Üçüncü Lozanna konfransında türk-tatar heyəti
Üçüncü Lozanna konfransında türk-tatar heyəti — Rusiya imperiyası türk xalqlarının millətlər birliyinin üçüncü Lozanna konfransında (1916, 27-29 iyun) iştirak edən nümayəndə heyəti.
Nümayəndə heyətinin tərkibinə azərbaycanlılardan Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu, Kazandan Yusif Akçura və İbrahim Əbdurrəşid, buxaralı Beycan Mukiməddin, qazax və qırğızlar adından Məhəmmədsəfər Əhmədov, Dağıstandan qumıq Əhmədsaib Kaplanov, Seyid Tahir, çərkəz Əziz Məkər və b. daxil idilər. Heyət üzvləri İsveçrə, Osmanlı dövləti, Bolqarıstan, Almaniya və Avstriya-Macarıstanda konfranslar keçirərək ictimai rəyi Rusiya İmperatorluğunda yaşayan türklərin problemlərinə yönəltməyə çalışmışlar. Üçüncü Lozanna konfransında nümayəndə heyətinin birgə mətn təqdim etmək hüququ olmadığı üçün nümayəndələr ayrı-ayrılıqda öz millətlərinin vəziyyəti, haqlarının pozulması barədə çıxışlar etmiş, onların həlli yollarını göstərmişdilər. Konfransın gedişində nümayəndə heyəti üzvlərinin tələbləri çap edilərək (18 səhifə) yayımlanmışdır. Nümayəndələr konfransa hələ 1915-ci ilin dekabrında çap olunmuş memorandum təqdim etmişdilər. Memorandumda deyilirdi:
Bununla belə, müharibədə Rusiyaya qarşı hərbi əməliyyatlar aparan dövlətlər türk və müsəlman xalqlara diqqətlərini artırsalar da, onların hüquqlarının müdafiəsi üçün əməli addımlar atmadılar.
Əli bəy Hüseynzadə
Əhməd Ağaoğlu
Məmmədzadə M.B., Milli Azərbaycan hərəkatı. B..