Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çornı peredel
Çornı peredel (rus. Чёрный передел) — Peterburqda inqilabi xalqçı təşkilatı (1879-1882). "Zemlya i volya"nın parçalanmasından sonra yaranmış və onun proqramını saxlamışdı (siyasi mübarizənin və terrorun inkarı, fəhlələr arasında təbliğat). Peterburqda Mərkəzi dərnəyin təşkilatçıları G.V.Plexanov, L.İ.Akselrod, V.İ.Zasuliç və başqaları idilər. Moskva, Kiyev, Odessa və Xarkovda dərnəyin filialları fəaliyyət göstərirdi. Təşkilat "Çornı peredel" jurnalını, "Zerno" qəzetini nəşr edirdi. 1880-ci ildə təşkilatın liderləri mühacirətə getdilər. Təşkilatın mərkəzi Moskvaya keçdi. 1880-1881-ci illərdə keçirilən həbslərdən sonra "Çornı peredel" zəiflədi və fəaliyyətini dayandırdı. Üzvlərindən bir hissəi "Narodnaya volya"ya daxil oldu.
Predel burnu
Predel burnu (bolq. нос Предел, ‘Nos Predel’ \'nos pre-'del\) — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun Fourniye körfəzindən qərbdə yerləşmişdir. Resus buzlağından şimalda, Tamuris buzlağından cənubda yerləşmişdir. Burun cənub-qərbi Bolqarıstanda yerləşən Rila və Pirin dağlarındakı Predel yəhərinin adını daşıyır. Dralfa burnundan 10.72 km cənub-qərbdə, Andruys burnundan 15.03 km cənub-qərbdə, Studena burnundan 3.77 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60.
Pərəməç
Pərəməç və ya bəleş (tatar. пәрәмәч, pәrәmәç , başq. бәрәмес, noq. паьремеш; başq. ваҡ бәлеш, tatar. бәлеш) — tatar və başqırd mətbəxlərində bir tərəfdən deşik ilə hazırlanan ət pirojkisi.
Pərəndək
Pərəndək — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,184 nəfər və 1,631 ailədən ibarət idi.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Şərədil
Şərədil – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Şərədil kəndi Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şərədil kənd inzibati ərazi vahidi yaradılmışdır. Şoradil variantında da qeydə alınmışdır. Kənd eyniadlı yaylanın adını daşıyır. XIX əsrin sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Şərədil adlı kənd (28 ailə, 244 nəfər) qeydə alınmışdır. Adı isə şora (şoranlaşmış) və dil (quru torpaq zolağı) komponentlərindən düzəlib, "şoranlaşmış quru torpaq zolağı" mənasındadır. Kənd Ləngəbiz silsiləsinin Şərədil yaylasında yerləşir. Kənd əhalisi 590 nəfərdir ki, onun da 281 nəfəri kişi, 309 nəfəri isə qadınlar təşkil edir. Kənddə 147 təsərrüfat var. Kənddə beşulduzlu "Şamaxi Palace Platinum By Rixos" oteli fəaliyyət göstərir.
Gərədə
Gərədə (türk. Gerede) — Bolu ilinin ilçəsi. Qərb Qaradəniz bölgəsində Bolunun şərqində 1255 km 2 sahədə yerləşir. Cənub şərqdə Qızılcahamam və Çamlıdərə ilə, şimal şərqdə Çərkəş və Əskibazar, Cənub qərbdə Dörtdivan, Şimalda Məngən, qərbdə Yeniçağa mahallarıyla sərhəddir. Daxili Anadolu Bölgəsinin Qərb Qaradənizə keçid verdiyi bir mövqedə ortalama 1470 metr yüksəklikdə dalğalı bir ərazi şəklində ətrafı meşələrlə bağlı dağlarla çevrili iqlimi çox sərt bol yağışlı bir düzənlik şəklindədir. Mahalda soyuq qışlar 5-6 ay davam edər. Qışda ən soyuq bölgə olmasa da (ortalama -25 dərəcə) yazın ən sərin bölgələrdəndir. İstilik 25 dərəcəni çox nadir olaraq keçər. Gecə istilikləri yazda anormal dərəcədə düşər. Bölgə yaşlıları gəncliklərin iyul ayında qar yağdığına şahid oduğlarını, qışda evlərindən tunel qazaraq çıxdıqlarını izah edərlər.
Pərdə
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi. Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır.
Ərdəl
Ərdəl-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Ərdəl şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,162 nəfər və 1,767 ailədən ibarət idi.
Aida Predele
Aida Predele (latış. Aida Prēdele‎; 29 noyabr 1950, Smiltene[d] – 19 iyul 2015, Riqa) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1993–1995), VI (1995–1998) və VII (1998–2002) çağırış üzvü. == Həyatı == Aida Predele 1950-ci il noyabrın 29-da Smiltene şəhərində anadan olub. O, 1974-cü ildə Latviya Universitetini jurnalist ixtisası üzrə bitirib. Aida Predele 1982-ci ildən 1987-ci ilə qədər Kommunist Partiyasının, 1993-cü ildən 1997-ci ilə qədər Latviyanın Kəndçi Birliyinin, 1998-ci ildən 2011-ci ilə qədər isə "Vətənə və azadlığa" Partiyasının üzvü olub. Aida Predele 2015-ci il iyulun 19-da Riqa şəhərində 64 yaşında vəfat edib. == Fəaliyyəti == 1993-cü ildə Latviyanın Kəndçi Birliyinin üzvü olan Aida Predele, V çağırış Latviya Seyminə üzv seçildi. 1995-ci ildə "Vətənə və azadlıqa" Partiyasının üzvü olan Aida Predele, VI çağırış Latviya Seyminə, 1998-ci ildə isə VII çağırış Latviya Seyminə üzv seçildi.
Bərədeh (Həştrud)
Bərədeh (fars. بره ده‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (25 ailə).
Silvia Paredes
Silvia Paredes (23 yanvar 1983) — Ekvadorlu marafonçu. Silvia Paredes Ekvadoru 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Silvia Paredes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 1 saniyəyə qət edərək 157 marafonçu sırasında 95-ci yeri tutdu.
Pərdül (Şəbüstər)
Pərdül (fars. پردول‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 322 nəfər yaşayır (77 ailə).
Xosrov Gərədə
Xosrov Gərədə (19 may 1884, Ədirnə – 20 mart 1962, İstanbul) — Türk İstiqlal Müharibəsində və Cümhuriyyət tarixində önəmli adlardan biri olan Türk əsgəri, siyasətçi və diplomatdır. Qurtuluş Müharibəsi dövründə daxili qiyamların yatırılmasında rol oynadı. Müharibədən sonra səfir və müavin vəzifələrində çalışıb. Rıdvanbəyoğlu ailəsindən Ferik (general-leytenant) Mehmet Ali Paşanın və Mah-ı Nur Hanımın oğludur. 1908-ci ildə Hərbi Akademiyanı qərargah kapitanı rütbəsi ilə bitirmişdir. 7. Diviziya qərargah zabiti və Afina hərbi attaşesi vəzifələrində çalışmışdır. Birinci Dünya Müharibəsi dövründə qərargahda 2-ci Komandir idi. Kəşfiyyat şöbəsi zabiti, 1. Qafqaz Korpusu Baş qərargah rəisi, 25.
Andras Perçel
Andras Perçel (10 may 1959, Budapeşt) — Macar kimyaçı, biokimyaçı, universitet professoru, Macarıstan Elmlər Akademiyasının seçilmiş üzvü. Onun əsas tədqiqat sahəsi struktur molekulların sintezi və peptidlərin və zülalların NMR spektroskopiyasını əhatə edən struktur kimya və biologiyadır. 2011-ci ildə Bolyai Mükafatını (İngilis Bolyai János Alkotói díj) aldı. == Həyat == Budapeştdə Piarista Gimnaziumun məzunu olan o, 1980-ci ildən Eötvös Loránd Universitetində (ELTE) kimya üzrə təhsil alıb, 1985-ci ildə kimya fakültəsini bitirib. Doktorant kimi ELTE pedaqoji kollecdə elmi tədqiqatlarla yanaşı, üzvi kimya sahəsində praktiki məşğələlər də keçib. 1987-ci ildə Perçel praktiki dərslər keçərkən ELTE-nin Üzvi Kimya Fakültəsinin elmi üzvü oldu. 1999-cu ildə təhsilini başa vurduqdan sonra 2001-ci ildə professor vəzifəsinə təyin edilmişdir. 2007-ci ildə üzvi kimya kafedrasının müdiri olmuşdur . Universitetdəki fəaliyyəti ilə yanaşı, Macarıstan Elmlər Akademiyasının və ELTE-nin zülal modeli qrupunun rəhbəridir. 1998–2001-ci illərdə Széchenyi Professoru kimi araşdırma apardı və Fulbrayt Proqramında iştirak etdi (2006).
Dəmir pərdə
«Dəmir pərdə» — siyasi termin olub, Vinston Çörçill tərəfindən 5 mart 1946-cı ildə onun Fultondakı çıxışı zamanı işlədilmişdir. Çıxış, "soyuq müharibə"nin başlanğıcı üçün siqnal rolunu oynadı. Dəmir pərdə, ideoloji münaqişə idi və fiziki sərhəd, 1945-ci ildə İkinci dünya müharibəsinin sonundan 1991-ci ildə Soyuq müharibənin bitiminə qədər Avropanı 2 ayrı əraziyə bölürdü. Termin, SSRİ-nin özünü və peyk dövlətlərinin qərblə və sovetlərin nəzarətində olmayan ərazilərlə açıq əlaqədən məhrum etmək səylərini simvolizə edirdi. Dəmir pərdənin şərq hissəsində olan ölkələr, SSRİ-nin təsirində olan ölkələr idi. Dəmir pərdənin digər hissəsindəki dövlətlər isə özlərinin beynəlxalq iqtisadi və hərbi ittifaqlarını inkişaf etdirmişdi: Qarşılıqlı İqtisadi Yardımlaşma Şurası və Varşava Müqaviləsi Təşkilatına üzv ölkələr, aparıcı dövlət kimi SSRİ ilə Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələr və aparıcı dövlət kimi ABŞ ilə Dəmir pərdə, əsasən qitənin mərkəzində Avropa ölkələri arasında sərhəd müdafiələri formasını götürdü. Ən diqqətəlayiq sərhəd, Berlin divarı və bütünlüklə dəmir pərdənin simvolu kimi xidmət edən Çekpoynt Çarli ilə idi. Dəmir pərdəni dağıdan hadisələr, Polşada narazılıqla başladı və Macarıstan, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya və Rumıniyada davam etdi. Rumıniya, Avropada yeganə kommunist dövləti idi ki, zorla öz totalitar hökumətini devirmişdi. == Soyuq müharibə ifadəsinin işlədilməsi öncəsi == Vinston Çörçillin ifadəni söyləməmişdən öncə "dəmir pərdə" termininin müxtəlif işlədilmə formaları — Rusca: Железный занавес Zheleznyj zanaves; Almanca: Eiserner Vorhang; Çexcə: Železná opona; Slovakca: Železná opona; Macarca: Vasfüggöny; Rumınca: Cortina de fier; İtalyanca: Cortina di ferro; Serbcə: Гвоздена завеса Gvozdena zavesa; Estonca: Raudne eesriie; Bolqarca: Желязна завеса Zhelyazna zavesä.
Pərdə sürəti
Pərdə sürəti ― fotoqrafiyada diafraqmadan keçən işığın nə qədər müddət senzorda qalacağını ifadə edən sistem. Başqa sözlə, pərdə sürəti şəkil çəkməyə sərf olunacaq vaxtı müəyyən edir. Professional fotoaparatlarda pərdə sürəti aralığı genişdir. Həvəskar, yaxud ucuz kameralar daha az pərdə sürəti aralığına sahibdir. Pərdə uzun müddət açıq qalarsa, hərəkət edən cisimlər fotoda bulanıq halda təsvir olunar. Bu isə hərəkət hissi verir. Məsələn, şəlalə, çay, hərəkətdə olan maşınlar və s. kimi obyektlər üçün istifadə olunur. Qısamüddətli pərdə sürəti isə anlıq hadisələr üçün təsvir olunur. Quşun qanad çalmağı, delfinin suyun üstünə tullanması və s.
Ərdəl şəhristanı
Ərdəl şəhristanı- İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərdəl şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 60,526 nəfər və 12,525 ailədən ibarət idi.
Sonuncu pərdə
Sonuncu pərdə — 2019-cu ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının üçüncü filmi. Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin" dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?
İkinci pərdə
İkinci pərdə — 2017-ci ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının ikinci filmi. Filmin ssenarisini Emil Quliyev, filmin prodüseri Orxan Mərdan və ssenarist Pərviz Həsənli qələmə almışlar. Əsas rolları Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov, Qorqud Cəfərli və Ziya Ağa canlandırırlar. Film istehsal olunduğu tarixdən kinoteatrda baxışdan yanaşı, "YouTube"-də izlənilməsindən sonra bəyəni əldə etmiş, lakin tənqidlərə məruz qalmışdır. Tənqidlərə əsas səbəb kimi filmdə nalayiq ifadələrin işlənilməsi, bəzi açıq səhnələrin mövcudluğu göstərilmişdir. Ümumilikdə bu film, ictimai etirazlara baxmayaraq müsbət rəylərlə tamamlanmışdır. 72 dəqiqəlik filmin əsas süjet xətti yaxın dostların uzaqdan nə qədər yaxın görünsə də yaxından bir o qədər də uzaq görünməsi üzərində aparılmışdır. Səhnələrin bir çoxu gerçək yansıltmalar üzərində lentə alınmışdır. "İkinci pərdə" filmindən sonra trillogiyanın üçüncü "Sonuncu pərdə" filmi istehsal olunmuşdur. Süjetin əsasını xəyanət motivi təşkil eləyir.
Pərdə (film, 2016)
Pərdə — Emil Quliyevin eyniadlı sosial dram trillogiyasının birinci filmi. Bu yaxınlarda Lalənin atası onu evləndirir. Sevgilisi Emil Lalənin qardaşı Zaurdan ona evdən qaçıb, özü ilə gizləməyə kömək etməyə xahiş edir. Film 2016-cı ilin aprelin 21-də ayında üzə çıxıb. Hazırda o, megogo saytında mövcuddur.
Permdə Boeing 737 qəzası
Permdə Boeing 737 qəzası — 14 sentyabr 2008-ci ildə Moskva-Perm reysi ilə uçan "Boeing 737"-nin qəzası. 14 sentyabr 2008-ci ildə Moskva-Perm reysi ilə uçan “Boeing”in qəzaya uğraması nəticəsində 182 sərnişin və 6 ekipaj üzvü həlak olub. Həlak olanlar arasında Azərbaycan vətəndaşı İfrahim Naxumov, onun xanımı və 2 azyaşlı uşağı da olub.
Sonuncu pərdə (film, 2019)
Sonuncu pərdə — 2019-cu ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının üçüncü filmi. Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin" dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?
İkinci pərdə (film, 2017)
İkinci pərdə — 2017-ci ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının ikinci filmi. Filmin ssenarisini Emil Quliyev, filmin prodüseri Orxan Mərdan və ssenarist Pərviz Həsənli qələmə almışlar. Əsas rolları Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov, Qorqud Cəfərli və Ziya Ağa canlandırırlar. Film istehsal olunduğu tarixdən kinoteatrda baxışdan yanaşı, "YouTube"-də izlənilməsindən sonra bəyəni əldə etmiş, lakin tənqidlərə məruz qalmışdır. Tənqidlərə əsas səbəb kimi filmdə nalayiq ifadələrin işlənilməsi, bəzi açıq səhnələrin mövcudluğu göstərilmişdir. Ümumilikdə bu film, ictimai etirazlara baxmayaraq müsbət rəylərlə tamamlanmışdır. 72 dəqiqəlik filmin əsas süjet xətti yaxın dostların uzaqdan nə qədər yaxın görünsə də yaxından bir o qədər də uzaq görünməsi üzərində aparılmışdır. Səhnələrin bir çoxu gerçək yansıltmalar üzərində lentə alınmışdır. "İkinci pərdə" filmindən sonra trillogiyanın üçüncü "Sonuncu pərdə" filmi istehsal olunmuşdur. Süjetin əsasını xəyanət motivi təşkil eləyir.