Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Botrop
Botrop (alm. Bottrop‎) — Almaniyada şəhər.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Kərim Otarov
Kərim Otarov (qaraç.-balk. Отарланы Сарамурзаны жашы Керим; 15 may 1912, Tırnıauz – 13 oktyabr 1974, Nalçik) — Balkar şairi və tərcüməçisi. Kabardin-Balkar Respublikasının xalq şairi. == Bioqrafiya == 1912-ci ildə Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində kəndli ailəsində anadan olub. Pedaqoji məktəbi (1934), sonra Kabardin-Balkariya Universitetini (1963) bitirmişdir. 1938-1941-ci illərdə Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqına rəhbərlik edir. Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə yaralandığı üçün ordudan tərxis edilir. Balkar xalqı ilə birlikdə Qırğızıstan SSR-ə deportasiya edilmiş və Frunze şəhərində (indiki Bişkek) qəsəbələrdən birində yaşamışdır. Kərim Otarov 1956-cı ildə Nalçikə qayıdır.
Qonşum Totoro
Qonşum Totoro (となりのトトロ Tonari no Totoro) - Hayao Miyazakinin 1988-ci ildə yaratdığı tammetrajlı animasiya filmi. Film doqquz yaşlı Satsuki və beş yaşlı Meyın meşənin gözətçisi ruh Totoro ilə gorüşdən bəhs edir. Ailə kəndə köçəndən sonra qızlar yaşadığı evdə susuvatari ruhları ilə qarşılaşırlar. Kiçik Mey evdə tək olarkən meşənin yanında kiçik bir ruh görür.. Kiçik ruh onu böyuk ruhun, boyük ruh isə nəhəng Totoronun yanına gətirir. Ardınca Setsuki də avtobus dayancağında atasını gözləyərkən Totoro ilə tanış olur. Totoro onlara bambuk yarpaqlarına bükülmüş tumlar verir, qızlar tumları əkir, Totoro isə tumların boy artmağına kömək edir. Gələn gün xəstəxanadan xəbər gəlir, ki qızların anası gələcək bazar günü evə qayıda bilməyəcək. Əhvali-ruhiyyəsi pozulmuş Mey bacısından küsür və anasını axtarmağa gedir və yolda itir. Satsuki və qonşuları Meyın axtarışına düşür, lakin onu tapa bilmirlər.
Torup adası
Torup adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında yerləşir. Ada daim buzla örtülü olmur. Burada 128 metr hündürlüyə malik qaya vardır. Ada 1,5 km uzunluğa, 500-600 metr enə malikdir. Ada norveçli fiziologiya professoru, bir çox Norveç ekpedisiyalarının təşkilatçılarından biri olan Sofus Torupun şərəfinə adlandırılmışdır.
Toros Toromanyan
Toros Arutyunoviç Toromanyan (həmçinin Toramanyan, erm. Թորոս Հարությունի Թորամանյան; 18 mart 1864 – 1 mart 1934, İrəvan) — erməni mənşəli Osmanlı və SSRİ memarı və arxeoloqu, Ermənistan memarlıq tarixinin tədqiqatçısı. Ermənistan SSR əməkdar elm xadimi (1933). 1864-cü ildə Osmanlı imperiyasının Şapin-Karahisar şəhərində anadan olmuşdur. O, Konstantinopol Rəssamlıq Akademiyasını bitirdikdən sonra Konstantinopolda, sonra 1896-cı ildə köçdüyü Bolqarıstanda, həmçinin Rumıniyada şəxsi və ictimai binaların layihələndirilməsi ilə məşğul olmuşdur. 1902-ci ildə Toramanyan Aniyə ekspedisiyada iştirak etmək təklifini qəbul etmişdir. O, 1903-cü ildə buraya gəlmiş və Nikolay Marrın ekspedisiyasına qoşulmuşdur. 1904-cü ildə Toramanyan arximandrit Xaçik Dadyanın dəvəti ilə Zvartnots kilsəsinin qazıntılarına qoşulmuşdur. O, 1905-ci ildə tədqiqatının nəticələrini "Zvartnots məbədi" əsərində dərc etmişdir. 1921-ci ildə Ani Türkiyə ərazisinin bir hissəsi olduqdan sonra Toramanyan orada tədqiqat aparmaq imkanını itirmişdir.
Toros qurbağası
Toros qurbağası (lat. Pelophylax ridibundus) — Türkiyədə orta uzunluğu 6 sm-dən 7,5 sm-ə qədər olan Ranidae fəsiləsindən olan endemik qurbağa növüdür. Bundan əlavə, dünyada oxumayan yeganə qurbağa növü Toros qurbağasıdır. Orta Toroslarında yerləşən Bolkar dağlarında yalnız Çiniligöl (2600 m.) və Qaragöldə (2500 m.) yaşadığı düşünülürkən 2007-ci ildə aparılan araşdırmalar nəticəsində onun bu dağın 3000 m yüksəkliyində, Əyrigöl bölgəsində yaşadığı ilk dəfə müəyyən edilib. Bu növün morfoloji quruluşu arxa tərəfində sarı, yaşıl və qara naxışlarla müşahidə oluna bilər, qarın isə çəhrayı və ya sarımtıl rəngdədir. Onların əsas qidası göl kənarındakı çəmənliklərdə yaşayan böcəklər və digər buğumayaqlılardır. 1990-cı illərdə Toros qurbağasının kürü tökdüyü göllərə düşünülmədən gətirilən güzgü sazan balığı səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Toros qurbağalarının yaşayış yeri çox dardır, ona görə də onların nəsli təhlükə qarşısındadır. Bu qurbağaların məskəni olan dağ göllərinə gedən yolların uzadılmaması, düşərgəyə icazə verilməməsi və göllərə nəzarət edilməsi ilə növlərin qorunması mümkündür. 2007-ci ilin oktyabrında Niğdə Ekologiya və Meşə İl Müdiri Metin Süzgəç Toros qurbağalarının sayında əhəmiyyətli artım müşahidə etdiklərini açıqlamışdır.
Melisa Toros
Melisa Toros (28 iyul 1986, İstanbul) — türkiyəli aktrisa və aparıcı. O, "S'nek" kanalında Fulya və Neşe ilə "əks cinsin casusları" adlı televerilişin aparıcısı olub. 2013-cü ildə "Show TV"də "Hər şey yolunda mərkəz" teleserialında rol alıb. O, çox gənc yaşlarından balet və musiqi təhsili alıb. Bir neçə ildir ki, aktyorluğa maraq göstərir. O, aktyorluq təhsili alıb, Beykent Universitetinin aktyorluq fakültəsinə daxil olub. Bu arada o, Anadolu Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alır.
My Neighbor Totoro
Qonşum Totoro (となりのトトロ Tonari no Totoro) - Hayao Miyazakinin 1988-ci ildə yaratdığı tammetrajlı animasiya filmi. Film doqquz yaşlı Satsuki və beş yaşlı Meyın meşənin gözətçisi ruh Totoro ilə gorüşdən bəhs edir. Ailə kəndə köçəndən sonra qızlar yaşadığı evdə susuvatari ruhları ilə qarşılaşırlar. Kiçik Mey evdə tək olarkən meşənin yanında kiçik bir ruh görür.. Kiçik ruh onu böyuk ruhun, boyük ruh isə nəhəng Totoronun yanına gətirir. Ardınca Setsuki də avtobus dayancağında atasını gözləyərkən Totoro ilə tanış olur. Totoro onlara bambuk yarpaqlarına bükülmüş tumlar verir, qızlar tumları əkir, Totoro isə tumların boy artmağına kömək edir. Gələn gün xəstəxanadan xəbər gəlir, ki qızların anası gələcək bazar günü evə qayıda bilməyəcək. Əhvali-ruhiyyəsi pozulmuş Mey bacısından küsür və anasını axtarmağa gedir və yolda itir. Satsuki və qonşuları Meyın axtarışına düşür, lakin onu tapa bilmirlər.
Otomo no Tabito
Otomo no Tabito (yapon dilində: 大伴 旅人, 665[…] – 31 avqust 731, Nara) — Yapon şairi, Otomo no Yakamoçinin atası kimi yaxşı tanınır. Otomo no Tabito 665-ci ildə anadan olub. O, Nara dövrünün ən məşhur şairlərindən biri, tanınmışnəsildən olan (Otoma nəslindən) şair Tabitodur. O, Yamanoue no Okuranın dostu olub. Tabitonun sarayda yüksək postu var idi, lakin sonra da saraylaarasında müxtəlif münasibət yarandığı zaman bir müddət sərgərdan gəzib-dolanmağa məhkum olmuşdu, yalnız ömrünün axırına yaxın paytaxta qayıtmışdır. O da Yamanoue no Okura kimi savadlı adam idi, Çin ədəbiyyatı və fəlsəfəsini yaxşı bilirdi. Çin ədəbiyyatını və fəlsəfəsini yaxşı bilməsi onun yaradıcılığına da bir iz qoymuşdur, bununla belə o, milli zəmindən uzaqlaşmamışdı, onun poeziyası onu əhatə edən gerçəkliklə üzvi surətdə bağlı idi və öz yaradıcılığında bu gerçəklikdən çox süjetlər götürmüş və xalq mahnılarından, bu mahnıların bədii priyomlarından çox bəhrələnmişdi. Otomo no Tabitonu "Manyoşu"nun məşhur olan beş şairindən biri adlandırırlar. Həmin əsərə Otomo no Tabitonun 78 tankasıı və 1 naqautasl daxildir. Tabito Hitomaronun müasiri, onun dostu isə Yamanour-no Okura idi.
Turop Van Orman
Mark "Turop" Eşton Van Orman (26 aprel 1976, Norfolk, Virciniya) — amerikalı karikaturaçı, animasiyaçı, ssenarist, prodüser, rejissor və səsləndirmə aktyoru. O, 2008–2010-cu illərdə Cartoon Network telekanalında yayımlanan "Flepcek" cizgi serialının yaradıcısı və icraçı prodüseri olmuşdur. Üstəlik bu serialda o, həmçinin baş qəhrəman olan Flepceki səsləndirmişdir. Van Orman rejissorluq debütünü 2019-cu ildə ekranlara çıxan "Qəzəbli quşlar 2" filmi ilə etmişdir. Van Orman Virciniya ştatının Norfolk şəhərində doğulub böyüyüb. Van Orman CalArts-da animasiya üzrə təhsil almazdan əvvəl Zantaro adlı videooyun şirkətində çalışıb. O, "Camp Lazlo", "The Powerpuff Girls" və "The Grim Adventures of Billy & Mandy" cizgi serialları üçün hekayə rəssamı və ssenari müəllifi kimi fəaliyyət göstərib. O, həmçinin "Macəra zamanı" və "Sanjay and Craig" serialının ilk mövsümünün prodüseri olmuşdur. Turop bundan əlavə DeviantArt-da pərəstişkarlarının fan-artına cavab verməklə tanınır. Van Ormanın qardaşı Conni, onu "Flepcek" serialını yaratmaqda və Cartoon Network-da animasiya sahəsində karyera qurmağa ruhlandırıb.
Cim Torp
Cim Torp (tam adı: Ceyms Frensis Torpe, ing. James Francis Thorpe; ən tezi 22 may 1887 və ən geci 28 may 1888 – 28 mart 1953) — Amerikalı idmançı, müasir idman dünyasının çox istiqamətli atletlərindən biri sayılır. Olimpiadalarda "pentatlon" ve "dekatlon" (atletizmdə müsabiqə növləri) üzrə qızıl medal sahibi, eyni zamanda amerikan futbolunda kollec və peşəkar liqalarda ulduz oyunçu, Amerika milli beysbol liqasında oyunçu və basketbolda karyerası olan bir idmançıdır. Olimpiadalarda yarışmadan əvvəl ikinci beysbol liqasında iki mövsüm peşəkar olaraq oynadığı ortaya çıxanda həvəskar müsabiqə qaydalarına zidd olması səbəbindən medallarını itirmişdir. Ancaq ölümündən otuz il sonra 1983-cü ildə bu medallar ona təkrar verilmişdir. == İstinadlar == == Ədəbiyyat == The Best of the Athletic Boys: The White Man's Impact on Jim Thorpe, Jack Newcombe, 1975. Jim Thorpe, the Legend Remembered, Rosemary Kissinger Updyke, 1997 In the Matter of Jacobus Franciscus Thorpe, The 1912 Olympic Games — Results for All Competitors in All Events, with Commentary içinde, Bill Mallon and Ture Widlund, 2002. The Complete Book of the Summer Olympics (Sydney 2000 Edition) David Wallechinsky, 2000. Jim Thorpe: The World's Greatest Athlete Robert W. Wheeler, 2003 History Detectives: The Jim Thorpe Ticket PBS, 2005.
Puerto Toro
Puerto-Тоrо — kiçik Çili kəndi olaraq Odlu Torpaq arxipelaqına daxil olan Navarino adasındadır. Kənd Biql boğazı sahilində yerləşir. Kəndə 36 nəfər yaşayır. Balıqçılar və onların ailə üzvlərindən ibarətdir. Qütb stansiyalarını çıxmaq şərti ilə Puerto Toro Cənub qütbünə ən yaxın və Cənub yarımkürrəsinin ən cənubda yerləşən yaşayış məntəqəsidir. Bəzən isə bu göstəriçidə Puerto-Vilyam qəsəbəsi və ya Uşuya şəhəri gösdərilir. XIX əsrdə kənd qızıl hərisliyi zamanı kiçik şəhərə çevrilir. Puerto Toro təkcə balıq ovu seçilmir. Burada həmcinin cənub dəniz krabı ovlanılır. Kənd bütünllüklə Magellan meşələri içərisində yerləşir.
Toro (fənər)
Toro ( "işıq səbəti", "işıq qülləsi") - daş, ağac və ya metaldan hazırlanan ənənəvi yapon çırağıdır. Yapon memarlığının digər elementləri kimi toro da Çin mənşəlidir. Yaponiyada torolar adətən buddist məbədlərinin qarşısında xətt boyunca düzülərək yolu işıqlandırırdı. Heyan dövrü ərzində onlar şintoist məbədləri, həmçinin həyət evlərində istifadə olunmağa başlamışdır. Daş və tuncdan olan çıraqlardan saxlanılanlardan ən qədimi Nara şəhərində tapılmışdır. Tayma-ci məbədində Nara dövrünə aid edilən daş çıraq vardır. Azuçi-Momoyama dövründə (1568- 1600) bu daş çıraqlar yapon çay mərasimləri ustaları sayəsində populyarlıq qazanmışdır. Belə ki bu çıraqlardan çay bağlarının bəzədilməsində istifadə olunurdu. Tezliklə onlar öz ehtiyaclarının ödəmək üçün yeni müxtəlif növ çıraqlar ixtira etməyə başladılar. Müasir bağ və parklarda onlar dekorativ məqsədlə saxlanılır və yola, suya və ya bina divarlarına yaxın yerdə yerləşdirilir.
Torp (Şəbüstər)
Torp (fars. ترپ‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 726 nəfər yaşayır (208 ailə).
Oloron-Sent-Mari (rayon)
Oloron-Sent-Mari (fr. Oloron-Sainte-Marie) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Atlantik Pireney. Suprefektura — Oloron-Sent-Mari. Rayon əhalisi 2006-cı ildə 73 692 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 26 nəf / km². Rayon ərazisi — 2885 km².
Vtoroy adası (Karaqin rayonu)
Vtoroy adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa burnundan şimal-qərbdə, Konus və İviniçamandan şimal-qərbə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir.
Vtoroy adası (Penjin rayonu)
Vtoroy adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Penjin körfəzində, Treti adası və Melkovodnı körfəzindən cənub-şərqdə, Elistratova burnu və yarımadasından cənubda, Kraynı adasından isə şimalda yerləşir. İnzibati baxımından Kamçatka diyarı Penjin rayonu ərazisinə daxildir.
Henri Devid Toro
Henri Devid Toro (12 iyul 1817[…], Konkord[d], Konkord[d], ABŞ – 6 may 1862[…], Konkord[d], ABŞ) — Amerika idealist filosofu və yazıçısı; Ralf Uold Emersonun başçılıq etdiyi Transsendentalistlər dərnəyinin üzvü. Toronun baxışları Avropa romantiklərinin, xüsusilə Karleylin və Russonun təsiri altında təşəkkül tapmışdır. Şərq fikrinin təsiri də görünür. Xırda burjua mövqelərindən kapitalizmin istismarçı mahiyyətini, onun mədəniyyətini tənqid etmişdir. O yazırdı: "Bir sinfin dəbdəbəsi digər sinfin yoxsulluğu ilə tarazlığa gəlir. Bir tərəfdən saray, digər tərəfdən dilənçilər üçün sığınacaq… ("Uolden, yaxud meşədə həyat" əsərindən, 1854.) Toro hesab edirdi ki, istənilən dövlət "kəmağıllıq xəstəliyinə tutulur" və bəlaya çevrilir. ABŞ dövləti haqqında o demişdir: "Onunla hər cür əməkdaşlıq insanı biabır edir". Mütəfəkkirin fərdiyyətçi sosial-etik idealı – (azad, cəmiyyətdən asılı olmayan, təbiətə təzim edən şəxsiyyət) burjua quruluşuna onun mənfi münasibətinin nəticəsi idi. Toronun fəlsəfi baxışları Panteizmdən ibarətdir; təbiətin və ümumdünya zəkasının qanunları (əxlaqi qayda da daxil olmaqla) biri-birinə uyğun gəlir. İdrakın məqsədi həqiqətdir; bunu da biz əhatə olunduğumuz Allah reallığını, yəni Təbiəti anlamaqla əldə edirik.
Henri Deyvid Toro
Henri Devid Toro (12 iyul 1817[…], Konkord[d], Konkord[d], ABŞ – 6 may 1862[…], Konkord[d], ABŞ) — Amerika idealist filosofu və yazıçısı; Ralf Uold Emersonun başçılıq etdiyi Transsendentalistlər dərnəyinin üzvü. Toronun baxışları Avropa romantiklərinin, xüsusilə Karleylin və Russonun təsiri altında təşəkkül tapmışdır. Şərq fikrinin təsiri də görünür. Xırda burjua mövqelərindən kapitalizmin istismarçı mahiyyətini, onun mədəniyyətini tənqid etmişdir. O yazırdı: "Bir sinfin dəbdəbəsi digər sinfin yoxsulluğu ilə tarazlığa gəlir. Bir tərəfdən saray, digər tərəfdən dilənçilər üçün sığınacaq… ("Uolden, yaxud meşədə həyat" əsərindən, 1854.) Toro hesab edirdi ki, istənilən dövlət "kəmağıllıq xəstəliyinə tutulur" və bəlaya çevrilir. ABŞ dövləti haqqında o demişdir: "Onunla hər cür əməkdaşlıq insanı biabır edir". Mütəfəkkirin fərdiyyətçi sosial-etik idealı – (azad, cəmiyyətdən asılı olmayan, təbiətə təzim edən şəxsiyyət) burjua quruluşuna onun mənfi münasibətinin nəticəsi idi. Toronun fəlsəfi baxışları Panteizmdən ibarətdir; təbiətin və ümumdünya zəkasının qanunları (əxlaqi qayda da daxil olmaqla) biri-birinə uyğun gəlir. İdrakın məqsədi həqiqətdir; bunu da biz əhatə olunduğumuz Allah reallığını, yəni Təbiəti anlamaqla əldə edirik.
Skuderiya Toro Rosso
Scuderia Toro Rosso (italyanca "qırmızı öküz") — Formula 1-də iştirak edən italyan komandası, Red Bull-un 2-ci komandası. Komandanın bütün sürücüləri Sebastyan Burde istisna olmaqla, Red Bull Junior Team-in üzvü olub.