Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Castin Plaşka
Blaşka Qurjibekov
Blaşka Qurjibekov (oset. Гурдзибети Майрӕнсауи фурт Бласка; 1 (13) mart 1868, Novoosetinskaya[d], Rusiya imperiyası – 18 iyun (1 iyul) 1905, Mancuriya) — Osetin dilinin Digor ləhcəsində şeirlər yazan şair. İlk digor şairi və Digor ədəbiyyatının qurucusu. == Bioqrafiya == 1868-ci il martın 1-də Mozdok dairəsi Novoosetinskaya kəndində, zabit kazak Mayransau (İvan) Qurjibekovun ailəsində anadan olmuşdur. Atası 1875-ci ildə o, 7 yaşında olarkək vəfat edir. Onun tərbiyəsi ilə anası məşğul olur. 1878-ci ildən Pavlodolsk ibtidai məktəbində oxuur, sonra Stavropol gimnaziyasına daxil olur. Ailənin çətin maddi vəziyyəti səbəbindən gimnaziyadakı təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. 1886-cı ildə, 18 yaşında Qızılyar-Qrebenski alayında hərbi xidmətə başlayır. Adi bir kazak kimi xidmət edir.
Alyaska
Alyaska — Şimali Amerikanın ucqar şimal-qərbində yerləşən Amerika Birləşmiş Ştatlarına məxsus ştat. Berinq boğazı vasitəsilə Asiya qitəsindən ayrılır. Mərkəzi Cuno şəhəridir. Şərq və şimal-şərqdən Kanadanın Britaniya Kolumbiyası əyaləti və Yukon ərazisi ilə həmsərhəddir. Ucqar qərb nöqtəsi Attu adasında yerləşir və qərb istiqamətində Berinq boğazı boyunca Rusiya (Çukotka muxtar dairəsi) ilə dəniz sərhədinə sahibdir. Şimaldan Şimal Buzlu okeanın cənub hissəsini təşkil edən Çukot və Bofort dənizləri ilə əhatə olunmuşdur. Cənub və cənub-qərb istiqamətləri boyunca Sakit okeanla əhatə olunmuşdur. Ərazisinin böyüklüyünə görə ABŞ ştatları arasında ilk pillədədir. Əraziyə görə dünyada 7-ci ən böyük ərazi vahididir. Əhalisinin sayına və hər kvadrat kilometrə düşən əhali sıxlığına görə ABŞ-nin 50 ştatı arasında son üç yerdən birində qərarlaşıb.
Flakka
Flakka və ya alpha-Pyrrolidinopentiophenone sintetik narkotik maddə.β-keto-prolintane, prolintanone, və ya desmethylpyrovalerone kimi də tanınır. Beyində norepinefrini və dopamini geri alan reseptorları seçici olaraq inhibisiya etdiyi üçün, sinaptik boşluqda hər iki neyrotrasnmitterin sayını artırır.[1] Formulu:C15H21NO Amerikada 2011-ci ildə bazara çıxan və son zamanlar bütün dünyaya yayılan Flakka, insanların həyatını təhdid edir Zombi həbi olaraq da adlandırılan Flakka, istifadə edən insanlarda sanki "adamyeyən" kimi xüsusiyyətlər olur. 2016-cı ildə amerikalı bir gənc flakka qəbul etdikdə sonra başqa bir insana hücum edərək üzünü dişləmişdir. Bu narkotik, uzun müddət Amerikada qanuni olaraq satılıb. Çünki içindəki maddələrin istifadə nisbəti, qanuni sərhədlərin altında idi. Bu maddənin adına "Beath Tam" (vanna duzu) deyildi. Çünki forması vanna duzu kimi idi. Çində istehsal olunur və bir doza yalnız 25 dollara satılırdı. Araşdırmaçılar flakkaya olan marağın əsas səbəbinin digər narkotik maddələrdən daha ucuz satıldığına görə olduğunu bildirir. Maddənin satışı, istifadəsi qadağan olunduğu üçün digər formalarda da satışda ola bilir.
Planea
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Plasaj
Plasaj (fr. placage — yerləşdirilmə) — Yeni Fransanın patriaxal müstəmləkə icmasında kişilərlə qadınlar arasındakı münasibətlərin tabe olduğu mədəni baxışların və normaların ümumi qəbul olunmuş qeyri-rəsmi (pərdəarxası) sistemi.
Plavsk
Plavsk — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Plazia
Plazia (lat. Plazia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Plazia cheiranthifolia Wedd. Plazia daphnoides Wedd.
Plazma
Tibbi termin üçün bax qanın plazması Plazma - müsbət və mənfi yüklü sərbəst zərrəciklərdən, neytral və ya qismən ionlaşmış atomlardan təşkil olunmuş elektrik cəhətdən neytral olan sistem. Yüksək dərəcədə ionlaşmış qaz halına da plazma deyilir. Terminini fizikaya 1923-cü ildə İrvinq Lənqmür daxil etmişdir. Müsbət yüklər müsbət ionlardan, mənfi yüklər isə əsasən elektronlardan (bəzən mənfi ionlardan) ibarətdir. Qaz atomlarının ionlaşması zərrəciklərin zərbəsi, elektromaqnit şüalanmasının təsiri və s. nəticəsində baş verir və ionlaşma dərəcəsi ilə xarakterizə olunur. Termodinamikasına və bir sıra digər xassələrinə görə plazma iki qrupa ayrılır: alçaq temperaturlu (qaz boşalması və ya qeyri-izotermik) plazma və yüksək temperaturlu (təbii və ya izotermik) plazma.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Klasea
Klasea (lat. Klasea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Alaşa
Alaşa — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 396 nəfərdir. Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. Coğrafi adın tərkibindəki "ala" komponenti qədim türk dillərində "böyük", "şa" isə talış dilində həyat sözünün qədim variantı olub "böyük həyat" böyük yaşayış məntəqəsi mənasındadır. Kənddə "Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir. Rüstəm Şahbazov (1974–1992). Vüsal Nəhmətov (1987–2020).
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti(en). Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Pasxa
Fəsh və ya Pasxa (anqlosaks. Ēostre, lat. Pascha; q.yun. Πάσχα Pasxa, ivr. ‏פֶּסַח‏‎ Pesax) – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır. Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir.
Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.
Cuno (Alyaska)
Cuno (ing. Juneau) — ABŞ-də şəhər, Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Emi Paskal
Emi Bet Paskal (ing. Amy Beth Pascal) — amerikalı biznesmen və film istehsalçısı. 2006-cı ildən 2015-ci ilə qədər Sony şirkətində işləmişdir. Paskal 2016-cı ildə Pascal Pictures şirkətini qurmuşdur. Paskal keçmiş müxbir Bernard Ueinraub ilə 1997-ci ildə evlənmişdir. Oğulları ilə birlikdə Los-Anceles şəhərinin Brentvud ərazisində yaşayırlar.
Eten Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Etyenn Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Homer (Alyaska)
Homer (ing. Homer) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Keyt Qlasko
Keyt Qlasko (ing. Keith Alexander Glascoe) — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Qlasko "Leon" filmində canlandırdığı Benni obrazı ilə məşhurluq əldə etmişdir. Aktyorluq fəaliyyəti ilə yanaşı Nyu-York Yanğınsöndürmə Departamentində yanğınsöndürən olaraq çalışan Keyt Qlasko 11 sentyabr terror aktları zamanı Dünya Ticarət Mərkəzində baş verən yanğını söndürən zamanı binanın çökməsi nəticəsində həlak olmuşdur. Keyt Klasko hadisə nəticəsində həlak olan 347 yanğınsöndürəndən biri idi.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir. Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir.