BİGANƏ

sif. [ fars. ] Yad, yabançı, özgə, tanış olmayan. Biganə adam.
– Bu tədbir ilə mülki-İran tayfeyi-biganənin hücumundan məhfuz qaldı. M.F.Axundzadə.

// İs. mənasında.
Derlər səni eşqə mübtəlasan; Biganələr ilə aşinasan. Füzuli.
Nə baxırsan oğrun-oğrun; Mənə biganələr kimi. Xəstə Qasım.
Biganələrlə çünki olub aşina o gül; Ey kaş, olmayaydım əzəldən mən aşina. S.Ə.Şirvani.
Biganəsən, olmaz məni görmək sənə qismət! A.Səhhət.

// Zərf mənasında.
Bir zaman, doğrudan da, xəyali bir məhəbbətlə sevdiyi qızın iztirab və göz yaşlarına qarşı Səlimi biganə və laqeyd baxa bilməzdi. M.İbrahimov.
Direktor burada heç bir səhv görmədiyindən, sədrin baxışlarını da çox biganə qarşıladı. M.Hüseyn.
Odunçuoğlu məclisi görməyirmiş kimi, biganə bir halda qapı ağzında dayandı… Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİGANƏ biganə bax yad I
  • BİGANƏ yad — özgə

Antonimlər (əks mənalı sözlər)

  • BİGANƏ BİGANƏ – DOĞMA Biganəsən, olmaz məni görmək sənə qismət! (A.Səhhət); Ora ki özünün doğma yurdu idi (S
BİGAH
BİGANƏLƏNMƏK

Digər lüğətlərdə

жонглёрский крити́чески неспоко́йствие нетерпели́вая отли́чница прислони́ть соле́ние фио́рд ги́бко машинострои́тель писа́тельница раска́тывать эксте́нзия chimney swallow debris glacier gin-house licking triclinia undestroyable xiphosuran грузило кованный обслюнявить подсластить яйцеклад