Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rodovid
Rodovid — açıq maarifləndirici və tədqiqedici çoxdilli proyekt olub, dünyada müxtəlif tarixi zamanlarında yaşamış bəşəriyyət vətəndaşlarının nəsil ağacını öyrənmək, onlar haqqındakı bilgiləri əldə etmək, ümumiləşdirmək və öyrətmək məqsədi daşıyır. Buradakı məlumatlara hər kəs öz əlavələrin edə və onları redaktə edə bilər. Bu proyekt MediaWiki, Vikipediya və digər Vikimedia fondları tərəfindən sərbəst isifadə oluna bilinir.
Podia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Ovid
Publi Ovidi Nazon (20 mart e.ə. 43[…], Sulmona[d], İtaliya[d] – 17, Konstansa[…]) — görkəmli Roma şairi, Metamorfoza əsərinin müəllifi. == Həyatı == Publi Ovidi Nazon eradan əvvəl 43-cü ildə martın 20-də Sulmo (Sulmen) şəhərində anadan olmuşdur. İngilis dilli ölkələrdə Ovid kimi taninir. Roma şairi olan Publi Ovidi Nazon , özünün üç ən məşhur əsərlər toplusu : "Qəhrəman qadınlar" ("Heroidlər") , "Məhəbbət şeirləri" ("Amores") və "Metamorfozlar" əsərləri ilə məşhurdur. O , həmçinin Roma təqvimi haqqında olan "Fastlar" , "Kədərli elegiyalar" ("Trista") və sürgündə olarkən yazdiği "Pontdan Məktublar"("Epistulae ex Ponto") əsərlərinin müəlifidir . Bundan əlavə , bir neçə qisahəcmli şeirlərin də müəlifidir . Onun "Medeya" adli bir faciəsi də olmuşdur. Ovidi "Hüznlü məsnəvilər" ustadı kimi qiymətləndirilir. Onun adi Latin ədəbiyyatinin kanonik şairləri ilə bir sırada çəkilir.
COVID-19
Koronavirus xəstəliyi 2019 (COVID-19) — SARS-CoV-2 virusunun səbəb olduğu xəstəliyin adı. 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığı bildirildi. 31 Dekabr 2019-cu ildə başlayan virusa Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2019-nCoV adı verildi, daha sonra Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitəsi tərəfindən SARS-CoV-2 olaraq yenidən adlandırıldı. Bəzi tədqiqatçılar, koronavirusun ən çox yayıldığı yer Huanan Dəniz Bazarı olduğunu bildirdi. 18 Fevral 2020-ci il tarixində koronavirusun pnevmoniyasının başlanğıcında 2,009 təsdiqlənmiş ölüm və 75,200 təsdiqlənmiş yoluxma qeydə alındı. Uhan ştammı SARS-CoV ~ 70% genetik oxşarlığı olan 2B qrupundan olan Betakoronavirusun yeni bir növü kimi müəyyən edildi. Virusun yarasa koronavirusuna 96% bənzərliyi var, buna görə də yarasaların mənşəyi geniş şübhə altındadır. == Araşdırılması == Beynəlxalq alimlər qrupu 2003-cü ildəki pandemiya zamanı SARS xəstəliyinə tutulmuş insanların yeni SARS-CoV-2 koronavirusuna qarşı immunitetli olduğunu aşkar edib. Həmin adamların orqanizmində S-proteinə qarşı anti-cismlər inkişaf edib ki, bu da koronavirusun insan hüceyrələrinə daxil olmasına qarşı mühüm rol oynayır. Tədqiqat zamanı bu anti-cismlərdən biri — S309 üzə müəyyən edilib.
Kalium yodid
Kalium yodid (kalium yodid) qeyri-üzvi bir birləşmədir, kimyəvi formulu KI olan hidroiodik turşunun kalium duzudur. İşıqda sarıya çevrilən rəngsiz kristal duzdur. Yod ionlarının mənbəyi kimi geniş istifadə olunur. Natrium yodiddən daha az higroskopikdir. Tibbdə dərman, kənd təsərrüfatında gübrə olaraq, eyni zamanda fotoqrafiya və analitik kimyada da istifadə olunur. == Fiziki xüsusiyyətləri == Kub sistemli rəngsiz kristallardır (a = 0,7066 нм, z = 4, F m 3 ¯ m {\displaystyle Fm{\bar {3}}m} ). Sıxlığı 3,115 q/sm3-dır. Bu birləşmə 681 ° C ərimə nöqtəsinə malikdir. qaynama nöqtəsi 1324 ° C-dir. 100 q suda: 127,8 q (0 ° C), 144,5 q (20 ° C), 209 q (100 ° C)-də həll olur.
Covid-19
Koronavirus xəstəliyi 2019 (COVID-19) — SARS-CoV-2 virusunun səbəb olduğu xəstəliyin adı. 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığı bildirildi. 31 Dekabr 2019-cu ildə başlayan virusa Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2019-nCoV adı verildi, daha sonra Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitəsi tərəfindən SARS-CoV-2 olaraq yenidən adlandırıldı. Bəzi tədqiqatçılar, koronavirusun ən çox yayıldığı yer Huanan Dəniz Bazarı olduğunu bildirdi. 18 Fevral 2020-ci il tarixində koronavirusun pnevmoniyasının başlanğıcında 2,009 təsdiqlənmiş ölüm və 75,200 təsdiqlənmiş yoluxma qeydə alındı. Uhan ştammı SARS-CoV ~ 70% genetik oxşarlığı olan 2B qrupundan olan Betakoronavirusun yeni bir növü kimi müəyyən edildi. Virusun yarasa koronavirusuna 96% bənzərliyi var, buna görə də yarasaların mənşəyi geniş şübhə altındadır. == Araşdırılması == Beynəlxalq alimlər qrupu 2003-cü ildəki pandemiya zamanı SARS xəstəliyinə tutulmuş insanların yeni SARS-CoV-2 koronavirusuna qarşı immunitetli olduğunu aşkar edib. Həmin adamların orqanizmində S-proteinə qarşı anti-cismlər inkişaf edib ki, bu da koronavirusun insan hüceyrələrinə daxil olmasına qarşı mühüm rol oynayır. Tədqiqat zamanı bu anti-cismlərdən biri — S309 üzə müəyyən edilib.
COVID-19 pandemiyası
Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi.
COVID-19 testi
COVID-19 testi — Tənəffüs yolu koronavirusu 2019 (COVID-19) və əlaqədar SARS-CoV-2 virusu üçün laboratoriya testləri , infeksiyaya cavab olaraq istehsal olunan virusun və antikorların varlığını aşkar edir. Nümunələrdə virusların olması koronavirus RNT- yı aşkar edən RT-PCR ilə təsdiq olunur. Bu test spesifikdir və yalnız SARS-CoV-2 virusunun RNT -yı aşkar etmək üçün hazırlanmışdır. Ən son və ya aktiv infeksiyaları təsdiqləmək üçün istifadə olunur. == PCR testləri == == COVID-19 yanal axın testləri == Tez-tez COVID-19 yanal axın testləri olaraq da adlandırılan COVID-19 sürətli antijen testləri, SARS-COV-2 infeksiyasını (COVID-19) aşkar etmək üçün istifadə olunan sürətli antijen testləridir. Minimum təlimlə tez tətbiq olunur, əhəmiyyətli xərc üstünlükləri təklif edir, digər növ COVID-19 testlərinin bir hissəsinə başa gəlir və istifadəçilərə 5–30 dəqiqə ərzində nəticə verir. Bununla birlikdə, yüksək saxta mənfi nisbətə malikdirlər. Sürətli antijen testləri bir çox ölkələrdə kütləvi yoxlama və ya populyar test metodlarının bir hissəsi olaraq istifadə olunur. Asimptomatik olmayan və potensial olaraq virusu digər insanlara yaya biləcək, əks halda yoluxduqlarını bilməyən şəxsləri tanımaq üçün dəyərli olduqları düşünülür. Bu, daha yüksək həssaslığa malik olduqları və halları daha dəqiq müəyyən edə bildikləri üçün, ümumiyyətlə simptomatik şəxslər üçün faydalı bir test olaraq görülən PCR kimi digər COVID-19 test formalarından fərqlənir.
COVID-19 vaksini
COVID-19 vaksini — COVID-19 xəstəliyinə qarşı insanlarda imuniteti təmin etməyi hədəfləyən biyoteknoloji peyvənd. 231 peyvənd namizədi hələ tədqiqat mərhələsindədir və bunlardan heç birinin təhlükəsizliyini və effektivliyini sübut edən klinik sınaqlar hələ tamamlanmamışdır. Avqust ayında ən azı 24 peyvənd namizədi elan edildi və ya klinik sınaqlara məruz qaldı. Bunlardan 6-sı III, 18-i I–II sınaq mərhələlərindədir. 2020-ci il fevral ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna qarşı bir peyvəndin 18 aya hazır olacağına ümid etdiyini açıqladı. Peyvəndin yaradılması virusun davamlı mutasiyası ilə çətinləşir. Effektivliyi insan orqanizmində immunitet reaksiyası yaratmaq qabiliyyətindən asılıdır. 2020-ci ilin avqust ayında Rusiyada Gam-COVID-Vac adlı bir rus peyvəndi qeydiyyata alındı. == Tarixi == 2020-ci ildən etibarən elm aləminə koronavirus ailəsinə aid bir neçə infeksiya artıq məlum idi. Heyvanlarda bu infeksiyalara quşların quş koronavirusu, və itlərdə it koronavirusu, pişiklrədə pişik koronavirusu daxildir.
Almaniyada COVID-19 pandemiyası
Almaniyada koronavirus infeksiyasının (COVID-19 pandemiyası) ilk hadisəsi 27 yanvar 2020-ci ildə Bavariyada qeydə alınıb. Martın 17-də Robert Kox İnstitutu ölkə üçün epidemioloji riskini orta səviyyədən böyüdü. 18 iyul 2020-ci il tarixinə Almaniyada 202,572 nəfər təsdiq edilmiş COVID-19 hadisəsi qeydə alınmış, onlardan 9,102 nəfər ölmüş və 187,000 nəfər sağalmışdır. 22 mart tarixinə olan COVID-19-dan ölüm halları işlərin sayının 0,4% -ni təşkil etmişdir. Robert Kox İnstitutu, Almaniyada COVID-19 virusunun yayılması ilə bağlı mövcud vəziyyət barədə gündəlik hesabatlar dərc edir. == Tarixi == Almaniyada karantin rejimi martın 22-dən əvvəlcə aprelin 20-nə kimi, daha sonra mayın 3-nə kimi tətbiq edilib. Bu müddətdə ictimai şəraitdə insanların 2 nəfərdən artıq toplaşması qadağan olunub və 1,5 metr məsafə saxlanması tətbiq edilib. Ölkədə tədris müəssisələri martın 13-dən etibarən bağlanıb. Əvvəlcə Almaniya hökuməti 1000-dən çox adamın iştirakı ilə keçirilən kütləvi tədbirlərin koronavirus pandemiyası səbəbindən avqustun sonunadək ləğv etmişdi. Sonra bu qadağa oktyabrın sonunadək uzadılıb.
Anqolada COVID-19 pandemiyası
Anqolada COVID-19 pandemiyası — Anqolada ilk COVİD-19 xəstəsi 21 martda təsdiqlənib. == Gedişat == 19 martda bir anqolalı Whatsapp səsli mesajını yaydı və sonra birdən sildi. Bu, koronavirus barədə dezinformasiyalardan ibarət səs yazısıydı. 20 martda Anqolanın bütün sərhədləri bağlandı. Limanlar, dəmiryolları da daxil olmaqla hər şey qadağan edildi. Bu qadağa 4 aprelə qədər davam etdi. 21 martda birinci və ikinci xəstə Portuqaliyadan Anqolaya, oradan da karantinə gəldi. 24 martda məktəblərin bağlanması 10 aprelə qədər uzadıldı. 29 marta qədər 5 nəfərdə də koronavirus aşkarlandı. İlk 2 xəstə də vəfat etdi.
Antarktidada COVID-19 pandemiyası
Antarktida koronavirus halının qeydə alındığı son qitədir. 2020-ci ilin dekabrında burada 36 yoluxma halı aşkar edilib. Bundan öncə koronavirus yayıldığı vaxtlarda Antarktidayla bağlı bütün konfranslar ləğv olunmuşdu. Britaniya Antarktika Tədqiqatı ehtiyat tədbirlərini həyata keçirdi. Bəzi şayiələrdə koronavirusun heyvanlar arasında, xüsusilə də pinqvinlər arasında çox yayılması qeyd edildi. Lakin sonra həmin şayiələrin doğru olmadığı ÜST tərəfindən açıqlandı.
Kürasaoda COVID-19 pandemiyası
Kürasaoda ilk koronavirus xəstəsi 13 martda təsdiq olunub. == Gedişat == Kürasaoda ilk koronavirus xəstəsi 13 martda təsdiq olunub. Bu insan Niderlanddan Kürasaoya istirahət məqsədilə gedən 68 yaşlı kişi idi. Həmin gün onun həyat yoldaşında da bu xəstəlik aşkarlandı. O vaxtdan bəri cütlüklə əlaqədə olan hər kəs koronavirus testindən keçirildi.
Mozambikdə COVID-19 pandemiyası
Mozambikdə COVID-19 pandemiyası ağır kəskin tənəffüs sindromu coronavirus 2-nin (SARS-CoV-2) səbəb olduğu dünya miqyasında 2019-cu il (COVID-19) koronavirus xəstəliyi pandemiyasının bir hissəsidir. Virusun 2020-ci ilin martında Mozambikə çatdığı təsdiqlənib. == Fon == 12 yanvar 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 31 dekabr 2019-cu ildə ÜST-ə bildirilmiş Çinin Hubey əyalətinin Uhan şəhərində bir qrup insanda yeni bir koronavirusun tənəffüs xəstəliyinə səbəb olduğunu təsdiqlədi. 30 yanvar 2020-ci ildə Beynəlxalq İctimai Səhiyyə Fövqəladə Vəziyyəti elan olundui və və 11 martda pandemiya kimi qəbul edildi. COVID-19-dan ölüm halları 2003-cü ildəki SARS ilə müqayisədə xeyli aşağıdır, lakin yoluxma əhəmiyyətli dərəcədə yüksəkdir və əhəmiyyətli ümumi ölüm nisbəti var. Mozambik üçün model əsaslı simulyasiyalar göstərir ki, zamanla dəyişən reproduksiya nömrəsi R t üçün 95% inam intervalı 2020-ci ilin dekabrında və 2021-ci ilin yanvarında 1.0-ı keçib.
Nepalda COVID-19 pandemiyası
Nepalda ilk koronavirus xəstəsi 5 yanvarda aşkarlanıb. == Nepalda gedişat == Nepalda ilk koronavirus xəstəsi 5 yanvarda aşkarlanıb. Bu xəstə Hubey Universitetindən ölkəsinə qayıdan 31 yaşlı müəllim idi. Bəzi ölkələrdə xəstəxanalar avadanlıqlarla təchiz olunsa da, bu ölkədə avadanlıqlar az idi. Ona görə də, həmin gün Hindistandan, Pakistandan və digər ölkələrdən avadanlıqlar gətirildi. 24 yanvarda fövqəladə vəziyyət oldu. Evdən çölə çıxmaq qadağan edildi. Hamı evdə də qaldı. Xaricdən gələnlər tez karantinaya alındı. Nepal koronavirusun təsirini azaldan nadir ölkələrdən oldu.
Puntlenddə COVID-19 pandemiyası
Puntlenddə koronavirus pandemiyası martdan bəri izlənilir. == Tarixçə == Somalidə bir dövlət olan Puntlenddə koronavirus pandemiyası martdan bəri izlənilir. Ölkədə pandemiya barədə xəbərlər çox izlənilirdi. 2 maya qədər Puntlenddə 8 yoluxma və 1 ölüm hadisəsi qeyd olundu. Puntlend səlahiyyətçiləri isə yoluxmanın daha çox olduğuna inanırdılar. Mart ayında Somalinin bəzi şəhərlərində yoluxma halları qeyd olunanda səlahiyyətli şəxslər məscidləri bağlamaqdan imtina etdilər. May ayında prezident və bir çox nazirlər testdən keçdilər və nəticələri neqativ çıxdı. Lakin, 25 may ayında koronavirusdan əziyyət çəkən ölkənin Kənd Təsərrüfatı naziri İsmayıl Qamadiid vəfat etdi.O, bir müddət Puntlenddə müalicə alsa da, vəziyyəti ağırlaşdığından Moqadişodakı xəstəxanaya yerləşdirilmişdi.
Qrenlandiyada COVID-19 pandemiyası
Qrenlandiyaya Koronavirus 16 martda gəlmişdi.Hal-hazırda ölüm və sağalma qeydə alınmayıb və 2 nəfər bu virusa yoluxub. == Gedişat == Danimarkadan gələn bir Qrenlandiyalı 16 martda ölkəsinə dönmüş və koronavirus olduğu aşkar edilmişdi. Həmin xəstə hal-hazırda Nuukda ev təcridxanasındadır. 18 martda isə həmin xəstənin ailəsindən bir nəfərdə koronavirus aşkar edildi. İlk yoluxma qeydə alındıqdan sonra baş nazir Kim Kielsen dedi:Yeni vəziyyətin öhdəsindən gəlmək üçün hazırlıqlara başlanıldı.
Qırğızıstanda COVID-19 pandemiyası
Qırğızıstanda ilk dəfə 18 martda koronavirus xəstəsi aşkar edilib. == Gedişat == 18 martda Suzak rayonunda Səudiyyə Ərəbistanından Qırğızıstana gələn 3 nəfərdə koronavirus aşkar edildi. Bundan sonra Qırğızıstan, Tacikistan, Qazaxıstan da bir neçə tədbirlər görməyə başladılar. Həmin gün bütün məscidlər bağlandı. Həmin 3 nəfər təcili karantinə alındı. Sonra maskaların ƏDV-dən azad olunduğu bildirilib. 20 martda Oş şəhərində daha 3 nəfərdə də həmin virus aşkar edildi. Həmin şəxslər də Səudiyyə Ərəbistanından gəlirdilər. Buna görə də tez Oşda fövqəladə vəziyyət elan olundu. 22 martda nəqliyyatdan istifadə qadağan edildi.
Somalilenddə COVID-19 pandemiyası
Somalilenddə ilk iki koronavirus xəstəsi 31 mart 2020-ci ildə aşkarlanıb. == Gedişat == Somalilenddə ilk iki koronavirus xəstəsi 31 mart 2020-ci ildə aşkarlanıb. Bundan sonra 3 şübhəli şəxs test edildi və onlarda virus aşkarlanmadı. 1 apreldə məktəblər bağlandı, ictimai tədbirlər və yığıncaqlar təxirə salındı və ya keçirilmədi, uçuş və səyahət məhdudlaşdırıldı. Məscidlər üçün xüsusi təlimat verildi.
Türkiyədə COVID-19 pandemiyası
Türkiyədə koronavirus pandemiyası 2020 — 11 mart 2020-ci il tarixdə Türkiyədə ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu (UTC+03:00). == Hadisələrin ardıcıllığı == === yanvar 2020 === 24 yanvar 2020-ci ildə Türkiyə Respublikasının Səhiyyə Nazirliyi hava limanlarında teplovizor quraşdırır. Həmçinin, nazirlik Çindən gələn istənilən sərnişini əlavə müayinələrə cəlb etmək və koronavirus infeksiyasının əlamətlərinin aşkar olunduğu hər kəsə karantin tətbiq etmək barədə qərar verir. Müayinələr daha sonra infeksiya hallarının sürətlə artdığı digər ölkələrə də şamil olunur. Hava limanlarında görülən digər ehtiyat tədbirlərinə infraqırmızı termometrlərdən istifadə, bütün gömrük məntəqələrində dezinfeksiya işlərinin aparılması, pulsuz tibbi maskalar və təlimat vərəqələrinin paylanması daxil edilir. Yanvarın 31-də Türkiyə hökuməti 34 Türkiyə vətəndaşının təxliyə edilməsi məqsədilə Uhan şəhərinə təyyarə göndərir. Təxliyə edilənlər arasında onlarla azərbaycanlı, gürcü və albanlar da vardı. Çin, Türkiyənin illik istehsal etdiyi 150 milyon maskadan əlavə 200 milyon maska sifariş edir. === fevral 2020 === Fevralın 1-də Türkiyə Çindən bütün uçuşların dayandırıldığını bəyan edir. İran hakimiyyəti Qum şəhərində karantin elan etməsi ilə bağlı Türkiyənin tövsiyəsinə əməl etmədikdən sonra ölkə İranla sərhədin bağlandığı barədə bəyanat yayır.
Türkmənistanda COVID-19 pandemiyası
Türkmənistanda COVID-19 koronavirusun təsdiq olunmuş xəstəlik halı mövcud deyil. Hökumət virus haqqında məlumatı idarə etməyin uğurunda işləyib, fəqət mütəxəssislərin fikrinə görə, onun yayımı ölkədə baş verdiyinin ehtimalı var. ÜST / Avropa missiyasının rəhbəri, doktor Ketrin Smolvud, Türkmənistana 10 günlük səfərindən sonra keçirilən brifinqdə, ölkədə COVID-19 infeksiyasının aşkarlanması barədə məlumat vermədi. == Tədbirlər == Yanvarın 31-də Türkmənistan Hava Yolları Banqkoka və Pekinə reyslərini ləğv edib. Fevralın 29-da isə, Türkmənistan virusun təsiri altında olan ölkələrin vətəndaşlarına girişi qadağan edib. Martın 5-də Qazaxıstanın Almatı şəhrindən uçan üç xarici səyyahətçiyə, o cümlədən bir ərəb ölkənin iki diplomatına ölkəyə girməyə icazə verilməyib. Onların təyyarəsi əvvəl Türkmənabada çevirilib, sonra isə hamı İstanbula gedən reysə otuzdurulub. Martdan başlayaraq, Türkmənistana uçan bütün reyslər Türkmənəbad Beynəlxalq Hava Limana yönəldirilir. Az sonra, beynəlxalq reysləri ümumiyyətlə ləğv olunub. Ölkəyə giriş icazəsi ancaq diplomatiya, rəsmi və humanitar məqsədi ilə gələn şəxslərə verilir.
İranda COVID-19 pandemiyası
İrandakı COVID-19 pandemiyası ağır kəskin tənəffüs sindromu coronavirus 2-nin (SARS-CoV-2) səbəb olduğu 2019-cu il (COVID-19) koronavirus xəstəliyinin davam edən pandemiyasının bir hissəsidir. 19 fevral 2020-ci ildə İran Qumda ilk təsdiqlənmiş yoluxma hallarını bildirdi. Virusun ölkəyə Çinə səfər etmiş Qumlu bir tacir tərəfindən gətirildiyi bildirildi. Koronavirusa cavab olaraq hökumət ictimai tədbirləri və cümə namazlarını ləğv etdi; məktəblər, universitetlər, ticarət mərkəzləri, bazarlar və müqəddəs ziyarətgahlar bağlandı; və bayram şənliklərini qadağan etdi. Ailələrə və müəssisələrə kömək etmək üçün iqtisadi tədbirlər də elan edildi və pandemiya hökuməti Beynəlxalq Valyuta Fondundan beş milyard ABŞ dolları məbləğində təcili kredit üçün görünməmiş bir müraciət etməyə məcbur etdi. Hökumət əvvəlcə bütün şəhərləri və rayonları karantinə almaq planlarını rədd etdi və hökumətin səyahətləri məhdudlaşdırmaq niyyətinə baxmayaraq, Novruz bayramı ərəfəsində şəhərlər arasında sıx nəqliyyat davam etdi. Hökumət daha sonra yeni halların sayının artmasından sonra şəhərlərarası səyahətləri qadağan etdiyini açıqladı. Aprel ayından başlayaraq hökumət məhdudiyyətləri tədricən yumşaltdı. Yeni halların sayı mayın 2-də minimum səviyyəyə düşdü, lakin məhdudiyyətlər yüngülləşdikcə may ayında yenidən artdı, yeni hadisələrin pik nöqtəsi 4 iyunda, ölümlərin sayında yeni zirvələr iyulda qeydə alındı. Artımlara baxmayaraq, İran hökuməti iqtisadiyyatı açıq saxlamaqdan başqa çarəsinin olmadığını bildirdi; İran iqtisadiyyatı artıq ABŞ sanksiyalarından təsirlənmişdi və 2020-ci ilin iyun ayına qədər onun ÜDM-i COVID-19 pandemiyası səbəbindən daha 15% azaldı.
İspaniyada COVID-19 pandemiyası
İspaniyada koronavirus infeksiyasının (COVID-19) ilk hadisəsi 31 yanvar 2020-ci ildə Homer adasında (Kanar adaları) qeydə alınıb. Almaniyadan gələn bir turist xəstələndi. 24 fevral 2020-ci ildə, İtaliyadakı COVID-19 pandemiyası fonunda İspaniya Tenerifedə tətildə olan İtalyan Lombardiyasından olan həkimlə əlaqəli koronavirus hadisələrini təsdiqlədi. Tenerifedəki bəzi insanlar bir həkimə müraciət etdikdən dərhal sonra xəstələndilər. Materik İspaniyada, İtaliyanı ziyarət etdikdən sonra yoluxanlar müəyyən edildi. 13 mart 2020-ci ildən bu yana İspaniyanın bütün 50 əyalətində hadisələr baş verdi. 25 mart 2020-ci ildə İspaniyada COVID-19-dən ölənlərin sayı materik Çində ölənlərin sayını üstələdi və İtaliyada ölənlərin sayına görə ikinci oldu. Aprelin 1-dək İspaniyada təsdiqlənmiş hadisələrin sayı 100.000-i keçdi, 2 apreldə İspaniyada COVID-19-dən ölənlərin sayı 10.000-i keçdi. 24 aprel 2020-ci il tarixinə İspaniyada 219,764 yoluxma hadisəsi aşkarlannmış, onlardan rəsmi məlumatlara görə 92,000 nəfər sağalmış və 22,500 nəfər ölmüşdür. 6 mindən çox insan reanimasiya şöbəsindədir.
İsraildə COVID-19 pandemiyası
İsraildə koronavirus infeksiyasının (COVID-19 pandemiyası) ilk hadisəsi 21 fevral 2020-ci ildə Təl-Əviv dairəsində qeydə alınıb. 28 may 2020 tarixinə kimi İsraildə 16.771 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 14.486 nəfər sağalsa da, 281 nəfər ölüb. Həmin gündən etibarən İsraildə karantin rejiminin yumşaldılmasına başlanılıb, ölkədə kafelər, restoran və barlar, pivəxanalar, hovuzlar açılıb.
İtaliyada COVID-19 pandemiyası
İtaliya, Avropada Çinə və oradan birbaşa uçuşları dayandıran ilk ölkə idi. Yanvar ayında Romada qeydə alınan ilk iki hadisədən sonra İtaliya termal skanerlərdən istifadə edərək digər ölkələrdən gələn sərnişinlərin temperaturunu yoxlamağa başladı. == Xronologiya == 31 yanvar 2020-ci ildə Romaya gələn iki çinli turistdə SARS-CoV-2 təsdiqləndi. Fevralın 21-də Lombardiyada COVID-19-a yoluxma ilə bağlı 16 hadisə təsdiqləndi. Fevralın 22-də ölkənin şimal bölgələrində, o cümlədən bir neçə ölümcül hadisə və daha 60 hadisə qeydə alınıb. İtaliyanın şimalındakı on bir bələdiyyə, infeksiya mərkəzi olaraq təyin olundu və karantinə alındı. Buna baxmayaraq, artıq fevral ayının sonunda İtaliya infeksiyaların sayına görə dünyada ikinci yerə çıxdı (Çin birinci yerdədir). Fevralın 29-da İtaliyada koronavirusla bağlı 18,500-dən çox sınaq keçirildi. Fevralın 29-da 29 ölüm, 1.128 yoluxma və 50 sağalmış xəstə qeyd edildi. 9 mart 2020-ci ildə İtaliya karantin statusunu uzatdı və infeksiyanın yayılmasının qarşısını almaq üçün daha kəskin tədbirlər gördü.