Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mariya Paseka
Mariya Valeriyevna Paseka (19 iyul 1995; Moskva, Rusiya) — Rusiyanı təmsil edən idman gimnastı. Mariya Paseka 2012 və 2016-cı ildə Rusiyanı Yay Olimpiya Oyunlarında təmsil edib və üç gümüş, bir bürünc medal qazanıb. == Karyerası == Mariya Paseka birinci dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın London şəhərində XXX Yay Olimpiya Oyunlarında qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Viktoriya Komova, Kseniya Afanasyeva və Anastasiya Qrişina ilə birgə finalda 178.530 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, bürünc medala layiq görülüb. Mariya Paseka 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Seda Tutxalyan, Angelina Melnikova və Dariya Spiridonova ilə birgə finalda 176.688 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, gümüş medala layiq görülüb.
Serjio Paşeku de Oliveyra
Serjio Paşeku de Oliveyra (port. Sérgio Pacheco de Oliveira; 7 iyun 1981, Rio-de-Janeyro) – braziliyalı futbolçu. 18 yaşından Avropada çıxış edən Serjio Paşeku de Oliveyra 10 il ərzində Hollandiyada "Breda" və "Roda", Ukraynada isə Donetsk "Metallurq"unda oynayıb. 2008/2009 mövsümünü Türkiyənin "Sivasspor" komandasında keçirən legioner cəmi 5 oyuna çıxıb. "Sivasspor"un heyətində Türkiyə çempionatının gümüş mükafatını qazanan Paşeku 2009-cu ilin iyun ayından karyerasını Azərbaycanda davam etdirir. Komandasının oyun qurucusu olan 28 yaşlı braziliyalı yarımmüdafiəçinin "Bakı" klubuna keçidinin rəsmiləşib.
Casema
Casema — Niderlandın əsas kabel televiziyası, internet və telefon provayderi. Şirkət əsasən Haaqa, Amersfoort, Utrext, Amstelven və Breda şəhərlərinin ətrafında aktivdir.
Mareka
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Paleya
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Pamela
Pamela — ad. Pamela Anderson — Kanada əsilli ABŞ aktrisası və fotomodeli. Pamela Kosh – İngilis xarakter aktyoru. Pamela Spence — Türkiyəli rok müğənni.
Panenka
Panenka — futbolda 11 metrlik cərimə zərbəsini yetirmək üçün fənd. 1976-cı il Avropa Çempionatının finalında, Qərbi Almaniya və Çexoslovakiya komandaları qarşılaşdı. Oyunun əsas vaxtı 2–2 hesabı ilə başa çatdığı üçün, əlavə vaxt artırıdı. Əlavə vaxtda da qalib müəyyənləşmədikdə, penalti zərbələrinə keçilir. İlk 3 qarşılıqlı penalti zərbəsi qol ilə nəticələndi. Çexoslavakiya 4-cü penaltini də qola çevirdi amma alman futbolçu isə zərbəni dəqiq vura bilmədi. Növbəti zərbə üçün topun arxasına Çexoslavakiyalı yarımmüdafiəçi, Antonin Panenka keçdi. Əgər Panenkanın bu zərbəsi qolla nəticələnsə, onun ölkəsi Avropa çempionu olacaqdı. Hətta ekran başındakı azarkeşlərin də, həyacandan titrədiyi bir zamanda, Panenka, soyuqqanlılıqla topu göylə, yüngülcə qapının mərkəzinə göndərdi. Almaniyanın qapıcısı sol tərəfə uzanması ilə qol oldu və Çexoslavakiya avropa çempionu oldu.
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Patoka
Patoka — qida qatqısı.
TRASEKA
TRASEKA (abreviatur ing. TRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir. Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
Papeda
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. == Botaniki xarakteristikası == Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
Pasina
Horminum (lat. Horminum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Pasina Adans.
Ameka
Ameka - Zamua çarı (E.ə. IX əsrin I yarısı). Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. E.ə. 880-cı ildə Assuriya hökmdarı II Aşşurnasirapalın Zamuaya yürüşü zamanı döyüşdə məğlubiyyətə uğramış, ölkənin paytaxtı Zamrini tərk edərək öz qoşunu ilə Etini dağlarına çəkilmişdir. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Aşşur qoşunu ölkəni talan etmiş, lakin Amekanı ələ keçirə bilməmişdir. Ameka bir müddət aşşurlara qarşı müqavimətini davam etdirmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Aşoka
Aşoka (e.ə. 304, Patna, Mauriya İmperiyası – e.ə. 232, Patna, Mauriya İmperiyası) — Mauriya sülaləsindən olan və demək olar ki, bütün Hindistan yarımqitəsini e.ə 268 və 232-ci illər arasında idarə etmiş Buddist monarx. Ara müharibələrindən sonra atasının taxt-tacını ələ keçirmişdir. Aşoka tayfa müharibələrini ittiham edən və birləşmiş dövləti təbliğ edən buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, bütün Hindistan Aşokanın hakimiyyəti altında birləşdirilmişdi. Aşokanın hakimiyyəti illəri Hindistan mədəniyyətinin, memarlığının inkişafı, yazının yayılması dövrüdür. Aşokanın ölümündən sonra onun çarlığı dağılmışdır. == İstinadlar == == Mənbə == Rauf Məlikov, Nizami İbrahimov. "Məktəblinin tarix lüğəti", "Aşoka" məqaləsi.
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Pasen
Pasen (fr. Passins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38297. Kommunanın 1999-cu il üçün əhalisi 696 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 377 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Pasxa
Fəsh və ya Pasxa (anqlosaks. Ēostre, lat. Pascha; q.yun. Πάσχα Pasxa, ivr. ‏פֶּסַח‏‎ Pesax) – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır. Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir.
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
Rasək
Rasək — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sərbaz şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,931 nəfər və 1,102ailədən ibarət idi.
Emi Paskal
Emi Bet Paskal (ing. Amy Beth Pascal) — amerikalı biznesmen və film istehsalçısı. 2006-cı ildən 2015-ci ilə qədər Sony şirkətində işləmişdir. Paskal 2016-cı ildə Pascal Pictures şirkətini qurmuşdur. == Şəxsi həyatı == Paskal keçmiş müxbir Bernard Ueinraub ilə 1997-ci ildə evlənmişdir. Oğulları ilə birlikdə Los-Anceles şəhərinin Brentvud ərazisində yaşayırlar.
Etyenn Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Gillermo Paçeko
Gillermo Paçeko (d. 23 dekabr 1954) — Perulu keçmiş üzgüçü. Gillermo Paçeko Perunu 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Gillermo Paçeko birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 17:36.36 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kazuaki Tasaka
Kazuaki Tasaka (d. 3 avqust 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.