Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koldun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Plaun
Plaun (lat. Lycopodium) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinə aid bitki cinsi.
Plzen
Plzen (çex. Plzeň, alm. Pilsen‎) — Çexiyanın dördüncü böyük şəhəri. Plzen diyarının inzibati mərkizidir. Plzen şəhəri dörd çayın qovuşduğu yerdədir (Mje, Radbuza, Uqlava və Uslava). Bu dörd çay birlikdə Beroun çayını yaradır. Şəhərin əsası, 1292-ci ildə Çexiya kralı Vaslav II tərəfindən qoyulmuş, 1419-cu ildə isə qusitlərin mərkəzi olmuşdu.
Pozan
Pozan — dəftərxana ləvazimatı. Tarixən yazını və ya ləkəni silmək üçün quru çörəkdən istifadə ediblər. Lakin Avropaya Latın Amerikasından kauçuk gətirəndən sonra (əsasən Braziliyadan), onun daha yaxşı sildiyi müşahidə edilir. Buna istinad edərək 1770-ci ildə ingilis Cozef Pristli ilk pozanı düzəldir. 1858-ci ildə aisə amerikalı Hayman Lipman karandaşın ucuna pozanın yerləşdirməklə yeni konsstruksiya ixtira edir.
Adi porzan
Dolkun Isa
Dolkun Isa (Uyğurca: دولقۇن ئەيسا) (2 sentyabr 1967, Sincan-Uyğur Muxtar Rayonu) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist.
Sankt-Pölten
Sankt-Pölten — Aşağı Avstriyada şəhər. Şəhər Aşağı Avstriyanın Federal əyaləti ölkənin şimal şərqində, Çexiya və Slovakiya ilə sərhəddə Dunay çayının aşağı axarında yerləşir. Əyalətin paytaxtı Sankt-Pöltendir. O, Avstriyanın ən qədim şəhəridir və federal əyalətin ən cavan paytaxtıdır. Hesshtrassedəki Ratuşa,"İt Hof" Müzeyi, orta əsr kubok kolleksiyalarının yerləşdiyi Pottenburn sarayı, Şallaburq sarayı, Festival Zalı olan şəhər mədəniyyət mərkəzi, Şourum və modern qala, Aşağı Avstriyanın Tarix Muzeyi, Karmeliterhof barokko sarayındakı Müasir İncəsənət müzeyi, Domplattsdakı Roman-qot Kilsəsi, yepiskop Bishofshop müzeyi və Hertsogenburg, Nussdorf abbatlığı və Trajsmauer dinozavrlar parkı burada yerləşir. Sankt-Pöltendən başlayaraq üzüm bağı olan əraziyə-Vahauya ekskursiya başlanır. Burada iynəyarpaqlı meşələr və Foralpenland dağı ilə əhatə olunan Valdfirtel ərazisinin çoxlu kiçik gölləri vardır. Asparnan-der-Tsajada açıq səma altında Prehistoric müzeyi, Spitz-dog-an-der-donauda gəmiçilik müzeyi və Valdkirhen-an-der-Tajada kukla müzeyi vardır.
Sankt-Pöltеn
Sankt-Pölten — Aşağı Avstriyada şəhər. Şəhər Aşağı Avstriyanın Federal əyaləti ölkənin şimal şərqində, Çexiya və Slovakiya ilə sərhəddə Dunay çayının aşağı axarında yerləşir. Əyalətin paytaxtı Sankt-Pöltendir. O, Avstriyanın ən qədim şəhəridir və federal əyalətin ən cavan paytaxtıdır. Hesshtrassedəki Ratuşa,"İt Hof" Müzeyi, orta əsr kubok kolleksiyalarının yerləşdiyi Pottenburn sarayı, Şallaburq sarayı, Festival Zalı olan şəhər mədəniyyət mərkəzi, Şourum və modern qala, Aşağı Avstriyanın Tarix Muzeyi, Karmeliterhof barokko sarayındakı Müasir İncəsənət müzeyi, Domplattsdakı Roman-qot Kilsəsi, yepiskop Bishofshop müzeyi və Hertsogenburg, Nussdorf abbatlığı və Trajsmauer dinozavrlar parkı burada yerləşir. Sankt-Pöltendən başlayaraq üzüm bağı olan əraziyə-Vahauya ekskursiya başlanır. Burada iynəyarpaqlı meşələr və Foralpenland dağı ilə əhatə olunan Valdfirtel ərazisinin çoxlu kiçik gölləri vardır. Asparnan-der-Tsajada açıq səma altında Prehistoric müzeyi, Spitz-dog-an-der-donauda gəmiçilik müzeyi və Valdkirhen-an-der-Tajada kukla müzeyi vardır.
Solğun mahmızlalə
Solğun mahmızlalə (lat. Corydalis pallida) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Solğun qaratoyuq
Solğun qaratoyuq (lat. Turdus pallidus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Solğun süsən
Solğun süsən (lat. Iris pallida) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Solğun çiçəklər
Solğun çiçəklər (pyes) - yazıçı Cəfər Cabbarlının yazdığı pyes. Solğun çiçəklər (opera) - bəstəkar Süleyman Ələsgərovun yazdığı opera. Solğun çiçəklər (film, 1987) - tamaşa.
Teucrium polium
Ağ məryəmnoxudu (lat. Teucrium polium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü.
Bozun çalarları
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dolun Xan
Dolun Xan - türk və altay mifologiyasında məhsuldarlıq ilahı. Tolun Xan da deyilir. Heyvanların və əkinlərin məhsuldar olmalarını, çoğalmalarını təmin edər. Yer üzünə bərəkət verər. "Dolunay" (bütöv ay) ilə əlaqəli olma ehtimalı yüksəkdir. Çünki bütöv ay bərəkətin, tamlığın və gözəlliyin simvoludur. Nağıllarda, türkülərdə gözəl qızlar həmişə dolunaya bənzədilir. == Etimologiya == (Dol/Tol) kökündən törəmişdir. Doluluq, bolluq mənasını verər. Dolunay da ayın ən görkəmli halıdır və doluluq və çoxluq, bütünlük ifadə edər.
Plzen diyarı
Plzen diyarı (çex. Plzeňský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Plzen şəhəridir. == Əhali == Plzen bölgəsinin əhalisi 570,401 nəfərdir (2011-ci il siyahıyaalınmasına əsasən), bu Çex Respublikası ümumi əhalisinin 5,47% -nə uyğundur. Bu sayın 30% sakinləri Plzen və ətraf şəhərlərdə yaşayır. Bölgədə az sayda əhalisi olan çox sayda yaşayış məntəqəsi var, yeganə böyük şəhər Çexiyanın dördüncü böyük şəhəri olan Plzen bölgəsinin inzibati mərkəzidir (164,000 əhali). Bölgənin qalan 46 şəhərində 367 min insan yaşayır. Əhalinin sıxlığı 1 kvadrat kilometrə 75.44 nəfərdir (ölkədə orta hesabla 1 kvadrat kilometrə 132.33 nəfər). Taxov (37.65) və Klatovi (44.21) bölgələrində əhalinin ən az sıxlığı. == İqtisadiyyat == Əsas mineral yataqları Pilsen yaxınlığında işlənir.
Polen Uslupehlivan
Polen Uslupehlivan (27 avqust 1990, Yüreğir, Adana ili) – Türkiyə milli voleybol komandasında diaqonal mövqedə oynayan voleybolçu. == Karyerası == Vakıfbank aşağı yaş qruplarında başladığı voleybolçuluğa adı çəkilən komandanın əsas komandasından davam etmişdir. Oyun təcrübəsi qazansın deyə, 2010–11 sezonunu Nilüfer Belediyesporda icarə əsasında oynamışdır. 2012-ci ildə doğma komandasına geri dönmüşdür. 2012-ci ildə Türkiyə yığması ilə birlikdə 2012 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Bu hələ ki, voleybolçunun milli komanda da əldə etdiyi ən böyük uğurdur. 2012–13 sezonunu Vakıfbankla möhətşəm şəklində keçirir. Qazanıla biləcək bütün kubokları Polen və komandası həmin sezon aşağıda adı çəkilən turnirlərin qalibi olmuşdur: Türkiyə Qadınlararası Voleybol Çempionatı, Türkiyə Qadınlararası Voleybol Kuboku, Türkiyə Superkuboku, CEV Qadınlar Çempionlar Liqası və "Kulublar arası Dünya Çempionatı".
Polen Ünlü
Polen Ünlü (D. 1995, İstanbul - ö. 20 iyul 2015, Suruç) — Türk qadın fəal və vicdanı retçi. Sosialist fikirli olub heç bir təşkilata üzv deyildi. Vicdani retçi Məşhur, 2015 Suruç saldırısı'nda həyatını itirmişdir. Cənazəsi ailəsinin də istəyi üzərinə, eyni hücumda həyatını itirən yoldaşı Xədicə Ezgi Sadet ilə birlikdə dəfn edilmişdir. Anısına, Yenikapı Teatrı tərəfindən Ankara, Didim, Bursa, Kocaeli və İzmirdə 18-27 dekabr 2015 tarixlərində Polen Məşhur Teatr Belgeselleri Festivalı 'tarix.
Polux Poluxov
Polux Məhəmməd oğlu Poluxov (1932, Sadaxlı, Marneuli rayonu – 2008, Sadaxlı, Kvemo-Kartli) — həkim, Gürcüstan SSR əməkdar həkimi (1984). == Həyatı == Polux Poluxov 1932-ci ildə Borçalı rayonunun Sadaxlı kəndində doğulmuşdur. Kənd orta məktəbini bitirmişdir. 1951-1957-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. Sadaxlı kənd xəstəxanasında həkim (1957-1961), baş həkim (1961-2002) və həkim (2002-2008) işləmişdir. Sadaxlı kəndinin ilk azərbaycanlı ali təhsilli həkimi idi. Ona el arasında "qoca həkim" də deyirdilər. 51 il ərzində həkimin şəfalı əlləri minlərlə insanı həyata qaytarmış, ölümün-xəstəliyin əlindən qurtarmışdır. Polux Poluxov xidmətlərinə görə, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətinin diplomunu və 1982-ci ildə SSRİ səhiyyə əlaçısı adını almışdır. 1984-cü ildə Gürcüstan SSR əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
Sancağabənzər plaun
Sancağabənzər plaun (lat. Lycopodium clavatum) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin plaun cinsinə aid bitki növü.
Sözün tərkibi
Sözün tərkibi kök və şəkilçidən ibarətdir. == Sözün tərkib hissələri == Sözün ayrılıqda işlənə bilən deyil, əsas mənanı ifadə edən hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və ya qrammatik məna yaradan hissəsi şəkilçi adlanır. Kökün həm leksik həm də qrammatik mənası vardır. Şəkilçinin isə leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Azərbaycan dilində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir. Şəkilçilərdən hər birinin özünə görə müəyyən vəzifəsi olur. Azərbaycan dilində şəkilçilər leksik və qrammatik olmaqla iki yerə ayrılır. Leksik şəkilçilər sözün leksik mənasını dəyişdirir. Qrammatik şəkilçilər sözün formasını dəyişdirir.
Yastılanmış plaun
Yastılanmış difaziastrum (lat. Diphasiastrum complanatum) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin difaziastrum cinsinə aid bitki növü.
Adam Uolşun qətli
Adam Uolşun qətli (ing. Adam Walsh; d. 14 noyabr 1974-cü il, Florida ştatı, Hollivud — ö. 27 iyul 1981-ci il, Florida ştatı, St. Lucie qraflığı) — 27 iyul 1981-ci ildə Florida ştatı, Hollivudda yerləşən Hollivud ticarət mərkəzindəki "Sears" mağazasından oğurlanan amerikalı uşaq. Onun kəsilmiş başı iki həftə sonra tapıldı. Adamın ölümü dövlət səviyyəsində rezonans doğurdu. Onun atası Con Uolş zorakı cinayət qurbanlarının vəkili oldu və "America’s Most Wanted" televiziya proqramını təşkil etdi. == Qətlin araşdırılması və nəticələri == Məhkəmə həkimləri Adamın ölümünün boğulma olduğunu və cəsədin tanınmasını çətinləşdirmək məqsədi ilə oğlanın başının kəsildiyini müəyyən etdilər. Bir müddət Adam Uolşun qətlində Ceffri Damer şübhəli oldu.
Solğun Mavi Nöqtə
Solğun Mavi Nöqtə — 14 fevral 1990-cı ildə Voyacer 1 kosmik zondu tərəfindən rekord məsafədən təqribən 6 milyard kilometrdən (3.7 milyard mil, 40.5 a.v.) çəkilən Yer planetinin fotoşəkilidir, bu fotoşəkil Günəş sisteminin "Ailə albomu"-na daxil olan şəkillərdəndir. Fotoşəkildə Yerin görünən ölçüsü bir pikseldən azdır; planet kamera tərəfindən əks olunan Günəş işığı zolaqları arasında kosmosun sonsuzluğunda kiçik tənha nöqtə formasında görünür. İlkin missiyasını tamamlayan və Günəş Sistemini tərk etməkdə olan Voyacer 1 kosmik gəmisinə, NASA tərəfindən astronom və yazıçı Karl Saqanın xahişi ilə kamerasını döndərməsi və Yer kürəsinin son bir şəklini çəkməsi əmri göndərildi. "Solğun mavi nöqtə" termini Karl Sagan tərəfindən fotoşəkilin əhəmiyyətini əks etdirən eyni adlı kitabda qeyd olunmuşdur. "Solğun Mavi Nöqtə", Karl Saqanın bu fotodan ilham alaraq 1994-cü ildə yazdığı kitabının da adıdır. Fotoşəkil, 2001-ci ildə space.com tərəfindən ən yaxşı on kosmos fotoşəkilindən biri seçilmişdir. == Arxa fon == 1977-ci ilin sentyabr ayında NASA, xarici Günəş sistemini və nəticədə ulduzlararası fəzanı öyrənmək üçün bir missiya üzərinə 722 kiloqram (1.592 funt) robot kosmik vasitəsi olan Voyacer 1-i işə saldı. Voyacer 1 kosmik gəmisi, xarici Günəş sistemini araşdırmaq məqsədilə ABŞ tərəfindən 5 Sentyabr 1977-ci ildə kosmosa göndərilmişdir. 14 Fevral 1990-cı ildə NASA, əsil vəzifəsini bitirmiş və artıq Yer kürəsindən xeyli uzaqlaşmış olan Voyacer 1-ə yeni əmrlər göndərərək Günəş Sistemindəki bütün planetlərin şəkillərinin çəkilməsini təmin etdi. Kosmik gəmindən göndərilən şəkillərdən birində, qara fonda solğun mavi bir nöqtə görünürdü.
Solğun fitçalan ördək
Solğun fitçalan ördək (lat. Dendrocygna viduata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.