Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lüdviq
Lüdviq — ad. Lüdviq Ansenqruber – Avstriya dramaturqu, yazıçı. Lüdviq Tik — alman romantizminin banilərindən hesab olunan şair, yazıçı, dramaturq. Lüdviq Radlkofer — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru. Lüdviq Qabillon Digər Lüdviq fon Dreyk (personaj) — 1961-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajı.
Xlodviq
Xlodviq bu mənalarda gələ bilər: I Xlodviq — Fransa kralı.
Edviq
Edviq (İdviq; ing. Ēadwiġ; təq. 940, Uesseks krallığı[d] – 1 oktyabr 959, Qloster[d]) — Uesseks sülaləsindən olan İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan böyük oğlu. Edviq 14 yaşında İngiltərənin kralı elan olunmuş, kral elan olunduqdan sonra dayısı Edredin əsas məsləhətçisi olan Abbat Dunstanı sürgün etdirmişdir. Dunstan ilə Edviq arasında mübahisə Edviqın tacqoyma mərasimində baş vermişdi. Belə ki, qonaqlar onun şərəfinə badələr qaldıranda Edviq gələcək həyat yoldaşı Elqiva ilə birlikdə mərasimi tərk etmişdi. Dunstanın əmri ilə Edviq güclə mərasimə gətirilmişdi. Buna cavab olaraq Edviq Dunstanı dövlət maliyyəsini xərcləməkdə təqsirləndirərək sürgün etdirmişdir. Dunstanı sürgün etməklə Edviq Dunstanın tərəfdaşlarını özünə düşmən etdi.
Podia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Ansenqruber Lüdviq
Ansenqruber (Anzengruber) Lüdviq (29 noyabr 1839[…], Vyana – 10 dekabr 1889[…], Vyana) – Avstriya dramaturqu, yazıçı. “Kirxfeldli keşiş” (1870), “Yalan şahidlik edən kəndli” (1871) dramlarında, “Rüsvayçılıq ləkəsi” romanı və s. əsərlərində kəndlilərin həyatını əks etdirmişdir. “Dördüncü ayin” (1878) dramının müəllifidir.
Filipp Lüdviq
Filipp Lüdviq (Pfals-Noyburq hersoqu) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu. Filipp Lüdviq Statius Müller — Alman teoloqu.
IV Xlodviq
Xlodviq IV (fr. Clovis IV; təq. 677, bilinmir – 695, bilinmir) — Merovinqlər sülaləsindən olan Frank kralı 691-695-ci illərdə kral olub. Xlodvqi hələ 9 yaşında ikən Kral elan edilmişdir. 695-ci ildə 13 yaşında ikən ölüb. Fredeqarın davamçıları. London: Thomas Nelson and Sons Ltd, 1960. Frankların tarixi. Das Buch von der Geschiche der Franken. // Quellen zur Geschichte des 7.
I Xlodviq
I Xlodviq (fr. Clovis I er; təq. 466[…], bilinmir – 27 noyabr 511, Paris, Frank dövləti) — Frank kralı. 509-511-ci illərdə hakimiyyətdə olmuşdur. I Xlodviq Fransanın və Merovinqlər sülaləsinin ilk kralı hesab olunur. Xlodviq Xristianlıq dinini rəsmi formada qəbul etmiş ilk frank hökmdar kimi də tanınır. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girdi. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi.486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub etdilər. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə payladı. Frank əyanları iri torpaq sahiblərinə çevrildilər.
Lüdviq Ansenqruber
Ansenqruber (Anzengruber) Lüdviq (29 noyabr 1839[…], Vyana – 10 dekabr 1889[…], Vyana) – Avstriya dramaturqu, yazıçı. “Kirxfeldli keşiş” (1870), “Yalan şahidlik edən kəndli” (1871) dramlarında, “Rüsvayçılıq ləkəsi” romanı və s. əsərlərində kəndlilərin həyatını əks etdirmişdir. “Dördüncü ayin” (1878) dramının müəllifidir.
Lüdviq Bolsman
Lüdviq Bolsman (alm. Ludwig Eduard Boltzmann‎) (20.2.1844-5.9.1906) — Avstriyalı fizik. Bolsman (Ludwig Eduard Boltzmann) 1844-cü ildə Vyanada anadan olub. Gimnaziyanı bitirdikdən sonra Vyana universitetinə daxil olur və fizika elminə ürəkdən vurulur. Onun müəllimlərindən biri məşhur fizik Y.Stefan olub. Tələbə olarkən öz müəllimləri Y.Loşmidt və Y.Stefanla dostluq etmişdir. Şüalanmaya aid Stefanın elmi işini ölümündən sonra Bolsman davam etdirib. L.Bolsman 1876-cı ildə yenidən Qrats universitetinə qayıdır və 1889-cu ilə kimi orada işləyir. Bu vaxtlar o, statistik fizikaya aid bir sıra görkəmli işlərini yazır. O, geniş diapazonlu alim olub, fizikanın demək olar ki, bütün sahələrinə və riyaziyyatın bəzi sahələrinə aid mühüm işlərin müəllifidir.
Lüdviq Büxner
Fridrix Karl Kristian Lüdviq Büxner (alm. Friedrich Karl Christian Ludwig Büchner‎; d. 29 Mart 1824, Darmştadt - ö. 1 May 1899) — materialist Alman mütəfəkkiri və yazıçı Georq Büxnerin qardaşı. Baxışları L.Feyerbax və P.J.J. Kabanisin ideyalarının təsiri altında formalaşmışdır. Büxner üçün başlanğıc maddə ilə eyniyyət təşkil edən və bir sıraxassələrə, yaxud qüvvələrə (onlardan ə mühümü hərəkətdir) malik materiya anlayışıdır. Büxnerə görə, təbiətin aynası kimi başa düşülən fikir, şüur yüksək təşkil olunmuş materiyanın – beynin məhsuludur və ruhani yalnız beyin funksiyalarının məcmusudur. Büxner sosial darvinizm ideyalarının müdafiəçisi olmuş, yaşamaquğrunda mübarizəni (ka pitalist rəqabətini) sosial inkişafın əsası hesab etmişdir. 1881-ci ildə Azad fikirlilərin Alman İttifaqını yaratmışdır. Büxnerin ideyaları F. En gelsin materiyanın hərəkət formalarını təsnif etməsinə təsir göstərmişdir.
Lüdviq Diels
Lüdviq Diels (alm. Friedrich Ludwig Emil Diels‎, 24 sentyabr 1874[…], Hamburq – 30 noyabr 1945[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya botaniki və səyyahı. Dielsantha E.Wimm. Dielsia Gilg Dielsiocharis O.E.Schulz Dielsiochloa Pilg. Dielsiothamnus R.E.Fries alm. Engler H.G.A., Diels L., Stubbe H., Noack K. Das Pflanzenreich: Regni vegetabilis conspectus. Stuttgart: Engelmann, Wiesbaden: Harrassowitz.‎ alm. Diels L. Pflanzengeographie. – Leipzig: G.J. Göschen. 1908‎ alm.
Lüdviq Erhard
Lüdviq Erhard (alm. Ludwig Erhard‎; 4 fevral 1897[…], Fürt[d], Bavariya – 5 may 1977[…], Bonn) — alman iqtisadçısı, dövlət xadimi. 1963-1966-cı illərdə Almaniya Federativ Respublikasının federal kansleri olmuşdur. 5 may 1897-ci ildə Bavariyada anadan olub. 1977-ci ildə vəfat etmişdir. Almaniya iqtisadi möcüzəsinin müəlliflərindən biridir.
Lüdviq Knit
Lüdviq Franseviç Knit — Azərbaycanlı rəssam, miniatürçü. 1891-ci ildə Bakıda anadan olmuşdur. İran miniatürü sahəsində ekspert idi. Kommunist simvolikasını yerli Azərbaycan incəsənət üslubu ilə birləşdirərək incənəsənət tarixinə özünə önəmli yerlərdən birini tutmuşdur. Azərbaycandakı ilk ekslibris 1934-cü ildə hazırlanmış və 1922-1928-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarı olan Mustafa Quliyevə məxsus ekslibris sayılır. Bu ekslibrisin müəllifi Lüdviq Knit idi. "Искусство" (İncəsənət), "Molla Nəsrəddin", "Qızıl Qələm" jurnallarında işləmiş, "Kommunist", "Bakinski raboçi" qəzetlərində fəaliyyət göstərmişdi. 2012-ci ildə Azərbaycan Tarix Muzeyində kollektiv sərgisi baş tutmuşdu.
Lüdviq Qabillon
İohan Otto Lüdviq Qabillon (alb. Ludwig Gabillon; 16 iyul 1825 – 13 fevral 1896, Vyana) — alman saray aktyoru, teatr rejissoru, teatr xadimi. Fransadan qaçaraq Meklenburqda məskunlaşan Hugenotlar ailəsində anadan olub. 1844-cü ildə o, Rostokda bir teatr truppasına xor ifaçısı kimi daxil olur və ilk dəfə səhnədə debüt edir. 1846-cı ildə Julius Mosen onu Oldenburq Məhkəməsinin teatrına dəvət etdi. 1848-ci ildə Şverin məhkəmə teatrına köçdü. Təxminən 1851-ci ildə Kassel Dövlət Teatrında, sonra 1853-cü ilə qədər Hannover Opera Teatrında xidmət etdi. 1853-cü ildə Heinrich Laube onu Vyana Məhkəməsi Burgteatrına dəvət edir. Onlar Lüdviq Dessoir, Emil Devrient və Lina Fuhr-Valdau ilə birlikdə Londonun Sent Ceyms Teatrında böyük uğurla çıxış ediblər. Burqteatrın səhnəsində bir çox xarakterik rollar oynadı, repertuarında 300-ə yaxın rol var idi.
Lüdviq Qumploviç
Ludviq Qumploviç (alm. Ludwig Gumplowitsch‎; pol. Ludwik Gumplowicz; 9 mart, 1838, Krakov şəhəri, Polşa - [[19 avqust, 1909 Qraz vilayəti, Avstriya) — hüquqşünas və Qraz Universitetində inzibati və dövlət hüququ üzrə profesoru idi. Qumploviç Avropa sosiologiyanın yaradıcılarından biridir.
Lüdviq Quttenbrunn
Lüdviq Quttenbrun (ing. Ludwig Guttenbrunn; təq. 1750, Vyana – 15 yanvar 1819, Frankfurt-Mayn) — rəssam Onun Vyanada və ya Kremsdə anadan olduğu təxmin edilir. O, portret və tarix rəssamlıqı sahəsində ixtisaslaşmış rəssam idi. O, 15 yanvar 1819-cu ildə Frankfurtda vəfat edib.
Lüdviq Radlkofer
Lüdviq Radlkofer (alm. Ludwig Radlkofer‎ 12 dekabr 1829 — 16 fevral 1927) — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru.
Lüdviq Tik
Lüdviq Yohan Tik (alm. Johann Ludwig Tieck‎; 31.5.1773, Berlin — 28.4.1853, Berlin) — alman romantizminin banilərindən hesab olunan şair, yazıçı, dramaturq, tərcüməçi və tənqidçi. Yena dərnəyinin əsas üzvlərindən biri. Lüdviq Tik 1773-cü ildə Berlin şəhərində sənətkar ailəsində anadan olmuşdur.
Lüdviq Vitgenşteyn
Lüdviq Vitgenşteyn (26 aprel 1889[…] – 29 aprel 1951[…], Kembric, Birləşmiş Krallıq) — Avstriya filosofu, analitik fəlsəfənin banilərindən və XX əsrin ən parlaq filosoflarından biri. Bəziləri onu İmmanuel Kantdan sonra günümüzə qədərki dövrün ən böyük filosofu hesab edir. Vitgenşteyn qərb fəlsəfəsində iki inqilabi yeniliyin müəllifi kimi tanınır. Bunlardan birincisi onun "Məntiqi-fəlsəfi traktat" əsərinin Vyana dərnəyinə təsiri və nəticədə məntiqi pozitivizmin yaranması, ikincisi isə dilin təbiəti və quruluşuna dair "Fəlsəfi tədqiqatlar" əsəri ilə bağlıdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Vitgenşteyn 1889-cu ilin 26 aprelində Vyanada yəhudi mənşəli avstriyalı poladtökmə sənayesi maqnatı Karl Vitgenşteynin ailəsində dünyaya gəlmişdir. Ata babası German Xristian Vitgenşteyn yəhudi olmuş, lakin Saksoniyadan Vyanaya köçdükdən sonra protestantlığı qəbul etmişdir. Mühəndis sənətini öyrənməyə başlayan Vitgenşteyn sonralar onun marağını uçan aparatların quraşdırlımasından fəlsəfi problemlərin riyazi əsasda tədqiqinə yönəldəcək Qotlab Freqenin işləri ilə maraqlanmağa başlayır. Bəzi məlumatlara görə Vitgentşteyn bir neçə dəfə Freqe ilə görüşür və sonuncu ona Vitgenşteynin məşğul olduğu mövzulara dair Rasselin əsərləri ilə maraqlanmağı tövsiyə edir. 1911-ci ildə Vitgenşteyn Kembricə yollanır və o burada Rasselin tələbəsi, köməkçisi və dostuna çevrilir.
Lüdviq Vitqenşteyn

Novdiq (Miyanə)
Novdiq (fars. نوديق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 198 nəfər yaşayır (54 ailə).
Xlodviq IV
Xlodviq IV (fr. Clovis IV; təq. 677, bilinmir – 695, bilinmir) — Merovinqlər sülaləsindən olan Frank kralı 691-695-ci illərdə kral olub. Xlodvqi hələ 9 yaşında ikən Kral elan edilmişdir. 695-ci ildə 13 yaşında ikən ölüb. Fredeqarın davamçıları. London: Thomas Nelson and Sons Ltd, 1960. Frankların tarixi. Das Buch von der Geschiche der Franken. // Quellen zur Geschichte des 7.
Lüdviq Şlefli
Lüdviq Şlefli (alm. Ludwig Schläfli‎; 15 yanvar 1814, Zeeberq[d] – 20 mart 1895, Bern) — İsveçrə riyaziyyatçısı. O, yüksək ölçülü fəzalar anlayışının inkişafında əsas fiqurlardan biri olan həndəsə və kompleks analiz (o vaxt funksiya nəzəriyyəsi adlanırdı) üzrə ixtisaslaşmışdır. Çoxölçülülük anlayışı riyaziyyatda geniş yayılmışdır, fizikada əsas rol oynamağa başlamışdır və elmi fantastikada ümumi elementdir. Lüdviq Şlefli 15 yanvar 1814-cü il İsveçrənin Qlasvill kəndində anadan olmuşdur. O, ömrünün çox hissəsini İsveçrədə keçirmişdir. Şlefli uşaq ikən yaxınlıqdakı Burqdorf şəhərinə köçmüşdür. Onun yöndəmsizliyi tezliklə atasının ardınca ticarətə getməyəcəyini göstərmişdir. Əvəzində o, 1829-cu ildə, 15 yaşında ikən Berndəki gimnaziyaya daxil olmuşdur. Şlefli burada Avraam Qottgelf Kestnerin "Mathematiche Anfangsgründe der Analysis des Unendlichen" adlı hesablama mətni vasitəsilə riyaziyyatı artıq dərindən öyrənməyə başlamışdır.
Lüdviq Nobel
Lüdviq Nobel (rus. Лю́двиг Эммануи́лович Нобе́ль , 27 iyul 1831, Mariya-Maqdalena[d] – 12 aprel 1888, Kann) — isveçli rus mühəndis, ixtiraçı, sahibkar və xeyriyyəçi, Nobel mükafatının məşhur təsisçisi Alfred Nobelin böyük qardaşı və iş ortağı.