Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Bodeqon
Bodeqon (isp. bodegón - İçkixana) - İspan İntibah rəsm janrı. Bodeqon iki əsas növə bölünür: Natürmort. İçkixanada, küçədə, dükanda az adamların şəkili.
Poliqon
Poliqon və ya çoxbucaqlı (ing. Polygon) — sonlu sayda ardıcıl sınıq xəttlərdən ibarət qapalı fiqur. Poliqonlardan kompüter qrafikasında üçölçülü görünüşlü şəkillər yaratmaq üçün istifadə olunur. Adətən üçbucaqlı formasında olan poliqonlar obyektin səthinin modelləşdirilməsində, təpələrin seçilməsində və obyektlərin renderləndirilməsində istifadə edilir. Poliqon hesabı hər kadrda render edilən poliqonların sayına deyilir. Poliqonlardan istifadə beşinci nəsil videooyun konsolları ilə daha çox istifadə edilmişdir. Poliqonlar hər növbəti nəsildə daha mürəkkəb olur. Vu, Mason; Neyder, Ceki; Devis, Tom; Şreyner, Deyv. Uizli, Eddison (redaktor). OpenGL Programming Guide (ingilis) (Third edition).
Koqon
Koqon (光厳天皇 Kōgon-tennō) — Yaponiyada bir imperatoru.
Odeon
Odeon — antik memarlıqda musiqi tədbirləri üçün tikilmiş tikililər. Üstləri əsasən amfiteatr şəklində qapalı tikilirdi. Odeonlar musiqi tədbirləri, musiqi məşğələləri, şeir müsabiqələri üçün istifadə olunurdu. Əsasən Roma və Yunan mədəniyətlərində istifadə olunub. Qədim Yunanca Ōideion (ᾨδεῖον) "oxuma yeri, məkanı" deməkdir. Bu sözün özü də Aeidō (ἀείδω) — "mahni oxuyan" sözündən əmələ gəlib. Dünyada bilinən ən qədim odeon E.ə 600-cü ildə Spartada tikilmiş Skias odeonudur. Ən məşhur odeon isə 160-cı ildə Herodes Attikus tərəfindən arvadının xatirəsinə tikdirdiyi Herodes Attikus odeonudur.
Onqon
Paqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Toqon
Toqon(çin. ənən. 吐谷渾, pinyin: Tǔyùhùn, hərfi mənası: "Tuyuhun"; tib. 'A-zha) — 285–670-ci illərdə iqtidarda olmuş Syanbi dövləti. Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadanm qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi.
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Polygon (jurnal)
Polygon — Azərbaycanda nəşr olunan ingilis dilli ilk hərbi texnoloji jurnal. Azərbaycanda 2019-cu ilin aprel ayından nəşrə başlayan ingilis dilində hərbi texnologiya jurnalıdır. Jurnal Gürcüstan, Ukrayna, Türkiyə, Mərkəzi Asiya və Pakistanda yayımlanır. Qeyd olunan regionlarda müxbir postları var. “SR Consulting və Media” MMC-nin təsis etdiyi POLYGON jurnalı Ədliyyə Nazirliyində 2019-cu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Jurnal iki ayda bir dəfə olmaqla 1500 ədəd tirajla nəşr olunur. POLYGON jurnalının həftədə iki dəfə ingilis dilində region xəbərlərindən ibarət daycesti elektron formatda dünyanın müxtəlif ölkələrindən 7000-ə yaxın yerli və xarici abunəçiyə çatdırılır. Azərbaycanda nəşr olunan ingilis dilli ilk hərbi texnoloji "Polygon" jurnalı. Jurnalın ilk beynəlxalq təqdimatı aprelin 30-da İstanbulda İDEF-2019 müdafiə sənayesi sərgisində keçirilib. Jurnalın baş redaktoru Zaur Babaşovdur.
Polygon (sayt)
Polygon — xəbərlər, gözdən keçirmələr və videolar paylaşan videooyunlar üzrə ixtisaslaşmış ABŞ saytı. 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlayan "Polygon" oyunlar haqda yox, oyunları hazırlayanlar haqda məqalələr paylaşaraq rəqiblərindən fərqlənməyə çalışırdı. Onlar həmçinin içərisində video məzmunu olan lonqrid jurnalabənzər bədii məqalələr hazırlayırdılar və oyun yeniləndikcə rəylərini dəyişdirirdilər. Saytın istehsal prosesi 10 ay davam etmişdir və onun 16 nəfərli işçi heyətində "Joystiq", "Kotaku" və "The Escapist" saytlarının baş redaktorlarını da ehtiva edirdi. Saytın dizaynı HTML5 adaptiv standartlarla hazırlanmışdı və çəhrayı rəng çertyojuna malik idi. Saytın reklamları müəyyən məzmunlu qurumların birbaşa sponsorluqlarına əsaslanırdı. "Vox Media" şirkəti saytın hazırlanması barədə bir sənədli film seriyası istehsal etmişdir. Videooyun mədəniyyəti üzrə ixtisaslaşmış "Polygon" bloqu 24 oktyabr 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlamışdır. Saytı texnologiya üzrə ixtisaslaşmış və 2011-ci ildə "SB Nation" idman bloqunun bir genişləməsi olaraq fəaliyyətə başlamış "The Verge" bloqunun əsasında yaradılmışdır. 2011-ci ilin əvvəllərində "Vox Media" şirkətinin baş icraçı direktoru Cim Bankoff videooyunlar üzrə ixtisaslaşmış bir sayt qurmaq barədə danışmq üçün "Joystiq" videooyun bloqunun baş redaktoru Kristofer Qrant ilə əlaqə qurmuşdur.
Rodion Malinovski
Rodion Yakovleviç Malinovski (rus. Родион Яковлевич Малиновский, 10 (22) noyabr 1898, Odessa, Xerson quberniyası – 31 mart 1967[…], Moskva) — Sovet İttifaqı Marşalı (1944),iki dəfə Sovet İtfaqı Qəhrəmanı (1945,1958), Yuqoslaviya Xalq Qəhrəmanı (1964),1926-cı ildən Sov.İKP üzvü. Sovet Ordusunda 1919-cu ildən xidmət etmişdir. M. V. Frunze ad. Hərbi Akademiyanı bitirmişdir (1930). Rusiyada Vətəndaş müharibəsinin və 1937-1938-ci illərdə İspaniyada Vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. Böyük Vətən müharibəsində Yassı-Kişinyov əməliyyatı, Budapeşt əməliyyatı və s. əməliyyatlara rəhbərlik etmişdir. Müharibədən sonra bir sıra məsul hərbi vəzifələrdə işləmiş, SSRİ müdafiə nazirinin birinci müavini-quru qoşunlarının baş komandanı (1956-1957), SSRİ müdafiə naziri (1957-ci ildən ömrünün sonunadək) olmuşdur. 1952-ci ildən Sov.
Rodion Şedrin
Rodion Konstantinoviç Şedrin (rus. Родио́н Константи́нович Щедри́н, 16 dekabr 1932[…], Moskva[…])— Rusiya bəstəkarı. Rodion Konstantinoviç Şedrin 16 dekabr 1932-ci ildə Moskva şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərən Rodion, sonradan musiqi təhsili ilə ciddi məşğul olur və nəhayət, Moskva konservatoriyasına qəbul olur.
Polygon Magic
Polygon Magic, Inc. (ポリゴンマジック株式会社, Porigon Majikku Kabushiki-Gaisha) — Yaponiya videooyun istehsalçısı. Şirkət Yaponiyanın ən böyük studiyalarından biri olmuşdur. Şirkət müxtəlif platformalar, o cümlədən arkada, "Nintendo Wii", "Nintendo DS", "Nintendo 3DS", "Facebook" və s. üçün oyunlar hazırlamışdır. Studiya daha çox "Incredible Crisis" və "Galerians" seriyaları ilə tanınır. Şirkət Yaponiya mobil sosial oyun sahəsində ən yaxşı istehsalçı və yayımçı olmuşdur.
Rodion Raskolnikov
Rodion Romanoviç Raskolnikov — Fyodor Dostoyevskinin 1866-cı ildə qələmə aldığı məşhur Cinayət və Cəza romanının baş obrazı. Raskolnikov 1860-cı illərdə Sankt-Peterburqda yaşayan, əvvəllər hüqüq fakültəsində oxusa da, təhsilini yarıda saxlamağa məcbur qalmış olduqca müflis bir gəncdir. O, imkansızlıqdan nadirən yemək yeyir, köhnə paltarlardan yastıq kimi istifadə edərək divanda yatır və kirayə tutduğu kiçik çardaqda yaşamağa çalışır. Rodion Raskolnikov öz əvvəlki tələbə yoldaşları ilə elə də yaxşı yola getməsə də, bacısı Avdotya Romanovnaya və anası Pulxeriya Aleksandrovnaya olduqca sadiqdir. Özü haqqında ziddiyyətli düşüncələri olan yoxsul tələbə Raskolnikova görə həyatda iki tip insan mövcuddur: adi insanlar və üstün insanlar. Əksəriyyət adi insan kateqoriyasına aiddir, onlar sadə həyat sürür, böyük bir iş görmür, tarixə düşmədən ölüb gedirlər. Ancaq üstün insanlar adi insanlardan çox fərqlənirlər. Onlar bu dünyaya çox daha nadir hallarda gəlir, daim yeniliklərə və irəliyəyişlərə qədəm qoyur, hətta tarixin axarını dəyişirlər. Raskolnikova görə adi insanlara şamil edilən qayda və qanunlar üstün insanlara aid deyil, onlar yeri gələndə öz amalları uğruna qanunları poza, öz ideyalarına çatmaq üçün hər işs əl ata bilərlər. Raskolnikov üstün insana daha çox Napoleon Bonapartı misal gətirir.
Loqon çayı
Loqon (fr. Logone) — Çadda və Kamerunda çay. Loqon və ya Loqona çayı, Çadda yerləşən Şari çayının ən böyük qoludur. Loqon çayını bəsləyən su qaynaqları qərbi MAR (Mərkəzi Afrika Respublikası), şimali Kamerun və cənubi Çaddadır. Çayın sahilləri boyunca bir çox bataqlıqlar mövcuddur. Çayın çevrəsindəki başlıca yaşayış məntəqələri, Çadın ikici böyük şəhəri Mundu, Bonqor və Kamerunun ən şimalda yerləşən şəhəri Kousseridir. Çadın paytaxtı Ncamenada Loqon çayının Şari çayı ilə qovuşduğu yerdə salınmışdır. Çay həmçinin Çadla Kamerun arasında beynəlxalq sərhəddi təşkil edir.
Onqon Xan
Onqon Xan - türk və altay mifologiyasında bərəkət ilahı. Bolluq və bərəkətin qaynağıdır. Qıtlıqları aradan qaldırar. Əkinlərin bərəkətli olmasını təmin edər. Onun istəyilə başaklar birə doqquz verirlər. Onqon sözünün türk dilində geniş şəkildə istifadə edilən və bir-biriylə yaxından əlaqəsi olan iki mənası vardır. Nəslindən gelindiği düşünülən və hörmət edilən, müqəddəs qəbul edilən heyvan, obyekt və ya varlıq. Müqəddəs heyvan və onun fiquru. Hər boyun fərqli bir müqəddəs heyvanı və onu işarələyən bir ongunu vardır. Bərəkət və uğur gətirdiyinə inanılar.
Start kodon
Start kodon — Başlanğıc kodonu, məlumat RNT (mRNA) transkriptinin ribosom tərəfindən tərcümə olunan ilk kodondur. Ən ümumi başlanğıc kodonu AUQ(yəni müvafiq DNT ardıcıllığında ATQ). Başlanğıc kodundan əvvəl 5' tərcümə edilməmiş bölgə (5' UTR) gəlir. Prokariotlarda bu ribosomun bağlanma sahəsini əhatə edir . Başlanğıc kodundan əvvəl 5 'tərcümə edilməmiş bölgə (5' UTR) gəlir. Prokaryotlarda bu ribosomun bağlanma sahəsini əhatə edir. Alternativ başlanğıc kodonları standart AUQ kodonundan fərqlənir və həm prokaryotlarda (bakteriya və arxey) həm də eukaryotlarda olur. Alternativ başlanğıc kodonları, zülalın başlanğıcında olduqda (kodon fərqli bir amin turşusu kodlaşdırsaydı belə), Met olaraq tərcümə olunur. Bunun səbəbi, başlanğıc üçün ayrı bir nəqliyyat RNT-nin (tRNT) istifadə edilməsidir . Alternativ başlanğıc kodonları (AUQ olmayan)eukaryotik genomlarda çox nadirdir.
Togon Teymur
Toqhon Teymur (25 may 1320, Yuan – 23 may 1370) — Çindəki Yuan dövlətinə hökmdarlıq etmiş monqol sülaləsinin son nümayəndəsidir və onun Monqolustana gedişi ilə Çində Min sülaləsi hakimiyyətə gəlmişdir. Togon Teymurun atası 1329-cu ildə hakimiyyətdə olmuş Yuan imperatoru Biliqtü xaqan, anası isə qarluq türk qəbiləsindən olan Mailaiti adlı bir qadın idi. Atası vəfat etdikdən sonra hakimiyyətə əmisi Tok Temür (1329–1332) gəlmişdir. Əmisi hakimiyyətdə olarkan o, əvvəlcə Koreyaya, daha sonra isə Quanxiyə sürgün edilmişdir. O, sürgündə olarkən ögey anası Babuşa edam edilmişdir. 1332-ci ildə əmisinin ölümü ilə onun dul arvadı Budaşiri öz oğlu El Tegüsü yox, Togon Teymurun hakimiyyətə gəlməsini istəmiş, ancaq hakimiyyətə Togon Teymurun qardaşı Irinjibar gəlmişdir. Irinjibarin ölümü ilə Togon Teymur Quanxidən Pekinə gəlmişdir. Bu zaman faktiki hakim El Teymur idi. Togon Teymurun taxta çıxması El Teymur tərəfindən 6 ay gecikdirildi və 1333-cü ildə El Teymurun ölümündən sonra Togon Teymur taxta sahib ola bildi. Togon Teymur ona qəyyumluq edən Budaşirinin oğlunu vəliəhd şahzadə etdi.
İqor Dodon
İqor Nikolayeviç Dodon, (mold. Игорь Николаевич Додон, 18 fevral 1975) — Moldova Respublikası Sosialistlər Partiyasının sədri, Moldova Respublikası Parlamentinin deputatı, iqtisad elmləri doktoru. 13 noyabr 2016-cı tarixində Moldova prezident seçkilərinin ikinci turunda Moldova Respublikasının 5-ci Prezidenti seçilib. 1999-cu ildən Qalina Dodonla evlidir. Ailənin üç oğlu var: Boqdan, Vlad və Nikolay.
Şodon-Norant
Şodon-Norant (fr. Chaudon-Norante, oks. Chaudon e Noranta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04055. 2008-ci ildə əhalinin sayı 144 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 100 nəfər arasında (15–64 yaş) 72-i iqtisadi, 28-i fəaliyyətsizdir (fəaliyyət göstərici 72,0%, 1999-cu ildə 71,8%). Fəal olan 72 nəfərdən 66 nəfər (33 kişi və 33 qadın) işləyir, 6 nəfər işsizdir (1 kişi və 5 qadın).
Poqos Nübar
Poqos Nübar (q.erm. Պօղոս Նուպար; 2 avqust 1851, Konstantinopol – 25 iyun 1930[…], Parisin 16-cı dairəsi[d]) — Misirin üç dəfə valisi olmuş Nübar Paşanın oğlu. Erməni Milli Nümayəndə heyətinin sədri və digər on erməni milli hərəkatının lideri ilə birlikdə 1906-cı il aprelin 15-də Erməni Ümumi Xeyirxahlar İttifaqının (AGBU) qurmuş və 1906-1928-ci illərdə onun ilk prezidenti olmuşdur. 1912-ci ildə o, katolikos V Gevorq tərəfindən Ermənistan Milli Nümayəndə heyətinə sədr təyin edilib. Nübar 1851-ci ildə İstanbulda anadan olub. Onun atası Misirin baş naziri Nübar Paşa olub. Misir və Fransada inşaat mühəndisi kimi təhsil alıb. Misirdə su işləri və Sudanda suvarma layihələrində çalışıb.
Polygon (veb-sayt)
Polygon — xəbərlər, gözdən keçirmələr və videolar paylaşan videooyunlar üzrə ixtisaslaşmış ABŞ saytı. 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlayan "Polygon" oyunlar haqda yox, oyunları hazırlayanlar haqda məqalələr paylaşaraq rəqiblərindən fərqlənməyə çalışırdı. Onlar həmçinin içərisində video məzmunu olan lonqrid jurnalabənzər bədii məqalələr hazırlayırdılar və oyun yeniləndikcə rəylərini dəyişdirirdilər. Saytın istehsal prosesi 10 ay davam etmişdir və onun 16 nəfərli işçi heyətində "Joystiq", "Kotaku" və "The Escapist" saytlarının baş redaktorlarını da ehtiva edirdi. Saytın dizaynı HTML5 adaptiv standartlarla hazırlanmışdı və çəhrayı rəng çertyojuna malik idi. Saytın reklamları müəyyən məzmunlu qurumların birbaşa sponsorluqlarına əsaslanırdı. "Vox Media" şirkəti saytın hazırlanması barədə bir sənədli film seriyası istehsal etmişdir. Videooyun mədəniyyəti üzrə ixtisaslaşmış "Polygon" bloqu 24 oktyabr 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlamışdır. Saytı texnologiya üzrə ixtisaslaşmış və 2011-ci ildə "SB Nation" idman bloqunun bir genişləməsi olaraq fəaliyyətə başlamış "The Verge" bloqunun əsasında yaradılmışdır. 2011-ci ilin əvvəllərində "Vox Media" şirkətinin baş icraçı direktoru Cim Bankoff videooyunlar üzrə ixtisaslaşmış bir sayt qurmaq barədə danışmq üçün "Joystiq" videooyun bloqunun baş redaktoru Kristofer Qrant ilə əlaqə qurmuşdur.
Polygon (veb sayt)