predikativlik
predmetlərarası
OBASTAN VİKİ
Predmet
Predmet – elmin əsas götürdüyü sahə, alimlərin əsas diqqət etdikəri sahə, konkret elmin nüvə nöqtəsi. Elmin bir neçə predmetinin olması mümkündür. Predmet – obyektin mahiyyətidir. O, obyektiv inkişaf qanunlarını və müəyyən sistemin fəaliyyətini göstərir. Elm predmetinin mənası onun mahiyyətini dərk etmək üçün vacibdir. "Predmet" anlayışına müəyyən məzmun və eyni zamanda obyektin özünün spesifikası verilir və bu obyekt, alman filosofu Q.V.F.Hegelin təyin etdiyi kimi, nə isə konkret, özlüyündə bitmiş və müstəqil bir şeyi ifadə edir: "Obyekt … ümumiyyətlə tam (özlüyündə hələ müəyyən olunmayan) vahiddir, ümumiyyətlə obyektiv aləm, Allah, mütləq obyektidir". Müasir alimlər elmin obyektinə müstəqil mövcud olan bütöv sistem kimi baxırlar; bu müstəqilliyə və inkişaf qabiliyyətinə malik gerçəkliyin bir parçasıdır. Elmin predmetinin təyin edilməsi konsepsiyasının nəzəri işlənməsi üçün lazımdır. Hər hansı bir elmin təşəkkül tapması və inkişafı obyektin daha dərindən dərkini, problemin işlənməsini, ümumi nəticə çıxarmağı təmin edən metoda əsaslanır. Predmet və metod bir-birinə bağlı və bir-birindən asılıdırlar.
Forma (predmet)
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.
Sosial fəlsəfənin predmeti
Sosial fəlsəfə — cəmiyyətdə baş verən hadisələri öyrənən elm. Sosial fəlsəfə cəmiyyətdə baş verən proseslərin məntiqi gedişini öyrənərkən aşağıdakı prinsiplərə əsaslanır: birinci — sosial determinizm (sosial hadisələr arasında səbəb-nəticə və qanunauyğun əlaqələrin hərtərəfli nəzərə alınmasıdır), ikinci – tarixilik prinsipi (ictimai həyatı dəyişilmə və dinamikada götürmək), üçüncü – varislik prinsipi (mühavizəkar və novator tərəflərin ayırd edilməsi), 4-cü – sosial ziddiyyətlərin aşkarı və onlara ictimai hadisə və proseslərin inkişaf mənbəyi kimi yanaşılması. Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər bir-birilə sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Belə ki, sosial fəlsəfə ən yüksək səviyyədə ümumiləşdirmələr aparır və öz müddəalarını daha mücərrəd formada ifadə edir. O, cəmiyyətin ən ümumi inkişaf qanunauyğunluqlarını və meyllərini öyrənir. Buna görə də o, konkret ictimai elmlərə (iqtisadiyyat, sosialogiya. Politalogiya, tarix, hüquq, statiskia və s.) münasibətdə ümumi metodologiya rolunu oynayır. Sonra, sosial fəlsəfə cəmiyyətin inkişafının, bütövlükdə tarixi prosesin ümumi nəzəriyyəsi olduğu üçün ayrı-ayrı ictimai elmlər öz konkret tədqiqat obyektlərinə dair konsepsiyalar işləyib hazırlayarkən ona arxalanırlar. Deyilənlər sübut edir ki, sosial fəlsəfə konkret ictimai elmlər üçün mühüm əhəmiyyətə malikdir. Lakin nəzərdə tutulmalıdır ki, sosial fəlsəfə ilə həmin elmlərin əlaqələri birtərəfli dyeildir.

Digər lüğətlərdə