Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Overen
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/, fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
İçerde
Oçerk
Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəman adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUN və s. şirkətlərin adlarını qeyd etmək olar.
Zərəd
Zərəd (fars. زرند‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 250 nəfər yaşayır (86 ailə).
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Çərəz
Çərəz — müxtəlif bitkilərin meyvələri və ya toxumlarının qurudulması və ya işlənməsi ilə istehsal olunan qəlyanaltı növüdür. Çərəzlər meyvə və toxumların birbaşa günəş işığı altında qurudulması ilə və ya qovurma kimi istilik tələb edən metodlardan istifadə etmək yolu ilə və bəzən dadlı olması üçün duz və ya şəkər əlavə etməklə hazırlanır.
Olqred Kriçinski
Olqerd Kriçinski, Olqerd Nayman Mirzə Kriçinski (polyakca:Olgierd Najman-Mirza-Kryczyński, 22 oktyabr 1884, Vilnüs – 2 iyun 1941, Smolensk) — ictimai və siyasi xadim, Krım Tatar Milli Azadlıq hərəkatının iştirakçısı, Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə nazirinin müavini və diplomatı. Vilnüs məhkəməsinin prokurorəu, 1932-ci ildən Varşava Ali Məhkəməsinin prokuroru, Polşanın Tatar Mədəniyyət və Təhsil Birliyinin rəhbəri olmuşdur. Məşhur Lipka tatarı, polyak, Azərbaycan ictimai və dövlət xadimi, tarixçi, jurnalist Aslan bəy Kriçinskinin qardaşıdır. Kriçinskilərin əcdadı Nayman bəy 1410–1411-ci illərdə Qızıl Ordu xanlığından çıxmış Litvaya gəlmişdir. Onun oğlu Konrad bəy burada knyaz tituluna qədər yüksəlmiş və özünə bağışlanmış Krıçan kəndinin adını sonradan soyad kimi qəbul etmişdir. Bu soyada malik şəxslərdən xüsusi nailiyyət qazananlardan biri də Olqerd bəy Kriçinskinin atası Konstantin İliç Kriçinski olmuşdur. K. Kriçinski çar ordusunda zabit kimi xidmət etmiş, rus-türk, rus-yapon müharibələrində iştirak etmiş, general-leytenant rütbəsində istefaya çıxaraq Varşavaya köçmüşdür. Onun Mariya Matveyevna Axmatoviçlə nikahından üç oğlan uşağı dünyaya gəlmişdir ki, onların da ikisinin- Olqerd və Aslanın həyatları Azərbaycan Xalq Cumhuriyyəti ilə sıx əlaqəli olmuşdur. 1908-ci ildə Sankt-Peterburq Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra, Vilnüsa gələrək burada məhkəmə orqanlarında çalışmışdır. Tələbəlik dövründə Peterburq Universitetində Müsəlman Tələbələr Birliyini yaradmışdır.
Running Scared
Running Scared (azərb. Ürküb qaçan‎) — Azərbaycanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldar & Nigar cütlüyünün müsabiqədə ifa etdikləri mahnı. Finalda 221 xalla birinci olmuşdur. Running Scared mahnısının müəllifləri isveçli Stefan Örn, Sandra Byurman və İen Farquhansondur. Bu müəlliflər Avroviziya 2010-da Azərbaycan təmsilçisi Safuranın ifa etdiyi "Drip Drop" mahnısını bəstələmişdilər. Bu mahnıdan əvvəl ifaçıların heç biri kiminləsə duet ifa etməmişdi. Hər iki ifaçı musiqi alətlərində Eldar pianoda, Nigar isə saksafondar ifa etməyi bacarır. "Bizə duet şəklində çıxış etməyi təklif edəndə hər ikimiz narahat olduq. Hələ bilmirdik ki, bir yerdə işləyə biləcəyik ya yox. Lakin hər şey yaxşı oldu.
Ərəd
Ərəd-İranın Fars ostanının Gəraş şəhristanının Ərəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,264 nəfər və 1,181 ailədən ibarət idi.
Cared Daymond
Cared Daymond (10 sentyabr 1937, Boston) — ABŞ antropoloqu, ekoloqu, coğrafiyaşünası, bioloqu və yazıçısı. Onun "Tüfəng, Mikrob və Dəmir" adlı kitabı "Pulitzer" mükafatına layiq görülüb. 2013-cü ildən Kaliforniya Universitetində coğrafiya professorudur. 2005 və 2008-ci ildə ABŞ xarici polis və İngiltərə prospekt jurnallarının internet səhifələrində oxuçuları ilə özünə cəlb etmişdir. Dünyanın ilk 100 intelektual siyahısında 9 və 31 yerdə olmuşdur. == Həyatı == Cared Daymond ABŞ-ım Massaçusets ştatının Boston şəhərində anadan olub. Atası həkim, anası müəllimdir. 1958-ci ildə Harvard Universitetini bitirib. 1961-ci ildə Kembric Universitetində fizika üzrə doktor olub. 1966-cı ildə Kaliforniya Universitendə dərs deməyə başlayıb.
Cared Leto
Cared Leto (ing. Jared Joseph Leto; 26 dekabr 1971[…], Bossier Siti[d], Luiziana) – aktyor, vokalist. == Həyatı == Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır.
Cared Padaleki
Cared Tristan Padaleki ABŞ aktyoru. Aktyorun 2005-ci ildə çəkildiyi "Fövqəltəbii" serialı ona məşhurluq gətirmişdir. Bundan başqa o, "Mum evi", "Gilmor qızları", "13-cü cümə" və "Ağlayan canavar" kimi filmlərdə də çəkilmişdir. "Fövqəltəbii" serialındakı tərəf müqavili Ceneviyev Kortes ilə evlidir. == Həyatı == Cared Tristan Padaleki 1982-ci il 19 iyul tarixində Texasda anadan olub. Əslən o, polyakdır, çünki ata tərəfdən babası polyak idi. Onun özündən böyük qardaşı Rayan və kiçik bacısı Meqan var. 12 yaşında aktyorluq dərsləri götürməyə başladı. 1999-cu ildə 17 yaşındaykən aktyorluq debütünü etdi, lakin ona əsl şöhrət gətirən "Fövqəltəbii" serialı oldu. Serialda o, fövqəltəbii hadisələri araşdıran ovçu Sem Vinçesterin rolunu canlandırmışdır.
Cared Qarsiya
Cared Qarsiya (6 dekabr 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Cared Qarsiya ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Cared Qarsiya 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.875 saniyəlik nəticəsi ilə 9-cu yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 31.644 saniyəlik nəticəsi ilə 8-ci yeri tutdu.
Ceren Hindistan
Ceren Hindistan — Türkiyəli aktrisa. == Həyatı == Cərən Hindistan 1989-cu ildə fevralın 27-də Ankarada anadan olub . Orta təhsillidir - Anadolu Otelçilik və Türizm Peşə Litseyi məzunudur . == Filmoqrafiyası == 2013 - Firuze | Firuze rolunda 2013 - Muhteşem Yüzyıl | Ahsen Hatun rolunda 2012 - Babalar ve Evlatlar | Zeynep rolunda 2009 - Sakarya Fırat | Nihan Tekintaş rolunda 2008 - Baba Ocağı | İsmet rolunda 2007 - Sənin uğrunda | Serpil rolunda 2007 - Fədai | Ceyda rolunda 2007 - En iyi arkadaşım | hangi rolde olduğu bilinmiyor, son 2 bölüm yani 56. bölüm ve 57.
Cerən Özbək
Creed(film)
Krid (ing. Creed) — 2015-ci ildə ekranlara çıxan ABŞ idman, dram filmi. Aron Kovinqton və Rian Kooqler birlikdə yazdığı ssenari əsasında çəkilmişdir. "Rokki" film seriyasının spin-offudur. Filmdə Maykl Bakari Cordan, Tessa Tompson, Filisiya Raşad, Tonny Bellev, Silvestr Stallone kimi aktyorlar rol alıb. Filmin çəkilişlərinə İngiltərəninLiverpul şəhərində başlandı ardınca, Rokkinin vətəni olan Filadelfiyada da davam etdi. Filmin premyerası "Rokki" filminin premyerasının 40 ci il dönümündə 25 noyabr 2015-ci tarixinə təyin olundu. == Mövzusu == Adonis Consn Creed, Apollo Creedin nigahdan kənar dünyaya gələn oğludur. Anası ona hamiləykən atsının və bir neçə il sonra ansının dünyasını dəyişməs səəbbində 13 il uşaqlar evində yaşayır. Bundan sonra 1998-ci ildə Apollo Creedin həyat yoldaşı-Meri Anna Onun ziyarətinə gəlir və onu öz hmiayəsinə götürür.
Xırdayarpaq çərən
Xırdayarpaq çərən İranda və Orta Asiyada yayılmış,Terek və Kumey çayları arasından təsvir edilmişdir. Hündürlüyü 20-90 sm olan çoxbudaqlı kolcuqdur,cavan zoğları rənglidir.Yarpaqları xırda və ətli olub,saplağa tərəf qısa,ensizləşəndir.Çiçəkləri ikicinsli,şarvarı,uzunsov-yumurtavarı,qaidədən bir biri ilə bitişikdir.Çiçəkyanlığı yaşıldır,əksər hallarda ətlidir,sərbəst və ya yarıya qədər bitişmişdir.Erkekciyi 5-dir.Dişiciyi 2-5 ağızcıqlı,çiçəkaltlıqları içində topa şəklində 2-6 (20) ədəd olur.May ayında çiçəkləyir,oktyabrda meyvə verir.Toxumları 0,75-1,25 mm uzunluğunda,ovalşəkilli hamar,qara,parlaqdır. İstiyə və duzadavamlı bitkidir.Şoranlaşmış torpaqlarda bitir. Abşeron,Kür-Araz ovalığı və onun şərq hissəsində Salyan,Muğan çölündə,Cənub-şərqi Şirvanda,Naxçıvan düzənliyində yayılmışdır.Xırdayarpaq çətənə cəngəlliklərdə rast gəlmək olar.Müstəqil qruplaşmalar əmələ gətirir və şoran səhra və yarımsəhralarda bitir. Potaş hazırlanmasında istifadə olunur.Tərkibində alkaloidlər vardır. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çerek rayonu
Çerek rayonu (kab.-çərk. Шэрэдж район / Шэрэдж куей, qaraç.-balk. Черек район) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kaşxatau qəsəbəsidir. Çerek rayonu Kabarda-Balkariya Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Çeqem rayonu, şimalda Urvan rayonu, şərqdə Leskenski rayonu, həmçinin qərbdə Şimali Osetiyanın Diqora rayonu, cənubdan Gürcüstan. Rayonun sahəsi 2215,50 km²-dir. Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Çerek rayonu Rusiya Federasiyasındakı ən yüksək rayonlarından biridir. Əsas torpaq kütləsi dağlıq zonada yerləşir.
Çerek çayı
Çerek çayı (Qaraç-balk:Шэрэдж) — Kabardino-Balkariyada yerləşən və Baksan çayına tökülən çay. Çerek balkarca və eləcə də türkcə çay deməkdir. Çayın uzunluğu 79 km həcmi isə 3070 км²-dir. Çerek çayı Balkar Çerek (54 km) çayı ilə Bezengi Çerek (46 km) çayının Babukent kəndi yaxınlığında qovuşması ilə formalaşır. Çayın qidalanması əsasən qar və buzlaqlardandır. Çayın üzərində yerləşən yaşayış məntəqələri bunlardır: Babukent, Kaşxatau, Zaragij, Auşiger, Psıqansu, Köhnə Çerek, Aşağı Çerek, Psınabo, Mayskiy.
Çərək not
Çərək not — səslənmə uzunluğuna görə bütöv notdan dörddə birinə bərabər olan not; orta tempdə bir say hesabı ilə ölçülür; iki səkkizlik nota və ya müvafiq olaraq dörd onaltılıq nota bərabərdir.
Çərək pauza
Çərək pauza — uzunluğuna görə çərək nota bərabər olan pauza.
Çərən (Miyanə)
Çərən — İranın Şərqi Azərbaycan ostanında kənd.. Miyanə şəhristanının Türkmən bölgəsinin Tirçayı kəndistanında, Türkmən qəsəbəsindən 17 km şimal-şərqdədir.
Əbdüləziz Cərad
Əbdüləziz Cərad (ərəb. عبد العزيز جراد‎; 12 fevral 1954, Xenşela) — Əlcəzair Xalq Demokratik Respublikasının sabiq Baş naziri. Cərad 12 fevral 1954-cü ildə Xenşelada anadan olub. 1976-cı ildə Əlcəzair Siyasi Elmlər və Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra Parisdəki Nanter Universitetində təhsilini davam etdirdi və doktorluq dərəcəsini aldı. Əlcəzair Universitetində siyasi elmlər professoru olaraq da çalışmış və bir neçə kitab nəşr etdirmişdir. 1989–1992-ci illərdə Cərad Əlcəzair Milli Hökumət Məktəbinin direktoru idi. 1996–2000-ci illərdə Əbdüləziz Cərad Əlcəzair Beynəlxalq Əməkdaşlıq Agentliyinin baş direktoru oldu. Cərad Əli Kafi, Liamin Zerual və Əbdüləziz Buteflikanın rəhbərliyi altında xidmət etmişdir. Lakin, 2003-cü ildə Buteflika dövründə kənarda qaldı və o zamandan bəri keçmiş prezidentin açıq tənqidçisinə çevrildi. 28 dekabr 2019-cu ildə Prezident Əbdülməcid Təbbun Cəradı Əlcəzairin Baş naziri təyin etdi və dərhal yeni hökumət qurmaq tapşırığını verdi.
Cərid gölü
Cərid (ərəb. شط الجريد‎) — Tunisin mərkəzində duzlu göl və şoranlıq. Duzlu göl Böyük Səhranın daxilinə doğru uzanır. Qabes körfəzindən bir qədər aralıda yerləşir. == Təsviri == Qış yağışları axarsız duzlu gölə çevrilir. Sahəsi 5—7 min. km². təşkil edir. Yay ayları isə göl tamamən quruyur və burada ilğım müşahidə edilir. Burada yay ayları temperatur +50 °C qədər artır.