Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbu Həmid əl-Qərnati
Əbu Həmid əl-Qərnati (ərəbcə: أبو حامد الغرناطي ; 1080[…] və ya 1080, Qranada – 1170[…], Dəməşq) — Əndəluslu səyyah və coğrafiyyaçı. Tam adı Əbu Məhamməd bin Əbdülrəhim bin Süleyman əl-Mazəni əl-Qəlisi əl-Qərnati əl-Əndəlusidir (ərəbcə: أبوعبدالله محمد بن عبد الرحيم بن سليمان المازني القليسي الغرناطي الأندلسي). Əbu Həmid əl-Qərnati hicri 473-cü ildə (1080–1081-ci il) Qranada şəhərində anadan olmuş və ilk təhsilini də bu şəhərdə almışdı. Bu zaman şəhər Əlmoravilər İmperiyasına daxil olan Qranada əmirliyinin mərkəzi idi. Elm və təhsil almaq, müxtəlif ölkələri gəzib-görmək məqsədiylə ölkəsi Əndəlusdan şərqə üz tutan sayyahın hayatı haqqında bilinənlər onun özünün əsərlərində özü barəsində verdiyi məhdud məlumatlara söykənir. Hicri 508-ci ildə (1114–1115-ci il) Misirə gedən Əbu Həmid bir müddət sonra ölkəsinə dönmüşdü. 1117-ci ildə Siciliyaya getmək üzrə ölkəsindən ayrılmış, Sardiniya və Sicilya adalarında olmuş, oradan isə İsgəndəriyyə şəhərinə getmişdi. İsgəndəriyyədən Qahirəyə gəlmiş Əbu Həmid burada əndəluslu məşhur alim Əbu Bəkr Məhəmməd ət-Turtuşi ilə görüşmüş və dərslərinə qatılmışdı. 1122-ci ildə Dəməşq, Bəəlbək və Tədmur şəhərlərini gəzdi. 1123-cü ildə Bağdada yollandı.