Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panno
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Buas-Panşo
Buas-Panşo (fr. Boisse-Penchot, oks. Boissa e Panchòt) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12028. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 40 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 540 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 311 nəfər (15-64 yaş arasında) 211 nəfər iqtisadi cəhətdən, 100 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 70.2%).
Conatan Panzo
Conatan Panzo (25 oktyabr 2000, London) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Şəxsi həyatı == Panzo London şəhərinin Brokli bölgəsində anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuar vətəndaşlarıdır. == Klub karyerası == === Monako === Panzo 9 yaşı olarkən Çelsi klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ilin iyul ayında isə o, Monako klubuna transfer olmuşdur. O, karyerasında debütünü ehtiyat komanda ilə 2-ci Milli Çempionatda etmişdir. O, peşəkar karyerasında debütünü 19 dekabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Panzo İngiltərə U-17 millisi ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və finalda İspaniya millisinə məğlub olaraq ikinci yerin sahibi olmuşdur.
Hanno Koffler
Hanno Koffler (alm. Hanno Koffler‎; doğ. 1980) — Almaniyalı kino aktyor və musiqiçi. == Bioqrafiya == Hanno Koffler 1980-ci ildə Berlin şəhərində anadan olub. 1994-cü ildə qardaşı Maks Kofflerlə birgə «Kerosin» adlı musiqi qrupunu yaratmışdı. == Filmoqrafiya == 2000: Mein lieber Herr Gesangsverein (Kurzfilm) 2000: Family (Kurzfilm) 2002: REC – Kassettenjungs/Kassettenmädchen 2002: Die Dickköpfe (TV) 2003: Ganz und gar 2003: Anatomiya 2 2004: Yay tufanı 2004: Einsatz in Hamburg – Bei Liebe Mord (TV) 2004: Halle şəhərinin kometləri 2004: Charlotte und ihre Männer (TV) 2005: Rabenbrüder 2008: Qırmızı Baron 2008: Krabat 2008: Qəhrəmanlar, xoş gəlmişsininz 2009: Kömək altında 2009: Tatort – (TV) 2009: Divarın arxasında (TV) 2009: Countdown – die Jagd beginnt (TV) 2010: Sərhəd (TV) 2010: Heç kim itmir (TV) 2011: Kim, əgər biz deyiliksə 2012: Xarici tapşırıq (TV) 2013: Sərbəst eniş 2013: Lotta & die frohe Zukunft (TV) == Mükafatlar == == Web links == Hanno Koffler — IMDb səhifəsi Hanno Koffler bei der Agentur Inka Stelljes Der Willensstarke, 3sat Kulturzeit vom 26.
Pannon boymadərəni
Pannon boymadərəni (lat. Achillea pannonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Pannon rusinləri
Pannon rusinləri — Rusinlərə aid olan etnik qrup. Əsasən Serbiyanın muxtar ərazisi olan Voevodina və Xorvatiyada yayılmışdır. Rusinlər Xorvatiya və Serbiya ərazisinə Avstriya-Macarıstan İmperiyası dönəmində azad vətəndaşlar olaraq indiki Şərqi Sloveniyadan gəlmişlər. Onların bir qrupu özlərinmi ukraynalılar, digərləri isə rusinlər hesab edir. Serbiyada ayrıca xalq hesab edilirlər. Cənubi rusin dili Voevodina ərazisində altı rəsmi dildən biri sayılır. . 2011-ci il siyahıya alınmasına görə Voevodina ərazisində 14 246 rusin yaşayır (1981-ci ildə sayları 23 min idi). Rusinlərin mədəni mərkəzi Kula dairəsində olan Ruski-Krestur kəndidir. Rusinlərin üstünlük təşkil etdiyi kəndlər — Kosur və Bikiç Dol (Şid dairəsi). Rusinlər həmcinin Şərqi Slovakiyada və Xorvatiya ərazisində yayılmışlar.
Panço Vilya
Panço (Fransisko) Vilya (əsl adı Doroteo Aranqo, 4 oktyabr, 1877, Rio-Qrande, Duranqo-20 iyul, 1923, İdalqo-del-Parral, Çiuaua) Meksika inqilabı dövründə kəndli hərəkatının başçısı. Kəndli ailəsində doğulmuşdur. 1910-cu ildə Emiliano Zapata birlikdə çıxış etdi. Yandırılmış torpaq taktikasını keçirmiş, Napoleon ləqəbi qazandı. 1916-cı ilin martında ABŞ-dakı Kolumbus şəhərini tutmuşdur. 1920-ci ildə inqilabı hərəkatdan uzaqlaşmışdır. Öldürülmüşdür. Vilyanın partizan mübarizəsini Çe Gevara tədqiq etmişdir.
Yoko Kanno
Yoko Kanno (yap. 菅野 よう子 Kanno Yōko; 16 mart 1964 və ya 18 mart 1963, Senday[…]) — Yaponiyalı bəstəkar və musiqiçi, daha çox anime filmləri və kompüter oyunları üçün yazdığı saundtreklər ilə tanınır. "Meow on the Bridge" və "Captain Duckling Records" şirkətləri ilə əməkdaşlıq edir. Musiqi ilə yanaşı, Kanno fotoqrafiya və yazını sevir.
Nanno Marinatos
Uraniya Marinatos, daha çox Nanno Marinatos kimi tanınır — yunanıstanəsilli ABŞ arxeoloqu, Minos dini və ikonoqrafiyası üzrə mütəxəssis. Məşhur Minos arxeoloqu Spiridon Marinatosun qızıdır. O, ABŞ-də klassik tarix və arxeologiya üzrə təhsil almış, 1978-ci ildə Kolorado Boulder Universitetini bitirmişdir. O, Ohayodakı Oberlin Kollecində və Kolorado Boulder Universitetində klassik antik dövr və arxeologiyadan dərs demişdir. Hal-hazırda Çikaqoda İllinoys Universitetində professordur. Onun əsas maraqları antik və tunc dövründə dinlərin tarixi, xüsusən də Minoy dininin hakim siniflərin davranışına təsiri, eləcə də ümumilikdə dini kultlarla bağlıdır.
Anno (kommuna)
Anno (fr. Annot, oks. Anòt) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04008. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 131 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 649 nəfər (15–64 yaş arasında) 448 nəfər iqtisadi cəhətdən, 201 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69,0%, 1999-cu ildə 71,3%). Fəal 448 nəfərdən 411 nəfər (229 kişi və 182 qadın) işləyir, 37 nəfər işsizdir (15 kişi və 22 qadın).
Anno Domini
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
Anno Hideaki
Anno Hideaki (yap. 宮﨑 駿 Anno Hideaki, 22 may 1960) — yaponiyalı anime və kinofilmlər rejissoru. Vegetariandır. 2002-ci ildən manqaka Moyoqo Anno ilə evlidir. Onun ən məşhur əsəri Neon Genesis Evangeliondur. == Fəaliyyəti == Animator kimi ilk dəfə Super Dimensional Fortress Macross-da işə başlayıb, lakin yalnız 1984-cü ildə Küləklər vadisindən Navsikaya anime filmindən sonra məşhurlaşdı. Bundan sonra Gainax studiyasını yaradıb quruluşçu rejissor kimi ilk tammetrajlı filmi Wings of Honneamise, Gunbuster və Nadia: The Secret of Blue Water-sı çəkdi. Lakin Nadia: The Secret of Blue Water-sı çəkdikdən sonra depressiyaya düşüb az qala sui-qəsd torətmişdi. 1998-ci ildə Love & Pop, 2000-ci ildə isə Shiki-Jitsu (Ritual) filmlərini çəkdi. 2004-cü ildə Cha no aji (Çayın dadı) filmində anime rejissoru, 2006-cı ildə isə Naisu no mori: The First Contact (Qorxmuş meşə: İlk təmas) filmində öz rolunda oynayıb.
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. == Tarixi == Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Damno
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Danyo
Danyo (fr. Dagneux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monlyuel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01142. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 4099 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 2707 nəfər arasında (15-64 yaş arasında) 2076 nəfər iqtisadi cəhətdən fəal, 631 nəfər hərəkətsizdir (fəaliyyət göstərici - 76.7%, 1999-cu ildə 72.4%). 2076 fəal sakindən 1884 nəfər (988 kişi və 896 qadın), 192 nəfəri işsizdir (90 kişi və 102 qadın). Fəal olmayan 631 nəfər arasında 227 nəfər şagird və ya tələbə, 236 nəfər təqaüdçü, 168 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Kanna
Kanna — İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir.
Kanto
Kanto (region) — Yaponiyanın Honşu adasında region. Kanto düzənliyi — Yaponiyanın ən böyük düzənliyi.
Fanni Kadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Fanny Cadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Hanna Adams
Hanna Adams (ing. Hannah Adams; 2 oktyabr 1755[…] – 15 dekabr 1831[…]) — ABŞ-də ilk peşəkar xanım yazıçı, tarixçi və müqayisəli dinşünaslıq pioneri. == Bioqrafiya == O, Tomas Adamsın və Elizabet Klarkın beş uşağından ikincisi idi. Hana 12 yaşında olanda, anası öldü. Uşaqlığda tez-tez xəstələndiyi üçün məktəbə getmirdi, amma özü çox oxuyurdu və atası onun öz-özünə təhsil almasını şövqləndirirdi. Adams öz xatirələrinə əsasən, o, cənnəti insanların billiyə yiyələnməsini tamamilə ödəyəcək bir yer sayırdı. Tomas Harvard tələbələri üçün özəl repetitor fəaliyətini göstərirdi və onlara yemək və yaşayış yeri verirdi. Hanna bu tələbələrlə birlikdə oxuyurdu və gələcəkdə özüdə özəl repititor oldu.. ABŞ İstiqlal müharibəsi zamanı Tomas Adamsın tələbələrindən biri Hannaya Tomas Broutonun 1742-ci ildə nəşr olunmuş "Dünya yaranandan indiyədək bütün dinlərin tarixi lüğəti" adlı kitabını oxumağa verdi. Broutonun əsərinin mütaliəsi qızda dünya dinlərinə marağı oyandırdı, amma bu kitab və, Hannanın oxuduğu belə mövzuda olan başqa kitablar kimi, müəllifin dinindən başqa bütün dinlərə nifrət və mənfi rəylərlə dolu idi.
Hanna Ardent
Hanna Ardent (alm. Hannah Arendt‎; 14 oktyabr 1906[…] – 4 dekabr 1975[…], Yuxarı Vestsayd[d], Nyu-York[…]) — yəhudi əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banilərindən biri. Holokostdan xilas olan Ardentin töhfələri XX və XXI əsrin siyasi nəzəriyyəçilərinə böyük təsir etmişdir. Arendt 1906-cı ildə Hannoverin Linden rayonunda yəhudi ailəsində anadan olub. Üç yaşında ailəsi atasının sifilisini müalicə etmək üçün Şərqi Prussiyanın paytaxtı Köniqsberqə köçdü. Paul Arendt gəncliyində bu xəstəliyə tutulmuşdu və Hanna anadan olanda onun remissiyada olduğu düşünülürdü. O, yeddi yaşında olanda öldü. Arendt siyasi cəhətdən mütərəqqi, dünyəvi bir ailədə böyümüşdü. Anası sosial demokratların qızğın tərəfdarı idi. Orta təhsilini Berlində başa vurduqdan sonra o, Marburq Universitetində qısa münasibətdə olduğu Martin Haydeggerin rəhbərliyi altında təhsil alıb.
Hanna Mançini
Hanna Mançini — Amerikalı müğənni. Hanna Mançini 2013 Avroviziya Mahnı Müsabiqəsində Sloveniyanı "Straight Into Love" mahnısı ilə təmsil edib.
Hanna Montana
Hanna Montana - Disney Channel kanalının seriallarından biridir. Serialda ikili həyat sürən Mayli Stüartdan mövzu edilir. Hanna Montananın 4.Sezon Çəkilişləri bitmişdir və serial finalı 16 yanvar 2011-ci ildə Wherever I Go hissəsi ilə tamamlanmışdır. == Məzmun == Mayli, 16 yaşında sıravi bir gəncdir. Amma onun ikinci üzü Hanna Montana isə dünya tərəfindən məşhur bir pop ulduzudur. Maylinin sinif yoldaşları onun ikinci şəxsiyyətini bilməməkdədirlər. Dünyanı gəzər, pərəstişkarlarını eyni zamanda menajeri olan atasının yazdığı musiqilə əyləndirər. Mayli hər uşağın xəyalındakı həyatı yaşar. Ancaq gözqamaşdırıcı həyatın və şöhrətin limuzinlər, qəşəng geyimlər, məşhurlarla olmaq kimi xüsusiyyətləri olsa da Miley ən çox özünə digər gənclər kimi davranılmasını və yaşıdları kimi bir həyat sürməni istəyir...
Hanna Pakarinen
Hanna Helena Pakarinen (Fin dilində:Helena Pakarinen) – finlandiyalı müğənni. == Həyatı == Hanna Helena Pakarinen 17 aprel 1981-ci ildə Finlandiyanın Lappeenranta şəhərində anadan olmuşdur. 2007-ci ildə Avroviziya Mahnı Müsabiqəsində “Leave me alone” (“Məni yalnız burax”) adlı mahnı ilə Finlandiyanı təmsil etmiş və 16-cı olmuşdur. Hanna pop və rok janrında olan mahnıların ifaçısı və bəstəkarı kimi tanınır. İndiyədək 4 albomu və 9 sinqlı işıq üzü görmüşdür. 2009-cu ildə Hanna “Love in a Million Shades” albomunu buraxmışdır.