Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cüzeppe Penone
Cüzeppe Penone (it. Giuseppe Penone; 3 aprel 1947[…]) — italyan heykəltaraşı. == Həyatı == Cüzeppe Penone 1947-ci ildə Qaresio (Pyemont bölgəsi) şəhərində anadan olub. Albertinin Gözəl Sənətlər Akademiyasında (Turin) və Paris Milli Milli Gözəl Sənətlər Məktəbində oxumuşdur. Hazırda Turində yaşayır və fəaliyyət göstərir. == "Bürünc əl" == Cüzeppe Penone, təbiətə və insan əlaqələrinə yönəlmiş sənət əsərləri ilə tanınır. Ağaclar Panonenin işlərinin əksəriyyətində aparıcı rol oynayır. Bu əsərlərin ən məşhurlarından biri sənətçinin 1968-ci ildə düzəltdiyi "Bürünc əl" heykəlləridir. Giuseppe Penone bürünc əli illər əvvəl Dallasdakı Nasher Heykəl Mərkəzində yeni əkilən ağacın üzərinə yerləşdirir. Zamanla ağac böyüdükcə və gövdəsi qalınlaşdıqca, heykəldə yeni bir görünümə bürünür.
Lesnoe
Yaşayış məntəqələri
Pentod
Pentod (q. yun. πέντε) — ekranlama toru olan vakuum elektron lampasıdır, içərisində dinatron effektini boğaraq, ekranlama toru ilə anod arasında üçüncü (qoruyucu və ya anti-dinatron) şəbəkə yerləşdirilir. Əksər pentodlarda üçüncü tor və katod şüşə içərisində birləşdirilir, buna görə də onların yalnız dörd siqnçıxışınainə malikdir. Tarixi ədəbiyyatda məhz bu dörd çıxışlı lampalar ciddi mənada pentodlar, üçüncü toru ayrıca çıxışı olan pentodlar isə "üç torlu lampalar" adlanırdı.
Cenne
Cenne (fr. Djenné) — Malinin mərkəzində şəhər və şəhər kommunası. İnzibati cəhətdən Mopti vilayətinə aiddir. Cenne XIII əsrdə transsəhra ticarət yolunda Sudandan olan müsəlman tacirlər ilə Qvineyanın tropik meşələrinin sakinləri arasında məhsul mübadiləsi üçün bir yer kimi yaranmışdır. Timbuktu ilə çay yolu ilə, Toqo ilə isə meşə yolları ilə əlaqə saxlanılırdı. Sonqay imperiyasının İmperatorluğunun qurucusu Sonni Əli 1473-cü ildə yeddi illik mühasirədən sonra onu ələ keçirmişdir.
Panno
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Penol
Penol (fr. Penol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38300. Kommunanın 1999-cu il üçün əhalisi 288 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 281 ilə 455 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Penso
Penso (fr. Pinsot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38306. Kommunanın 2012-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 551 ilə 2858 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Aaron Lennon
Aaron Castin Lenon (ing. Aaron Justin Lennon; 16 aprel 1987[…], Lids, Qərbi Yorkşir[d]) — İngiltərə futbolçusu. Hazırda Premyer Liqada çıxış edən "Börnli" klubunun oyunçusudur. Lenon karyerasına doğma şəhərinin yerli klubu "Lids Yunayted"də başladı, 2003-cü ildə əsas komandada debütunu edərək o vaxt Premyer Liqada oyuna çıxmış ən gənc oyunçu oldu. 2005-ci ildə 1 milyon funt qarşılığında "Tottenhem Hotspur" klubuna transfer olundu, orada bütün yarışlarda 364 oyuna 30 qol vura bilmişdir. 2008-ci ildə Lennon ilk böyük yarışda uğur qazandı, belə ki klubla birlikdə finalda London rəqibi "Çelsi"ni 2–1 hesabı ilə məğlub edərək, Liqa Kubokunun qalibi oldu. O, bir il "Everton" klubunda icarə əsasında çıxış edəndən sonra, 2015-ci ildə £4.5 milyona həmin kluba keçdi. "Everton"da Lenon 77 oyuna 9 qol vurmağı bacardı və 2018-ci ildə Premyer Liqanın digər klubu "Börnli" ilə 2 il 6 aylıq müqavilə imzaladı. Lankaşir təmsilçisinin heyətində 55 oyunda forma geyinən Lenon cəmi bir qolun müəllifi olmuşdur. 2020-ci ilin iyun ayında "Kayserispor" klubunun heyətinə qatılan oyunçu bir il sonra "Börnli"yə geri döndü.
Con Lennon
Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[…] – 8 dekabr 1980[…], Nyu-York, Nyu-York ştatı) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu. 1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı.
John Lennon
Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[…] – 8 dekabr 1980[…], Nyu-York, Nyu-York ştatı) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu. 1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı.
Klod Şennon
Klod Elvud Şennon (ing. Claude Elwood Shannon; 30 aprel 1916[…] – 24 fevral 2001[…], Medford[d], Massaçusets) — amerikalı mühəndis, kriptoanalitik və riyaziyyatçı. "İnformasiya əsrinin atası" hesab olunur. Müasir yüksək texnoloji rabitə sistemlərində tətbiq tapan məlumat nəzəriyyəsinin banisidir. Hal-hazırda müasir rabitə texnologiyalarının əsasını təşkil edən fundamental anlayışları, fikirləri və onların riyazi formulalarını təqdim etdi. 1948-ci ildə məlumatın ən kiçik birliyini ifadə etmək üçün "bit" sözündən istifadə etməyi təklif etdi ("Riyazi nəzəriyyə" məqaləsində). Bundan əlavə, entropiya anlayışı Şennon nəzəriyyəsinin vacib bir xüsusiyyəti idi. O, təqdim etdiyi entropiyanın ötürülən mesajdakı məlumatın qeyri-müəyyənlik dərəcəsinə bərabər olduğunu nümayiş etdirdi. Şennonun "Rabitə riyazi nəzəriyyəsi" və "Gizli sistemlərdə rabitə nəzəriyyəsi" məqalələri informasiya və kriptoqrafiya nəzəriyyəsi üçün əsas hesab olunur. Klod Şennon, kriptovalyutaya elmi baxımdan müraciət edənlərdən biri, onun nəzəri əsaslarını formalaşdıran və bir çox əsas anlayışları təqdim edən ilk biri idi.
Pannon boymadərəni
Pannon boymadərəni (lat. Achillea pannonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Pannon rusinləri
Pannon rusinləri — Rusinlərə aid olan etnik qrup. Əsasən Serbiyanın muxtar ərazisi olan Voevodina və Xorvatiyada yayılmışdır. Rusinlər Xorvatiya və Serbiya ərazisinə Avstriya-Macarıstan İmperiyası dönəmində azad vətəndaşlar olaraq indiki Şərqi Sloveniyadan gəlmişlər. Onların bir qrupu özlərinmi ukraynalılar, digərləri isə rusinlər hesab edir. Serbiyada ayrıca xalq hesab edilirlər. Cənubi rusin dili Voevodina ərazisində altı rəsmi dildən biri sayılır. . 2011-ci il siyahıya alınmasına görə Voevodina ərazisində 14 246 rusin yaşayır (1981-ci ildə sayları 23 min idi). Rusinlərin mədəni mərkəzi Kula dairəsində olan Ruski-Krestur kəndidir. Rusinlərin üstünlük təşkil etdiyi kəndlər — Kosur və Bikiç Dol (Şid dairəsi). Rusinlər həmcinin Şərqi Slovakiyada və Xorvatiya ərazisində yayılmışlar.
Sennıe Ludı
Sennıe Ludı — Barens dənizində daxil olan Ura körfəzində yerləşən 3 adacıqdan ibarət adalar qrupu. Onların uzunluqları 130 – 200 m arasında yerləşir. Şalim adasının cənub qutaraçağından 100–170 m aralıda qərarlaşırlar. Arxipelaqın ümumi uzunluğu 700 metrdir. Qrupa daxiil olan adalardan biri Şalim adasına dayazlıqla birləşir. Yay ayları adaların üzəri ot bitkiləri ilə örtülür. Görünür adaya adın verilməsi bununla əlaqədardır. Ağ dənizdə də Soloves arxipelaqına daxil olan Sennıe Ludı adlı ada vardır. Сенные Луды // Кольская энциклопедия. В 5 т.
Sintiya Lennon
Sintiya Lennon (ing. Cynthia Lennon), doğularkən Sintiya Pauell Lennon (ing. Cynthia Powell Lennon); 10 sentyabr 1939, Lankaşir, İngiltərə — 1 aprel 2015, Malyorka, İspaniya) — musiqiçi Con Lennonun birinci arvadı. Sintiya və Con Liverpul İncəsənət Kollecində tanış olmuşdular. Onlar hələ "bitlomaniya"dan əvvəl, 1962-ci ildə evlənmişdilər. Bu evlilikdən 1963-cü ildə Culian dünyaya gəlib. 8 noyabr 1968-ildə Condan boşanıb. Conla boşandıqdan sonra üç dəfə ailə həyatı qurub. Sintiya Lennon 75 yaşında yaşadığı Malyorkada xərçəng xəstəliyi səbəbindən vəfat edib.
Şennon Vudvord
Şennon Mari Vudvord (ing. Shannon Marie Woodward; 17 dekabr 1984, Finiks) — ABŞ aktrisası.
Şon Lennon
Şon Taro Ono Lennon (ing. Sean Taro Ono Lennon; 9 oktyabr 1975, Nyu-York, ABŞ) — İngiltərə və ABŞ musiqiçisi və bəstəkarı. Şon Lennon 9 oktyabr 1975-ci ildə atasının 35-ci ad günündə Nyu-Yorkun Manhetten şəhərindəki Veyl Kornel Tibb Mərkəzində anadan olub. O, ana tərəfdən yapon, ata tərəfdən isə ingilis, uels və irland mənşəlidir. Culiyan Lennon onun ögey qardaşıdır, Kyoko Çen Koks isə ögey bacısıdır.
Roger Penrose
Roger Penrose (8 avqust 1931[…]) — İngilis fizik ,riyaziyyatçı, yazıçı, filosof, univerisitet müəllimi, psixoloq,astronom, astrofizik. Penrose, riyaziyyat fizika sahəsində olan çalışmalarıyla tanınmışdır. Özəlliklə də ümumi nisbilik və kosmologiyaya olan qatqılarıyla bir çox mükafat almışdır. Bunların içərisində kainatın başa düşülməsinə öz töhfələri ilə 1988-ci ildə Stephen Havking ilə paylaşdığı Volf Fizika Mükafatını da almışdır. İngiltərə Colchester, Essex-də doğuldu. Roger Penrose, psixiyatr və riyaziyyatçı olan Lionel Penrose ilə Margaret Leathesın oğlu, psixoloq John Beresford-un nəvəsi olaraq dünyaya gəldi. Əmisi Roland Penrose sənətçidir. Penrose, riyaziyyatçı Oliver Penrose və şahmat ustası olan Jonathan Penrose-un qardaşıdır. Roger Penrose London Univerisitet Akademiyasında təhsil aldı və buradan riyaziyyatda birincilik dərəcəsiylə məzun oldu. 1955-ci ildə hələ şagird ikən E. H. Moore ilə birlikdə Moore-Penrose tərsi olaraq da tanınan 1951-ci ildə Arne Bjerhamm tərəfindən yenidən qurulan ümumiləşdirilmiş tərs matris fikrini ortaya attı.
Haruka Tenno
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Peano aksiomaları
Peano aksiomları — natural ədədlər çoxluğunun təsvirində istifadə edilən, Qiuseppe Peano və Riçard Dedekind tərəfindən irəli sürülmüş dörd əsas və bir köməkçi aksiomdur. Bu aksiomlar aşağıdakılardır: a. Verilən çoxluq boş deyil. Tərkibinə 1 adlandırılan obyekt daxildir. 1 ∈ N {\displaystyle 1\in \mathbb {N} } b. Hər natural ədəd üçün onun ardıcılı deyilən başqa bir natural ədəd vardır (yalnız bir natural ədəd var). c. Ardıcılığı 1 olan heç bir natural ədəd yoxdur. d. İki natural ədədin ardıcılığı bərabərsə, natural ədədləri də bərabərdir.
Peano aksiomları
Peano aksiomları — natural ədədlər çoxluğunun təsvirində istifadə edilən, Qiuseppe Peano və Riçard Dedekind tərəfindən irəli sürülmüş dörd əsas və bir köməkçi aksiomdur. Bu aksiomlar aşağıdakılardır: a. Verilən çoxluq boş deyil. Tərkibinə 1 adlandırılan obyekt daxildir. 1 ∈ N {\displaystyle 1\in \mathbb {N} } b. Hər natural ədəd üçün onun ardıcılı deyilən başqa bir natural ədəd vardır (yalnız bir natural ədəd var). c. Ardıcılığı 1 olan heç bir natural ədəd yoxdur. d. İki natural ədədin ardıcılığı bərabərsə, natural ədədləri də bərabərdir.
Pende çayı
Pende çayı — Mərkəzi Afrikada uzunluğu 36,88 kilometr olan çay. Bu çay Çad və Mərkəzi Afrika Respublikası arasındakı beynəlxalq sərhəddin qısa bir hissəsini təşkil edir. Pende çayı öz başlanğıcını MAR-ın Ouham-Pende bölgəsindən götürür və Kim məntəqəsi yaxınlığında Loqon çayına tökülür. Pende çayının illik su sərfiyyatı 128 kub metr saniyə, hövzəsinin sahəsi isə 15,325 km²-dir.
Penni Mordont
Penelope Meri Mordont (ing. Penelope Mary Mordaunt; 4 mart 1973, Torki, Devon qraflığı) — Böyük Britaniyanın siyasi və dövlət xadimi. 15 sentyabr 2021-ci ildən Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri. Əvvəlllər Böyük Britaniyanın ilk qadın müdafiə naziri olub (1 may — 24 iyul 2019-cu il). Penni Mordont 4 mart 1973-cü ildə Devon krallığının Torki şəhərində anadan olub.[daha etibarlı mənbəyə ehtiyac var]. O bildirir ki, o atası desantçı olduğuna görə ona Arethusa HMS sinifli Penelope adlı kreyserin adı verilib . Atası Con Mordont, Hilsi kazarmalarında anadan olub, desant polkunda qulluq edib, sonra müəllim ixtisasına keçib, sonda isə Hempşir şurasında gənclər üzrə işçi kimi çalışıb. Anası Cennifer ( qızlıq soyadı Snouden), Purbrukun bir neçə məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim kimi çalışıb. Ana xətti ilə o ilk leyborist xəzinədarlıq kansleri Filip Snoudenin qohunudur, aktrisa Anjela Lensberi onun nənəsinin əmisi qızıdır, beləlikə o leyboristlərin keçmiş lideri Cor Lensberinin uşaq qohumudur. Prnninin iki qardaşı var : ekiz qardaşı Ceyms və kiçik qardaşı Edvard.
Qara penni
"Qara penni" (ing. Penny Black) — tarixdə birinci poçt markası. Qara penni 1840-cı ildə çap olunub. İngiltərədə çap olunan bu marka qara rəngdə və bir penni dəyərində olduğuna görə onu "Qara penni" adlandırıblar. Yapışqanlı marka ideyasını ilk dəfə kitab satıcısı Ceyms Çalmers (ing. James Chalmers, 1782−1853) təklif etsə də, bu markanın ixtirasını general-postmaster Roulan Hillin (ing. Rowland Hill; 1795–1879) adı ilə bağlayırlar. İlk poçt markasının dizaynı üçün elan olunan müsabiqədə 2700-ə yaxın təklif irəli sürülsə də, Çarlz və Frederik Hit (ing. Charles and Fredrick Heath) və Henri Koulun (ing. Henry Cole) layihəsi qalib gəlir.
Yastı pəncə
Yastı pəncə (ing. pes planus) – pəncə tağının müxtəlif dərəcədə çökməsi və ya olmaması nəticəsində pəncənin döşəmə səthinə bütünlüklə toxunmasıdır. Dərəcəsindən asılı olaraq ağrı bədənin müxtəlif nahiyələrində olur.