Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Plato departamenti
Plato departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
Plato ştatı
Plato ştatı (ing. Plateau State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində yerləşən Cos dağlıq platosundan (yayladan) gəlir.
Snejnik (plato)
Snejnik (sloven. Snežnik) — Sloveniya ərazisində, Dinar öndağlığı ərazisində yerləşən, təxminən 85 km² ərazini əhatə edən geniş karst yaylası. == Coğrafi təsviri == Snejnik əsasən təbaşir və yura dövründən qalma əhəng daşlarından və yuxarı hissədə az miqdarda dolomitdən ibarətdir. Son buz dövrü zamanı səthi kəskin dəyişmişdir. Relyefi bir qayda olaraq düzdür, lakin çoxsaylı quru dərələrə, 300-ə yaxın mağaraya sahibdir. Səthi əsasən qayalıqdır. Yayla Adriatik dənizindən cəmi 28 km məsafədə olduğundan burada yağıntının miqdarı ildə 3000 millimetrə qədərdir. Qışda qarla örtülüdür. Yaylasın karst təbiətinə görə üzərində səthi su axını yoxdur. Yaylada bir keçid ilə ayrılmış iki zirvə vardsır.
Palto
Palto — Paltar, kostyum və s. üstündən geyilən uzun üst geyimi.
Platon
Platon (yun. Πλάτων təxminən e.ə.428/427 — e.ə. 348/347), şərq mənbələrində Əflatun — qədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi. == Həyatı == Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. Platonun atası Ariston (m. ö. 465–424) Attika çarı Kodrunun, anası isə Afinalı islahatçı Solonun nəslindən idilər. Platonun Adimant və Qlavkon adında iki qardaşı və Poton adında bacısı var idi. Platonun İlk müəllimi Kratiles olmuş, sonra isə o Sokratdan dərs almışdır. Ona görə də Sokrat Platonun dialoq formasında yazılmış əsərlərinin iştirakçısıdır.
Pluto
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Prato
Prato — İtaliyanın Toskana regionunda şəhər. Prato şəhəri Florensiyanın 20 km şimalında yerləşmişdir. 187 000 əhalisi var.
Plato departamenti (Benin)
Plato departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
PLATO (kompüter sistemi)
PLATO (ing. Programmed Logic for Automatic Teaching Operations, azərb. Avtomatik Tədris Əməliyyatları üçün Proqramlaşdırılmış Məntiq‎), həmçinin Project Plato və Project PLATO — ilk ümumiləşdirilmiş kompüter dəstəkli təlimat sistemi. 1960-cı ildən başlayaraq İllinoys Universitetinin ILLIAC I kompüterində işləyirdi. 1970-ci illərin sonlarına qədər onlarla müxtəlif şəbəkəli əsas kompüterlərdə işləyən, bütün dünyada paylanmış bir neçə min qrafik terminalı dəstəkləmişdir. Forumlar, mesaj lövhələri, onlayn testlər, e-poçt, söhbət otaqları, şəkil dilləri, ani mesajlaşma, uzaqdan ekran paylaşımı və çoxnəfərli videooyunlar daxil olmaqla, çox istifadəçi hesablamalarında bir çox müasir konsepsiyalar ilk dəfə PLATO-da işlənib hazırlanmışdır. PLATO İllinoys Universiteti tərəfindən dizayn edilmiş və hazırlanmışdır. Bu dörd onillik fəaliyyəti ərzində həmin universitetin tələbələrinə, yerli məktəblərə, həbsxana məhbuslarına və digər universitetlərə kurs işləri təklif etmişdir. Kurslar latın dili, kimya, təhsil, musiqi, esperanto və ibtidai riyaziyyat da daxil olmaqla bir sıra fənlər üzrə tədris olunurdu. Sistem pedaqogika üçün faydalı olan bir sıra funksiyaları, o cümlədən mətnin üst-üstə düşən qrafikasını, açar sözlərin daxil edilməsindən asılı olaraq sərbəst mətnli cavabların kontekstli qiymətləndirilməsini və alternativ cavablara cavab vermək üçün nəzərdə tutulmuş əks əlaqəni özündə əks etdirirdi.
Ana plata
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Dövlət (Platon)
«Dövlət» (yun. Πολιτεία) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. E.ə. 360-ci ildə yazılmışdır. Platonun fikrincə dövlət ədalət ideyasının ifadə şəklidir. Dialoqda ilk dəfə filosoflar əbədi olaraq mövcud olan ideyaya çata bilən şəxslər kimi təqdim edilir. == Platonun təklif etdiyi quruluş == Platonun dövləti üç zümrədən ibarətdir: Ali zümrə: yalnız müdrik insanlar vətəndaşların düzgün həyat tərzi sürmələrinə cavabdeh ola bilərlər. platonun fikrincə dövlətin başında filosoflar dayanmalıdırlar (tərbiyəçilər zümrəsi) Mühafizəçilər zümrəsi: bu zümrə dövlətin daxili və xarici təhlükəsizliyinə cavabdehdir(döyüşçülər zümrəsi). Digər vətəndaşların zümrəsi(sənətkarlar, tacirlər, kəndlilər) onların vəzifəsi dövləti zəruri ehtiyaclarının təmin edilməsidir (təchizatçılar zümrəsi).Platonun dövlətində mülkiyyətin ictimai növü mövcuddur və şəxsi mülkiyyət qadağandır. Hətta qadınlar və uşaqlar da ümumidir və uşaq doğumuna dövlət tərəfindən nəzarət edilir.
Euseius plazo
Euseius plazo (lat. Euseius plazo) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
La Plata
La Plata şəhəri
Lilli Platt
Lilli Platt (ing. Lilly Platt) — İngilis əsilli holland ekoloqu. Platt ekoloji problemləri səsləndirdiyi gəncliyi və dinc tətilləri ilə tanınır. O, YouthMundus, Earth.org və WODI üçün qlobal səfir; Plastik Çirklənməyə Qarşı Koalisiyanın Gənclər Səfiri və How Global; Dünya Təmizlik Günü üçün uşaq səfiri. Platt topladığı və çeşidlədiyi plastik zibilləri yerləşdirdikdən sonra əvvəlcə sosial mediada məşhurlaşır. Bu illər ərzində o, 100.000-dən çox zibil toplayır. Platt Böyük Britaniyada anadan olub. Onun yeddi yaşı olarkən ailəsi Hollandiyaya köçür. == Ətraf mühitin mühafizəsi == 2015-ci ildə Platt babası ilə Hollandiyada parkda gəzərkən yerə səpələnmiş plastik zibilləri görür. O, holland dilini məşq etmək üçün onları saymağa qərar verir.
Palto (hekayə)
"Palto" (rus. Шинель) 1842-ci ildə nəşr olunan Ukrayna əsilli rus müəllif Nikolay Qoqolun qısa bir hekayəsidir. Hekayə və müəllifinin rus ədəbiyyatı üzərində böyük təsiri olmuşdur. Ejen Melxior de Voqyue (tez-tez Fyodor Dostoyevski ilə səhv salınıb) Rus realist yazıçıları haqqında bir sitatda ifadə edildiyi kimi: "Hamımız Goqol'un" Palto"sundan çıxdıq." 1941-ci ildə yazıçı Vladimir Nabokov bunu "İndiyə qədər yazılmış ən böyük rus hekayəsi" adlandırdı. Hekayə müxtəlif səhnə və film süjetinə uyğunlaşdırılmışdır. == Xülasə == Hekayə Rusiyada Sankt-Peterburqdakı yoxsul hökumət katibi Akaki Akakiyeviç Başmaçkının (rus. Акакий Акакиевич Башмачкин) həyat və ölümündən bəhs edir. Akaki işinə bağlı olsa da, şöbəsində zəhməti ilə az tanınır. Bunun əvəzinə, kiçik katiblər onu ələ salırlar və bacardıqları vaxt onu yayındırmağa çalışırlar. Onun iplik paltoları tez-tez zarafatların əsası olur.
Plano (Texas)
Plano - Texas ştatında şəhər, ABŞ.
Platon (fotoqraf)
Platon (tam adı: Platon Antoniou; 20 aprel 1968, London) — Britaniya fotoqrafı.
Platon Akademiyası
Platonun Akademiyası — E.ə. 380-ci illərdə Afina yaxınlığında mifik qəhrəman Akademanın şərəfinə adlandırılmış bölgədə Platon tərəfindən əsası qoyulmuş dini-fəlsəfi birlik. == Haqqında == Platon Afinada ilk dəfə “Akademiya” - qəhrəman Akademin şərəfinə belə adlanan - fəlsəfə məktəbini yaratdı. O, fəlsəfi idealizm sistemini işləyib hazırladı ki, ona uyğun olaraq, insanın hissləri ilə qavranılan dünya, – bütün şeylərin hissən duyulmaz, dəyişməz, təkcə filosofun təfəkkürü ilə dərk olunan obrazların - sərbəst surətdə mövcud olan real “ideyalar” dünyasının yalnız zəif inikasıdır. Əsası bu konsepsiya üzərində qoyulmuş Platon Akademiyası Aralıq dənizinin hər tərəfindən alimləri özünə cəlb edirdi və təqribən 900 il - b.e. VI əsrinə qədər mövcud oldu. Demokritin mexanistik materializminin əksinə olaraq, Platon idealizminin etik sistemi insan həyatını rifah və xeyirxahlıq anlayışları baxımından nəzərdən keçirərək, dünyanı şüurlu başlanğıc tərəfindən nizamlanmış, ruhlandırılmış (ruh verilmiş) təsəvvür edirdi. Platon etikası onun qəlbin üç tərkib hissəsi: ağıl, iradə və hiss haqqında təliminə əsaslanır ki, buna da üç məziyyət uyğun gəlir: ağıl - müdrikliyin əsası kimi; iradə - mətinliyin əsası kimi; hissiyyatı cilovlama – ağılın və ya özünü ələ almanın16 əsası kimi. Bu məziyyətlərin harmonik birləşməsi dördüncünü - ədaləti yaradır.Akademiyada müxtəlif elm sahələri tədqiq olunurdu:fəlsəfə, riyaziyyat, astronomiya, təbiət elmləri və s. Akademiya daxilində böyüklər və kiçiklər qrupu mövcud idi və əsas tədris metodu dialektika (dialoq) idi.
Platon Melioranski
Platon Mixailoviç Melioranski (18 noyabr 1868 - 16 may 1906) — türkoloq, professor. == Həyatı == Platon Mixailoviç Melioranski 18 noyabr 1868-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdur.Orta təhsilini Peterburqda almışdır. Uşaq yaşlarından başlayaraq xarici dillərə böyük maraq göstərən Melioranski universitetə daxil olmaq vaxtı gələndə Peterburq Universitetinin filologiya fakültəsi ilə şərq dilləri fakültəsi arasında seçim etmək məcburiyyətində qalmışdır. Nəhayət, şərq dilləri fakültəsinin ərəb, fars və türkcə-tatarca bölməsini seçən Melioranski hələ liseydə oxuduğu vaxtlarda tanış olduğu V. Radlovun tövsiyəsi ilə türk dialektləri üzərində çalışmağa başlamışdır. Şərq dilləri fakültəsində təhsilinə davam edən Melioranski xüsusi olaraq V. Radlovdan türk dili dərsi alırdı. Radlov kimi Melioranski də ilk olaraq Altay dialektlərini öyrənməyə başlamış, daha sonra isə qazax dili üzərində dayanmışdır. Bundan başqa, Radlov ilə birlikdə «Kutadğu bilik»i oxumuş, çağatayca dil nümunələri üzərində çalışmışdır. Bu dərslər gənc Melioranski üçün olduqca yararlı idi. Çünki şərq dilləri fakültəsində həmin vaxtlarda türkologiyanın öyrənilməsində təkcə osmanlı türkcəsinin öyrənilməsinə yer verilirdi. 1820-ci ildə Melioranski şərq dilləri fakültəsinin köməyi ilə qırğız (qazax) dil və folkloru sahəsində axtarış etmək üçün Orenburq və Turğay ərazilərinə səyahətə çıxmışdır.
Platon Oyunski
Platon Oyunski (10 noyabr 1893 – 31 oktyabr 1939, Yakutsk) — Yakut yazıçısı, alim-filoloq və ictimai xadim, Yakut sovet ədəbiyyatının banisi. == Həyatı == Platon Oyunski 11 noyabr 1893-cü ildə Yakutiyada doğulmuşdu. Oyunski XX əsrin böyük və faciəvi fiqurlarından biri olub. Onun haqqında danışanda adətən belə yazırlar: Şair və inqilabçı. Yazışı və publisist. Romantik və praqmatik. İdealist və materialist. Qurucu və dövlətçi. O zamankı SSRİ tərkibində Yakutiya Sovet Sosialist Muxtar Respublikasının yaradılması məhz onun uzun mübarizəsi nəticəsində mümkün olub. Respublikasının dövlət kimi təşəkkül tapmasında, elm və mədəniyyətinin inkişafında və doğma ana dilində məktəb və nəşrlərin olmasında Platon Oyunski gərgin əmək sərf edib.
Platon mağarası
Mağara haqqında mif — Platonun "Dövlət" əsərinin yeddinci kitabında özünün "ideya" haqda təlimini izah etmək üçün istifadə etdiyi məşhur alleqoriya. Ümumilikdə platonizmin və obyektiv idealizmin təməl daşı hesab olunur. == Məzmunu == Mif Sokratla Platonun qardaşı Qlavkonun dialoqu şəklində ifadə olunur. — Sən ziyalılıq və cəhalətlə bağlı bizim insan təbiətimizi belə bir hala bənzədə bilərsən… Təsəvvür et ki, insanlar sanki yerin altında, işığın geniş düz xətt boyunca uzandığı bir mağarada yaşayırlar. Kiçik yaşlarından onların boyunlarında və ayaqlarında tərpənməyə imkan verməyən zəncirlər var və yerlərindən tərpənə, həm də başlarını döndərə bilmədikləri üçün onlar yalnız gözlərinin önündəkini görürlər. İnsanlar hündürdə yerləşən ocaqdan saçan işığa öz arxalarını çeviriblər, ocaq və insanlar arasında sehrbazların öz köməkçilərini arxasında gizlədib ordan müqəvvaları oynatdıqları parça kimi, çox da hündür olmayan hasarla əhatələnmiş bir dağ yolu keçir. — "Mən bunu təsəvvür edə bilirəm" — Qlavkon dedi. — Onda təsəvvür et ki, hasarın o biri tərəfində başqa insanlar özləri ilə müxtəlif əşyalar aparırlar və onu elə tutublar ki, əşyalar hasarın üstündən görünür. Onlar daşdan və taxtadan hazırlanmış müxtəlif canlıların heykəllərini və təsvirlərini aparırlar. Bu zaman adətən onların bəziləri danışır, bəziləri isə susur.
Platt (Vayominq)
Platt Rayonu (ing. Platte County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 8 807 nəfər olmuşdur. Rayonun paytaxtı Uitlend şəhəridir.
Pluto (okeanida)
Pluto (yun. Πλουτώ) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı.
Pluto (personaj)
Pluto (ing. Pluto, ing. Pluto the Pup) — 1930-cu ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.