publisist-politoloq

publisist-politoloq
publisist-jurnalist
publisist-yazıçı
OBASTAN VİKİ
Publisist
Publisist — Publisistik yazılar yazan, publisistika ilə məşğul olan şəxs.
Ramin Məmmədov (publisist)
Ramin Məmmədov (18 aprel 1957, Bum, Qutqaşen rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istefada olan polis mayoru, publisist, Qaradağ rayonu Ağsaqqallar Şurasının sədr müavini. 1957-ci il aprelin 20-də Qəbələ rayonunun Bum qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə Bum qəsəbə orta məktəbinin səkkizinci sinfini bitirən Ramin Məmmədov 1972–1975-ci illərdə indiki Bakıxanov qəsəbəsində ÜİLKGİ-nin 50 illiyi adına 74 N-li orta texniki-peşə məktəbində oxumuş, tornaçı peşəsinə yiyələnərək orta təhsilini başa vurmuşdur. 1975–1976 və 1978–1979-cu illərdə Balaxanı qəsəbəsində M. Əzizbəyov adına Kənd Təsərrüfatı Maşın Təmiri zavodunda ixtisası üzrə işləmişdir. 1976–1978-ci illərdə Pskov vilayəti, Ostrov şəhəri ərazisində SSRİ Silahlı qüvvələrinin raket hissələrində xidmət etmiş, bölmə komandiri olmuş, xidmətdə və təlimlərdə daim fərqləndiyinə görə "Sovet Ordusu Əlaçısı" döş nişanına layiq görülmüş, serjant (indiki çavuş) rütbəsində ehtiyata tərxis olunmuşdur. 1979-cu ilin sentyabr ayından Rusiya Federasiyası Tümen vilayətinin Nijnevartovsk şəhər 33 saylı Tikinti Quraşdırma İdarəsində çilingər işləmişdir. 1980–1992-ci illərdə Nijnevartovsk Dəmir Yol Nəqliyyatı Daxili İşlər Şöbəsində bölmə komandiri, əməliyyat növbətçisi, SƏDM (İSQCM) əməliyyat müvəkkili vəzifələrində çalışmışdır. Həmin dövrdə xidmətdən ayrılmadan – 1981-ci ildə Kemerovo şəhərində kiçik komandirlər məktəbində altı aylıq kurs keçmiş, 1983–1985-ci illərdə Tümen vilayət partiya komitəsi yanında Siyasi Universitetin İdeoloji kadrlar şöbəsində ali, 1985–1988-ci illərdə SSRİ DİN-nin Nijnitagil Xüsusi Milis Məktəbində (Sverdlovsk filialı) orta-ixtisas hüquq təhsili almış, 1988–1990-cı illərdə uzun müddət ştatdankənar müxbiri olduğu Hijnevartovsk şəhər "Leninskoye znamya" (indi "Mestnoye vremya") qəzetinin nəzdində ikiillik jurnalistika kursunu bitirmişdir. 1992-ci ilin mart ayında Nijnevartovskda "Azərbaycan" adlı ilk diaspor təşkilatlarından birinin yaranmasında fəal iştirak etmişdir. 1992-ci ildə leytenant rütbəsində xidmətini doğma Vətənə dəyişərək Qaradağ RPİ-nin 10-cu PB-də əməliyyat növbətçisi, sahə müvəkkili və baş sahə müvəkkili vəzifələrində işləmiş, torpaqlarımızın bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak etmişdir.
Vasif Quliyev (publisist)
Quliyev Vasif Xosrov oğlu (17 yanvar 1954, Malıbəyli, DQMV) — publisist, tərcüməçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1989), "Tərəqqi" medalı ilə təltif olunub (2015). Vasif Quliyev 1954-cü il yanvarın 17-də Dağlıq Qarabağın Şuşa rayonundakı Malıbəyli kəndində anadan olmuşdur. Orta təhsilini Xankəndidə 4 saylı məktəbdə almışdır (1969–1971). Əmək fəaliyyətinə Xankəndidə elektrotexnika zavodunda yığıcı çilingər kimi başlamışdır (1971–1974). Bakı soyuducular zavodunda fəhlə olmuşdur (1974). Ordu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1974–1976). Azərbaycan Dövlət Universitetinin juralistika fakültəsində təhsilini davam etdirmişdir (1977–1982). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışdır (1982–1984). Hazırda "Günəş" uşaq jurnalının baş redaktoru və "Şuşa" nəşriyyatının direktorudur. Ədəbi yaradıcılığa tələbəlik illərindən başlamışdır.
Anar Əliyev (politoloq)
Anar Möhtərəm oğlu Əliyev (4 aprel 1976, Yuxarı Seyidəhmədli, Füzuli rayonu) — "Vergilər" qəzeti və "vergiler.az" onlayn platformasının rəhbəri, "İqtisadçı jurnalistlər" Maarifləndirmə və Monitorinq Media Mərkəzinin sədri, "Qafqaz əməkdaşlıq və inteqrasiya" ekspert klubunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, politoloq. == Həyatı == Anar Əliyev 4 aprel 1976-cı il Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisası üzrə bakalavr (1993–1997-ci illərdə), Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında konfliktoloq ixtisası üzrə magistr (1997–1999) təhsili alıb. ikinci ali təhsili Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə olub (2006–2008). Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix üzrə fəlsəfə doktoru (2013-cü ildə) və A.A.Bakıxanov adına Tarix İnstitutunda Tarix elmləri doktorluğu üzrə doktorantura dərəcəsini almışdır. == Fəaliyyəti == 1995-ci ildə "Çağ" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 1998-ci ildən 2005-ci ilə kimi "Müstəqil qəzet" redaksiyasında şöbə müdiri, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. 2000-ci ildən 2018-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin "Politologiya" kafedrasında müəllim və baş müəllim vəzifəsində işləyib, politologiya və sosiologiya fənlərini tədris edib. "Politologiya" dərsliyinin həmmüəlliflərindən biridir. 2006-cı ildə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub, hazırda "Vergilər" qəzeti və "vergiler.az" platformasının rəhbəridir.
Leyla Əliyeva (politoloq)
Leyla Ağa qızı Əliyeva (ingiliscə: Leila Alieva, 1959, Bakı) – elmlər doktoru, müstəqil siyasi təhlilçi və politoloq, Bakıda fəliyyət göstərən Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ingiliscə: Center for National and International Studies) prezidenti. Leyla Əliyeva həmçinin Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (1991-1997) qurucularından biri və prezidenti olmuşdur. Leyla Əliyeva Harvard Universiteti (1993-1994), Vudro Vilson Mərkəzi – Kennan İnstitutu (1995), Kaliforniya Universiteti-Berkli (2000) və Con Hopkins Universitetində (2001) tədqiqatlar aparmış, Avropa Yenidənqurma və İnkişaf Bankı Prezidentinin müşaviri, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan üzrə Milli Koordinatoru (1999) olmuşdur. Tədqiqat sahələri post-Sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir. == Xarici keçidlər == Leyla Əliyeva Almaniyanın Körber Fondunun veb səhifəsində (ingiliscə) Leyla Əliyeva Almaniyanın Böll Fondunun veb səhifəsində (ingiliscə) Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi Arxivləşdirilib 2009-05-24 at the Wayback Machine === Seçilmiş tədqiqatları === Alieva, L. (2006). Integrative Processes in the South Caucasus and their Security Implications. NATO Defense College: NDC Occasional Papers Series. Alieva, L. (2006). Azerbaijan's Frustrating Elections. Journal of Democracy.
Tofiq Abbasov (politoloq)
Tofiq Möhsün oğlu Abbasov (24 dekabr 1959, Tehran) — televiziya aparıcısı, politoloq, AzTV-nin siyasi icmalçısı, əməkdar jurnalist. 1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi. Cənubi Qafqaz regionu, postsovet məkanı və Orta Şərq məsələləri üzrə ixtisaslaşmışdır. 500-dən çox məqalənin və analitik araşdırmanın, sənədli filmlərin müəllifidir. Azərbaycan Televiziyasının İctimai Siyasi Verlişlər studiyasının direktoru. 1959-cu ildə İranın paytaxtı Tehranda anadan olub. 1977-ci ildə Bakıda orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub 1982-ci ildə məzun olduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətində ictimai və siyasi yayım redaksiyasına işə qəbul edilib. Redaktor, şərhçi, baş redaktor, studiya direktoru vəzifələrində çalışıb. 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə təyin edilmişdir. 1994–1996-cı illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin informasiya siyasəti və xarici əlaqələr üzrə məsləhətçisi vəzifəsində çalışmışdır.
Zaur Əliyev (politoloq)
Zaur Bilal oğlu Əliyev (19 sentyabr, Ağdam şəhəri) — Azərbaycan alimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. Zaur Əliyevin əsas elmi tədqiat mövzusu beynəlxalq münasibətlər, Qarabağ tarixi, Azərbaycan diasporu və erməni terrorizmidir. Bu mövzulara həsr edilmiş iyirmidən artıq kitabın müəllifidir. Respublika və beynəlxalq konfransların iştirakçısıdır. Əliyev pedaqoji fəaliyyətlə də məşğuldur. O, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan bölmələrində dərslər aparıb. Zaur Əliyev 19 sentyabr 1976-cı ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhərinin işğal olunması ilə məcburi köçkün düşüb. 1994-cü ildə Bakı şəhərində 33 saylı məcburi köçkün məktəbini bitirib. Həmən ili Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsinə daxil olub.
Azər Xudiyev (politoloq)
İradə Əliyeva (jurnalist, publisist)
İradə Əliyeva (İradə Əbdül qızı Əliyeva; 21 sentyabr 1955, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — jurnalist, Rəsmi dövlət nəşri – "Azərbaycan" qəzetinin şöbə redaktoru, Əməkdar Jurnalist (2010), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı. İradə Əliyeva 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Bakıdakı 225 nömrəli orta məktəbi bitirmişdir. Həmin il ADU-nun Jurnalistika fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra 1977-ci ildə Azərbaycan KP MK-nın orqanı olan "Təşviqatçı" jurnalında işə başlamışdır. Dörd ay – 1977-ci ilin sentyabr–dekabr aylarında həmin mətbu orqanda korrektor vəzifəsində çalışmışdır. 1978-ci il yanvarın 16-dan "Azərbaycan müəllimi" qəzetində əvvəlcə tərcüməçi, sonra müxbir, baş müxbir vəzifələrində fəaliyyətini davam etdirmişdir. Ailəlidir, iki övladı, iki nəvəsi var. İlk yazıları məktəb illərində "Azərbaycan gəncləri" qəzetində cap olunmuşdur. "Azərbaycan müəllimi" qəzetində tərcüməçi-junalist kimi fəaliyyətinin ən məhsuldar dövrü 1990-cı ilə təsadüf edir.