Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İvar Osen
İvar Andreas Osen (norv. Ivar Andreas Aasen; 5 avqust 1813[…], Ersta[d] – 23 sentyabr 1896[…], Kristianiya[d]) — Norveç filoloqu, leksikoqrafı və şairi. O, növbədə Norveç dilinin yazılı formalarından biri olan Nyunorskun yaradıcısı kimi tanınır. Osen həmçinin, şair kimi də tanınır. O, "Norveçli" poemasının müəllifidir. İvar Andreas Osen 5 avqust 1813-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, ibtidai sinif müəllimi işləmişdir. Osen Norveçin bir çox yerlərini gəzdikdən sonra "Norveç xalq dilinin qrammatikası" (norv. Det Norske Folkesprogs Grommatik, 1842) və "Norveç xalq dili lüğəti" (Ordbog Over det Norske Folkessprog, 1850) əsərlərini nəşr etdirərək Landsmolun əsasını qoymuşdur. Onun botanika üzrə əsərləri, şeirlər toplusu və lirik dram əsərləri də var.
Oşen (dairə)
Oşen dairəsi (ing. Ocean County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi.
İvar Andreas Osen
İvar Andreas Osen (norv. Ivar Andreas Aasen; 5 avqust 1813[…], Ersta[d] – 23 sentyabr 1896[…], Kristianiya[d]) — Norveç filoloqu, leksikoqrafı və şairi. O, növbədə Norveç dilinin yazılı formalarından biri olan Nyunorskun yaradıcısı kimi tanınır. Osen həmçinin, şair kimi də tanınır. O, "Norveçli" poemasının müəllifidir. İvar Andreas Osen 5 avqust 1813-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, ibtidai sinif müəllimi işləmişdir. Osen Norveçin bir çox yerlərini gəzdikdən sonra "Norveç xalq dilinin qrammatikası" (norv. Det Norske Folkesprogs Grommatik, 1842) və "Norveç xalq dili lüğəti" (Ordbog Over det Norske Folkessprog, 1850) əsərlərini nəşr etdirərək Landsmolun əsasını qoymuşdur. Onun botanika üzrə əsərləri, şeirlər toplusu və lirik dram əsərləri də var.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Dosent
Dosent (lat. docere – öyrətmək) — ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə. == Haqqında == Dosent vəzifəsi ali məktəblərdə ən azı 5 il çalışmış, elmi təcrübəsi olan şəxslərə verilir. O həm də elmi-tədqiqat müəssisələrində (məsələn Akademiya sistemində) elmi ad kimi verilə bilər. Dosent elmi adı ali məktəbin Elmi Şurası tərəfindən verilir və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Böyük pedaqoji təcrübəyə malik mütəxəssislərə elmi dərəcə olmadan da dosent adı verilə bilər.
Onsen
Onsen (yap.温泉), Yapon dilində isti bulaq deməkdir. Ancaq bu terminə ümumiyyətlə isti bulaq və ətrafındakı müəssisələri də aid etmək olar. Onsen Yapon ənənələrinə görə formalaşmış bir növ kurortdur. Vulkanik ölkə olduğundan onsenlər ölkənin bir çox yerində var. Onsenlər qədim vaxtlardan ictimai hamam kimi istifadə olunur. Hal-hazırda isə Yaponiya daxili (yerli) turizminin vacib bir hissəsidir. Buralarda yapon geyşaları çalışır. Onsenlerin bir çox növü var. Açıq və ya bağlı, bələdiyyə tərəfindən ya da xüsusi olaraq bir hotelin hissəsi və ya pansion olaraq idarə edilən və sair. Sıxlıqla çöl sahələrdə etmələrinə baxmayaraq, böyük şəhərlərdə olanları da vardır.
Osamu
Osamu — Yaponiya adı Osamu Dezaki — Yaponiya animasiya rejissoru və ssenarist. Osamu Tezuka — yapon Manqaka sənətçisi. Osamu Yamaci — keçmiş Yaponiya futbolçusu. Osamu Taninaka — keçmiş Yaponiya futbolçusu. Osamu Maeda — keçmiş Yaponiya futbolçusu. Osamu Dazai — Yaponiya yazıçısı.
Osanlu
Osanlu (Asanlu, Osalu, İsalu, Usanli) – Azərbaycan xalqının etnogenezində duran qurumlardan biri Osanlu elidir. Osanlular İranın Tehran və Simnan ostanlarında yaşayırlar. Osanlular İranın Zəncan ostanı ndan bu məntəqələrə köçürülüblər.
Ostenf.
Karl Emil Hansen Ostenfeld (dan. Carl Emil Hansen Ostenfeld; 3 avqust 1873 – 16 yanvar 1931, Kopenhagen) — Danimarka botaniki, mikoloqu, alqoloqu. Ostenfeldiella Ferd. & Winge, 1914 (=Plasmodiophora) Euphrasia ostenfeldii (Pugsley) Yeo, 1971 Hieracium ostenfeldii Dahlst., 1903 Posidonia ostenfeldii Hartog, 1970 Taraxacum ostenfeldii Raunk., 1906 Paulsen, Ove, 1931. C. H. Ostenfeld. Botanisk Tidsskrift, bd. 41. Nelson, E. Charles & Mary J. P. Scannell, 1978. C. E. H. Ostenfeld's Western Australian plants in the Herbarium, National Botanic Gardens, Glasnevin. Glasra 2: 1–24.
Otena
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Pşent
Pşent (düzgün pa-sxemit q.misir sḫm.tỉ "iki güclü" q.yun. ψχεντ "psxent") Qədim Misir fironlarına məxsus iki tacın : Aşağı Misir hökmdarlarına məxsus qırmızı "deşret"in və Yuxarı Misir hökmdarlarına məxsus ağ "hecet" ilə birləşməsindən yaranmışdır.
Öksən
Öskən (əvvəlki adı: Oskən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsi tərkibindəki Oskən kəndi Öskən kəndi adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, oykonim "geniş yer" mənasındadır. Tədqiqatçılar isə kəndin adını türk dillərindəki öski sözü ilə bağlayaraq "yüksəklikdə yerləşən kənd" mənasında izah edirlər. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Öləng
Öləng — qədim türk su və yaşıllıq tanrıçası, Göy Tanrının zövcəsi və həkimlərin, qadınların, körpələrin himayədarı sayılırdı. Фарид Алекперли — Медицина в Азербайджане. İRS Jurnalı. No. 1 (9), 2004.
Öpsən
Öpsən (mahnı) — Aygün Kazımovanın mahnısı
Öskən
Öskən (əvvəlki adı: Oskən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsi tərkibindəki Oskən kəndi Öskən kəndi adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, oykonim "geniş yer" mənasındadır. Tədqiqatçılar isə kəndin adını türk dillərindəki öski sözü ilə bağlayaraq "yüksəklikdə yerləşən kənd" mənasında izah edirlər. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Odens
Odens Danimarkanın üçüncü ən böyük (Kopenhagen və Orhusdan sonra) və Funen adasında yerləşən ən böyük şəhəridir. 1 yanvar 2023-cü il tarixinə əsasən şəhərin əhalisinin sayı 182.387 nəfər olmuşdur. Odens Bələdiyyəsinin ərazisində isə 207.762 əhali yaşayırdı, bu isə onu Danimarkanın dördüncü ən böyük bələdiyyəsi edir (Kopenhagen, Orhus və Aalborq bələdiyyələrindən sonra). Avrostat və İƏİT-nin 1 iyul 2022-ci il məlumatına görə Funen əyalətindəki (Danimarka: >landsdel) bütün bələdiyyələri əhatə edən Odense Böyükşəhər (aqlomerasiya) ərazisində 504,066 nəfər əhali yaşamaqdadır. Şəhər 1970-ci ilə qədər Odens qraflığının, 1970-ci ildən 2007-ci ilin yanvarın birinə qədər, Cənubi Danimarka Bölgəsinin bir hissəsinə çevrildiyi vaxta qədər, Funen qraflığının mərkəzi olmuşdur. Odense hər şeydən əvvəl nağılları ilə yadda qalan Hans Kristian Andersenlə sıx əlaqəyə malikdir. O, 1805-ci ildə bu şəhərdə anadan olub və uşaqlıq illərini burada keçirib. Odense ərazisində 4000 ildən artıqdır ki, insan məskənləri salınıb, baxmayaraq ki, eramızın 988-ci ilinə qədər heç yerdə şəhər haqda yazılı məlumat tapmaq mümkün olmayıb, 1070-ci ildə Odens artıq çiçəklənən bir şəhərə çevrilmişdir. Son Vikinq kralı hesab edilən Danimarkalı IV Kanut , 10 iyul 1086-cı ildə burada kəndlilər tərəfindən öldürülüb. Şəhər 1249-cu ildə saray savaşlarından sonra yandırılsa da, o, tez bir zamanda bərpa edilib Orta əsrlərin ticarət mərkəzinə çevrildi.
Xoselu
Xose Luiz Mato Sanmartin qısaldılmış adı ilə Xoselu (27 mart 1990, Ştutqart) — İspaniya peşəkar futbol liqası klublarından Real Madridin heyətində hücumçu mövqeyində çıxış edən, müqavilə ilə Sequnda Divizion təmsilçisi Espanyola məxsus İspaniya millisinin futbolçusudur. 27 mart 1990-cı ildə Qərbi Almaniyanın Ştutqart şəhərində anadan olan Xoselu karyerasına 2009-cu ilin yayında Real Madrid tərəfindən satın alınmazdan əvvəl Selta Viqoda başlayıb.
OSINT
Açıq mənbə kəşfiyyatı (ing. Open-source intelligence, OSINT) — açıq mənbələrdən toplanmış məlumatların (gizli mənbələr və ictimaiyyət üçün açıq olan məlumat) toplanması və təhlili, hərəkətə keçə bilən kəşfiyyat məlumatlarının hazırlanması. OSINT ilk növbədə milli təhlükəsizlik, hüquq-mühafizə və biznes kəşfiyyatı funksiyalarında istifadə olunur və əvvəlki kəşfiyyat fənləri üzrə məxfi, təsnifləşdirilməmiş və ya xüsusi kəşfiyyat tələblərinə cavab vermək üçün qeyri-həssas kəşfiyyatdan istifadə edən analitiklər üçün dəyərlidir. Politoloq Cefri T. Riçelsonun fikrincə, "açıq mənbələrdən məlumat əldə etmək qanuni yolla əldə edilə bilən şifahi, yazılı və ya elektron şəkildə ötürülən materialların alınmasını nəzərdə tutur. İnternet vasitəsilə əldə edilən və ya insan mənbəyi tərəfindən təqdim edilən sənədlər və videolardan əlavə, digərləri ABŞ və ya müttəfiq qüvvələrin əvvəllər xarici hökumət və ya terror qruplaşması tərəfindən idarə olunan obyekt və ya sayta nəzarəti ələ keçirdikdən sonra əldə edilir". ABŞ-dəki OSINT öz mənşəyini 1941-ci ildə xarici yayımların monitorinqinə cavabdeh olan Xarici Yayımların Monitorinqi Xidmətinin (FBMS) yaradılması ilə bağlayır. Onların işinə misal olaraq Parisdə portağalların qiymətindəki dəyişikliklərin İkinci Dünya Müharibəsi zamanı dəmir yolu körpülərinin uğurlu bombalanması ilə əlaqəsi göstərilirdi. Aspin-Brown Komissiyası 1996-cı ildə ABŞ-nin açıq mənbələrə çıxışının "ciddi çatışmazlıq" olduğunu və bunun həm maliyyələşdirmə, həm də DCI diqqəti üçün "əsas prioritet" olması lazım olduğunu bildirdi. 2004-cü ilin iyulunda, 11 sentyabr hücumlarından sonra, 11 Sentyabr Komissiyası açıq mənbəli kəşfiyyat agentliyinin yaradılmasını tövsiyə etdi. 2005-ci ilin mart ayında İraq Kəşfiyyat Komissiyası CIA-da açıq mənbəli bir idarənin yaradılmasını tövsiyə etdi.
Eşen
Eşen- (alm. Eschen‎)-Lixtenşteyn knayzlığında şəhər. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 4215 nəfər, sahəsi isə 10,381 km²-dir. Rəsmi kodu 7007, poçt indeksi 9492-dir. == Tarixi == Eşenin ərazisində qədim yaşayış məntəqələrindən olan Malanser və Şnellər yerləşir. Burada Roma imperiyasından qorunmaq üçün qədim hasarlar aşkar edilmişdir. Eşen adı ilk dəfə 850-ci ilın yazılarında rast gəlindiki, orada da Essan kimi adlandırılırdı.1217-ci ildən knyazlığın tərkibinə daxil edildi. == İqtisadiyyatı == Burada iqtisadiyyat və ticarət yaxşı inkişaf edib. Həmçinin idman kompleksləri də burada çoxluq təşkil edir.
Oben
Oben (Averon)
Oden
Oden (yapon. おでん, 御田) — Yaponiyanın qış yeməyinin bir növü. Qaynadılmış yumurta, ağ turp, şərab suyunda balıq kotleti və s. daxildir. Çox zaman bu yeməyi bişilərkən xardalda əlavə olunur. Regiondan və ailədən asılı olaraq odenin bişirilməsi fərqli olur. Bu səbəbdən onun dəqiq resepti olmur. Yaponiya ilə yanaşı oden Cənubi Koreyada və Tayvanda da yayılmışdır. Kansoi əyalətində kanta adlanır. Çində hər 7–11 marketdə oden "haodun" (好炖) adlanır.
Olen
Olen (padşah) — qədim yunan mifologiyasında personaj, Olen şəhərinin eponimi. Olen (Axeya) — Yunanıstanda, qədim Axeyada polis (şəhər-dövlət). Olen (Etoliya) — Cənubi Etoliyada, Axeloos və Evinos çayları arasında, Arakintos dağının ətəyində qədim şəhər.
Dəyirman oyunu
Dəyirman — qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlar dairəvi əyləşirlər. Başçı əlində çubuq, başı papaqsız ortada dayanır. Qalan uşaqların başında papaq olur. Başçı çubuğu yerə vurub uşaqları qorxudur. Hamı əl çala-çala deyir: — Tağı-tağı, tağbatağı… Bu sözləri 4–5 dəfə təkrar edəndən sonra başçı sağdan bir uşağın papağını götürüb öz başına qoyur. Papağı götürülən uşaq da yanında olan uşağın papağını götürüb öz başına qoyur. Bu hərəkət dairənin sonuna qədər gedir. Bu minvalla papaqgötürmə 4–5 dəfə dövrə vurur. Papaqlar tez hərlənir, uşaqlar əl vurub "Tağı-tağı, tağbatağ" deyirlər.
Elizabet Olsen
Elizabet Çeyz "Lizzi" Olsen (16 fevral 1989, Los-Anceles) — ABŞ aktrisası. "Qodzilla" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Səssiz ev" (2011), "Humanitar elmlər" (2012), "Marta, Mersi Mey, Merlin" (2011) filmlərindəki rollarına görə tanınmışdır. "Marta, Mersi Mey, Merlin" filmindəki çıxışına görə bir neçə mükafatın laureatı olmuşdur. == İlk illəri və təhsili == Elizabet Olsen 1989-cu ildə şəxsi menecer Cernet Cerninin və ipoteka bankiri Devid Olsenin qızı kimi Los-Anceles şəhərinin Şerman Oaks adlı hissəsində anadan olmuşdur. Bacıları Meri-Keyt və Eşli Olsen hənc yaşdaykən TV şousunda məşhurlaşmışdılar. Trent Olsen adlı böyük qardaşı da var. 1996-cı ildə Elizabetin valideynləri boşanmışdırlar. Elizabet Olsen ata tərəfdən norveçli, ana tərəfdən ingilis kökləri var. Uşaq yaşlarında Elizabet balet və musiqi dərslərinə getmişdir. Kiçik ikən bacılarının filmlərində görünmüşdür.
Goşen (Vayominq)
Goşen Rayonu (ing. Goshen County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 12 538 nəfər olmuşdur. Rayonun paytaxtı Torrinqton şəhəridir.