Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arianna Sanna
Sanna Marin
Sanna Mirella Marin (16 noyabr 1985, Helsinki) — 10 dekabr 2019-cu ildən 2023-cü ilə qədər Finlandiyanın Baş naziri. O, 2015-ci ildən Sosial Demokrat partiyasından Finlandiya Parlamentinin üzvü və 6 iyun 2019 – 10 dekabr 2019-cu il arasında Nəqliyyat və Rabitə Naziridir. Antti Rinne baş nazir vəzifəsindən ayrıldıqdan sonra Finlandiya Sosial Demokrat Partiyası 8 dekabr 2019-cu ildə Marini yeni baş nazir vəzifəsinə namizəd seçdi. Parlament tərəfindən təsdiqləndikdən sonra, 34 yaşında Marin həm dünyanın ən gənc baş naziri, həm də Finlandiyanın ən gənc baş naziri oldu. O, həmçinin Mari Kiviniyemi və Anneli Yattenmyakidən sonra ölkəsinin üçüncü qadın baş naziridir. Marin 16 noyabr 1985-ci ildə Helsinkidə anadan olub və Tampereya köçməzdən əvvəl Espoo və Pirkkalada yaşayıb. Marin 2004-cü ildə 19 yaşında Pirkkala liseyini bitirib. 2017-ci ildə Tampere Universitetində inzibati elmlər magistri dərəcəsinə yiyələnib. Marin 2006-cı ildə Sosial Demokratik Gənclik partiyasına qoşulub və 2010-cu ildən 2012-ci ilə qədər birinci vitse-prezident vəzifəsində çalışmışdır. Marin 2008-ci ildə Finlandiya bələdiyyə seçkilərində namizəd idi, lakin seçilmədi.
Sanna Nilsen
Sanna Nilsen — İsveç müğənnisi. Nilsen Melodifestivalen 2014-ü qazanaraq 2014 Eurovision Mahnı Yarışmasında İsveçi "Undo" isimli mahnı ilə təmsil etməyə haqq qazandı. 2014 Eurovision mahnı Yarışmasının finalında isə 218 xalla 3-cü olmuşdu.
Boşanma
Boşanma — evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu proses ailənin dağılması kimi də tanınır. Əksər ölkələrdə boşanma üçün Məhkəmə və ya digər rəsmi orqanın qərarı tələb olunur. == Tarixi == Qadın hüquqlarına hörmət göstərməklə tanınan əski Misirlilərdə olduğu belə boşanma haqqı kişinin səlahiyyətində idi. Makedoniyalıların Misiri istilasından sonra hüquq sahəsində meydana gələn dəyişikliklər nəticəsində, qadınlara boşanma haqqı verilmişdir. Və beləliklə Yunan hüququna yaxınlaşdırılmışdır. Çin hüququna görə boşanma qarşılıqlı anlaşma və razılıqla ola bilərdi. Ailədə zina problemi yaşanmış olarsa, boşanma məcburidir. Hətta bu hal baş verərdisə kişi qadını satıb pulunu özünə belə götürə bilərdi. Qədim Brehman hüququnda fərqli nikah şəkilləri vardır.
Lozanna
Lozanna (fr. Lausanne [loˈzan]) — İsveçrənin cənub-qərbində şəhər, fransızdilli Vo kantonunun paytaxtı və Lozanna dairəsinin inzibati mərkəzi. Əhalisi — 136,6 min nəfər (2012-ci il), böyüklüyünə görə bölgənin dördüncü şəhəri. Mühacirlər şəhər əhalisinin 40%-ni təşkil edir. Aqlomerasiya daxilində 336,4 min nəfər yaşayır (2010-cu il).
Osanlu
Osanlu (Asanlu, Osalu, İsalu, Usanli) – Azərbaycan xalqının etnogenezində duran qurumlardan biri Osanlu elidir. Osanlular İranın Tehran və Simnan ostanlarında yaşayırlar. Osanlular İranın Zəncan ostanı ndan bu məntəqələrə köçürülüblər.
Oyonna
Oyonna (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Oşakan
Oşakan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kəndin ilk adı Uşakan olmuşdur. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Uşakan formasında, Qafqazın 5 verstlik xəritəsində Uşakan və Oşaqan formalarında qeyd edilmişdir. Yerli əhali - azərbaycanlılar kəndin adını Üşəyən formasında işlədirdilər. Toponim türk dilində «düz, hamar» mənasında işlənən üşəg sözünə -ən şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.
Rianna
Robin Rihanna Fenti (ing. Robyn Rihanna Fenty; 20 fevral 1988[…]) — barbadoslu müğənni, aktrisa, dəb dizayneri və iş qadını. XXI əsrin ən nüfuzlu musiqiçilərindən biri hesab olunur. 2005-ci ildə Rihanna, Def Jam Recordings ilə müqavilə bağladı və ilk iki albomu olan "Music of the Sun" və "A Girl Like Me" adlı albomlarının buraxılması ilə tez bir zamanda məşhur oldu. Karib musiqisinin elementlərini özündə birləşdirən bu albomların hər ikisi ABŞ Billboard 200 hit-paradında ilk onluğa daxil oldu. Rihanna 2007-ci ildə buraxdığı dans-pop janrında olan üçüncü studiya albomu "Good Girl Gone Bad" sayəsində dünya şöhrəti qazandı. Albomun ilk sinqlı "Umbrella" ABŞ Billboard Hot 100-də birinci pilləyə yüksəlmiş və ona "Qremmi" mükafatı qazandırmışdır. Rihanna pop, rəqs və R&B janrlarını qarışdıraraq "Rated R" (2009), "Loud" (2010), "Talk That Talk" (2011) və "Unapologetic" (2012) adlı studiya albomlarını təqdim etmişdir. Bu albomların hər biri Billboard 200 hit-paradına başçılıq etmişdir. Bu albomlar "Rude Boy", "Only Girl (In the World)", "What's My Name?", "S&M", "We Found Love" və "Diamonds" kimi bir sıra hitin yaranmasına səbəb oldu.
Sannua
Sannua (fr. Sannois) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Arjantey, kanton — Sannua. Əhalisi — 25 349 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 15 km şimal-qərb, Serji bələdiyyənin 16 km cənub- şərqdə yerləşir.
Yohanna
Yohanna Qudrun Yonsdottir (isl. Jóhanna Guðrún Jónsdóttir; 16 oktyabr 1990, Kopenhagen) – müğənni. Yohanna Qudrun Yonsdottir 16 noyabr 1990-cı ildə Danimarkanın Kopenhagen şəhərində anadan olmuşdur. Yohanna əsasən pop, soul, ballada, pop-rok və akustik musiqi janrlarında ifa edir. Danimarkada anadan olsa da, Yohannanın ailəsi tezliklə İslandiyanın paytaxtı Reykyavikə, oradan da Hafnarfyordur şəhərinə köçür. Artıq 10 yaşında olanda onun ilk albomu işıq üzü görür. 13 yaşınadək daha 2 albom buraxan Yohanna 2009-cu ildə “Is It True?” (“Bu həqiqətdirmi”) adlı mahnıyla İslandiyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edir və 218 xalla 2-ci olur. 2008-ci ildə Yohannanın “Butterflies and Elvis” (“Kəpənəklər və Elvis” adlı ilk professional albomu işıq üzü görür. Albom İslandiyada böyük rəğbətlə qarşılanır.
İnanna
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
Uşanka
Uşanka (rus. уша́нка) — rus papağı və ya qulaq papağı, rusların istifadə etdiyi xüsusi bir papaq növüdür. O, həm də hərbi formanın vacib hissəsidir. Soyuq havalarda baş, qulaq, boyun nahiyələrini qoruyur və isti saxlayır. Onlar xəzdən hazırlanır və soyuq bölgələrdə geniş istifadə olunur.
Susanna
Amellus (lat. Amellus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Haenelia Walp. Kraussia Sch.Bip.
Kanna
Kanna — İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir.
Manna
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Osaka
Osaka — Yaponiyanin böyüklükdə Tokiodan sonra ikinci şəhəridir. 1905-ci ildə Rusiyadan Yaponiyaya mühacirət etmiş tatar ailəsi Osakada ilk məscid tikdirmişdir.
Dəli Yuanna
Kastiliyalı I Yuanna (ing. Juana I de Castilla) və ya Dəli Yuanna (isp. Juana I la Loca; 6 noyabr 1479[…], Toledo – 12 aprel 1555[…], Tordesilyas[d], Kastiliya və Leon) – Kastiliya və Araqon kraliçası. == İlk illəri və təhsili == Yuanna 6 noyabr 1479-cu ildə Kastilya krallığının paytaxtı Toledo şəhərində dünyaya gəldi. Kastilya kraliçası I İzabella və Araqon kralı II Ferdinandın üçüncü övladı və ikinci qızı idi. Ağ bənizi, mavi gözləri və anası ilə bacısı Ketrində olduğu kimi narıncı saçları vardı. Ailənin Yuannadan başqa 4 övladı daha vardı: İzabella, Con, Mariya və Ketrin. Yuanna ağıllı və çalışqan bir şagird idi. Yeni qurulan Kastilya-Araqon ittifaqının gücünün qorunması üçün gələcəkdə siyasi evlilik qurması planlaşdırılırdı və bu məqsədlə mükəmməl təhsil aldı. Kralın qızı olduğu üçün nə Kastilya, nə də Araqon taxtına namizəd göstərilmirdi.
Euphorbia mosana
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Evanna Linç
Evanna Patrisiya Linç (ing. Evanna Patricia Lynch; irl. Evanna Pádraigín Ní Loingsigh; 16 avqust 1991) — irland aktrisa. == Həyatı == O, 1991-ci ildə Linç ailəsində anadan olmuşdur == Filmoqrafiya == "Harri Potter və Simurq Ordeni" "Harri Potter və Ölüm Hədiyyələri".
Kastilyalı Yuanna
Kastiliyalı I Yuanna (ing. Juana I de Castilla) və ya Dəli Yuanna (isp. Juana I la Loca; 6 noyabr 1479[…], Toledo – 12 aprel 1555[…], Tordesilyas[d], Kastiliya və Leon) – Kastiliya və Araqon kraliçası. == İlk illəri və təhsili == Yuanna 6 noyabr 1479-cu ildə Kastilya krallığının paytaxtı Toledo şəhərində dünyaya gəldi. Kastilya kraliçası I İzabella və Araqon kralı II Ferdinandın üçüncü övladı və ikinci qızı idi. Ağ bənizi, mavi gözləri və anası ilə bacısı Ketrində olduğu kimi narıncı saçları vardı. Ailənin Yuannadan başqa 4 övladı daha vardı: İzabella, Con, Mariya və Ketrin. Yuanna ağıllı və çalışqan bir şagird idi. Yeni qurulan Kastilya-Araqon ittifaqının gücünün qorunması üçün gələcəkdə siyasi evlilik qurması planlaşdırılırdı və bu məqsədlə mükəmməl təhsil aldı. Kralın qızı olduğu üçün nə Kastilya, nə də Araqon taxtına namizəd göstərilmirdi.
Ksanfa (okeanida)
Ksanfa (və ya Ksanta) (yun. Ξάνθη "sarışın") — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı.
Lozanna Konservatoriyası
The Lozan Haute école de musique (HEMU, 2010-cu ildən qabaq İnkişaf etmiş Musiqi Araşdırmaları İnstitutu kimi tanınan, 1861-ci ildə Lozan Konservatoriyası olaraq qurulmuşdur) — İsveçrənin Fransız dilli qərb hissəsindəki Romandayda yerləşən bir İsveçrə musiqi məktəbidir. Qərbi İsveçrə Tətbiqi Elmlər Universitetinin qurucu bir təşkilatıdır.
Lozanna Universiteti
Lozanna universiteti (fr. Université de Lausanne, UNIL) — İsveçrənin fransız hissəsinin, Lozanna şəhərində yerləşən universitet. == Tarixi == Universitet 1887-ci ildə 1537-ci ildən fəaliyyət göstərən ilahiyyat məktəbi (Akademiya da adlandırılmış) əsasında təşkil olunmuşdur. 1898-1906-ci illərdə Lozanna Universiteti üçün Lozannada doğulan Qavril Rumin (fr. Gabriel de Rumine) tərəfindən verilmiş malliyə ilə yeni bina inşa edildi. 1840-cı ildən Lozannada yaşayan Rominin rus ailənsinidə anadan olub. 1980-ci illərə qədər universitet "Rumıniya Sarayı" adını daşıyarkən binada yerləşirdi. Hal-hazırda, Lozanna Universiteti Dorinyi şəhərənin yaxınlığında, Cenevrə gölü sahillərində xüsusi olaraq inşa edilmiş bir kampusa daxildir. == Strukturası == Hal-hazırda Lozanna Universitetində təxminən 12.000 tələbə və 2200 tədqiqatçı var. Dünyanın müxtəlif ölkələrindən təxminən 1500 tələbə, müxtəlif təhsil proqramlarında təhsil alan, dünyanın tanınmış universitetləri ilə mübadilə proqramları da daxil olmaqla təhsil alırlar.
Lozanna müqaviləsi
Lozanna müqaviləsi — 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Birinci dünya müharibəsini məğlub bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi.