Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yanda Koçeska
Yanda Koçeska (17 Fevral 1937 – 15 Dekabr 2008) — Polşalı aktrisa. O, 1959-cu il ilə 2008-ci il arasında 21-dən çox film və televiziya şousunda rol oynamışdır.
Freska
Freska —Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Freska divar rəsmlərinin əsas texnikasıdır.
Odessa
Odessa (ukr. Одеса; BFƏ:/ɔdesɑ/; 1794-cü ilə kimi Hacıbəy) — Qara dənizin şimal-qərb sahilində yerləşən şəhərdir, Odessa vilayətinin inzibati mərkəzi və Ukraynanın ən böyük limanıdır. Əhalinin sayına görə Odessa Kiyevdən və Xarkovdan sonra Ukraynada üçüncü yerdədir. Odessanın özünün çay lövbəri şəklində gerbi, şəhərin statusunu əks etdirən bayrağı və himni var. Odessa şəhərinin tarixi 1794-cü ildən başlayır. 1794-cü ilin 27 mayında (7 iyunda), imperatriça II Yekaterina, Hacıbəy yerində şəhərin və limanın yaradılması haqqında fərman dərc etdi, və artıq 22 avqustda (2 sentyabrda) şəhərin əsasına birinci dirəklər vurulmuşdur. Şəhər Rusiya ordusunun mühəndis-polkovniki Frans Devolan tərəfindən təşkil edilmiş plan üzrə tikilmişdir. Qradonaçalnik (Şəhər rəisi) Rişelyenin dövründə Odessa Rusiya imperiyasının Qara dənizdəki əsas limanına çevrildi. Şəhər elə sürətlə inkişaf edirdi ki, bir yüzillik ərzində kiçik qəsəbədən, Peterburqdan, Moskvadan və Varşavadan sonra, Rusiya imperiyasının ölçücə dördüncü şəhərinə çevrildi. Odessa şəhərinin yeni adı haqqında birinci xatırlatma 10 yanvar 1795-ci il tarixi ilə müəyyən edilmişdir.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Öcəşmə
Öcəşmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyun iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-biriniə öcəşmək (sataşmaq) məqsədilə bu oyunun sözlərindən (öcəşmədən) istifadə edirlər. . Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır.
Oçerk
Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəman adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
Cesika Qədirova
Cesika Qədirova — Azərbaycan əsilli Böyük Britaniya gimnastı. İkiqat Avropa çempionu. Əkiz bacısı Ceniferlə birlikdə 2019 Yeniyetmələrin Dünya Çempionatında iştirak edib. == Həyatı == O, əkiz bacısı Ceniferlə İrlandiyanın Dublin şəhərində doğulub. Qədirova və bacısı gimnastikaya altı yaşında başlayıb.
Cesika Senfild
Cesika Senfild (doğum adı Nina Daniel Sklar; 12 sentyabr, 1971) ABŞ-lı yazıçı və xeyriyyəçi. O ərzaqların hazırlanması ilə bağlı iki bitik nəşr etdirib, Uşaq Arabası(Baby Buggy)nın və Nyu-Yorkdakı ehtiyaclı ailələrə yardım fondunun yaradıcısıdır. Gülüş oyunçusu Cerri Senfild ilə evlidir. == Keçmiş həyatı == Senfild Nyu-York ştatı, Oster Beydə doğulub,üç qızdan ortancılıdır, Vermmont ştatı, Börlingtonda orta təbəqədən bir ailədə böyüyüb. Anası əlli ildən çox bir şəhər toplum işçisi və Hant orta məktəbində məmur kimi çalışmış, atası isə bilgisayar proqram mühəndisi olmuşdur. Senfild, Vermont Universitetini bitirdikdən sonra Qızıl Bitiklər İnterteimen və Tommi Hilfigerdə ictimai əlaqələrdə işlədi.
Odessa Universiteti
İ.İ.Meçnikov adına Odessa Milli Universiteti və ya qısaca: OMU (ukr. Одеський національний університет імені І.І. Мечникова) — Ukraynanın cənubundakı ən qədim ali təhsil müəssisəsi. Universitetin tarixi 13 may 1865-ci ildən, Rişelyevski liseyi İmperator Novorosiyski universitetinə dəyişdirilən zamandan, başlanır. 1917-ci ilin Oktyabr inqilabına qədər Novorosiyski universitetini təxminən 6 min insan bitirə bilmişdir. Rusiyanın cənubunda ali təhsilin tarixi universitetin fəaliyyəti ilə sıx bağlıdır: Ukraynanın cənubunda ali təhsil müəssisələrinin əhəmiyyətli hissəsi onun fakültələri əsasında yaradılmışdır, bunlar belə ali məktəblərdir: Odessa dövlət tibb universiteti, Odessa dövlət iqtisadi universiteti, Odessa milli hüquq akademiyası. Ukrayna universitetlərinin arasında Odessa universiteti yeganədir ki, Böyük Vətən Müharibəsi illərində hətta evakuasiyada olaraq fəaliyyət göstərirdi. Alternativ Odessa universiteti 1942-ci ildən işğal edilmiş ərazidə işləyirdi. Meçnikovun adı universitetə 1945-ci ildə verilmişdir. Universitet özünün yarandığı gündən Ukrayna təhsil sisteminin formalaşmasında aparıcı yerlərdən birini tutur. Kiyev, Xarkov və Lvov universitetləri ilə birlikdə o faktiki olaraq Ukraynanın maarifləndirici şəbəkəsində təhsilin, elmin və mədəniyyətin inkişafının vəziyyətini və perspektivlərini müəyyən edir.
Odessa körfəzi
Odessa körfəzi — Qara dənizin şimal-qərb hissəsində, Odessa vilayətinin ərazisində yerləşən körfəz. Körfəz Odessa şəhərinin şimal-şərq və mərkəzi hissələrini və qismən Liman rayonunun ərazisini yuyur. Körfəz şimal-şərqdən cənub-qərbə doğru uzanır. Coğrafi baxımdan körfəz şimaldan Şimali Odessa burnu ilə, cənubda isə Böyük Fontan burnu ilə sərhədlənir. Alternativ coğrafi sərhəd isə Şimali Odessa burnundan cənuba Lanjeron burnuna qədər uzanır. Körfəzin şimal-qərbi hissəsində ayrıca Kuyalniski və Xadjibeyski limanları mövcuddur. Odessa portu bu körfəzdə yerləşir. Eni təxminən 9 km, dərinliyi şimal-şərq hissəsində 5 metr, cənub-qərb — 14 metrdir. Sahilin giriş hissəsi yüksəkdir, yarğan formalıdır. Sahillər əsasən abraziya-uçqun mənşəlidir.
Odessa teleqülləsi
Odessa teleqülləsi- Odessa qoruğunun ərazisində yerləşir. Qüllə televiziya və radio yayımı antennalarına malikdir. İlk nəsil qüllənin tipik layihəsi 3803 KM idi .155 metr hündürlükdə 32 və 64 metrlik kəmərlərlə kəsilmiş piramidadır.Teleqüllə - 25 metr yüksəklikdə VHF FMlə, 1,75 x1.75 metrlik bir şelflə,həmçinin 180 metrdə 2,5 x 2,5 ölçülü üst platformayla və turniket üçün boru ilə təchiz edilmişdir. Dəniz səviyyəsindən yüksəklik - 51 metrdir Hal-hazırda televiziya qülləsindən antennalarının yayımı: 4 analoq televiziya kanalının 5 rəqəmli multipleksrin (1 - DVB-T və 4 -DVB-T2 ), 18 radio stansiyasının ( VHF zolağında 5 və VHF ( FM ) qrupundakı 13). ) yayımını təmin edir. Odessa radiostansiyalarının əksəriyyəti mərkəzi qüllədən yayımlanır.
Odessa vilayəti
Odessa vilayəti, (ukr. Одеська область / Odeska oblast) — Ukraynanın cənub-qərbində bir vilayətdir. Vilayətin idarə mərkəzi Odessadır.
Oleski qəsri
Oleski qəsri (ukr. Олеський замок, pol. Zamek w Olesku) — XIV-XVII əsrlərə aid Lvov vilayətinin (Ukrayna) Olesko Busskoqo rayonu yaxınlığında memarlıq abidəsi. Podqoretsi və Zoloçev qəsrləri ilə birlikdə, o, "Lvov bölgəsinin qızıl nalı"nı təşkil edir. Həmçinin burada Reç Pospolita kralı - Yan III Sobieski anadan olub. Olesk qəsrinə yaxın ilk məskunlaşma yeri e.ə. 700-600-ci illərdə mövcud olmuşdur. X-XII əsrlərdə qədim rus qəsri qala altında qalmışdır. Oleski qəsri Qalisiyanın ən qədim binalarından biridir. O, Valaxiyadan Macarıstanıstana gedən Volın şəhəridə köhnə ticarət yollarının kəsişməsində tikilmişdir və bu ərazinin açarı kimi xidmət etmişdir.
Olesya Babuşkina
Olesya Sergeyevna Babuşkina (d. 30 yanvar 1989) — Belarusu təmsil edən bədii gimnast. Olesya Babuşkina, Belarusu 2008 Pekin Olimpiadasında təmsil edib və bürünc medal qazanıb. Olesya Babuşkina, 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Kseniya Sankoviç və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Olesya Beluqina
Olesya Vladimirovna Beluqina (d. 2 yanvar 1984; Serdobsk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Olesya Beluqina, 2004-cü ildə Rusiyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. Olesya Beluqina, 2004-cü ildə Rusiya bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olqa Qlatskix, Tatyana Kurbakova, Natalya Lavrova, Yelena Murzina və Yelena Posevina ilə birgə finalda 49.875 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Olesya Jurakivska
Olesya Jurakivska (ukr. Олеся Жураківська; 13 avqust 1973, Kiyev) — Ukrayna aktrisası və Ukrayna əməkdar artisti (2016).
Olesya Poxodina
Olesya Poxodina (4 oktyabr 1979) — Belarusu təmsil edən bədii gimnast. Olesya Poxodina Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Olesya Zamula
Olesya Zamula (17 fevral 1984, Riqa) — 1999–2005-ci illərdə Latviyanı, 2007–2012-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Olesya Zamula Latviya yığmasının heyətində mübarizə apardığı 1999-2005-ci illərdə altı beynəlxalq turnirdə mübarizə apardı. 2003-cü ildə Riqa şəhərində (Latviya) baş tutan Avropa Çempionatında yeddinci pillənin sahibi olan Olesya Zamula digər turnirlərdə ciddi nəticələrə nail ola bilmədi. 2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Olesya Zamulanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Olesya Zamula həmin dəvəti qəbul elədi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2007-ci ilin avqustunda Sofiya şəhərində (Bolqarıstan) D. Kolov - N. Petrov beynəlxalq turnirində beşinci pillənin sahibi olan Olesya Zamula, sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. 2008-ci ilin aprelində Finlandiyada Avropa Çempionatını və iyununda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirlərini beşinci pillədə başa vuran Olesya Zamula, avqustda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşdi. Olimpiadanın 1/8 final mərhələsində Yaponiya nümayəndəsi Kaori İçoya 0:2 (0:2, 0:4) hesabı ilə məğlub olan Olesya Zamula, təsəlliverici qrupda ABŞ nümayəndəsi Randi Millera da 0:2 (0:2, 0:4) hesabı ilə məğlub oldu və olimpiadanı 16-cı pillədə başa vurdu. İlin sonunda Yaponiyada baş tutan Dünya Çempionatını isə Olesya Zamula beşinci pillədə başa vurdu.
Oreşak zirvəsi
Oreşak zirvəsi (bolq. връх Орешак, ‘Vrah Oreshak’ \'vr&h o-re-'shak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2800 m hündürlüklü qaya zirvəsidir. Zirvə Marsa buzlağından şərqdə, Patleyna buzlağından cənub-qərbdə, Embree buzlağından şimal-qərbdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir. Zirvə şimali Bolqarıstanda yerləşən Oreşak şəhərinin adını daşıyır. Oreşak zirvəsi 78°02′24″ c. e. 85°44′06″ q. u.
Arkadiya (Odessa)
Arkadiya — eyniadlı çimərlik də daxil olmaqla Odessada kurort zonası. Kurort, şəhərin Primorski rayonunda, Qara dəniz sahilində, Böyük Fontanın 5-7-ci stansiyalarından uzaq məsafədə yerləşir. == Tarixi == Odessanın bir çox məşhur çimərliklərinə sıldırım qayalar və yamaclar boyunca çatmaq mümkün olduğundan, şəhərin qurucuları kurort yeri üçün Arkadiya çimərliyini seçiblər. Eyni zamanda, Arkadiya bölgəsinə aparan yamac da vardır. Bu ərazini Odessa sakinləri Yunanıstanın dağlıq bölgəsinin şərəfinə belə adlandırıblar. Yunan mifologiyasına görə o ərazidə xoşbəxtlik, əmin-amanlıq və sadə həyat hökm sürürdü. 1920-ci illərdə şəhərin mühüm turizm mərkəzinə çevrilən Arkadiya parkının əsası qoyuldu. 2013-cü ildə parkda genişmiqyaslı yenidənqurma işləri aparılıb. Baş plana əsasən, ərazi artıq park ərazisi hesab edilmir. "Arkadiya" sanatoriyası 1946-cı ildə yaradılmışdır.
Odessa kinostudiyası
Odessa kinostudiyası (ukr. Одеська кіностудія художніх фільмів, rus. Одесская киностудия художественных фильмов) — Ukrayna, keçmiş SSRİ, Odessada kinostudiya. Kinostudiyanın 1919-cu ildə əsası qoyulmuş, Rusiya imperiyasında və Sovet İttifaqında ilk studiyalardan biri olmuşdur. Şirkət, qismən hökumətə məxsusdur və Ukraynanın Dövlət Əmlak Fondu və Mədəniyyət Nazirliyi tərəfindən idarə olunur. Dovjenko Film studiyaları ilə birlikdə ölkədə yeganə dövlət və əsas kino istehsalçısıdır. Studiya Frantsuzki bulvar 33 (Fransız Bulvarı 33), Odessa, Ukrayna ünvanında yerləşir. Onun yaxınlığında daha kiçik bir kinostudiyada House of Mask yerləşir. Odessa kinostudiyası 23 may 1919-cu ildə Ukrayna SSR-in Odessa Qubernatorluğu İcraiyyə Komitəsinin qərarı ilə Miron Qrossman, Dmitri Xaritonov və Borisov kinostudiyalarının qalıqları əsasında yaradılmışdır. Bu tarix ölkədə ilk dövlət kinostudiyasının yaradıldığı gün idi.
Olesya Vlasova
Olesya Yuriyivna Vlasova (ukr. Олеся Юріївна Власова; 14 sentyabr 1974, Moskva vilayəti) ― rus əsilli Ukrayna səhnə və kino aktrisası, Ukraynanın əməkdar artisti (2020). O, iki dəfə "Kiyev pektoralı" teatr mükafatının laureatı olub (1999, 2004) və "Ukrayna pravdası. Həyat" (2009) jurnalına görə Ukraynanın TOP-20 aktrisası sırasına daxil edilib. Vlasova 14 sentyabr 1974-cü ildə Moskva vilayətində anadan olub. O uşaqlıq dövrünün əvvələrində valideynləri ilə birlikdə Odessaya köçmüş və məktəbi burada bitirmişdir. Vlasova 1990-1995-ci illərdə Odessa Teatr Liseyində təhsil alıb və Kanal 7-də teleaparıcı işləyib. 1999-cu ildə Kiyev Milli Teatrı, Kino və Televiziya Universitetini bitirib. 2000-ci ildən Peçerskdəki yeni dram teatrında (ukr. Київський академічний театр на Печерську) aktrisadır.
Parnas (freska)
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Çeka
RSFSR Xalq Komissarları Soveti yanında Əksinqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (rus. Всероссийская чрезвычайная комиссия по борьбе с контрреволюцией и саботажем при Совете народных комиссаров РСФСР, ВЧК при СНК РСФСР) və ya qısaca ÇK — SSRİ xüsusi təhlükəsizlik orqanı. Komissiya 7 dekabr 1917-ci ildə yaradılmışdır. 6 fevral 1922-ci ildə səlahiyyətlərin RSFSR XDİK-si yanında DSİ-yə verilməsi ilə ləğv edilmişdir. Robert Konkvestin məlumatına görə, 1917–1922-ci illərdə ÇK-nın inqilabi tribunallarının və məhkəmədənkənar iclaslarının hökmləri ilə ümumilikdə 140,000 adam güllələnmişdir. Sovet xüsusi xidmət orqanlarının tarixinin tədqiqatçılarından biri, polkovnik Oleq Mozoxin arxiv məlumatlarına əsaslanaraq bu rəqəmi tənqid etmişdir. Onun sözlərinə görə, “bütün qeyd-şərtlər və şişirtmələr nəzərə alındıqda ÇK orqanlarının qurbanlarının sayı 50 min nəfərdən çox ola bilməz". Komissiyanın ölkələrdə əksinqilabla mübarizə aparmaq üçün ərazi bölmələri var idi. "ÇK" abbreviaturasından "çekist" sözü yaranmışdır. Vladimir Lenin onun formalaşmasında əsas ideoloqdur.
Euphorbia obesa
Euphorbia obesa (lat. Euphorbia obesa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.