Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aspoliqraf
"Aspoliqraf LTD" MMC — Azərbaycanda nəşriyyat 2002-ci ildən fəaliyyət göstərir. Müəssisədə 70 nəfərə qədər yüksək ixtisaslı peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. İndiyədək 20 milyon nüsxədən çox kitab nəşr etmişdir. 2009-cu ildə "İlin nəşriyyatı" adına layiq görülmüşdür. 10-a yaxın kitabı müxtəlif illərdə "İlin kitabı" statusu qazanmışdır. Beynəlxalq sərgilərdə uğurla iştirak etmişdir. "Atlantlar" kitabı 2006-cı ildə III Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qalibi olmuşdur.
Poliqam aktinidiya
Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir. Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır.
Aspoliqraf LTD MMC