Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anna Paleoloq
Anna Paleoloq (yun. Ἅννα Παλαιολογίνα; XIV əsr) — II İohann Orsininin arvadı və oğlu II Nikifor Orsininin anası kimi Epir Despotluğunun kraliçası (basilevs). Daha sonra Valona Lordu İvan Komnin Asen ilə evləndi. == Həyatı == O, Bizans aristokratı, protovestiar Andronik Angel Paleoloqun qızı, Epir hökmdarı II Mixail Komnin Dukanın və Bizans İmperatoru VIII Mixail Paleoloqun nəvəsi idi. O, təxminən 1323-cü ildə Epir despotu II İohann Orsini ilə evləndi. Cütlüyün II Nikifor Orsini adlı bir oğlu və Tomais Orsini adlı bir qızı var idi. O, 1337-ci ildə ərini zəhərlədi və yetkinlik yaşına çatmayan oğlunun padşahlığını öz üzərinə götürdü, Epir 1338-ci ildə bizanslılar tərəfindən işğal olunaraq ilhaq edildi. Anna 1341-ci ildə oradan qaçaraq Selanikə əsir olaraq aparıldı. Epirotun paytaxtı Artaya çatdı, lakin yerli Bizans qubernatoru İohann Angel onu ev dustağı etdi. Təxminən 1347-ci ildə Stefan Duşan tərəfindən Epir serblər tərəfindən fəth edildikdə, Anna azad edildi.
Anar Əliyev (politoloq)
Anar Möhtərəm oğlu Əliyev (4 aprel 1976, Yuxarı Seyidəhmədli, Füzuli rayonu) — "Vergilər" qəzeti və "vergiler.az" onlayn platformasının rəhbəri, "İqtisadçı jurnalistlər" Maarifləndirmə və Monitorinq Media Mərkəzinin sədri, "Qafqaz əməkdaşlıq və inteqrasiya" ekspert klubunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, politoloq. == Həyatı == Anar Əliyev 4 aprel 1976-cı il Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisası üzrə bakalavr (1993–1997-ci illərdə), Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında konfliktoloq ixtisası üzrə magistr (1997–1999) təhsili alıb. ikinci ali təhsili Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə olub (2006–2008). Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix üzrə fəlsəfə doktoru (2013-cü ildə) və A.A.Bakıxanov adına Tarix İnstitutunda Tarix elmləri doktorluğu üzrə doktorantura dərəcəsini almışdır. == Fəaliyyəti == 1995-ci ildə "Çağ" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 1998-ci ildən 2005-ci ilə kimi "Müstəqil qəzet" redaksiyasında şöbə müdiri, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. 2000-ci ildən 2018-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin "Politologiya" kafedrasında müəllim və baş müəllim vəzifəsində işləyib, politologiya və sosiologiya fənlərini tədris edib. "Politologiya" dərsliyinin həmmüəlliflərindən biridir. 2006-cı ildə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub, hazırda "Vergilər" qəzeti və "vergiler.az" platformasının rəhbəridir.
Leyla Əliyeva (politoloq)
Leyla Ağa qızı Əliyeva (ingiliscə: Leila Alieva, 1959, Bakı) – elmlər doktoru, müstəqil siyasi təhlilçi və politoloq, Bakıda fəliyyət göstərən Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ingiliscə: Center for National and International Studies) prezidenti. Leyla Əliyeva həmçinin Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (1991-1997) qurucularından biri və prezidenti olmuşdur. Leyla Əliyeva Harvard Universiteti (1993-1994), Vudro Vilson Mərkəzi – Kennan İnstitutu (1995), Kaliforniya Universiteti-Berkli (2000) və Con Hopkins Universitetində (2001) tədqiqatlar aparmış, Avropa Yenidənqurma və İnkişaf Bankı Prezidentinin müşaviri, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan üzrə Milli Koordinatoru (1999) olmuşdur. Tədqiqat sahələri post-Sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir. == Xarici keçidlər == Leyla Əliyeva Almaniyanın Körber Fondunun veb səhifəsində (ingiliscə) Leyla Əliyeva Almaniyanın Böll Fondunun veb səhifəsində (ingiliscə) Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi Arxivləşdirilib 2009-05-24 at the Wayback Machine === Seçilmiş tədqiqatları === Alieva, L. (2006). Integrative Processes in the South Caucasus and their Security Implications. NATO Defense College: NDC Occasional Papers Series. Alieva, L. (2006). Azerbaijan's Frustrating Elections. Journal of Democracy.
Tofiq Abbasov (politoloq)
Tofiq Möhsün oğlu Abbasov (24 dekabr 1959, Tehran) — televiziya aparıcısı, politoloq, AzTV-nin siyasi icmalçısı, əməkdar jurnalist. 1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi. Cənubi Qafqaz regionu, postsovet məkanı və Orta Şərq məsələləri üzrə ixtisaslaşmışdır. 500-dən çox məqalənin və analitik araşdırmanın, sənədli filmlərin müəllifidir. Azərbaycan Televiziyasının İctimai Siyasi Verlişlər studiyasının direktoru. 1959-cu ildə İranın paytaxtı Tehranda anadan olub. 1977-ci ildə Bakıda orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub 1982-ci ildə məzun olduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətində ictimai və siyasi yayım redaksiyasına işə qəbul edilib. Redaktor, şərhçi, baş redaktor, studiya direktoru vəzifələrində çalışıb. 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə təyin edilmişdir. 1994–1996-cı illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin informasiya siyasəti və xarici əlaqələr üzrə məsləhətçisi vəzifəsində çalışmışdır.
Zaur Əliyev (politoloq)
Zaur Bilal oğlu Əliyev (19 sentyabr, Ağdam şəhəri) — Azərbaycan alimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. Zaur Əliyevin əsas elmi tədqiat mövzusu beynəlxalq münasibətlər, Qarabağ tarixi, Azərbaycan diasporu və erməni terrorizmidir. Bu mövzulara həsr edilmiş iyirmidən artıq kitabın müəllifidir. Respublika və beynəlxalq konfransların iştirakçısıdır. Əliyev pedaqoji fəaliyyətlə də məşğuldur. O, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan bölmələrində dərslər aparıb. Zaur Əliyev 19 sentyabr 1976-cı ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhərinin işğal olunması ilə məcburi köçkün düşüb. 1994-cü ildə Bakı şəhərində 33 saylı məcburi köçkün məktəbini bitirib. Həmən ili Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsinə daxil olub.
Azər Xudiyev (politoloq)
II Andronik Paleoloq
II Andronik Paleoloq (yun. Ανδρόνικος Β' Παλαιολόγος, translit. Andrónikos V' Palaiológos; 25 mart 1259, İznik, Bizans imperiyası – 13 fevral 1332, Konstantinopol) — Bizans imperatoru (hak. 1282–1328). O, Bizansın 1204-cü ildə səlibçilər tərəfindən ələ keçirilmiş keçmiş torpaqlarını geri almış və feodalların separatçı istəklərini yatırmışdır. Papa ilə ittifaqa qarşı çıxan Paleoloq Kiçik Asiyada güclü türk basqınçılara qarşı vuruşmuşdur. 1321-ci ildə zadəganlar nəvəsi III Andronik Paleoloqu (hak. 1341–1328) taxta çıxarmaq üçün ona qarşı üsyan etmişdilər. Uzunmüddətli bir mübarizədən sonra taxtdan enmək məcburiyyətində qalan Paleoloq 1332-ci ildə monastırda vəfat etmişdir. == İstinadlar == == Mənbə == Vasilyev, Aleksandr Aleksandroviç.
II Manuil Paleoloq
VIII İohann Paleoloq (yun. Ίωάννης Η' Παλαιολόγος; 27 iyun 1350, Konstantinopol – 21 iyul 1425, Konstantinopol) — Bizans imperatoru.
Mixail VIII Paleoloq
Mixail VIII Paleoloq (yun. Μιχαήλ Η΄ Παλαιολόγος; 1224, Nikeya imperiyası – 11 dekabr 1282, Trakiya) — 1259–1282-ci illərdə hakimiyyətdə olmuş Bizans imperatoru. VIII Mixayil 1453-cü ildə Konstantinopolun Osmanlı İmperiyası tərəfindən fəthinə qədər mövcud olmuş Paleoloq sülaləsinin banisidir. 1261-ci ildə VIII Mixayil Konstantinopol şəhərinin Dördüncü səlib yürüşü zamanı yaranmış Latın İmperatorluğunun əlində alaraq Bizans İmperatorluğunu yenidən qurmuşdur. VIII Mixayil domestik (Bizans ordusu generalı) olan Andronik Douk Kamnen Paleoloqun və Teodora Angelina Paleoloqinanın oğlu kimi anadan olmuşdur. Ana tərəfdən keçmiş Bizans imperatoru III Aleksey Angelin nəvəsidir. Onun ailəsi imperator nəslindən gəlirdi və ailəsinin Dükilər, Angellər, Komnenlər kimi sülalələrlə əlaqəsi vardı. Gənc yaşlarda tanınmağa və Nikeya İmperatorluğu içərisində sürətlə yüksəlməyə başlamışdır. III Iohannın qohumu olan Teodora Dukayna Vtatzina ilə evlənmişdir. 1256-cı ildə Mixayil Anadolu Səlcuqlu Dövləti imperatoru olan II İzəddinin təmsilçiləri ilə bir üsyan planlamaqla ittiham olunmuşdur.
VIII Mixail Paleoloq

VIII Mixayil Paleoloq

VIII İohann Paleoloq
VIII İohann Paleoloq (yun. Ίωάννης Η' Παλαιολόγος; 18 dekabr 1392, Konstantinopol – 31 oktyabr 1448, Konstantinopol) — Bizans imperatoru.
XI Konstantin Paleoloq
XI Konstantin Paleoloq (yun. Κωνσταντίνος ΙΑ' Δραγάσης Παλαιολόγος) - sonuncu Bizans imperatoru. 1449 - 1453-cü illərdə Bizans imperatoru olmuşdur. II Manuel və Makedoniyalı Serb krallığı Dragasın üzvülərindən olan Helenanın səkkiz övladından dördüncüsü olaraq doğulmuşdur. 1453-cü ilin 29 mayında İstanbulun fəthi zamanı öldürülmüşdür. Konstantin 8 fevral, 1405-ci ildə Morada anadan olmuşdur. Uşaqlığı Konstantinopol şəhərində keçmişdir. 1437 - 1440-ci illərdə Bizans imperatoru olan qardaşı VIII Yannis Paleoloq İtaliyanın Florensiya şəhərində kilsə məclislərində iştirak etmişdir. VIII Yannis Paleoloq Florensiyada olduğu 3 il müddətində Katolik və Lüteran məzhəblərini birləşdirməyə calışırdı. Bu müddət ərzində Konstantin Paleoloq taxta naib təyin edilmişdir.
İoann Paleoloq (despot)
İoann Paleoloq (q.yun. Ἱωάννης Δούκας Παλαιολόγος, translit. Ioánnis Doúkas Palaiológos; 1225, Kiçik Asiya, Akrotiri və Dekeliya – 1275) — Nikeya və Bizans sərkərdəsi, sevastokratı və despotu. İoann 1225-ci ildə paleoloqlar sülaləsindən olan Andronik Komnin Paleoloq və Feodora Komnin Paleoloqun ailəsində anadan olmuşdur. O, həmçinin, Bizans imperatoru VIII Mixail Paleoloqun (hak. 1259–1282) qardaşı idi. Paleoloq 1259-cu ildə Pelaqoniya döyüşündə Nikeya ordusuna komandanlıq etmişdir. O, 1260-cı ildə Aleksey Stratiqopul ilə birlikdə Arta şəhərini ələ keçirmiş, həmin ildə despot tituluna layiq görülmüş və Saloniki şəhərinin idarəçiliyi ona verilmişdir. Paleoloq 1264-cü ildən Kiçik Asiyaya köçmüş, burada türklərə qarşı savaşmışdır. O, 1274-cü ildə Latın imperiyası tərəfindən dəstəklənən Fessaliya hakimi I İoann Dukaya qarşı edilən yürüşə başçılıq etmişdir.