Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəfər Atalay
Cəfər Atalay (1962, Sivas – 3 noyabr 2007, Kadıköy, İstanbul ili) — türkiyəli aktyor.
Bəşir Atalay
Bəşir Atalay (1 aprel 1947) – 2011–2014-cü illərdə Rəcəb Tayyib Ərdoğan hökumətində Türkiyə Baş nazirinin müavini olmuş türk siyasətçidir. O, əvvəllər 28 avqust 2007-ci ildən 14 iyul 2011-ci ilədək daxili işlər naziri olub. == Yaşamı və akademik karyerası == Bəşir Atalay Kırıkkale bölgəsinin Keskin rayonunda doğulub, Ankara Universitetinin hüquq fakültəsini bitirib və Ərzurumda yerləşən Atatürk Universitetində müəllim vəzifəsində çalışıb. O, daha sonra Dövlət Planlaşdırma Təşkilatında (DPT), Mərmərə Universitetində və YUNESKO-nun Türkiyə Milli Komissiyasında çalışıb. Atalay 1997-ci ildə Türkiyə hərbi memorandumundan sonra dövlətin maraqlarına zidd fəaliyyətlərdə iştirak etdiyi səbəbilə Ali Təhsil Şurası (YÖK) tərəfindən vəzifəsindən uzaqlaşdırılana qədər Kırıkkale Universitetinin təsisçisi və rektoru olub. == Siyasi karyerası == 2002-ci ilin ümumi seçkilərində o, AKP-dən Ankaranı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib və Prezident Əhməd Necdət Sezərin Atalayın Təhsil naziri təyin edilməsi təklifinə veto qoymasının ardından Ərdoğanın ilk kabinetində Dövlət naziri olub. Daha sonra 2007-ci ilin avqustunda o, Daxili İşlər naziri təyin edilib, bu, həmin yay baş nazir Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsindən sonra, həmçinin Sezərin prezidentlikdən təqaüdə çıxmasının ardından bir neçə kabinet dəyişikliyindən biri idi. 2011-ci ildə baş nazirin insan haqları və terrorizmlə mübarizə üzrə müavini təyin edilib və 2014-cü ilədək bu vəzifəni icra edib. == Şəxsi həyatı == Bəşir Atalay Ulduz Atalay ilə evlidir və üç övladı var. O, Nəqşibəndi təriqətinə bağlı bir türk sufi icması olan İskəndərpaşa İcmasının üzvüdür.
Pantalas
Pantalas okeanı və ya sadəcə Pantalas — (yun. πᾶν "bütün", θάλασσα "dəniz") — Superqitə Pangeyanı əhatə edən superokean. Paleozoy−Mezozoy dövrü zamanı, təxminən 250 milyon il əvvəl yer kürəsinin 70%-ni əhatə edirdi.
Paşalar
Paşalar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Paşalar kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Satılay
Satılay — türk və altay mifologiyasında fəsad tanrıçası. Ruh xəstəliklərinə və intiharlara səbəb olur. Çarəsiz, ümidsiz insanları intihar etmələri üçün aldadır. Pisliklərə səbəb olur. Uzun və dağınıq saçları vardır. Görünüşü diksindiricidir. Çılpaq ayaqları ilə səssizcə gəzər. Göndərdiyi pis ruhların müsəllət olduğu kəslər özünü bilməzliyə düşərlər. Ağıllarını doğru istifadə edə bilməzlər. == Etimologiya == (Sat) kökündən törəmişdir.
Natalya
Natalya — ad.
Atabay
Atabay — İran türkmənlərinin Yəmut elinin oymaqlarındandır.
Ataçay
Mənbəyini Xızının Altıağac Milli Parkıdan alan çay. == Haqqında == Ataçay Çayı Altıağac Milli Parkından mənbəyini götürmüş sonu Siyəzən rayonuna gələn çaydır. Azərbaycanın Xızı ilçəsində yerləşən Altıağac milli bağından başlanğıcın (39 T, 320921.20 d D, 4528287.15 m K) götürən, quzey-doğu istiqamətində uzanaraq, Azərbaycanın Siyəzən ilçəsi ərazisində (39 T, 347106.46 d D, 4550385.13 m K) Xəzər dənizinə tökülən çaydır. Mənbəyi 1760 metr yüksəklikdə yerləşir. Adının anlamı böyük çay deməkdir. Ataçay çayı Xızı rayonunun Xələc kəndi ilə Fındığan kəndi arasında (39 T, 334979.17 d D, 4534196.29 m K) güneydən gələn qolu ilə birləşir. Ataçay böyük Qafqazın quzey-doğu yamacından və mənsəbi okean səviyyəsindən aşağı olan çaylar qrupuna aiddir. Ataçay çayı Azərbaycanın daxili çaylarındandır. Ataçayın sağ sahilində, Fındığan kəndi ərazisində qədim qəbir qalıqları aşkar edilmişdir. Ataçay çayında su, əsasən (təxminən 45%) yağışın, (təxminən 20%) qarın və (təxminən 35%) yeraltı suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır).
Talay
Atriplex patula subsp. patula
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Atriplex patula var. patula
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Georgi Pataraya
Georgi Pataraya — Rusiyalı akrobatika gimnastıdır. Rusiya Federasiyasını 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 qızıl medal qazandı. Georgi Pataraya Marina Çernova ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində qızıl medal qazandı. Rusiyanın idman ustasıdır. == Həyatı == Georgi Pataraya 28 aprel 1996-cı ildə anadan olmuşdur. == Karyerası == Georgi Pataraya ilk uğurunu 2015-ci ildə Azərbaycanda qazandı. O Bakıda Avropa Oyunlarında Marina Çernova ilə birgə 3 qızıl medal qazandı. Georgi Pataraya çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində qızıl medala layiq görüldü. == Uğurları == === Dövlət mükafatları === Georgi Pataraya Rusiyanın idman ustasıdır.
Kapalay adası
Kapalay (malay Pulau Kapalai) — Sulavesi dənizində yerləşən sualtı bankə. Ada Malay arxipelaqına daxil olan, Ligitan arxipelaqının tərkib hissəsidir. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Əvvəllər Ligitan adaları böyük bir sahəni əhatə edirdi. Lakin sonrakı dövrlərdə onun sahəsi tədricən azalmağa başlayır. Bunun isə təbii və antropagen səbıbləri olur. XX əsrin sonları ada çəkilmə zamanı müşahidə edilirdi. Qumlu dayazlığın ətrafında mərcan və riflər yayılır. Hazırda isə bölgə məşhur dəniz kurortudur. == Fiziki-coğrafi xüsusiyyətləri == === Coğrafi yerləşməsi === Coğrafi koordinatları — 4°13′00″ şm.
Katalan Respublikası
Katalan Respublikası (1641) — Katalan Respublikası (1931) — Katalan Respublikası (2017) — 27 oktyabr 2017-ci ildə müstəqillyini elan edən və cənub-qərbi avropada yerləşən tanınmamış dövlət.
Katalan atlası
Katalan atlası(kat. Atles català,Orta əsrlər dövründə (1375-ci ildə hazırlanmış və yazılmış) ən mühüm Katalan xəritəsi. Bu atlas Majorkan kartoqrafik məktəbi tərəfindən istehsal edilib və Kreskes Abraham (Cresques Abraham) (həmçinin "Abraham Kreskes" (Abraham Cresques) kimi tanınan),özünü dünyanın xəritələr habelə kompaslar ustası , kimi təsvir edən bir yəhudi kitab aydınladıcına aid edilir. V Kral Çarlz dövründən bəri Fransa kral kitabxanası (indi Fransa Milli Kitabxanası)nda olmuşdur.
Katalan böhranı
Katalan böhranı kimi də bilinən 2017-2018 İspaniya Konstitusiya böhranı — İspan mərkəzi hökuməti və Katalan regional hökuməti arasında mövcud olan siyasi qarşıdurma. == Arxaplan == Katalan müstəqilliyinin dəstəklənmənin artmasının səbəbi İspaniya Konstitusiya Məhkəməsinin 2010-cu ildəki qərarı ilə əlaqədərdir. Belə ki, bu qərarla 2006-cı ildə regional hökumətə verilmiş bir sıra səlahiyyətlər ləğv edilmişdir. Müstəqillik tərəfdarlarının artması 2015-ci ildəki regional seçkilərdə Katalan Parlamanetində müstəqillik tərəfdarı olan partiyaların çoxluq əldə etməsi ilə nəticələndi və Karles Puçdemon Kataloniyanın Prezidenti seçildi. Yeni Prezident Kataloniyanın müstəqilliyi ilə əlaqədar referendum keçirməyi və nəticələrinin qəti olacağını vəd edirdi. 2017-ci ilin iyul ayında referendumun həmin ilin oktyabr ayının 1-ində keçiriləcəyi elan edildi. İspan hökuməti belə bir referendumun ölkənin Konstitusiyasına zidd olduğunu bildirərək nəticələri tanımayacağını bildirdi. == Böhranın başlanğıcı == Senytabr ayında Katalan Parlamenti “Kataloniyanın öz müqəddəratını təyin etmə referendumu haqqında” qanun qəbul etdi. Buna cavab olaraq İspaniya Baş Naziri - Mariano Raxoy Konstitusiya Məhkəməsinə qanunun ləğv olunması məqsədi ilə müraciət etdi. Konstitusiya Məhkəməsi müstəqillik barəsində olan qanun və referendumu ləğv etsə də, Katalan hökuməti nə ispan mərkəzi hakimiyyətinin nə də ki məhkəmələrin qərarlarını icra etməyəcəyini bəyan etdi.
Katalan dili
Katalan dili — Hind-Avropa dillərinin roman dilləri qrupunun oksitan-roman yarımqrupuna aid olan dil.
Natalya Aşumova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Natalya Baliyeva
Nataliya Baliyeva (tam adı: Nataliya Gennadiyevna Baliyeva; 1954, Kuybışev) — aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == F.Volkov ad. Yaroslavl Teatr məktəbini bitirmişdir. 1975 ildən səhnə fəaliyyətinə başlamışdır. Azərb. Dövlət Rus Dram Teatrının səhnəsində müxtəlif səpkili obrazlar yaratmışdır: Fitnə ("Fərhad və Şirin", S. Vurğun), Dina Fyodorovna ("Kişi qadının yanına gəldi", S. Zlotnikov), Aynur ("Büllur sarayda", İ. Əfəndiyev), Nastasya Filippovna ("İdiot", F. Dostoyevski), Şarlotta ("Müqəddəs əjdahalar", J. Kokto) və s. N.Baliyeva 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirmişdir. 1975-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatr səhnəsində 50-dən çox rol oynamışdır.
Natalya Borisenko
Natalya Borisenko (d. 3 noyabr 1975) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Natalya Borisenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Natalya Buksa
Natalya İqorevna Buksa (ukr. Ната́лія Ігорівна Букса; doğ. 6 noyabr 1996, Lvov) — Ukrayna şahmatçısı, 20 yaşa qədər qızlar arasında dünya çempionu (2015). Qadınlar arasında qrosmeyster (2015). O, FİDE-nin 2016-cı ilin dekabr ayına olan reytinq siyahısında 2264 xalla 269-cu yerdə qərarlaşıb (Ukrayna şahmatçıları arasında 13-cü yer). Məşqçiləri Vladimir Qrabinski ilə Yuri Privalovdur. Atası şahmat kateqoriyasına malikdir, Buksanı şahmata məhz o həvəsləndirib. İvan Franko adına Lvov Milli Universitetinin tələbəsidir. == Şəxsi həyatı == 2018-ci ilin may ayında azərbaycanlı şahmatçı Rauf Məmmədovla nişanlanıb. == İdman nailiyyətləri == 2004 — 8 yaşa qədər qızlar arasında Ukrayna vitse-çempionu.
Natalya Haşımova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Natalya Karpenkova
Nataliya Vladimirovna Karpenkova (d. 1 fevral 1970) — Belarusu təmsil edən batut gimnastı. Nataliya Karpenkova, 2000-ci ildə Belarusu XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Dünya Çempionatlarında 1 gümüş və 1 bürünc medal qazanan Nataliya Karpenkova, həmdə Avropa Çempionatlarında 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Nataliya Karpenkova, 2000-ci ildə Belarus bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Karpenkova, 35.80 xal topladı və 8 idmançı sırasında 5-ci yeri tutdu.
Natalya Kraçkovskaya
Natalya Kraçkovskaya (tam adı: Natalya Leonidovna Kraçkovskaya, rus. Ната́лья Леони́довна Крачковская; 24 noyabr 1938, Moskva – 3 mart 2016, Moskva) — Rusiya aktrisası, Rusiya Federasiyasının əməkdar artisti (1998). == Həyatı == Natalya Leonidovna Kraçkovskaya 24 noyabr 1938-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra sənədlərini Tarix-arxiv institutuna və eyni zamanda da Ümumrusiya Dövlət Kinematoqrafiya institutuna vermişdi. Aktrisalıq karyerası arzulasa da, anasının istəyi ilə arxivçi olmaq fikri vardı, amma işin tərsliyindən onu maşın vurur və görmə qabiliyyəti azalır. Həkimlər ona oxumağı qadağan edirlər. Natalya Kraçkovskayanı kino üçün məşhur rejissor Leonid Qayday kəşf edib. Sonralar başqa rejissorların filmlərində çəkilsə də, o hər şeydən əvvəl "Qaydayın aktrisası" kimi tanınıb. Məhz "12 stul"a çəkiləndən sonra onun əsil karyerası başlayıb. Deyirlər ki, Qayday səs operatoru Kraçkovskinin arvadına oxşayan — vətəndaş Qraçaçuyeva roluna çəkilmək üçün aktrisa axtarırdı.
Natalya Kutuzova
Natalya Kutuzova (d. 18 mart 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Natalya Kutuzova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.