Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bikaner
Bikaner — Hindistanın şimal qərbində, Racəstan ştatında şəhər. == Əhalisi == Əhalisi 576 min (2005). == Coğrafiyası == Tar səhrasında yerləşir. Nəqliyyat qovşağı. == Tarixi == 1488-ci ildə eyniadlı Racput knyazlığının paytaxtı kimi salınmışdır; Mərkəzi Asiya ilə Şimali Hindistanı Qucarat portları ilə birləşdirən karvan yolları üstündə mühüm ticarət mərkəzi olmuşdur. == Memarlığı == Hündürlüyü 5–9 m olan qala divarları, qırmızı qumdaşıdan orta əsrlərə aid Cunaqarh fortu (1588–93, ərazisində bir sıra saray kompleksləri vardır) saxlanılmışdır. Racəstan Universitetinin filialı; muzey (1937; terrakota, sikkə pullar, silah, miniatür kolleksiyası); Dəvəçilik milli elmi mərkəzi var. Hər il dəvə festivalı keçirilir. == Sənayesi == Bikaner ticarət mərkəzidir. Elektrotexnika sənayesi müəssisələri; şüşə və dulusçuluq istehsalı var; xalça, toxuculuq məmulatı, yun parça, ayaqqabı və s.
Miyanə
Miyanə (yerli əhali arasında Miyana olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Pikaçu
Pikaçu (ピカチュウ, Pikachū); ing. Pikachu) — Nintendo və Game Freak-ə məxsus olan oyun seriyası, manqa və anime olan "Pokemon"da yer alan personaj. Uydurma kainatın xüsusi pokemon canlılarından biri olan Pikaçu oyun dizayneri Ken Suqimori və Game Freak yaradıcılıq komandası tərəfindən yaradılmışdır və ilk dəfə "Pokémon Red və Blue" videooyunlarında ortaya çıxmışdır və daha sonra sonrakı oyunlarında iştirak etmişdir. Pikaçu ən çox tanınan və məşhur pokemonlardan biridir, o franşizin rəsmi talismanı kimi son illərdə isə Yapon pop mədəniyyətinin ikonasına dönmüşdür. Pikaçu Piçu pokemonundan yaranıb və təkamül nəticəsində Rayçu pokemonuna çevrilə bilər. Uydurma pokemon dünyasında Pikaçu adətən evlərdə, meşələrdə, dərələrdə, bəzi zamanlar dağlarda və adalarda, həm də elektrik stansiyalarda yayılmışdır. Elektrik növü pokemon olaraq, Pikaçu yanaqlarında elektrik saxlayır və lazımlı hallarda onun köməyi ilə hücum edə bilir. Game Freak tərəfindən yaradılmış və Nintendo tərəfindən buraxılmış "Pokemon" seriyası Yaponiyada 1996-cı ildən yayımlanmağa başlamışdı. Seriyanın personajları — pokemonlar digər məşqçilər tərəfindən tutula bilir, öyrədilir, oyun dünyasında onlarla səyahət edir və digər məşqçilərə qarşı mübarizə aparır. Pikaçu Game Freak-in Pokemon yaradıcılıq komandası tərəfindən yaradılmışdır və rəssam Ken Suqimori tərəfindən tamamlanmışdır.
Pinanq
Pinanq — Malakka boğazı ilə Malayziya yarımadasının şimal-qərb sahillərində yerləşən Malayziya ştatıdır. Pinanq ştatı cənubdan Perak, şimal və şərqdən Kedah ştatı ilə həmsərhəddir. Ştat Pinanq adasından və Malay yarımadasında yerləşən Seberanq Perai daxili rayonu olmaqla iki hissədən ibarətdir. Yüksək urbanizasiya və sənayeləşməyə görə Pinanq ölkənin ən çox inkişaf etmiş və iqtisadi cəhətdən vacib ştatlarından biri sayılır. Pinanq həmçinin ölkənin əsas turizm bölgəsidir. Pinanq Selanqor ştatı və Kuala-Lumpur federal ərazisindən sonra Malayziyada üçüncü ən yüksək İnsan İnkişafı İndeksinə malikdir. Ştatın heterogen əhalisi etnik mənsubiyyətinə, mədəniyyətinə, dilinə və dininə görə rəngarəngdir.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Pircanə
Pircana — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Pircana kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır. Pircana Lürən kəndinin yanında yerləşən bir məhəllədir. Kənddə Cənubi Azərbaycandan gəlmə seyidlər məskunlaşmışlar. Oykonim kəndin ərazisindəki eyni adlı pirin adı ilə bağlıdır. Əhalinin sayı 521 nəfərdir.
Piyano
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Likan
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar "skinwalker"lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Piano
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Piran
Piank
Piank — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. Arsak vilayətinin mərkəzində yerləşən Piank havarı əsasən dağlıq relyefə malik idi. Havar, şimal-qərbdə Arsak bilayətinin Mets-İrank havarı, şimal-şərqdə Utik vilayətinin Aranrot havarı, cənub-şərqdə Arsak vilayətinin Muxank havarı, cənub-qərbdə isə Arsak vilayətinin Harçlank havarı ilə sərhədlənirdi. Piank havarının cənub-şərq sərhəddi boyunca Qarqarçay axırdı.
Dünbüli (Miyanə)
Dünbüli (fars. دونبلی‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Dəliqız (Miyanə)
Dəliqız (fars. دلي قيز‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 286 nəfər yaşayır (60 ailə).
Dəvədaşı (Miyanə)
Dəvədaşı (fars. دوه داشي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 210 nəfər yaşayır (34 ailə).
Dəvənd (Miyanə)
Dəvənd (fars. داوند‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (39 ailə).
Eyvarəq (Miyanə)
Eyvarəq (fars. ايورق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 506 nəfər yaşayır (114 ailə).
Fındıqlı (Miyanə)
Fındıqlı (fars. فندقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 326 nəfər yaşayır (81 ailə).
Fərəhiyə (Miyanə)
Fərəhiyə (fars. فراهيه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (15 ailə).
Galbus (Miyanə)
Galbus (fars. گلبوس‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 388 nəfər yaşayır (79 ailə).
Gəncin (Miyanə)
Gəncin (fars. گنجین‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (30 ailə).
Gəngədik (Miyanə)
Gəngədik (fars. گنگديك‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 53 nəfər yaşayır (17 ailə).
Gərdələyan (Miyanə)
Gərdələyan (fars. گرده لائين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 66 nəfər yaşayır (15 ailə).
Gəvinərud (Miyanə)
Gəvinərud (fars. گاوينه رود‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 415 nəfər yaşayır (85 ailə).
Hacıhimmətli (Miyanə)
Hacıhimmətli (fars. حاجي همتلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (49 ailə).