Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Predmet
Predmet – elmin əsas götürdüyü sahə, alimlərin əsas diqqət etdikəri sahə, konkret elmin nüvə nöqtəsi. Elmin bir neçə predmetinin olması mümkündür. Predmet – obyektin mahiyyətidir. O, obyektiv inkişaf qanunlarını və müəyyən sistemin fəaliyyətini göstərir. Elm predmetinin mənası onun mahiyyətini dərk etmək üçün vacibdir. "Predmet" anlayışına müəyyən məzmun və eyni zamanda obyektin özünün spesifikası verilir və bu obyekt, alman filosofu Q.V.F.Hegelin təyin etdiyi kimi, nə isə konkret, özlüyündə bitmiş və müstəqil bir şeyi ifadə edir: "Obyekt … ümumiyyətlə tam (özlüyündə hələ müəyyən olunmayan) vahiddir, ümumiyyətlə obyektiv aləm, Allah, mütləq obyektidir". Müasir alimlər elmin obyektinə müstəqil mövcud olan bütöv sistem kimi baxırlar; bu müstəqilliyə və inkişaf qabiliyyətinə malik gerçəkliyin bir parçasıdır. Elmin predmetinin təyin edilməsi konsepsiyasının nəzəri işlənməsi üçün lazımdır. Hər hansı bir elmin təşəkkül tapması və inkişafı obyektin daha dərindən dərkini, problemin işlənməsini, ümumi nəticə çıxarmağı təmin edən metoda əsaslanır. Predmet və metod bir-birinə bağlı və bir-birindən asılıdırlar.
Prizren
Prizren — Kosovonın Prizrenski bölgəsində yerləşən şəhər. Bundan əlavə, de yure olaraq BMT Kosova Müvəqqəti İdarəçilik Missiyasının (ing. United Nations Interim Administration Mission in Kosovo ) Prizren bölgəsində (ing. District of Prizren) yerləşir. Şəhər Şar dağlarının ətəklərində salınmışdır. Prizren bölgəsi Makedoniya və Albaniya ilə həmsərhəddir.
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Forma (predmet)
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.
Phaethornis pretrei
Phaethornis pretrei (lat. Phaethornis pretrei) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Prizren Universiteti
Prizren Universiteti — Kosovanın Prizren şəhərində yerləşən dövlət universiteti. İlk öncə 1962-ci ildə Ali Pedaqoji İnstitutu olaraq yaradıldı. 2010-cu ildə mövcud ad altında yenidən təşkil edildi. Prizren Universiteti 1962-ci ildə fəaliyyətə başlayan Ali Pedaqoji İnstitutundan yaradıldı. Universitetdə mövcud təhsil forması 2010-cu ildə başladı. Prizren Universiteti Prizren dairəsi və Kosova Respublikasına xidmət göstərir. Universitetdə dərslər əsasən alban dilində tədris olunur, Təhsil Fakültəsində isə Bosniya və Türkiyə dilləri üzrə dərslər keçirilir.
Prizren coğrafiyası
Prizren şəhəri Balkan yarımadasında, Çar-Planina dağlarının ətəklərində Cənubi Metoxiyada yerləşir. Serbiyanin inzibati quruluşuna görə Kosovo və Mestoxiya Muxtar Vilayətinin Prizren dairəsinə daxildir. Kosovo Respublikasının inzibati bölgüsünə görə isə müstəqil ölkənin eyni adlı vilayətinin inzibati mərkəzidir. Prizren Albaniya və Makedoniya ilə sərhədə malikdir. Şəhər Serb imperiyasının tarixi paytaxtıdır. Prizren bələdiyəsi 640 km² (Kosovo ərazisinin 5,94 %) ərazini əhatə edir. Kosovo Respublikasının cənub-qərbində yerləşir. Bura 76 yaşayış məntəqəsi daxildir. İcmada 220 776 nəfər yaşayır. Bunun 110 000 nəfəri Prizrendə cəmləşmişdir.
Prizren qalası
Prizren qalası, Dujans qalası və ya Kalyaya qalası - Serbiyada Kosovada yerləşən qala. Qala bir zamanlar Serbiya İmperiyasının paytaxtı olmuş Prizren şəhərinin yaxınlığında yerləşir. Qala XI əsrdə qədim Terandanın qalıqları üzərində inkişaf etdirilmişdi. Qalanın adı ilk dəfə 1019-cu ildə Bizans hökmdarı II Basil (976-1025) tərəfindən Pridzjiana şəklində çəkilib. 1072-ci ildə Serb şəhzadəsi Konstantin Bodin (1081–1101) Prizrendə "Bolqarların imperatoru" elan olunmuşdur.
Prizren sancağı
Prizren sancağı (türk. Prizren Sancağı, alb. Sanxhaku i Prizrenit, serb. Призренски санџак) ― Osmanlı imperiyasının sancaqlarından biri. İnzibati mərkəzi Prizren şəhəri idi. Əsası 1455-ci ildə, Osmanlının Serbiya despotluğunu işğal etdikdən həmən sonra qoyulmuş. Serbiyanın digər ərazilər isə 1459-cu ildə, Smederevonun süqutundan sonra işğal edilmişdir. Bölgədə aşğıdakı sancaqlar yaradılmışdır: Vuçitrn sacağı, Kruşevas sancağı və Smederev sancağı. Birinci Balkan müharibəsi zamanı (1912) Prizren sancağı Serbiya və Monteneqro krallığı tərəfindən nəzarətə götürüldü. London Sülh Müqaviləsinə (1913) əsasən Prizren sancağı Serbiya və Monteneqro arasında bölüşdürüldü.
Prizren vilayəti
Prizren vilayəti — Osmanlı İmperiyası tərkibində, 1869–1877–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Prizren şəhəri idi.
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Həzrət Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Həzrət Peyğəmbər
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Həzrət Urtenov
Həzrət Urtenov(1907–1955) —qaraçaylı şairi. == Həyatı == Həzrət Urtenov qaraçay poeziyasının banilərindən biridir. O, Böyük Qaraçaydakı Kart Yurd (Kart-Curt) aulunda doğulduğundan əksər əsərlərini "Həzrət Kart-Yurdlu" təxəllüsu ilə yazmışdır. Doğma aulda mədrəsədə təhsil aldıqdan sonra, elə oradaca ibtidai məktəbi rus dilində başa vurub Simferopolda Krım-Tatar Pedaqoji Texnikumunda təhsilini (1926) davam etdirib. Ərəb, rus və bir sıra türk dillərini (qumux, Krım-tatar və s.) mükəmməl bilirdi. XX əsrin 20-ci illərindən Həzrət Urtenov Krım ədəbi həyatı ilə yaxından bağlı olur. Bu bağlılıq gənc H. Urtenovun istedadanın daha da çiçəklənməsinə və inkişafına kömək etməklə, onun poetik ustalığının formalaşmasında mühüm rol oynayır. Pedaqoji Texnikumda yerliləri – qaraçay şairi Həsən Bostanov və malkar şairi Səid Şahmurzayevlə birgə təhsil alır. Adları çəkilən bu ziyalılar arasındakı dostluq ömur boyu möhkəmləndirilib və inkişaf etdirilib. Qaynar Krım mühiti, burada vətənpərvər ruhlu insanlarla ünsiyyət, iştirak etdiyi ədəbi-bədii dərnəklərdə olan istedadlı tələblərlə apardığı diskussiya və mübahisələr Həzrətin dünyagörüşünün formalaşmasına güclü təkan verir.
Həzrət İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həzrət Süleymanov
Həzrət Əbdürrəhman oğlu Süleymanov (2 may 1902, İlisu, Zaqatala dairəsi – avqust 1970) — Azərbaycan-sovet dövlət xadimi, SSRİ Tədarük Nazirliyinin Azərbaycan SSR müvəkkili (1942–1953), Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi (1940–1942). == Həyatı == Həzrət Əbdürrəhman oğlu Süleymanov 1902-ci ildə Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. 9 yaşında Bakıya gələrək natamam təhsil almışdır. Əmək fəaliyyətinə 1917-ci ildə tərcüməçi olaraq başlamış, 1920-ci ildə Qax Nahiyə İnqilab Komitəsinin sədri olmuşdur. 1923-cü ildə istehlak kooperasiyası sistemində işləməyə göndərilmiş, 1931-ci ilədək Zaqatala İstehlak Cəmiyyətinin sədri olmuşdur. Həzrət Süleymanov 1931-ci ildə Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin edilmiş, 1934-cü ildə isə "Azərittifaq"ın rəyasət heyətinin üzvü seçilərək çörək ticarəti və tədarük idarələrinə başçılıq etmişdir. 1938-ci ildə Göyçay Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1940-cı ildə isə Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1942-ci ildən SSRİ Xalq Tədarük Komissarlığının (1946-cı ildən SSRİ Tədarük Nazirliyinin) Azərbaycan SSR müvəkkili, 1953-cü ildən isə Azərbaycan SSR kənd təsərrüfatı və tədarük nazirinin müavini vəzifələrində çalışmışdır. Həzrət Süleymanov Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil almış, buranı 1953-cü ildə bitirmişdir. 1962-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Həzrət Abbas ocağı
Həzrət Abbas ocağı-Ağcabədi şəhərindəki inanc yerlərindən biri. == Tarixi == Bəzən el arasında bu ocağa Ayna ocağı da deyirlər. Keçmişdə bu ocağın yeri düzəngahlıq olub. Burada bir qoca arvad yaşayırmış. Bir gecə həmin arvada yuxuda deyirlər ki, daxmanın ətrafında qədim, müqəddəs bir qəbir var. Ətrafına ağac sancmış, ora içində kimyə olan bir kasa qoymuşuq; o yerin adı Həzrət Abbas ocağıdır. Get, bu barədə camaata danış. Arvad yuxusunu heç kəsə danışmır. Gecə arvad həmin yuxunu təkrar "görür" . Səhəri gün arvad yuxusunu gedib ağsaqqallara danışır.
Həzrət Zeynəb məscidi
Həzrət Zeynəb məscidi — Gəncə şəhərinin Böyük Bağmanlar məhəlləsində yerləşən məscid. Məscidin tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilmişdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbə günbəzin sol tərəfində birtərəfli balkonla tamamlanır. İki qoşa minarəsi vardır. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.
Həzrət Abbas türbəsi
Həzrət Abbas türbəsi (ərəb. العتبة العباسية‎) — İraqın Kərbəla mühafəzəsinin Kərbəla şəhərində yerləşən Abbas ibn Əlinin məzarının yerləşdiyi türbə kompleksidir. Türbə İmam Hüseyn türbəsinin qarşısında yerləşir. == Təsvir == Həzrət Abbas türbəsi və ya məscidi çox mürəkkəb nəhəng kompleksdir. Abbas ibn Əlinin dəfn olunduğu məscidin (və ya məqbərənin) özü kompleksin mərkəzində yerləşir. Onun bir böyük qızıl günbəzi, həmçinin iki qızıl hündür minarəsi vardır. Məscidin damında 16 kiçik günbəz yerləşir. Məscidin memarlıq görkəmi Səfəvi və Teymuri dövrlərinə aid memarlığın aydın elementləri ilə İslam memarlığına tam müvafiqdir. Məqbərə binası bir neçə mərtəbəli nəhəng tikililərlə əhatə olunmuş və məscid və kompleksin bir hissəsi olan böyük həyətlə əhatə olunmuşdur. Bu binalarda ibadətgahlar, muzeylər, zəvvarlar üçün yerlər, köməkçi tikililər və bu kimi otaqlar və məkanlar yerləşir.
Həzrət Zeynəb məscidi (Gəncə)
Həzrət Zeynəb məscidi — Gəncə şəhərinin Böyük Bağmanlar məhəlləsində yerləşən məscid. Məscidin tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilmişdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbə günbəzin sol tərəfində birtərəfli balkonla tamamlanır. İki qoşa minarəsi vardır. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.
Həzrət Əli bulağı (Kərbəla)
Həzrət Əli bulağı (ərəb. قطارة الإمام علي‎) — İraqın Kərbəla mühafəzəsinin qərbində Rəzzazə gölündən 2 km aralı yerləşən bulaqdır. Bulaq Kərbəla şəhərindən təxminən 28 km uzaqlıqda yerləşir. Rəvayətə görə Həzrət Əli Siffeyn döyüşünə gedəndə ordusunun susuz olduğunu anlayıb da suya yetişmək üçün onlara səhra ortasında yeri qazmağı əmr etdi. Nəhayət o əliylə bir böyük daşı yarıb və su çıxardı; ordu isə o sudan içib susuzluqları bərtərəf edildi. Hal hazırda da həmin bulaq mövcuddur və sonrakı dövrlərdə üzərində ziyarətgah tikilmişdir. == 2022-ci ildə bulağın üzərindəki ziyarətgahın çökməsi == 2022-ci ilin 20 avqust günündə bulağın üzərində inşa edilmiş ziyarətgahın bir hissəsi yerin sulaq və nəmli olduğu üzündən çökərək təxminən binanın 30%-i təxrib olmuşdur. İraq səhiyyə nazirliyinin verdiyi məlumata görə dördü qadın, ikisi kişi və biri uşaq olmaqla 7 nəfər bu hadisəyə görə həyatlarını itiriblər. == Ziyarətgahın bağlanması == Hadisənin ardından Kərbəla mühafəzəsinin valisi Nəsif Əl-Xəttabi ziyarətgahın insanlar üçün təhlükə mənbəyinə çevirilməsinə görə bağlanmasının xəbərini vermişdir.
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası ( trans.: Musuətul-imam Əli ibn Əbi Talib (ə) fil-kitabi vəs-sunnəti vəl-tarix) — Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin Əli barədə yazdığı kitab. Kitab "Vilayət ilinin kitabı" müsabiqəsinin ikinci mərhələsinin mükafatına layiq görülmüşdür. == Haqqında == Reyşəhri kitabı 1992-2000-ci illərdə ərəbcə yazmışdır. == Nəşr və tərcümə == Kitab ilk dəfə 2000-ci ildə 12 cilddə ərəbcə İranda nəşr olunmuşdur. Ensiklopediya 2002-ci ildə "Daneşnameye Əmirəl-mominin (ə) bər-bayeye Quran və hədis və tarix" adı ilə 12 cild və əlavə 1 cildlik mövzu mündəricatı ilə birlikdə farsca nəşr edilmişdir. Kitabın hər iki mətnə malik 3-cü nüsxəsi "Daneşnameye Əmirəl-mominin (ə)" adı ilə, ərəb və fars dilində olmaqla, 1 cilddə 2007-ci ildə yenidən nəşr edilmişdir. Kitabın müxtəsər variantı Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə edilmiş və 2013-cü ildə Nurlar nəşriyyatında çap olunmuşdur.