὀρέστης, "alpinist"; lat. Orestes) — Troya müharibəsində vuruşan Mikena kralı Aqamemnon və Klitemnestranın oğlu. Onun dəliliyi və təmizlənməsi bir çox Qədim Yunan oyunu və əfsanəsinin mövzusu olmuşdur. == Adın mənşəyi == Orestes yunanca "oreibates" ("ορειβάτης") sözündən gəlir. Mənası alpinistdir. Metaforik olaraq, dağları fəth edə bilən biri kimi istifadə olunur. == Homerin hekayəsi == Homerin hekayəsində Orest Tantal və Niobe ilə birbaşa əlaqəli olan Atreyin lənətlənmiş evinin üzvüdür. Troya müharibəsinə gedən yolda yaxşı bir külək üçün ilahə Artemidaya dua edən Aqamemnon, ilahənin işarəsi ilə qızı İfigeniyanı qurban vermək istəyir, amma arvadı buna qarşı çıxır. Buna baxmayaraq, qərarından vaz keçməyən Aqamemnon qızını qurban verərkən ilahə tərəfindən xilas edilir, bunun əvəzinə bir dişi maral qurban edilir.
Orezon
Orezon (fr. Oraison, oks. Aurason) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Me kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04143. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 5208 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına və qida sənayesinə əsaslanır. Oresonda kənd təsərrüfatı kooperativi, bir neçə konserv zavodu və bir su-elektrik stansiyası var.
Orlov
Orlov — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Ornon
Ornon (fr. Ornon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38285. Kommunanın 1999-cu il üçün əhalisi 138 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 799 ilə 2856 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Orqov
Orqov — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal qərbdə, Qalasız çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərqov kimi, Qafqazın 5 verstlik xəritəsində Erqov formasında qeyd edilmişdir. Toponim türk dilində «igid, qoçaq» mənasında işlənən ər (> or) sözü ilə qıpçaqlara məxsus qov (> kov) etnonimindən əmələ gəlib, «igid, qoçaq, qov tayfasına məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 54 nəfər, 1873 - cü ildə 237 nəfər, 1886-cı ildə 337 nəfər, 1897-ci 380 nəfər, 1908-ci ildə 280 nəfər, 1914 - cü ildə 721 nəfər, 1916-cı ildə 646 nəfər, 1918-ci ildə 280 nəfər, 1919 - cu ildə 218 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1919- 1920-ci illərdə buraya Türkiyədən ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir.
Trevol
Trevol (fr. Trévol) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03290. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1599 nəfər təşkil edirdi. İllərə görə əhalinin sayı 1962= 777 1968= 812 1975= 1004 1982= 1255 1990= 1405 1999= 1366 2008= 1599 == İqtisadiyyatı == 2007-ci ildə 1069 nəfər əmək qabiliyyətli (15-64 yaş arasında) insanlar arasında 802 nəfər iqtisadi cəhətdən fəal, 267 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 75.0%). 802 aktiv şəxsdən 763 nəfər (403 kişi və 360 qadın) işləyir, 39 nəfər işsizdir (17 kişi və 22 qadın). Aktiv olmayan 267 nəfər arasında şagird və ya tələbə, 121 nəfər təqaüdçü, 69 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Voreal
Voreal (fr. Vauréal) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — L'Otiy. Əhalisi — 15.602 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimal-qərbdə, Serji belediyyənin 3 km qərbdə yerləşir.
Şorgöl
Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl.
Krezol
Krezollar (metilfenollar, hidroksitoluenlər) -Kimyəvi formula: C7H8O olan rəngsiz kristallar və ya mayelərdir. Orto-, meta- və para-izomerləri var. == Kimyəvi xassələri == Krezollar etanolda, dietil efirdə, benzolda, xloroformda, asetonda çox həll olur; suda, qələvi məhlullarda həll olunur (kresolat duzlarının əmələ gəlməsi ilə). Fenol kimi krezollar da zəif turşulardır. Krezollar asanlıqla elektrofil əvəzetmə, kondensasiya, məsələn, aldehidlərlə reaksiyalara daxil olur. Para-kresol Pb, Mn və ya Fe oksidləri ilə parahidroksibenzoy turşusuna, daha güclü oksidləşdiricilər tərəfindən isə xinona və ya hidroxinona oksidləşir. Katalitik reduksiya zamanı o, metiltsikloheksanollara və metiltsikloheksanonlara çevrilir. Kresol izomerləri, NH3 iştirakında xlorlu su ilə qarışdıqda rəngli birləşmələr əmələ gətirir: orto-krezol sarı-qəhvəyi rəng verir, , meta-krezol – yaşılımtıl, yaşıl, para-krezol — tünd sarıya, narıncı və ya qırmızıya çevrilir. Orto-, meta- və para-kresolun texniki qarışığı trikresol adlanır. == Tədbiqi == Onlar üzvi sintezdə həlledicilər və ya aralıq məhsullar kimi istifadə olunur.
Berol
Berol (fr. Bairols) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 15,24 km², əhalisi — 103 nəfərdir (2006) artım tendensiyası ilə: 108 nəfər (2012), əhalinin sıxlığı 7,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 109 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 108 nəfər.