Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anton Povolnı
Anton Povolnı (alm. Anton Powolny‎; 29 avqust 1899, Vyana – 30 may 1961, Vyana) — Avstriyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. == Karyera == Əsl peşəsi polis olan Povolnı, futbol oynamağa Vyananın " Avstriya" klubunda başlayır. 1916-cı ildə komandanın əsas heyətində debüt edir. "Avstriya"dakı futbolçuların əksəriyyətinin Birinci Dünya Müharibəsinə yollanması onun əsas heyətdə möhkəmlənməsinə kömək olur. 1921-ci ildə Povolnyı Avstriya ikinci divizionunda yarışan "Ober Sent Veyt" klubuna, oradan da bir neçə ay sonra 1921/22 mövsümündə ilk çempionluğunu qazandığı "Viner Şport Klub" komandasına keçir. 1924-cü ildə "Viner Alf" komandasına transfer olunur. Ancaq burada çox qalmır və İtaliyanın "Recana" klubuna transfer olunur. Burada ilk mövsumundə 22 oyuna 15 qol vurur.
Il Popolo d'Italia
Il Popolo d'Italia (İtaliya xalqı) — Benito Mussolini tərəfindən 15 noyabr 1914-cü ildə təsis edilən qəzet. Qəzet Benito Mussolini İtaliya Sosialist Partiyasından ayrılandan sonra çap olunmağa başlayıb. Birinci dünya müharibəsindən sonra bu qəzet İtaliyada faşizm ideologiyasını təbliğ edən əsas mətbuat orqanı olmuşdu. Qəzet 24 iyul 1943-cü ilə kimi çap olunub. Qəzet həmçinin militarizm və irredentizm ideyalarını da təbliğ edirdi. 1936-cı ildən 1943-cü ilə kimi qəzetin baş redaktoru Corc Pini olmuşdu. 1998-ci ildə Yeni Milli Ordenin başçısı Cuzeppe Martorana qəzeti yenidən bərpa edərək çap etdirməyə başlamışdı. Hal-hazırda "Il Popolo d'Italia" Milan şəhərində çap olunur.