Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keçən gecə Sohoda
Keçən gecə sohoda (ing. Last Night in Soho) — britaniyalı rejissor Edqar Raytın 2021-ci ildə ekranlara çıxan psixoloji triller janrındakı filmi. == Süjet == 1960-cı illərin modasına heyran olan Eloiz, bu dövrə səyahət etmə bacarığı olduğunu öyrənəndə xoşbəxt olur — ancaq vaxt keçdikcə başa düşür ki, qlamur dövrün xəyallarını alt-üst edəcək qaranlıq bir tərəfi var.
Paqoda
Paqoda — Uzaq Şərq ölkələrində dini xarakterli tikili, buddizm və hinduizm məbədi. Yaponlar ona - 塔 too; hindlilər - भगवत् bxaqavat, "müqəddəs, şərəfli" deyirlər. Тailand, Myanma, Şri-Lanka, Laos və Kambocada paqoda buddist məbədləri adlanır. Paqodalar bəzi ölkələrdə həm dini ibadətgah, həm də məbəd funksiyasını yerinə yetirirlər. Burada dini əşyaları saxlayır və memorial kompleks kimi fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdə paqoda kateqoriyasına müxtəlif tip binaları aid edirlər. Hər yerin milli motivinə uyğun olaraq paqodalar fərqli tərzlərdə olur. Nepal, Çin, Çinin Tibet bölgəsində, Koreya, Yaponiya, Vyetnam, İndoneziya, Hindistanın şimal bölgəsində və Qərb ölkələrində məbəd kimi istifadə edilən çoxmərtəbəli qüllələrə paqoda deyilir. Belə hesab edilir ki, ilk paqodalar Nepalda meydana gəlmiş, sonralar nepal memarları bütün Uzaq Şərq boyu yayılmışlar. Nepalda paqoda formasında hinduizm məbədləri tikirlər.
Pobeda
Pobeda (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Pobeda (maşın) — SSRİ istehsalı olan minik avtomobili. Pobeda kinoteatrı — Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr.
Polona
Polona, ​​Polşa Milli Kitabxanasının və əməkdaşlıq edən qurumların kolleksiyalarından rəqəmsal kitablar, jurnallar, qrafika, xəritələr, musiqi, flayerlər və əlyazmaları təqdim edən Polşa rəqəmsal kitabxanasıdır. 2006-cı ildə fəaliyyətə başlamışdır. 12 oktyabr 2017-ci il tarixinə 2016037 obyekt[] olmuşdur ki, onlardan 863400-ü ictimai mülkiyyətdədir. Hər gün Polona 2000-ə qədər rəqəmsal obyekt əlavə edir. Müəllif hüququ ilə qorunan materiala giriş Polşa Milli Kitabxanasının Varşavadakı oxu salonlarında və ya Polşa daxilində Academica kitabxana sistemi vasitəsilə mümkündür. 2 oktyabr 2017-ci ildə Polona/2milions adlı tədbirdə Polona-nın yeni versiyası təqdim edildi. Bu ad, o dövrdə Polonada mövcud olan 2 milyondan çox obyekti xatırladı. 1944-cü ildə Varşava üsyanının süqutundan sonra almanlar tərəfindən yandırılmış qədim çapların və əlyazmaların külü olan tabut 2 milyonuncu obyekt kimi kataloqa salınıb. Onlar əslən Varşavanın Okolnik 9 küçəsindəki Krasinski Kitabxanasından idilər. Polona/2milions təkmil axtarış, mətbuat paneli və ya şəxsi kolleksiyalar kimi bir neçə funksiya təqdim edir.
Phoca
Suiti (lat. Phoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. İki növü var: Ləkəli suiti, Phoca largha Adi suiti, Phoca vitulina Adı suiti öz növbəsində iki yarımnövə bölünür: Avropa yarımnövü P. v. vitulina və Kuril yarımnövü (ya Steyneqer suitisi) P. v. stejnegeri. Kuril suitisi hazırda Rusiyanın Qırmızı kitabına daxildir. Suitilər balıqlarla, pinqvinlərlə qidalanan yırtıcı məməlilərdir. Tez-tez quruya çıxırlar, çoxalmaları quruda gedir. Bu canlılar geniş coğrafiyada yaşayırlar. Qütblərdə yaşayan suitilər buzda dəlik açırlar.
Anastasiya Boroda
Anastasiya Boroda (2 yanvar 1976, Cambul vilayəti) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Anastasiya Boroda, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Dəmir paqoda
Dəmir paqoda - 1049-ci ildə Çinin Kayfın Şəhərinin, Henan əyalətində Çinin Song sülaləsi (960-1279) zamanında tikilmişdir. Bu tikili dəmir filizindən hazırlandığına görə, həm də dəmiri xatırlatdığına Dəmir paqoda adlandırılır. Bu abidə 1044-ci ildə ildrım çaxması nəticəsində yanmışdır buna görədə taxtadan tikilmiş paqoda kərpicdən tikilən paqoda ilə əvəz olunmuşdur. Liuhe, Lingxiao, Liaodi, Pizhi və Beisi paqodaları ilə yanaşı, bu Song sülaləsi memarlığının şah əsəri kimi qiymətləndirilir. == Memarlıq == Bu səkkizguşəli-baza qurumun hazırkı hündürlüyü 56.88 metr (186.56 fut) təşkil edir.Bu tikili bərk özəyi olan kərpiclə, daxildən dolama daş pilləkənlərlə və işıq və hava axını üçün kənar gözlərlə əhatə olununmuşdur.Xarici daha əlli müxtəlif növ və 1600 mürəkkəb, zəngin oymalardan o cümlədən Budda oturan yer,daimi rahiblər, müğənnilər və rəqqaslar, uçan çiçəklər, şir, əjdahalar və digər əfsanəvi heyvanlar eləcə də bir çox gözəl rəsmlərə malikdir.Abisənin təməli Xuanxe çayının sahilində yerləşir.Dəmir Paqodanın daxilində Çin nağılları, Qərbə belə Yol klassik freskaları var. == Tarixi == Şimali Song sülaləsi (960-1127) mərkəz Kayfın şəhərində, məşhur memar Yu Xao tərəfindən Youguo Məbədinin (965-995) bir hissəsi kimi möhtəşəm taxta paqoda inşa edilmişdir. Təəssüf ki,ümumi heyranlıq strukturu 1044-cü ildə ildrım çaxması nəticəsində yanmışdır. İmperator Renzong-un (1022-1063) sərəncamı ilə 1049-cu ildə onun yerində yeni paqoda inşa edilmişdir.Yeni qüllə alışmayan kərpic və daşdan tikilmişdi və onun metal rəngi rənginə görə "Dəmir Paqoda" adlandırırlar.1847-ci ildə Xuanxe çayı öz məcarasından çıxaraq Youguo Məbədini dağıtmışdı,amma Dəmir Paqoda dağılmamışdır.Tarixən, paqoda 38 zəlzələ, altı daşqın və digər fəlakətlər yaşayıb, ancaq 1000 ildən çoxdur ki,heç bir zərər görmədən bu günümüzə qədər qalmışdır.
Eucalyptus porosa
Paroza evkalipti (lat. Eucalyptus porosa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Mamoru Hosoda
Mamoru Hosoda (yap. 細田 守) — yapon anime rejissoru, ssenari müəllifi və animasiyaçı. == Həyatı == Hosoda Yaponiyanın Toyama prefekturasında yerləşən Nakaniikava rayonun Kamiiçi qəsəbəsində anadan olub. Atası dəmiryol mühəndisi, anası isə dərzi kimi işləyirdi. Hosodanın animasiyaçı olmağa Hayao Miyadzakinin birinci animesi olan The Castle of Cagliostro baxmağından sonra ilhamlanmıb. O, İşikava prefekrturasında Kanadzava İncəsənət Kollecinin yağ rəssamlığı öyrənirdi. Məzunluğundan sonra, Hosoda Toei Animation studiyasına boş vaxtında yaratdığı qısa anime göndərib, orda animasiyaçı kimi işə qəbul olundu. O, əvvəl Studio Ghibli-yə müraciət edib, orda iş ala bilməyib, amma Hayao Miyadzakinin özündən tərənnümlü imtina məktubu almış. Toei Animation studiyasında, erkən 2000-ci illərində işləyərkən, o Digimon Adventure seriyasının ilk iki tammetrajlı anime üzərində işləyərək, ictimai diqqəti özünə cəlb etdi. Beləliklə, onun Digimon: The Movie üzərində rejissor rolu Studio Ghibli-nin baş prodüseri Toşio Sudzukinin diqqətini cəlb edib.
Mikania porosa
Mikania porosa (lat. Mikania porosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Nayuha Toyoda
Nayuha Toyoda (d. 15 sentyabr 1986) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 22 oyun keçirib.
Ocotea porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.
Phoebe porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.
Pobeda (Arxangel)
Pobeda (başq. Победа, rus. Победа) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 21 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 27 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (36%), latışlar (27%) üstünlük təşkil edir.
Pobeda (maşın)
Qaz-M20 və ya Pobeda — SSRİ istehsalı olan minik avtomobili. Qorki Avtomobil Zavodu Qaz-11–73 maşınından sonra yeni 4-cü maşınını istehsal etdi. Bu SSRİ-nin 2-ci rəhbəri Josef Stalinin əmiri ilə qərarlaşdırıldı. Yəni II Dünya Müharibəsindən sonra oldu. 1946-cı ildə istehsal edildi. Düz 19 58-ci ilə qədər. Bu illərdə Qaz-M20 POBEDA-nın bir neçə eksportu istehsal edildi. Qaz-M20 POBEDA avtomobilinin 4*4 eksportuda vardır. Bu, M-72-dir. POBEDA eksportlarının və pobedanın ağırlığı 1460–1490 kq ağırlığı arasındadır.
Pobeda kinoteatrı
Pobeda kinoteatrı — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Rostov vilayəti Novoçerkassk şəhəri Moskovskaya küçəsi ev 16 ünvanında yerləşirdi. Bina 1846-cı ildə inşa edilmişdir. Binada hazırda eyni adlı ticarət mərkəzi yerləşir. Binanın hazır ki, vəziyyəti idealdır. İki mərtəbədən ibarətdir. Pobeda kinoteatrı (hazır ki, ticarət mərkəzi) Novoçerkassk şəhəri Komitetskaya və Moskva küçələrinin kəsişdiyi ərazidə yerləşir. Hazırda burada ticarət mərkəzi və mağazalar yerləşir. Bina 1846-cı ildə şəhər Tacir kazaklarının cəmiyyəti hesabına inşa edilmişdir. Cəmiyyət öz məqsədləri üçün binanın az bir qismini istifadə edirdi.
Pomosa məbədi
Pomosa məbədi (kor. 범어사) — Cənubi Koreyanın Busan şəhərinin yaxınlığında yerləşən qədim buddist məbədi. Pomosa məbədi Busan şəhərinin tanınmış yerlərindən olan Qeumjeonq dağının kənarında qurulmuşdur. 1.300 il əvvəl Şilla Krallığının dövründə (krallıq 678-ci ildə Qyeonqsanqdo əyalətinin böyük hissəini əlində saxlayırdı) Kral Munmunun (661 – 681) hökmdarlığının 18-ci ilində — 678-ci ildə keşiş Ui Sanq tərəfindən əsası qoyulmuşdur. İlk Pomosa məbədi binası İmjinvaran işğalı (Yaponiyanın Koreyanı işğal etməsi 1592-1598) zamanı dağıdılsa da 1713-cü ildə bugünkü günə qədər çatan formasında yenidən bərpa edilmişdir. Daeunqjeon binası Coson krallığının (1392 – 1910) ən incə memarlıq abidələrindən biridir. Üç mərtəbəli və dörd sütunlu paqoda olan İljumun isə IX əsrdə tikilmişdir. Bundan başqa yeddi kral tikilisi, üç darvaza, sayvanlar və on bir "tənhalıq yeri" vardır. Təbii abidə kimi elan olunan salxım ağacları və vadilər may ayında gözəl mənzərə yaratmaqdadır. Pomosa stansiyasından (Busan metrosu, 1-ci xətt) 5-ci və ya da 7-ci çıxışdan iki çıxış arasındakı yolda 5 dəqiqəlik piyada yolla Samsin avtobus stansiyasına çatıb orada 90 saylı avtobusa mindikdə Pomosa məbədinə giriş bileti kassasına; 37, 47, 48, 49–1, 50, 50–1, 80–1, 147, 148, 247 və ya 301 saylı avtobusa mindikdən və son dayanacaqda endikdən sonra 90 saylı avtobusa mindikdə və sonrasında taksi tutduqda Pomosa məbədinə çatmaq mümkündür.
Quercus pagoda
Quercus pagoda (lat. Quercus pagoda) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Roman Pokora
Roman Pokora (22 fevral 1948 – 8 mart 2021, Lvov) — Ukraynalı futbol mütəxəssisi 22 fevral 1948-ci ildə Ukraynanın Zborıv şəhərində anadan olub.
Sakiçi Toyoda
Sakiçi Toyoda (豊田 佐吉, Toyoda Sakiçi, 19 mart 1867, Fuçi rayonu[d], Şizuoka prefekturası – 30 oktyabr 1930, Naqoya) – Yaponiya ixtiraçısı və sənayeçisi. Toxucu dəzgahlar sahəsindəki töhfələrinə görə tanınır. Onu "Yaponiya ixtiraçılarının kralı" adlandırırlar. Sakiçi Toyoda 1867-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. O, İkiçi və Ey Toyoda cütlüyünün birinci oğlu idi. Atası fermer olmaqla yanaşı, dülgərliklə də məşğul olurdu. Sakiçi ibtidai məktəbdən məzun olduqdan sonra atasının yanında işləməyə başlamışdır. Toyoda milli məsələlərlə maraqlandığı üçün həyatını ixtiralara həsr etmək qərarına gəlmiş və toxucu dəzgahları inkişaf etdirməyə başlamışdır. 1890-cı ildə Tokionun Ueno bölgəsində keçirilmiş Üçüncü Sənaye Təşəbbüskarlığı Sərgisində maşınların çoxunun xaricdə istehsal olunduğunu görmüş və yerli maşınların istehsalının vacib olduğunu düşünmüşdür. O, insan gücü ilə işləyən toxucu dəzgahın dizaynını mükəmməlləşdirmiş, həmin dəzgahın məhsuldarlığını və istehsal etdiyi məhsulların keyfiyyətini artırmışdır.
Svetlana Loboda
Svetlana Loboda (ukr. Світлана Лобода; 18 oktyabr 1982) — Ukraynalı müğənni. Svetlana Loboda 18 oktyabr 1982-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində anadan olmuşdur. Ukraynanı 2009 Avroviziya Mahnı Müsabiqəsində "Be My Valentine! (Anti-Crisis Girl)" (Azərbaycan dilində:Sevgilim ol!) mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 80 xalla 6-cı olmuş və finala keçmişdir. Finalda isə 76 xalla 12-ci olmuşdur. Ты Не Забудешь (2005) Черный Ангел – Remixes (2006) Постой, МуЩина! (2006) Не Ма4о (2008) F*ck The Macho (2008) Anti-Crisis Girl (2009) H2LO (2017) Sold Out (2019) Svetlana Loboda İrəvan-Kiyev-tranzit layihəsinin təqdimetmə mərasimi ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, onun damarlarında erməni qanı axır. "Bu barədə mənə anam deyib.
Ferula oopoda
Yumurtavari ilankölgəsi (lat. Ferula oopoda) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2ab (ii, iii,); C2a. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik monokarp bitkidir, hündürlüyü 1 m-ə yaxındır. Gövdəsi düzdür, qalındır, yuxarı hissəsində budaqlar bərabər ölçüdədir. Gövdə yarpaqlarının qınları dərivaridir, çılpaqdır, üfürülmüş kimidir, ucu bərkdir. Yarpaq ayaları xətvaridir. Kökətrafı yarpaqlarının son ayaları rombvaridir, çox sayda yarılmış lələklidir, qalın-xətvaridir, uzunluğu 2-4 sm, eni 1,5-2 mm-dir. Gövdə yarpaqları çox kiçikdir, çox şişikin, ağtəhər, dərivari qınlıdır.
Nu, poqodi!
Nu, poqodi! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Pomona (Kaliforniya)
Pomona — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər.
Oreodaphne porosa
Ocotea porosa (lat. Ocotea porosa) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Cinnamomum porosum (Nees & Mart.) Kosterm. Oreodaphne porosa Nees & Mart. Phoebe porosa (Nees & Mart.) Mez Nectandra speciosa Chanc.